
Həyat hekayəsi
Bu dünyaya gəlmədən bir ssenari canlanır,
Hərənin taleyinə bir hekayə yazılır.
Zamanın əlindəki çarx astaca fırlanır ,
Yazılan hər insanın öz çiynində daşınır.
Həyatın səhnəsində hər insan bir rol alır,
Kimi uzun ömürlü öz obrazın yaradır,
Kiminin hekayədə ömrü yarımçıq qalır,
Hekayə davamına səmadan asta baxır.
Bu fani səhnəninsə baş rolunda bizlərik,
Yaxşı oynayanı da, pisi də var burada.
Bu ağlı-qaralı geniş dünyada,
Müxtəlif obrazlar oynayır burda.
Əvvəldən bir tale yazılsa belə,
Şəxsiyyət seçimi bəndəyə qalar.
İstəsə nur saçar zülmət gecəyə,
İstəsə ömrünü zülmətə salar.
Müsbət obrazsan sən, yoxsa bir mənfi?
Bu sənin ağlının dərin seçimi.
Həyat səhnəsində itirmə sərfi,
Gözəl yaz və bitir öz hekayəni.
18.06.2026
Qızlar oxusun!
Ey atalar, analar!
Qızlar Tanrıdan gələn müqəddəs əmanətdir.
Onların bu həyatda böyük bir amalı var.
Məsələn, həkim, müəllim, ya da mühəndis olmaq,
Elm oxuyub şərəflə parlaq gələcək qurmaq.
Gəlin dəstək olaq biz, onların addımına,
Arxa duraq, güc verək müqəddəs arzusuna.
Cəmiyyət güclü olar, savadlı qızlar ilə,
İşıqlı sabahları daşıyaq gələcəyə.
Bu gün yüzlərlə qızın həyatına toxunaq,
Bu şərəfli yolda biz onlarla addımlayaq.
Uğur hekayəsinin içində biz də olaq,
“Qızlar oxusun!” deyib, birlikdə imza ataq.
Kainata məktub
(Kainat bu şeirdə həyatın və sonsuzluğun poetik rəmzidir)
İyulun on beşi… Günəş zirvədə,
Kainat ruhuma sanki məlhəmdir.
Əlli altı yaşın ağ rənglərində,
Həyatın bu günü mənə həmdəmdir.
Əlvida deyirəm keçmiş günlərə,
Gedirəm uğurlu xoş gələcəyə.
Hər yeni sətiri öz düşüncəmlə,
Yazaram daha da min bir həvəslə.
Ey sonsuz kainat, eşit sən məni…
Açıram qapımı bir möcüzəylə.
Sağlığı, hüzuru,sevgi selini,
Dəvət eləyirəm bu yeni ilə!
Bundan sonrası da işıq, bərəkət,
Hər doğan səhərim bir şans, bir paydır.
Gülürəm, kainat, sən də mənə gül,
Mənim əlli altı yaşım gözəl bir çağdır!
15.07.2026
Müəllif: D.Mirzə
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında