
A KƏNDİM
Mənim uşaqlığım, gəncliyim səndə,
qalıbdı, özümə qaytar, a kəndim.
Dinim, təhəmmülüm, dincliyim səndə,
qalıbdı, özümə qaytar, a kəndim.
Mənim ocaq yerim, mənim pir yerim,
Mənim xeyir yerim, mənim şər yerim,
Məni mən eyləyən səndə hər yerim,
qalıbdı, özümə qaytar, a kəndim.
Mənim evim səndə, eşiyim səndə,
Taxta sınıq- salxaq beşiyim səndə,
Layla oxunulan “keşiyim” səndə,
qalıbdı, özümə qaytar, a kəndim.
Mənim ” ana” deyən dillərim səndə,
Məktəbə getdiyim yollarım səndə,
Ən şirin, ən məsum illərim səndə,
qalıbdı, özümə qaytar, a kəndim.
Diləməm mən səndən nə gül, nə yarpaq,
Halalın adının adaşı bulaq,
Ölürkən mərzindən bir ovuc torpaq,
Dirilər gözümə atar, a kəndim!
2024
Müəllif: Təvəkkül GORUSLU
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru