
Sevim səni
Damar-damar, qan keçdikcə,
Can köçdükcə sevim səni.
Ürəyindi yurdum, yuvam,
İşıq seçim, evim səni.
Çevrimim ol, devrimim ol,
Nur damcıla, körpəcə nur.
Qübbələrin arasından,
Keçmək üçün körpücə qur.
Əlindəki həyat istin,
Saçlarımda öpüş yeri.
Mənə qədər, məndən sonra,
Tənhalığın son püş yeri.
Yanağımda zaman batır,
Qucağımda sinə çökür.
Bu yaşımda tapdım səni,
Şükür, şükür buna şükür…
Damar-damar, qan keçdikcə,
Can köçdükcə sevim səni.
Ürəyindi yurdum, yuvam,
İşıq seçim, evim səni.
22.08.24.
Müəllif: GÜLNARƏ İSRAFİL
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru