
Nənəm Pürzə Ziyad qızı Babayevaya İthaf (Ölümündən sonra)
Nur üzlüm,
bu soyuqda, bu yağışda necə getdin, əyni nazik, üşümədin?
Sənki üşüyən idin.
Torpaq isidirmi barı?
Düzünü de,
Sən ki yalan danışmazdın.
Susma, danış, qayıt,
Denən zarafatdı, qoy aldanaq bu dəfə…
Gedəcəkdin,
9 gündür çırpınırdı o balaca ürəyin
Az qalırdı qopa.
O günlərinin şahidi olmaq da var imiş həyatda.
Hərdən incitdim səni,
Hərdən gəlmədim yanına
Bir az ev, bir az iş, bir az Günəş…
Qızım Günəş
Sənin ən sevdiyin qızım.
Son günlərində səni güldürən…
Saçına sağal çəkib “nənə of” deyən
İki yaşlı qızım.
İndi iki gündür yoxsan,
Qızım səni soruşur,
-“Ana, gedək nənəyə”
Mən indi görürəm ki,
Məndən də çox qızım sevdi səni.
Böyüdükcə danışacam,
Sənli xatirələri
Böyüdükcə deyəcəm
Sənə ana dediyimi.
Qoy xatirin xoş olsun.
Ana nənəm, xanım anam,
Əbədi yatdın artıq,
Qoy yuxun şirin olsun…
Bəlkə biz yaxşı baxmadıq,
Torpaq səni qorusun.
Nə yağış toxunsun, nə soyuq dolsun.
Müəllif: Şəlalə CAMAL
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru