
Türkiyəm, başın sağ olsun. Bir kahramanımız ölər, yerinə beş kahraman doğular. Türk qardaşlarımıza Tanrıdan səbr diləyirəm. Bu da mənim şeir payım.
GÖRÜNMƏYƏN BARMAQ
11 noyabr 2025-ci il tarixdə
Türkiyənin və Pakistanın Bakıdakı
paraddan gedən iki uçağı qəzaya
uğradı. Burada təsadüf ola bilməz.
Bağban gəldi, yanında da bağ gəldi,
Arxamızda özü boyda dağ gəldi.
Necə oldu Bakıyatan sağ gəldi,
Sağ getmədi iki qardaş uçağı.
Neyləmişik, zalım oğlu, sənə biz,
Dar günündə qalxan olub sinəmiz.
Hamı görür, biz itirdik, yenə biz,
Neçə-neçə mərd oğulu, qoçağı.
Başımızdan yağır yenə hər zülüm,
Bəndə qoymur mən doyunca bir gülüm.
Üç qardaşın birliyinə bu ölüm
Gözdağıdı, gözdağıdı, gözdağı.
Hiylə durur arxasında hər gapın,
Şübhəsi var bizdən olan hər sapın.
Bir axtarın, bir arayın, bir tapın,
Burda kimin barmağı var, barmağı.
12 noyabr 2025
Novxanı
Müəllif: İslam Sadıq