
ADPU-da I Türkoloji Qurultayın 100 illiyi qeyd edilib
Noyabrın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsi, Müasir Azərbaycan dili kafedrası və Türkoloji mərkəzin birgə təşkilatçılığı ilə “Birinci Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri” adlı simpoizum keçirilib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 22 oktyabr 2025-ci il tarixində imzaladığı “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” sərəncam çərçivəsində təşkil edilən simpoziumda ADPU-nun professor-müəllim heyəti, tələbələr, eləcə də Türkiyənin Azərbaycandakı səfirliyi, Türk Mədəniyyəti və İrsi Fondu, AMEA-nın Dilçilik İnstitutu, Bakı Dövlət Universiteti, Bakı Avrasiya Universiteti, “Xalq” qəzeti ilə “Ədəbiyyat” qəzetindən qonaqlar iştirak ediblər.


https://adpu.edu.az/index.php/az/x%C9%99b%C9%99rl%C9%99r/2749-adpu-da-i-t%C3%BCrkolji-qurultay%C4%B1n-100-illiyi-qeyd-edilib