Adilə Nəzər – Şəfa niyyətinə


Şəfa niyyətinə
hər tərəfində dərman qutuları var evimin,
baxıb, baxıb ah çəkirəm…
Dönüb-dolanıb kitab rəfinin qarşısında dayanıram
gecənin bu aləmində.
Kitablarıma baxıram,
İçində nə hekayələr var
bir mən bilirəm…
İndi hamısı solğun xatirələrdi,
bir də öləndən sonra yenidən dirilmələr…
İlahi,
xoşbəxt şeirlərim necə də yoxsul,
bədbəxt şeirlərim necə də varlıdır…
Ürəyim neçə Siratdan keçib,
Canım neçə cəhənnəm odundan yaralı çıxıb…
Bir xoş anın əvəzini min “ah”la ödəmişəm,
daha əvvəl də demişəm.. –
Şeirlərimdən başqa vəsiyyətim
yoxdur.
Neçə dildə fikrimi ifadə edə bilirəm, amma
insan hansı dildə ağlayırsa,
hansı dildə “ah” çəkirsə şeir dili odur…
Şəfa niyyətinə
hər tərəfində dərman qutuları var evimin,
baxıb, baxıb ah çəkirəm…
Yenə şeir dilində danışıram
Allahla…

22.11.2023

Müəllif: Ailə NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir