Zaur Ustac – Payız nəğməsi

Payız nəğməsi
Küçədə ovsunlu payız nəğməsi,
Ana təbiətin tamaşası var.
Arada şappadan düşən qozası,
Quru budaqları, talaşası var.


Harasa tələsən yarpaq səsləri,
Cığahacığ, qıjhaqıj keçir yanımdan.
Arada alnıma düşən damcılar,
Ruhumu qoparır, alır canımdan.


Şütüyən yarpaqlar xan çinarındı,
Küknarın rişxəndi aydın sezilir.
Bir addım qabağa düşən yarpaqlar,
Hərdən ayaq altda qalıb əzilir…
17.08.2025. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir