Səadət Qərib – Şeir

ŞEİR

Şeir də canlıdır…
Baxan gözləri var,
eşidən qulaqları,
danışan dili,
döyünən ürəyi…

Bəzən bir körpə kimi doğular,
bəzən bir qoca kimi susar.
Sevinər, gülər,
incinər, ağlayar,
həsrət çəkər şeir.

Yollar keçər ayaqlarıyla,
illər aşar nəfəsiylə.
Bir könüldən çıxıb
başqa bir könüldə yuva salar.

Bəzən bir ömrü yaşadar,
bəzən bir ömrü dəyişər.
Və insan gedər…
Amma söz qalar.

Çünki şeir də insan kimidir —
doğular,
yaşayar,
sevilər,
unutular…
və bəzən də
ölümsüz olar.

MÜƏLLİF: SƏADƏT QƏRİB

SƏADƏT QƏRİBİN YAZILARI

SƏADƏT QƏRİBİN KİTABLARI:

  1. SƏADƏT QƏRİB. MƏN BİR HƏYAT HEKAYƏSİ
  2. SƏADƏT QƏRİB. ONUN ACI TALEYİ
  3. SƏADƏT QƏRİB. YANIQLI BİR BAYATIYAM

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir