Azadlığa məhkum ayrılıqlar: Müstəqil ‘Mən’in doğulması”

Azadlığa məhkum ayrılıqlar: Müstəqil ‘Mən’in doğulması”

“Bir ayrılıq, bir ölüm

Heç biri olmayaydı….”

və ya

“Ayrılıq, ayrılıq, aman ayrılıq,

Hər bir dərddən olar yaman ayrılıq.”

Yadıma gəlir ki, 3-cü kurs tələbəsi olanda kursa gedirdim. Kursda dərs zamanı çöldən həzin səs gəlirdi. Yuxarıda qeyd etdiyim misraların belə yadımda qalması onunla bağlıdır. Mahnının emosional təsiri o qədər güclü idi ki, hətta bəzi yoldaşların gizlincə kövrəldiyini belə müşahidə edirdim. Niyə mahnılarda, şeirlərdə ayrılıq mövzusu bu qədər “pafoslu” olur? Ağrılı, acılı bir situasiya kimi təqdim olunur?

Yaşadığın şəhərdən, vərdişlərindən, valideynlərindən, sevdiklərindən, işidən, düşüncələrindən, emosiyalarından ayrılmaq ….

Bu qədər ağrı, acı olan bir şey, təbii ki, bizə faydalı gəlmir. Bəs düşünmüz ki, ayrılığın “qazancı” nə ola bilər?

Əslində, ayrılıq bir “qazancdır”. Dünyaya gəlişin özü bir ayrılıqdır (bətndən ayrılmaq). İnsan subyekt kimi mövcud olmaq üçün ayrılmağa məhkumdur. O bir son deyil, başlanğıcdır. İnkişaf müstəvisində ayrılığa nəzər salsaq, ordakı “qazancı” dərk edə bilərik.

Bətndən ayrılmaq- dünyaya göz açmaqdır. Uşaq böyüdükcə, ayrılıqlar artır. Hər bir ayrılıq başqa bir böyüməni bərabərində gətirir…

Yəqin ki, diqqət etmisiz. Təxminən, 2-3 yaşlarında olan uşaqlarda ayrılma cəsarəti çox güclü olur. Ana məməsindən ayrılır, “hər şeyi özüm edərəm”- deyərək, asılı tərəfindən ayrılır. Kimliyi ilə tanış olur.Yeni şeylər qazanır. Məsələn, məmədən ayrılır, yeni qidalarla tanış olur. Asılılıqdan ayrılır, müstəqillik qazanır . Bunları ona heç kim öyrətmir. İnsan təbiətində mövcuddur. Çünki insan olaraq həyatda qala bilmək bacarığının əsası budur. Ayrılma ruhi böyümədir.

Bəzi insanlarda isə ayrılmaq “ cəhənnəmdir”. “ Var olma”sevinci yox, “yox olma”təşvişi yaradır. Ayrılığı yox olmaq kimi qəbul edir. Onun gətirdiyi yası hiss etməmək üçün “ böyümək” şansını da “qurban verir”.

Maddə asılılığı, toksik münasibətlər, xoşbəxt hiss etmədiyi mühitdə qalmaq, əslində insanın öz daxili boşluğu ilə üzbəüz qalmamaq üçün sığındığı “uydurulmuş kimliklərdir”. Ayrılmaq “mən” deyilən kimliyin dərk edilməsidir. Üzərini “suvadığın” saxta kimliklərdən azad olmağın ilk yolu ayrılığı qəbul edib reallığınla üzləşməkdir.Həmin kimlikdən ayrılmaq, daxili azadlığa doğru atılan ən böyük addımdır.

Seanslarımda müşahidə etdiyim məqamlardan biri münasibətdə olan 2 şəxsdən birində ayrılma təşvişinin olmasıdır. O münasibətdə özünü nə qədər bədbəxt hiss etsə belə, həmin münasibətdən uzaqlaşa bilməməsidir. Və ya bir münasibəti bitdikdə, tez bir zamanda başqa münasibətə başlayanlar da var. Belə ibsanların beynində ayrılma, təklik yox olmağa bərabərdir. Hələ maddə, yemək, içki və s. asılılıqlarını demirəm.

Bəs necə olmalıdır, nə etməliyik?

İlk növbədə, bunu dərk etməliyik ki, ayrılıq-böyümədir və hər bir ayrılığın ( itkinin ,kimliyin, keçmişin və xəyalların ) yası tutulmalıdır. Ağrını yaşamaq, ondan qaçmaqdan daha az enerji aparır. Yas bitdikdə ruh böyüyür.İnsan yalnız buraxa bildiyi şeylərin sahibidir. Həyatda qala bilmək – həm də keçmişi hörmətlə geridə qoyub, gələcəyə doğru addımlamaq bacarığıdır.
Aytac Ələkbərova,
klinik psixoloq, təlimçi

Aytac Ələkbərovanın yazıları

YENİ MƏLUMATLAR BURADA

QƏNDAB XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Ustad Əfrahim Abbasın 75 illik yubileyi və kitab təqdimatı

Cəlilabadda ədəbi tədbir
(Ustad Əfrahim Abbasın 75 illik yubileyi və kitab təqdimatı)
Bu gün (10.06.2026) Cəlilabad şəhərində yerləşən “Tut Bağı” İstirahət Mərkəzində Cəlilabad ədəbi mühitinin görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Turan Yazarlar Birliyinin üzvü, Prezident mükafatçısı, Ümumrespublika ədəbi müsabiqəsinin qalibi, “Qızıl Qələm” Media Mükafatı, TYB-nin xısusi ödülü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları və “Turan Ödülü” laureatı, veteran pedaqoq, ədəbiyyatşünas, yazıçı-publisist, esseist, ustad şairimiz Əfrahim Abbasın doğum günü, 75 illik yubileyi və yenicə işıq üzü görmüş “Dünya mənim içimdədir” adlı şeirlər və qəzəllər kitabının təqdimat mərasimi keçirildi.
Cəlilabad rayonunun tanınmış ziyalıları, Cəlilabad ədəbi mühitinin bir qrup nümayəndələri, Azərbaycan Yazıçılar Birliyi və Turan Yazarlar Birliyinin bir qrup üzvləri, şəhid ailələri, habelə yazıçı və şairlərin, ədəbi təhlilçi, tənqidçi və ictimaiyyət nümayəndələrinin iştirakı ilə yüksək səviyyədə və səmimi aurada keçirilən tədbir vətən və dövlətçilik uğurunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin anılması məqsədilə bir dəqiqəlik sükutla başladı, ardınca tədbir iştirakçıları öz çıxışında Ustad Əfrahim Abbasın ziyalı şəxsiyyəti, rayonun elm və təhsil, eləcə də ədəbi mühitinə xidmətlərindən söz açaraq onun ədəbiyyat sahəsindəki xüsusi bacarığı və ustad mövqeini yüksək qiymətləndirdilər. Bəzi çıxış edənlər isə həyatda ədəb və etikanın vazkeçilməz bir məsələ olduğunu önə çəkib, ədəbsiz və etikasız olan heç bir sahənin uğurlu və faydalı olmadığına təkid göstərdilər.
Tədbir boyu Ustad Əfrahim Abbasın qələmə aldığı şeirlərdən müəyyən nümunələr qiraət edildi, ardınca fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, TYB-nin İdarə Heyətinin üzvü, Turan Xalq yazarı, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist İlqar İsmayılzadə tərəfindən Ustad Əfrahim Abbasa 75 illik yubileyi və ədəbiyyat sahəsində xidmətlərinə görə “Nizami Gəncəvi” Fəxri Diplomu, Turan Yazarlar Birliyi tərəfindən ona verilmiş “Turan Xalq şairi” fəxri adına aid xüsusi lövhə, həmçinin, “Yazarlar” jurnalı tərəfindən göndərilmiş “Əsrin yazarı” medalı və medalın xüsusi vəsiqəsi təqdim edildi.
Bundan əlavə, tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının direktoru, Cəlilabad Rayon Ağsaqqallar Şurasının üzvü, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Xudayar Sultanlı tərəfindən fəxri Diplom və eləcə də, AYB və AJB-nin üzvü, “Sözün işığı” mətbu orqanının təsisçisi və baş redaktoru, Prezident təqaüdçüsü, Cəlilabad Rayon Veteranlar Təşkilatının sədri, şair-publisist Ədalət Salman tərəfindən Cəlilabad Rayon Veteranlar Təşkilatının Fəxri fərmanı, həmçinin digər iştirakçılar tərəfindən müəyyən hədiyyələr təqdim olundu.
Ustad şair Əfrahim müəllim öz çıxışında ona göstərilən sayğı və diqqətə görə tədbir iştirakçılarına, “Həməşəra” mətbu orqanı, Turan Yazarlar Birliyi və “Yazarlar” jurnalının rəhbərliyinə səmimi minnətdarlığını, bütün tədbir iştirakçılarından razılığını bildirdi..
Bu tədbirdə ustad şairin yenicə nəfis şəkildə nəşr edilmiş sayca doqquzuncu şeirlər və qəzəllər kitabından tədbir iştirakçılarına hədiyyə olundu. Tədbir xatirə şəkillərinin çəkilişi ilə yekunlaşdı. Fotolar:

“Yazarlar” olaraq həmkarımız ƏFRAHİM ABBASı təbrik edir, bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun! Xeyirli olsun!

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Bu gün Səadət Qeribin doğum günüdür – təbrik!

Salam olsun, dəyərli Dostlar! Bu gün Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair Səadət Qəribin doğum günüdür. “Yazarlar” və “Xəzan” jurnallarının kollektivi adından Səadət xanımı təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Hörmətlə: “Yazarlar”, “Xəzan” jurnallarının kollektivi adından Zaur Ustac və Əli Bəy Azəri

EŞQİN DÜNYASI

Ey mənim qanıma hopmuş məhəbbət
Qəlbimi yandır ki yaşıya bilim
Bu yatmış ruhumu oyat canımda,
Əbədi eşqimi daşıya bilim.

Şirin xatirələr həmdəmim olsun
Bir an ayrılmasın mənim yanımdan.
Həsrətin kök salsın damarlarımda
Ruhumla çıxartsın səni canımdan.

Ey mənim qanıma hopmuş məhəbbər
Sənsiz bu dünyanın nədir mənası?…
Dünyanın içində neçə dünya var,
Ən gözəl dünyadır eşqin dünyası…

ELƏ BİR YER OLA

Elə bir yer ola çıxıb gedəsən
Özünlə baş başa qalasan orda
Nə hal bilən ola nə xətir soran
Özünü yenidən tapasan orda

Yanında qələmin, kağızın ola
Yazdığın ilk sözdən çıxasan yola
Yazasan xəyali səadətini
Gözlərin uzağa hey dala dala

Ovunmaq istəsən misralarında
Qəmi gizlədəsən söz arasında
Bir sətir ümidə sarılmaq üçün
Sanasan özünü eşq adasında

Elə bir yer ola çıxıb gedəsən,
Ürək öz yükünü divardan asa
Nə kaş ki səslənə nə niyə ola
Sual da yorula cavab da susa

Elə bir yer ola çıxıb gedəsən
Qayıdış olmaya xəritələrdə
Gedəsən dərdlərin itə yollarda
Keçmişlə arana çəkilə pərdə

BOŞ ÇƏRCİVƏ

Gələndə özüylə nə gətirdisə
Gedəndə hər şeyi aldı əlimdən.
Qəlbimə çəkdiyim portretini,
Artıq çıxarmışam çərçivəsindən.

Silmişəm, adı yox xatirələrdə,
Çəkdiyim acilar gəlməz günaha,
Qəlbimdən asılmış boş çərcivəyə,
Yenidən şəklini qoymaram daha.

Bəlkə də eşqimin gözü tutulub,
Bəlkə də qocalıb, əsada gəzir,
Üz tutdum yalvardım, sordum Rəbbimə,
Dedi ruhun ölüb, burda nə gəzir?!

A bəxtim, burnumun ucu göynəyir,
Səni harda gəzim, harda axtarım,
Səni gəzmədiyim bircə yer qalıb,
Son evim, son yuvam , o son məzarim.

YALAN DÜNYADA

Uyma tərifə ey qadın ,inanma , yalan dünyada .
Baxışın od silahındır, unutma, yaman dünyada,

Günəş kimi ləkəsiz ol, parla ,işıq saç,heç sönmə,
Məsafəni qalxan eylə ,günahla dolan dünyada.

Hər üzünə güləni sən, sanma ki aşiqdir deyə,
Kar ol şirin, xoş sözlərə, kəməndə salan dünyada.

Açma könül qapısını hər qapını döyənə sən,
Sevgini qumar ediblər, oyunbaz olan dünyada,

Aşiq o kəslər olar ki ,niyyəti safdır, təmizdir,
Bax, belə sevgi sağlamdır, saralıb solan dünyada.

Səadət gördükcə sən də, bu dünyanın hər üzünü,
Qəm edirsən, dərd edirsən, sevgisiz qalan dünyada.

SƏN YALANDAN GÜLURSƏN

Haqsızlıq içrə sən ey, lal olub susan qadın,
Qərib tənhalığında öfkəsin qucan qadın,
Səbri dar ağac edib, özünü asan qadın,
Üzün pak, gözün gülür, hər an təbəssümlüsən,
And ola o Allaha, sən yalandan gülursən!

Günah mənimdir deyib, özünü qinayırsan,
Yaşadığın hər günü qara günün sayırsan,
Susqun durub, bəlkə də, hər kəsi sınayırsan,
Gecələr yatır, ölür, sübh səhər dirilirsən,
And ola o Allaha, sən yalandan gülürsən.

Yuvasinda bir qərib qaranquşa bənzədin,
Baharin ortasinda soyuq qışa bənzədin,
Sərtləsdi əl-ayağın qaya, daşa bənzədin,
Kipriyin kölgəsində sığınıb, gizlənmisən,
And ola o Allaha sən yalandan gülürsən.

O nakam arzuları yada salırsan hərdən,
Qırılan ümidlərə düyün vurursan hərdən,
Ucurub xəyalları, gah da qurursan hərdən,
Sən cənnətin qızısan, buluddan süzülmüsən
And ola o Allaha sən yalandan gülursən!!!….

AĞLAYAN XATİRƏLƏR

Qəlbim göylər kimi aydın olsa da,
Gecələr gecətək qaralmağım var.
Hər bahar ruhumda güllər açsa da,
Payızda yarpaqtək saralmağım var.

Dağların qarıtək soyuyub sinəm,
Donmuşam bir daha çətin isinəm .
Elə bil bulud da ,yağış da mənəm,
Çayların suyutək durulmağım var.

Həyatım küləyə,yelə bənzəyir,
Dağlardan kükrəyən selə bənzəyir,
Qönçəsi çatlamış gülə bənzəyir,
Taleyə, qədərə qırılmağım var.

Eşqim uca idi hər şeydən uca,
Sevgimi qorudum ömür boyunca.
Sarıla bilmədim ona doyunca,
Təkcə xatirəyə sarılmağım var.

Bilmirəm həyatda yoxam ya varam ,
Baxdıqca geriyə sızlayır yaram.
Özümü heç bir vaxt bağışlamaram ,
Ən çox da özümə daralmağım var.

MƏN Kİ, TƏNHA DEYİLƏM

Mən ki, tənha deyiləm,
İçimdə çoxlu “mən” var.
Biri hey susur dərin
Biri hey haray salır.

Biri keçmişdə donub ,
Xatirəyə sarılıb,
Biri sabah dalınca
Ümid kimi darıxıb…

Mən ki, tənha deyiləm
Beynimdə izdiham var.
Səssizliyin səsində
Min səsli bir aləm var.

Özümlə savaşıram,
Bəzən də barışıram,
Kənardan bir nəfərəm,
İçimdə min nəfərəm.

Kiməm axı, kiməm mən?
Hansı səsim həqiqət?
Bəlkə bütün “mən”lərin
Adı qərib Səadət…

və “Xəzan” Jurnalında (pdf):

MÜƏLLİF: SƏADƏT QƏRİB

SƏADƏT QƏRİBİN YAZILARI

SƏADƏT QƏRİBİN KİTABLARI:

  1. SƏADƏT QƏRİB. MƏN BİR HƏYAT HEKAYƏSİ
  2. SƏADƏT QƏRİB. ONUN ACI TALEYİ
  3. SƏADƏT QƏRİB. YANIQLI BİR BAYATIYAM

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

FİRAVAN MAHİRİN “JALƏ SEVGİSİ”

FİRAVAN MAHİRİN “JALƏ SEVGİSİ”

İmza Nəşrlər Evi Firavan Mahirin kitabını nəşr etdirib. Poeziya və nəsr nümunələri toplanmış kitab “Jalə sevgisi” adlanır. Bu, müəllifin oxucularla ikinci görüşüdür.
Firavan Mahir ixtisasca müəllimdir, özü də ingilis dili müəllimi. Onda yaradıcılığı həvəs orta məktəbdə oxuduğu illərdə baş qaldırıb. Xeyli müddət yazdıqlarını hamıdan gizlədib və heç yerdə çap etdirməyib. Ali təhsil aldığı dövrdə, xüsusən də ingilis və Azərbaycan dillərinin incəliklərinə bələd olandan sonra yaradıcılığını davam etdirmək qərarına gəlib. Yığcam yazır, lirik qəhrəmanın fikirlərini dolğun, lakonik şəkildə ifadə etməyi bacarır.
Kitaba ön söz yazan filologiya üzrə fəlsəfə doktoru Şakir Albalıyev “Firavanın poetik sevgisi” adlı məqalədə şairin yaradıcılığını təhlil etməyə çalışıb.
“Jalə sevgisi” kitabı Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Xəzan” jurnalının baş redaktoru Əli bəy Azərinin redaktorluğu ilə işıq üzü görüb. Ümidvarıq ki, oxucuların marağına səbəb olacaq.

Firavan Mahir “Jalə sevgisi” adlı yeni kitabın nəşrinə görə “Yazarlar” jurnalı tərəfindən “Ziyadar” mükafatı ilə təltif olunub (FİRAVAN MAHİR N: 203 06.06.2026. BAKI.) “Yazarlar” olaraq həmkarımız FİRAVAN MAHİRi təbrik edir, bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun! Xeyirli olsun!

FİRAVAN MAHİRİN “JALƏ SEVGİSİ” PDF (OXU!):

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>>Mustafa Müseyiboğlu adına kitabxana<<<]

Səadət Qərib – Şeir

ŞEİR

Şeir də canlıdır…
Baxan gözləri var,
eşidən qulaqları,
danışan dili,
döyünən ürəyi…

Bəzən bir körpə kimi doğular,
bəzən bir qoca kimi susar.
Sevinər, gülər,
incinər, ağlayar,
həsrət çəkər şeir.

Yollar keçər ayaqlarıyla,
illər aşar nəfəsiylə.
Bir könüldən çıxıb
başqa bir könüldə yuva salar.

Bəzən bir ömrü yaşadar,
bəzən bir ömrü dəyişər.
Və insan gedər…
Amma söz qalar.

Çünki şeir də insan kimidir —
doğular,
yaşayar,
sevilər,
unutular…
və bəzən də
ölümsüz olar.

MÜƏLLİF: SƏADƏT QƏRİB

SƏADƏT QƏRİBİN YAZILARI

SƏADƏT QƏRİBİN KİTABLARI:

  1. SƏADƏT QƏRİB. MƏN BİR HƏYAT HEKAYƏSİ
  2. SƏADƏT QƏRİB. ONUN ACI TALEYİ
  3. SƏADƏT QƏRİB. YANIQLI BİR BAYATIYAM

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Səlim Babullaoğlu poeziyasına ədəbi-bədii baxış

Salim Babullaoglu poeziyasına ədəbi-bədii baxış

Sözün həqiqi mənasında böyük şeirlər yalnız oxunan mətn olmur, onlar insanın daxilində uzun müddət yaşayan bir ovqata çevrilirlər. Səlim Babullaoğlunun “İyunda oxunan nəğmələr” şeiri də məhz belə poetik nümunələrdəndir. Bu şeir ilk baxışda gündəlik həyatın sadə mənzərələri üzərində qurulmuş kimi görünür. Pəncərədən keçən maşınlar, quş səsləri, uşaqlarını yatızdıran analar, çay içən nənələr, efirdə nümayiş olunan köhnə filmlər, dost məclisləri və budaqdan qopan yarpaq, bütün bunlar adi həyatın hər gün qarşılaşdığımız səhnələridir. Lakin şair bu adi görünən məqamların daxilində insan varlığının ən mürəkkəb suallarını gizlədir. Şeirin hər misrasında hiss olunur ki, burada sadəcə müşahidə yoxdur, həm də dərin daxili dinləmə var. Müəllif həyatın səslərini eşitməklə kifayətlənmir, o səslərin arxasındakı sükutu da duymağa çalışır.

Bu şeirin əsas fəlsəfi yükü “anlaşılmazdır əbədiyyət qədər” misrası üzərində qurulub. Şair bu ifadəni təkrar etdikcə oxucu anlayır ki, söhbət sadəcə nəğmədən yox, insan ruhunun izah olunmayan qatlarından gedir. Hər bir insanın içində bir nəğmə yaşayır. Bu nəğmə bəzən sevinc, bəzən qorxu, bəzən həsrət, bəzən də səbəbsiz bir kədər formasında üzə çıxır. Amma insan o nəğməni tam anlaya bilmir. Necə ki, əbədiyyət anlayışı insan ağlının sərhədlərindən kənardır, insan ruhunun gizli qatları da eləcə sirr olaraq qalır. Səlim Babullaoğlu bu sirri böyük pafossuz, sakit və təmkinli poetik dillə təqdim edir.

İYUN

İyunda oxunan nəğmələr
Pəncərəm önündən maşınlar ötər,
quşlar civildəşər pəncərəmin ağzında,
maşınların içində adamlar,
adamların içində nəğmələr,
nəğmələrin sonunda sükut –
anlaşılmazdır əbədiyyət qədər.
Analar uşaqlarını yatırar – layla çalar,
nənələr çay içər – bu səhnəyə qürurla baxar,
yuxusu qırılmış subay və texnoman əmilər
nəyisə öyrənər, qurdalar,
hamının içində nəğmələr –
anlaşılmazdır əbədiyyət qədər.
Efirdə ən köhnə filmlər ən yeni dublyajda –
sözlər həminki, səslər bambaşqa avazda,
sanki nə isə dəyişər,
qəhrəmanlarsa yenə də körpələr,
dodaqlarında qığıltıya bənzər gözəl nəğmələr –
anlaşılmazdır əbədiyyət qədər.
Bu axşam rejissor dostumun
Raskolnikovun evinə bənzəyən evində
yeni şeiri necə yazmaq haqqında düşündük –
həyatı kadra, sözə, obraza və nələrə böldük,
ən orijinal formalar haqda mülahizələr
deyilsə, həyatın özü qədər gözəl,
deməli, bu mənasız yarışma
lal sükutla ötüşməliydi – ötüşdü,
bu nə qələbə, nə məğlubluq,
ən adi həyati görünüşdü…
Və beləcə, bu sükutun sehrində
bir yolçu yol gedər –
bu mənəm, içimdə anlaşılmaz nəğmələr –
gözəldir əbədiyyət qədər.
Pəncərəm önündən maşınlar ötüşər,
beynimdə əvvəlki nəğmədir, dolaşar,
quşlar civildəşər yarpaqlar arasında uçuşar
və yayın dördüncü axşamı
bir yaşıl yarpaq budağından qopar –
nə dinər,
nə susar,
nə saplaq qollarından çarmıxa çəkildiyi bilinər,
nə yaşamaq həvəsi,
nə ölüm xofu,
nə də qatil quşlar haqqında danışar –
ya bunlar hamısı susmağında,
mənsə əbədiyyət qədər
anlaşılmaz nəğmələr oxumağımda.

Şeirin bədii təhlili:

Bu şeirin ən diqqətçəkən xüsusiyyətlərindən biri onun səssizlik estetikasını yaratmasıdır. Şair burada sükutu boşluq kimi təqdim etmir. Əksinə, sükut şeirin ən danışqan qatına çevrilir. “Nəğmələrin sonunda sükut” misrası göstərir ki, insanın bütün səsləri, bütün izahları, bütün həyat hekayələri sonda səssiz bir nöqtəyə gəlib çatır. Bu sükut məğlubiyyət deyil, həm də qəbuldur. İnsan həyatın bütün sirlərini anlaya bilmədiyini qəbul edir. Bu qəbul isə şeirdə böyük daxili sakitlik yaradır.

Şeirdə gündəlik həyatın detalları xüsusi poetik güclə təqdim olunur. Buradakı analar, nənələr, subay əmilər və maşınların içindəki insanlar ümumiləşmiş insan obrazlarıdır. Şair onları fərdi xarakter kimi yox, həyatın axarındakı insan taleləri kimi göstərir. Hər kəs yaşayır, düşünür, öyrənir, sevir, yorulur, amma hamının daxilində görünməyən bir nəğmə dolaşır. Bu nəğmələr insanların daxili aləminin poetik ifadəsidir. Müəllif bununla göstərir ki, insan zahirdə nə qədər adi görünürsə görünsün, daxilində həmişə mürəkkəb və sonsuz bir dünya daşıyır.
“Ən köhnə filmlər ən yeni dublyajda” misrası isə zamanın dəyişməsi ilə mahiyyətin dəyişməməsini ifadə edir. Səslər dəyişir, avaz dəyişir, texnologiya yenilənir, amma insan ruhu yenə eyni qalır. İnsan yenə sevir, qorxur, darıxır, xatırlayır və susur. Burada müəllif müasir dünyanın sürətinə qarşı incə bir ironiya yaradır. Sanki dünya dəyişirmiş kimi görünür, amma əslində insanın içindəki əsas duyğular dəyişmir.
Şeirin ən maraqlı hissələrindən biri rejissor dostun evində keçən səhnədir. “Raskolnikovun evinə bənzəyən ev” ifadəsi təsadüfi deyil. Bu detal Dostoyevski ruhunu xatırladır və insan vicdanının, daxili parçalanmasının simvoluna çevrilir. Burada sənət haqqında düşüncələr aparılır, yeni şeirin necə yazılması müzakirə edilir. Həyat kadra, obraza, sözə bölünür. Lakin sonda şair anlayır ki, həyatın özü bütün nəzəriyyələrdən daha böyükdür. Əgər sənət həyat qədər səmimi deyilsə, onda o, sadəcə mənasız yarışmadır. Bu fikir şeirin estetik manifestinə çevrilir. Müəllif forma yarışını deyil, həyat həqiqətini üstün tutur.
Şeirin finalındakı yaşıl yarpaq obrazı xüsusi poetik dərinliyə malikdir. Yarpaq budaqdan qopur, amma nə danışır, nə də susur. O, sadəcə varlığın axarına təslim olur. Burada insan taleyinin böyük simvolu yaradılır. İnsan da həyat qarşısında çox zaman həmin yarpaq kimidir. Haradan gəldiyini, niyə yaşadığını, niyə getdiyini tam anlaya bilmir. Amma buna baxmayaraq yaşayır, hiss edir və daxilində anlaşılmaz nəğmələr daşıyır.
Şeirin dili olduqca təbiidir. Burada süni bədii ağırlıq yoxdur. Misralar sanki həyatın öz nəfəsi ilə yazılıb. Bu sadəlik şeirin gücünü daha da artırır. Çünki müəllif fəlsəfi düşüncəni mürəkkəb terminlərlə deyil, adi həyat səhnələri ilə ifadə edir. Elə buna görə də oxucu şeiri oxuyarkən öz həyatından parçalar görür.
Nəticə etibarilə, “İyunda oxunan nəğmələr” insan ruhunun səssiz musiqisini dinləyən dərin poetik mətnlərdən biridir. Bu şeir həyatın adi görünən anlarında gizlənən əbədiyyət hissini ortaya çıxarır. Burada nə böyük hadisə var, nə dramatik süjet. Amma həyatın özü bütün sadəliyi ilə elə böyük təqdim olunur ki, şeir insanın daxilində uzun müddət yaşayır. Səlim Babullaoğlu bu şeirdə göstərir ki, insanı insan edən bəzən məhz izah edə bilmədiyi duyğular, anlaya bilmədiyi nəğmələr və sükutun içində gizlənən mənalardır. Şeir oxuyub bitəndən sonra belə davam edir, çünki onun əsl səsi misralarda yox, oxucunun daxilində yaşayır.
Sizə cansağlığı, bərəkətli ömür və yaradıcılıq uğurları arzulayıram, dəyərli Səlim müəllim!
02.06. 2026

Müəllif: Sevil AZADQIZI

Azərbaycan dili və ədəbiyyatı müəllimi. Filoloq. Ədəbi təhlil-tənqidçi. AJB-nin üzvü.

SEVİL AZADQIZININ YAZILARI


SƏLİM BABULLAOĞLUNUN YAZILARI

Seyfəddin Hüseynlinin yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

С днем рождения, ФЛОРА НАДЖИ! Удачи тебе!

МОЙ ДЕНЬ

Хочу поделиться в любимом мною ФБ маленькой «исповедью»…Так уж получилось, что в данное время я переживаю один из трудных периодов своей жизни. И внутри этого периода оказался очередной день моего рождения. Но дни рождения никто не может отменить, переносить. Его празднование? Да. Но сами дни – ну, никак… А надо ли? И кто сказал, что все дни рождения должны совпадать с радостными, беззаботными днями…Я люблю этот День. И расцениваю его каждый год, скорее всего, не как приближение старости, а как ещё один естественный для всех людей день взросления и мудрения, приобретения ещё большего жизненного опыта, хотя, казалось бы, учитывая мой возраст, куда ещё…
Так было угодно Судьбе, что в этот раз мой День совпал с очередным жизненным испытанием, достаточно весомым, можно сказать, очень серьёзным, и скажем так, по масштабу превосходящим все предыдущие… Здесь хочу поставить смайлик, чтобы никто не подумал, что я подавлена. Отнюдь! Мне очень импонирует мысль, которая повторяется моими друзьями, близкими в знак утешения о том, что «испытания никогда не даются человеку Творцом сверх его силы». Значит, ОН знает, что пройти его в моих силах. И я постараюсь, с ЕГО помощью и молитвами моих родных, близких, друзей, реальных и виртуальных, не подвести. Тем более, что следующий ДР – юбилейный…

ПОСВЯЩЕНИЕ СЕБЕ

В июне, десятого, я в этот мир пришла,
В прекрасный день, в самом начале лета.
Счастливым детством предначертана была
Жизнь, вся полная любви, тепла и света.

Годы испытаний трудных не сумели
К людям любовь убить, тепло искоренить,
И они с годами даже крепче стали,
Помогая свет свой в душе мне сохранить.

Так, с детских лет с любовью к людям я живу,
Стремясь тепло и свет души им отдавать.
По мере сил, сколько на свете проживу,
Буду стараться я себе не изменять.

С днем рождения, ФЛОРА НАДЖИ! Удачи тебе!

10 iyun 2026 года

MƏNIM GÜNÜM

Bu gün sevdiyim FB-də dostlarıma kiçik bir «etiraf» etmək istəyirəm… Elə oldu ki, hal-hazırda həyatımın ən çətin dövrlərindən birini yaşayıram. Və bu dövr çərçivəsinə növbəti ad günüm də daxil oldu. Bəlli ki, heç kim öz ad günü tarixini ləğv edə və ya təxirə sala bilməz. Bununla bağlı tədbirləri? Bəli, olar. Amma günlərin özünü – yox, heç cürə mümkün deyil… Heç buna ehtiyac varmı? Kim deyib ki, bütün ad günləri sevincli, qayğısız günlərlə üst-üstə düşməlidir… Mən bu Günü sevirəm. Və hər il onu qocalığa bir addım kimi deyil, yaşa dolmaq, müdrikləşmək, daha da çox həyat təcrübəsi qazanmaq üçün növbəti bir gün kimi dəyərləndirirəm, baxmayaraq ki, yaşımı nəzərə alsaq, bundan artıq hara…
Tale elə gətirdi ki, bu dəfə ad günüm növbəti həyat sınağı ilə üst-üstə düşdü – kifayət qədər ağır, demək olar ki, çox ciddi və miqyasına görə əvvəlkilərin hamısını üstələyən… Heç kim mənim ruhdan düşdüyümü düşünməsin deyə, buraya bir gülümsəyən смайлик qoymaq istəyirəm. Qətiyyən! Mənə yaxınlarımın, dostlarımın təsəlli məqsədilə tez-tez dedikləri «Tanrı heç vaxt sınağı hər bir insana onun gücündən artıq vermir» fikir çox ürəyimcədir. Deməli, O bilir ki, bunu adlamaq mənim gücüm daxilindədir. Mən də ONUN köməyi, əzizlərimin, doğmalarımın, real və virtual dostlarımın duaları ilə sizi məyus etməməyə çalışacağam. Üstəlik, növbəti ad günüm yubileyimdir.

ÖZÜMƏ İTHAF

Bu dünyaya onu iyunda gəldim,
Gözəl bir gün,yayın lap əvvəliydi.
Sevgi, işıq, isti dolu uşaqlıq
Gələn həyatıma siraət etdi.

Sınaqlı illərim heç bacarmadı,
İnsanlara olan sevgimi ala,
İşığım sönmədi, istilik qaldı,
İllərim keçdikcə gücləndi daha.

İnsan sevgisiylə dolu ürəyim,
Ruhumda istilik, işıq saxlaram.
Elə sona qədər ömrü yaşayıb,
Mən özüm özümə sadiq qalaram.

Ad dünün mübarək, FLORA NACİ! Uğurlar sənə!

10 iyun 2026

PROFESSOR FLORA NACİ

Oslo Azərbaycan Evində Norveç Azərbaycan diasporunun ilk şahmat turniri təşkil olunub 

Oslo Azərbaycan Evində Norveç Azərbaycan diasporunun ilk şahmat turniri təşkil olunub 

Osloda Norveç Azərbaycanlıları Gənclər Təşkilatı- NAYO-nun 20 illik yubiley ilinə həsr olunmuş tədbirlər çərçivəsində Oslo Azərbaycan Evində Norveç Azərbaycan diasporunun ilk şahmat turniri təşkil edib.

Müxtəlif yaş qruplarını təmsil edən 16 uşaq və gəncin iştirak etdiyi turnir böyük maraq və rəqabət şəraitində keçib. Yarış iştirakçıları öz bilik və bacarıqlarını nümayiş etdirərək məntiqi və strateji düşünmə qabiliyyətlərini sınayıblar.

Turnirin keçirilməsi gənclərin intellektual inkişafına, strateji düşünmə bacarıqlarının gücləndirilməsinə və onların dostluq münasibətlərinin möhkəmlənməsinə tövhə verib.

Gərgin mübarizə şəraitində keçən yarışın yekununda Mirana Bədəlova birinci yerə layiq görülüb. Ənvər Ramberg ikinci, Arvin Balanji isə üçüncü yeri tutub. Qaliblərə diplom və hədiyyələr təqdim olunub, bütün iştirakçılar isə fəal iştiraklarına görə diplomlarla təltif ediliblər.

NAYO-nun təşkilatçılığı ilə hər həftəsonu keçirilən şahmat kursunun müəllimi Kabir Bədəlov bildirib ki, bu cür tədbirlər uşaq və gənclərin intellektual inkişafında mühüm rol oynayır. O qeyd edib ki, gələcəkdə də şahmatın təbliği, eləcə də gənclərin intellektual, sosial və mədəni inkişafına xidmət edən müxtəlif layihə və tədbirlərin həyata keçirilməsi davam etdiriləcək.

Turnir iştirakçılar, valideynlər və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb və tədbir xoş, səmimi şəraitində başa çatıb. Sonda bütün iştirakçıların iştirakı ilə xatirə şəkli çəkdirilib.

Valideynlər tədbirin yüksək səviyyədə təşkil olunmasına görə NAYO rəhbərliyinə və şahmat kursunun müəllimi Kabir Bədəlova təşəkkürlərini bildirərək, bu kimi intellektual tədbirlərin davamlı keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, şahmat turniri NAYO-nun 20 illik yubiley proqramı çərçivəsində təşkil olunan silsilə tədbirlərdən biridir və iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Məlumatı hazırladı: Günay ƏLİYEVA

GÜNAY ƏLİYEVANIN DİGƏR YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I