Torpaq ona səcdə edən varsa –Vətəndir! Və ya Vətən adam-sənə səcdə edirəm!.. Sosial şəbəkədə qarşıma çıxan bir videonun təsirindən günlərdir çıxa bilmirəm. Sevimli müəllimim, Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Cahangir Məmmədlinin erməni işğalından azad olunmuş doğma kəndi Novruzluya ilk gedişini əks etdirən videosüjetdən danışıram. Bu kiçik videomaterial vətənpərvərlik mövzusunda yazılan qalın-qalın kitablardan, çəkilən filmlərdən daha təsirli gəldi mənə. “Hardan başlanır Vətən? sualının cəcdəli cavabı kimi… Cahangir Məmmədli 30 il erməni tapdağında qalan doğma kəndi Novruzlunun ziyarətində nə alim idi, nə müəllim, nə də ictimai xadim. Doğma yurd yeri üçün burnunun ucu göynəyən 84 yaşlı bir uşaq idi, üzünü vətən torpağına sürtüb hönkür-hönkür ağlayırdı, heç paltarlarının batması da eyninə deyildi, ötənlərini, doğmalarının ruhlarını haraylayaraq burda olduğunu bildirirdi. Cahangir müəllimin ilahi səcdədə möhürü də, təyəmmümü də Novruzlu torpağı idi, alnını ona dayamışdı, dəstəmazını bu torpaqla almışdı. Novruzlu torpağı müqəddəs qiblə idi, Kəbə idi, iki dünyanın iç-içə qovuşduğu, zaman-məkan vəhdətinin tarazlaşdığı ziyaratgah idi, ahıl çağında uca həqqin lütf edərək yaşatdığı xoşbəxtlik payı idi. Sevinirdi ki, bu gəlimli-gedimli, son ucu ölümlü dünyada, ömrünün ahıl çağında uca yaradan ona fürsət verib ata-baba yurdunu görməyə, havasını sinəsinə çəkməyə, torpağına səcdə etməyə, suyundan içməyə, xatirələrini təzələməyə. …Sözlə nəzmə çəkə bilməyəcəyim ilahi bir mənzərə izlədim, ilahi duyğu yaşadım, səssiz, ürəkdən ağladım-özümdən ixtiyarsız. Vətənə qovuşmaq necə ilahi sehr, güc, həm də böyük xoşbəxtlik imiş! Cahangir müəllim uşaq olmuşdu, özünü, çəkiliş getdiyini, ətrafdakıları belə unutmuşdu, təkrar-təkrar kəndin ətrafına dövrə vururdu, daşları, ağacları sığallayırdı, məzar daşlarına toxunurdu, kəndliləri yanındaymış kimi onlarla danışırdı, haylayırdı, üzərində olan zəhmətə görə halallıq istəyirdi. Novruzlunu, doğma kəndi bundan artıq sevmək mümkünmü? Çətin! Hardasa oxumuşam ki, insan üçün ən əziz yer doğmalarını torpağa tapşırdığı məkandır. O məkandakı ruhlar insanı bütün ömrü boyu özünə çəkir, unutmağa qoymur. İnsan unutmaq istəsə də, ruhu axtarıb tapır, daşına, torpağına bağlanır, ora sığınır. …Cahangir müəllimin Novruzluya qovuşmaq səadətini onunla bir bölüşən, yanında olan jurnalist həmkarım Mirşahin Ağayevə, bu görüntüləri lentə alan çəkiliş qrupuna həsəd apardım-bu ilahi görüşə şahid olduqlarına, sevinc paylarını aldıqlarına, ruhən, içən təmizləndiklərinə görə. O anlarda Mirşahin nə televizia rəhbəri idi, nə də bu xeyirxah görüşün təşkilatçısı, təşəbbüsçüsü. Cahangir müəllimin yüzlərlə tələbəsindən biri olduğunu da unutmuşdu Mirşahin. Bəlkə Cahangir müəllimin özünü də. Həmkarım öz ruh aləmində idi, gözlərini torpağa zilləmişdi, illərin həsrətlisi olan, yurdu üçün körpə kimi ağlayan insanın torpağı ilə görüşü onu da kövrətmişdi. Amma, həm də xoşbəxt etmişdi, çöhrəsindən bəlli idi. Amma bir şey mənə təəccüblü qaldı- nə üçün Mirşahin həmin anlarda Cahangir müəllimlə birgə cəcdəyə getmədi, torpağa əyilmədi? Həyəcandanmı unutdu? Axı o torpaq təkcə Novruzlu deyildi, Ağdam deyildi, bütöv Azərbaycan idi, Vətən idi, doğma yurd idi və ona cəcdəyə getmək ilahi bir BORC idi! “Dünyada mənim üçün ən əziz torpaq olan Novruzlu kəndindəyəm. Novruzlu kəndi mənim üçün ideal bir məkandır, makro vətənimin makro bir nöqtəsidir. Burda mən özümü bu gün dünyanın ən xoşbəxt adamı hesab edirəm. Elə özümü dünyanın ən xoşbəxt insanı kimi də hiss edirəm”. Novruzluda, doğma kəndində ona olan sevgisini belə dilə gətirir Cahangir müəllim. “Bu kənd mənə çox şey verib” deyir. Dünyadan vaxtsız köçən anasının, cəhbədən qayıtmayan, üzünü heç vaxt görmədiyi atasının, əzizlərinin ruhu bu yurdun torpağına, havasına, suyuna qarışıb, hopub, daşına, qayasına həkk olunub. Cahangir müəllim üçün yurd yerinin yetimliyi valideyn yoxluğundan da ağır dərd imiş. Doğulduğu torpağın 30 ildən çox erməni tapdağında qalması yetimlik ağrısını da üstələyibmiş. “Dağ olsaydım əriyərdim, torpaq idim dayandım” deyimi sanki Novruzlu üçün deyilibmiş. … Daşı daş üstə qalmayan, evləri viran edilən, məzarıstanı belə dağıdılan Novruzlu səcdəsinə qapanan övladına nə danışdı, uzun illərin ağrısını necə anlatdı, o da göz yaşı töküb ürəyini boşaltdımı?-bu sualların cavabını Cahangir müəllimdən elə soruşmaq istəyirəm ki. “Mən kənd adamıyam, 50 ildən çoxdur Bakıda yaşasam da, heç vaxt şəhər adamı ola bilmədim”in səbəbini də… Bu, bir yubiley yazısı deyil. Cahangir müəllimin elmi, bədii, pedaqoji fəaliyyəti haqqında o qədər yazılıb ki… Bu esse 30 ildən sonra torpağına səcdəyə gedən müəllimi haqqında keçmiş tələbəsinin duyğularının sözlə izharıdır-bu görüşün özü kimi kövrək, duyğulu. Cahangir müəllim, “Novruzluda evlər tikilsə, ilk köçənlərdən biri mən olacağam” demisiniz. İnşallah! Qoy Novruzluda yeni evlər inşa olunsun, köç başlasın, sizə də təzə ev verilsin. Və təzə evinizdə sizi ziyarətə mən də gələcəyəm, əziz müəllimim. Allah arzularımızı çin etsin! Amin! Esmira İsmayılova, Filologiya üzrə fəlsəfə doktoru
3 iyun 2026-cı il tarixdə AYB -nin NATƏVAN KLUBUNDA mərhum şair Vaqif Hüseynovun anadan olmasının 90 illiyi münasibətilə anım tədbiri keçirildi. Tədbirdə AYB rəhbərliyi və əməkdaşları, MM- nin deputatları, alimlər, ziyalılar, yazıçı və şairlər,yubilyarın ailə üzvləri və qohumları iştirak etdilər. Tədbiri giriş sözü ilə AYB sədrinin müavini Rəşad Məcid açdı. O tədbir iştirakçılarını salamladı,Vaqif Hüseynovun ədəbi yaradıcılığını yüksək qiymətləndirdi. Tədbir AR MM-nin deputatı,şair,yubilyarın bacısı oğlu Elçin Mirzəbəylinin moderatorluğu ilə davam etdi. Tədbirdə MM-nin deputatı,komitə sədri Anar İsgəndərov, tanınmış yazıçılar Hüseynbala Mirələmov və Yaşar Rzayev,AYB Lənkəran Bölməsinin sədri, yazıçı, dramaturq Qafar Cəfərli,MM-nin deputatları Vasif Qafarov,Elman Nəsirov və Fariz İsmayılzadə, professor İslam Qəribli, tanınmış şair Ağacəfər Həsənli, tanınmış yazıçı Nurəddin Ədiloğlu çıxış edərək yubilyarla bağlı xatirələrini, ürək sözlərini bölüşdülər. Yubilyarın nəvəsi, Moskva Beynəlxalq Əlaqələr İnstitutunun beynəlxalq jurnalistika fakültəsinin dekan müavini Nigar Məsimova babası ilə bağlı arzu və istəklərini ifadə etdi. Tədbirdə tanınmış qiraətçı Müşfiqə Baləddinqızının və təqaüdçü müəllim Nübar Abiyevanın ifasında yubilyara məxsus şeirlər alqışlarla qarşılandı. Yubilyarın qızı Xalidə Vaqifqızı çıxıs edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi. Tədbir Elçin Mirzəbəylinin yekun sözü ilə başa çatdı. Sonda xatirə şəkilləri çəkildi. Fotolar:
Şair deyilsən ki, şeir yaza bilməyəndə səni sərxoş edəcək qadın axtarasan, sonra da içdiyin o qadınların ayılanda adlarını tapmayasan…
Yoqa müəllimi deyilsən ki, hər gün dərsə gecikəsən, bəhanəni zamana tabe olmamaqla bağlayasan… Sən heç cəbhədə dostunu itirən əsgər də deyilsən, illər sonra onu xatırlayıb ağlayasan…
Aşbaz deyilsən, yeməklərin dadı ilə ocağın istisini qarışdırasan, başqalarını boyat, özünü təzə təama alışdırasan… Gecələri də tez yatırsan, heç olmasa bir işə yarayıb, ayla günəşi barışdırasan…
Ata deyilsən, bir dərdin ola, o da övlad… Ona öyrədəsən necə qazanılır şərəfli ad. Bəzən uşaqlarının adını qarışdırasan… Yaxşı ki, ata deyilsən, çətin zamandır— hamısına verəmməzdin savad.
Sən heç bir iş bacarmayan, anasının şikayət etdiyi adamsan. Mənimçun birlikdə gedəcəyimiz yol, başqaları üçün zəhlətökən dumansan… Bu boyda şəhərdə yer tapılmır sənə madam ki, deməli, mənə lazımsan, mənim qəlbimdəki kamansan…
İş taparam mən sənə: Buludları rəngləmək gəlirmi əlindən? insanlardan küsəndə şirin söz çıxarmı dilindən? Məlikməmməd üçün yandırarsanmı telindən? Hamı üz döndərəndə bu şəhərin dənizindən, sən tutarsanmı onun biləyindən?
Bitirəndə bu işləri bir çobanyastığı ləçəyi qopararsanmı diləyimdən? Sənin sıxmaram ürəyini birlikdə içərik yağış suyunu tez öyrəşərik bir-birimizə bir gündə tanıyaram sənin huyunu… Yaşadıqlarının açığını çıxmazsan ki taleyimdən?
Sonra, böyük, çox böyük işlər görərik Hər axşam günəş batmasın deyə qalın kəndir hörərik… Axı adamlar kədərlənir, nə olsun ki, arada ay bədirlənir. Onlara lazımdır günəş hər axşam yanğınsöndürən olarıq dərdli qəlblərə çiləyərik atəş…
Şəhərin tənhalıq çəkdiyi gecələri salarıq tələyə, bir sevgili taparıq gecəyə!.. Ölümü aldadarıq, mat qoyarıq onu qurduğunuz kələyə… Onu göndərərik gedər-gəlməzə, ikimiz birlikdə olanda, o nə edə bilər bizə?! Körpələrin, cavanların mərəzlərini verərik küləyə, doyunca gülərik, rişxəng edərik xəstəliyə… Yetim uşaqları analara verərik, yaşanmayan uşaqlığı yenidən bələyə… Yetimlərin adları olmur ki, analar onlara “laylay” deyib səsləyə…
Görəsən, sənə niyə işsiz deyirdilər, Bilmirsən, niyə?!
HƏQİQƏT AXTARAN ŞAİRİN QÜRBƏT DUYĞULARI – ABBAS İLHAM
Poeziya hisslərin, duyğuların, insanın emosional halının, ovqatının bədii obrazlarla ifadəsidir. Amerikan şair Cek Gilbertin bir fikri həmişə məni dərindən düşündürüb. Müsahibələrinin birində o, deyir ki, poeziya həyata meydan oxumaq imkanıdır. 19 yaşında Vətəndən ayrılıb Rusiyanın Rostov, Moskva kimi böyük şəhərlərində qürbət həyatı keçirməyə məcbur olan Abbas İlham qürbət duyğularını nəzmə çəkərək həsrətə, nisgilə, xiffətə, Vətəndən, doğmalardan ayrılığa üsyan edərək, həyata meydan oxuyub. Bu gün də cəsarətlə meydan oxuyur, könül duyğularını nəzmə çevirir. O, Moskvada sehirli bir dünya yaradır – şeir dünyası. Yenə Gilbertə müraciət etsək, poeziya sehirli dünyaya yaxın olmağın ən zərif yoludur. Abbasın şeir dünyası, sehirlidir, işıqlıdır, təxəyyülü genişdir, 40 ildən çox başqa yerdə yaşasa da, milli ruhu, milli kimliyi, milli məvəvi dəyərlərə sayğısı öz yerindədir, lirik dünyası qəlbəyatandır. Bütün istedadlı, həqiqi sözə vurulan, könül verən insanlar kimi Abbasın da özünün, sözünün, özü demişkən, “xəmiri sevgidən yoğrulub”. O, qürbətin soyuğuna, soyuqluğuna, biganəliyinə, nisgilinə, xiffətinə məhz bu sınanmış, güvənli sevgi ilə qalib gəlir, lirik düşüncələri onu heç vaxt darda qoymur. Bu sevgi notlarında önəmli obrazlar Vətəndi, xalqdı, el-obadı, elin qəhrəman övladlarıdı, vəfalı el gözəlidi. Vətən nisğilindən yanıb-yaxılanda özünə munis çoşqun dalğalı, kövrək ləpəli Xəzəri haraylayır. Onun sızıldayan ürəyinə doğma Xəzərin şəfalı suları məlhəm olur. Nostalji duyğularla qolboyun olan “Yenə də yanılıram” şeirində Abbas “xəyal dənizi”ndə üzə-üzə uşaqlığına, gəncliyinə qayıdır:
Xəzər! Bir daha qoynuna alaydın bizi… İlk dəfə o iki gənci alan kimi… Utana-utana ilk dəfə biri-birini yarıcılpaq görən, Əl-ələ tutub, qaça-qaça, sənə qovuşmağa can atan, Sevgisini sənlə bölmək üçün qoynuna atılan o iki gənci deyirəm… Yanar baxışlı, od nəfəsli, şirin məhəbbətli, vüsal həvəsli… biri-birinə dəlicəsinə vurulan o iki “dəli”ni deyirəm…
İllər keçdikdən sonra şairin təsəllisi də qeyri-adidir, özünəməxsusdur. Yenə də ilahi sevgi, yenə də Xəzər: “Biz ancaq Xəzər dənizində üzə bilərik, axı hər ikimizin sahildə sevdiklərimiz var”. “Aralarında ayrılıq Araz olan” iki aşiq necə də bir-birinə oxşayırlar – “biri Bakı, o biri Təbriz olur”. Bəli, sevginin qüdrətindən nə qədər yazılsa da, doğmalığın o qədər ilahi çalarları var ki. Onu ancaq həqiqi sevgililər yarada, anlaya bilər. Abbas “sevgilisinin saçlarını darayan küləyə, sevən ürəyə, əynini isladan yağışa, onu uzaqdan-uzağa isidən Günəşə həsəd aparır”, son anda bu həsədin elə mübhəmliyini tapir ki, bu lirik tapıntı səni səndən alır:
Həsəd aparıram, gülüm, sənə də –
Əzəldən Məcnuntək bir sevənin var. Həsəd aparasan bəlkə mənə də? – Mənim də sənintək bir sevənim var
Lirik obraz yaradan söz adamına bəzən çox ciddi axtarış lazım olmur, söz geniş qanadlarını gərib elə bir yerəmi deyim, varlığamı deyim, qonur ki, sahibini də sehirləyir, oxucusunu da. Abbasın bir şeirinin lirik obrazı qələmdi, bəli, qələm. Niyə bu qələm şair üçün belə dəyərlidir? Sevgilisinin hədiyyə verdiyi, qürbətdə sirdaşı olduğu qələmin yaşı otuzu ötsə də, “ağlamaqdan” gözünün yaşı qurusa da, Abbasın dərdlərinin loğmanıdır. O qələmin yazdığı “sevmə!” də “sev!”dir. O qələmlə yazılan, ürəkdən gələn ərkyana sözlər yuxular kimi “tərsinə yozulur” deyir şair.
Vərəqlər dözərdi bütün dərdlərə, Qələmsə həsrətdən hey ağlayardı. Boşaldıb göz yaşın pak vərəqlərə Hər gecə qəlbimi o dağlayardı…
Abbas İlhamın elə misraları var ki, həssas oxucu onun lirik pıçıltılarına həsəd ararır. Belə “həsəd”lərdən biri:
Əsir xəzan yeli… Əsir durmadan, Saraldır…bozardır… qoparır, gülüm. Ömür yarpaqlarım tökülür bir-bir, Külək qapınıza aparır, gülüm.
Təsadüfi deyil ki, Abbasla qürbət duyğularını bölüşən, soyuq, həmfikirləri çox olmayan diyarda bir-birinin ürəklərini isidən, hayan olan, Vətən həsrətini bölüşən dostu-sirdaşı, həm də söz həmkarı, şair Hikmət Muğaloğlu onu “Azərbaycanın Yesenini” kimi dəyərləndirir. “Vətən həsrətinə çətindi dözmək” deyən şairi özü qədər anlayan çətin tapılar. Ona görə də o, “gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı” deyimini öz fikir süzgəcindən keçirib bizə ismarış yollayır, Vətəni tərk etməməyə çağırır, qürbətin elə anlarını önə çəkir, və bizi yüz faiz inandırır. Vətənin sol yanına, ürəyə yaxın yerə “Ana” kimi müqəddəs varlığı qoyanda bu iki kəlmənin dəyəri ikiqat artır. Ona görə də Abbasin lirik düşüncəsi inandırıcıdır. Harda Vətən ətri yoxdursa, orada yaşamaq asan deyil, həsrət çəkməkdir. Babalarımız əbəs yerə deməyiblər ki, Vətənin bircə qış günü qürbətin yüz baharından yaxşıdır. Qürbətdə bitən bənövşəni “dərməyə əli gəlməyən, ona itaət edirmiş kimi əyilib, dizini yerə dirəyib qoxulayan şair, nədənsə, onun ətrini hiss etmir. Yox, onun ətirbilmə, dadbilmə hissi öz yerindədir. Bəs bənövşə niyə qoxusunu gizlədib? Demə, bənövşə də Abbas kimi qəribmiş, qürbət nisgili yaşadığına görə ətrini yadlara qıymır. Şair onu doğması ilə əzizləyəndən sonra bənövşə Abbasa ətrini ərmağan edir. Buna görə də bəzən Abbas lirik qəhrəmanı yalqız, bonubükük bənövşə kimi kövrəkdir:
Yadımdadır…Vətəndə ətrin bürüyərdi aləmi… Nə olub sənə burda?… Qürbət eldə bəlkə sən də qəribsən? Qəribsən mənim kimi… Bəlkə səni də küləklər gətirib, o vaxt məni gətirən kimi? Bəlkə özün burdasan, kökün Qarabağdadır? Güman ki, orda da bənövşələrin ətri çəkilib…
Abbas İlham bu gün qürbətdə də məğrurdur. Çünki ərənlərimiz 44 gün ərzində düşməni torpaqlarımızdan qovdu, şanlı zəfər qazandı. Artıq biz müzəffər, qalib xalqıq. Vətənimizin hər yerində üçrəngli bayrağımız məğrur-məğrur dalğalanır:
Üçrəngli bayraqda nurlu Ayımız, Üçrəngli bayraqda Ulduzumuz var. Əzəldən dartılıb bizim yayımız, İndisə sərt “Dəmir Yumruğumuz” var.
Abbas dünyanın hər işləklərini görsə də, dediyim kimi, dünyaya meydan oxuyur. Bununla belə o, mərhəmətlidi, xeyirxahdı, dərdləri bəşəridir, insanların, dünyanın dərdini çəkir. Söz adamının ən “dadlı” mənəvi qidasının dərd olduğunu desəm, heç də yeni Amerika kəşf etmərəm. Əsl şairin, ulu babamız Füzuli kimi, duyğularının dadı-duzu dərddir. Şair dərdi ilahiləşdirən fikir adamı olmasa, mənəvi övladları əbədiyaşar olmaz. Abbasın bu misralarını oxuyandan sonra belə qənaətə gəldim ki, o, həm də sözlə peyzaj yaradan istedadlı rəssamdır. Onun şeirlərindəki lirik hisslərin rəng çalarları bunu deməyə əsas verir. Əslində sözün rəngləri ilə təbiətin rəngləri bir-biri ilə qolboyun olanda bir bütövlük yaradır. Bölünmək yaralı yerimizdir. Biz neçə yüzillərdir Vətənin də, ilahi söz mülkümüzün də bütövlüyünün həsrətindəyik.
Bahardır… Dağların ətəyi lalə, Sanki bu lalələr verib əl-ələ. Görən Günəşdənmi rəng alıb onlar, Yoxsa utanırlar dağlardan belə…
Abbasın ana haqqında həzin misralarını oxuyanda Şahmar Əkbərzadənin anasının itkisinə yazdığı “laylam laylasına qovuşub daha” misrasını pıçıldadım. Abbasin şeiri də anasına laylasıdı – oğul laylası:
Anam şirin-şirin yatır, bilməyir Bilməyir oyağam…oyaq qalardı… Əgər bilsəydi ki, yuxum gəlməyir, Bu gecə o mənə layla çalardı…
Nəcib Fazil Kısakürəyə görə, şeir mütləq həqiqəti axtarış işidir. Həqiqət bəzilərinin bəyənmədiyi gözəldir. Bər-bəzəkli yalandan fərqli olaraq zər-zibasız, bər-bəzəksiz gözəl, yalana vurulanların gözündə isə “eybəcər” gözəl. Abbas bax belə gözəlin axtarışındadır, ona görə də şeirlərində sünilik, pafos yoxdur. İlahi axtarışdı. Uğurlar! may 2026
Muratcan Hayıtov, 29 Ağustos 1987 tarihinde Özbekistan’ın Sirderya vilayeti Mirzaobod ilçesinde doğmuştur. Hâlen Cumhuriyet Maneviyat ve Maarif Merkezi Sirdaryo Vilayet Şubesi Başkanı olarak görev yapmaktadır. Gülistan Devlet Üniversitesini tamamlamiş. “Manevi Âlem” gazetesinin kurucusudur. “Kıymetlim”, “Söyle, Kalbim…”, “Mavi Mevsim” ortak yazarlı, “Sirderya Dalgaları” ortak yazarlı, “Cennetimsin, Sirderya” ortak yazarlı eserleri yayımlanmış. Özbekistan Yazarlar Birliği üyesidir. Ayrıca Kırgızistan ve Kazakistan yaratıcı birliklerinin üyesi olup, Özbekistan Sanatsal Yaratıcılar Birliği üyeliğine de sahiptir. Edebiyat ve kültür alanındaki hizmetleri nedeniyle “Abay” Uluslararası Madalyası ile “Gençlerin Vatanseverlik Ruhuyla Yetiştirilmesi İçin” Madalyasına layık görülmüştür. Ayrıca “Özbekistan Cumhuriyeti Anayasasının 30. Yılı” hatıra nişanı ve “Manevi Adanmış” göğüs rozeti ile ödüllendirilmiştir. Onun öyküsünü Halime Hüdayberdiyeva Yaratıcılık Okulunun Öǧretmeni Hüsniddin Hayıt tercümesinden okuyacaksınız.
MERHAMETE SADAKAT
(gerçek hikâye)
Özbeklerin misafirperverliğini bir kuş bile anlar ve kendisine gösterilen merhamete sadakatle karşılık verir. …Baharın son ayıydı, hava sıcaktı. Öğle vakti herkes sofra etrafında toplanmıştı. Beklenmedik bir anda pencere pervazına küçük bir serçe kondu. Selam verir gibi başını eğdi ve pencere kenarında bir o yana bir bu yana yürümeye başladı. Çocukluğuma verip “kışt” diyerek kovmak istemiştim ki, pencerenin biraz ilerisinde mindere yaslanıp çay içen babam beni azarladı. –Neden “kışt” diyorsun? O da misafir, Allah’ın yarattığı bir canlı, dedi ve sofradaki kırıntıları toplayıp pencere pervazına döktü. Serçe kırıntıları hızlı hızlı gagalıyor, etrafına tedirgin bakışlar atıyordu. Çünkü masanın altında gözleri parlayan ve pusuya yatmış bir kedi onu her an yakalayabilirdi…Serçe karnını doyurduktan sonra minnet ifadesi olarak başını eğip eğip, balık gibi yuvarlak gözlerini hızlı hızlı açıp kapatarak kanat çırptı ve uçup gitti. Bu olay kısa sürede aklımdan çıktı. Bir gün pencere yine açıktı. Babam tarladan yorgun gelmişti. Astarları sökülmüş, pamuğu dışarı çıkmış ceketini pencere kenarına bıraktı. Kendisi de babaannemin uzattığı yastığa yaslandı. Gelin yengem hazırlanmış öğle yemeğini sofraya koydu. Herkes sofra etrafında toplandı. Babaannem sicak çayı bir daha kimse dökmesin diye önüne çekmişti va çayı piyaleye koyup, sonra tekrar çaydanlığa geri döküyordu. Birden bağırdı: –Vay, vay! Şuna bakınlar! Sonra yüzü solmaya başladı. Hepimiz önce babaanneme, sonra onun baktığı yere, babamın pamukları didiklenmiş, tarladan giyilmeden geri getirilmiş kaftanına baktık. Babam, sanki zehirli bir böceği ‘nasıl olsa öldüreceğim’ dercesine elindeki sinek öldürücüyü alıp pencereden başını uzattı. Kaftanın üzerinde, ördek yavrusunun pençesi kadar küçük bir örümcek kıpırdanıp duruyordu. Hepimiz birden bağırdık.Küçük kız kardeşim “öldürün!” – diye yalvaran gözlerle bakarak babaannemin arkasına sığındı. Gelin yengemin kucağındaki dört yaşındaki çocuk hiçbir şey anlamıyordu. “O “böcce” diyecek gibi gözlerini devirip inlemeye başladı. Tam o sırada babam sinek öldürücüyü alıp yerinden kalkmıştı ki, örümcek bazen zıplayarak, bazen hızlı yürüyerek, pencereden dışarıya duvarın üzerinden çıkarak, çatıya doğru tırmanarak yukarıya doğru sürünerek gitti. O çekildi. Çatının köşesinde nöbet tutar gibi dikkatle duran serçe, böceği hızla gagalarının arasına alıp biraz sıktı ve yuttu. Babam, pencereden dışarıya bakar halde başını evin içine çekti, nefesini toparladıktan sonra “ey hayret!” dediler, serçenin dikkatine ve cesaretine hayran kaldılar. Aslında kuşların temel avı böcekler olsa da, babam serçenın şu anki davranışından çok memnundu.”Bizden sevgi gördüğü için, zararsız bir kuşun zararlı bir böceği yok etmede bize yardım etmesi hepimizi memnun etmişti. O zaman babam bize, iyiliğin insanı her türlü felaketten kurtardığı hakkında birçok rivayet anlatmıştı.
Gündüz bir neçə saat yatdığım üçün gecəni ilanvuranlar təki yata bilmədim. “Facebook” sosial platformasında gəzişirdim ki, birdən qarşıma bir şeir çıxdı. Oxuyandan sonra müəllifinin səhifəsinə girib paylaşımlarını nəzərdən keçirdim. Bəli, adı Könül, soyadı isə Nuriyeva olan bu xanımın səhifəsində çox maraqlı yazılara rast gəldim. Kimliyini ədəbiyyatşünas, kitab təhlilçisi, məqalə, hekayə yazarı, ingilis və fransız dili müəllimi kimi təqdim edən Könül xanım özünü şair kimi təqdim etməsə də, onu həm də şair adlandırmaq olar. Çünki şair olmasaydı belə gözəl şeiri yaza bilməzdi, mümkün deyil. Könül xanımın haqqında bu sözləri söyləməyə məni vadar edən həmin şeiri sizə də təqdim edirəm…
İşsiz…
Şair deyilsən ki, şeir yaza bilməyəndə səni sərxoş edəcək qadın axtarasan, sonra da içdiyin o qadınların ayılanda adlarını tapmayasan…
Yoqa müəllimi deyilsən ki, hər gün dərsə gecikəsən, bəhanəni zamana tabe olmamaqla bağlayasan… Sən heç cəbhədə dostunu itirən əsgər də deyilsən, illər sonra onu xatırlayıb ağlayasan…
Aşbaz deyilsən, yeməklərin dadı ilə ocağın istisini qarışdırasan, başqalarını boyat, özünü təzə təama alışdırasan… Gecələri də tez yatırsan, heç olmasa bir işə yarayıb, ayla günəşi barışdırasan…
Ata deyilsən, bir dərdin ola, o da övlad… Ona öyrədəsən necə qazanılır şərəfli ad. Bəzən uşaqlarının adını qarışdırasan…
Yaxşı ki, ata deyilsən, çətin zamandır— hamısına verəmməzdin savad. Sən heç bir iş bacarmayan, anasının şikayət etdiyi adamsan. Mənimçun birlikdə gedəcəyimiz yol, başqaları üçün zəhlətökən dumansan…
Bu boyda şəhərdə yer tapılmır sənə madam ki, deməli, mənə lazımsan, mənim qəlbimdəki kamansan…
İş taparam mən sənə: Buludları rəngləmək gəlirmi əlindən? insanlardan küsəndə şirin söz çıxarmı dilindən? Məlikməmməd üçün yandırarsanmı telindən? Hamı üz döndərəndə bu şəhərin dənizindən, sən tutarsanmı onun biləyindən? Bitirəndə bu işləri bir çobanyastığı ləçəyi qopararsanmı diləyimdən? Sənin sıxmaram ürəyini birlikdə içərik yağış suyunu tez öyrəşərik bir-birimizə bir gündə tanıyaram sənin huyunu…
Yaşadıqlarının açığını çıxmazsan ki taleyimdən? Sonra, böyük, çox böyük işlər görərik Hər axşam günəş batmasın deyə qalın kəndir hörərik…
Axı adamlar kədərlənir, nə olsun ki, arada ay bədirlənir. Onlara lazımdır günəş hər axşam yanğınsöndürən olarıq dərdli qəlblərə çiləyərik atəş Şəhərin tənhalıq çəkdiyi gecələri salarıq tələyə, bir sevgili taparıq gecəyə!..
Ölümü aldadarıq, mat qoyarıq onu qurduğunuz kələyə… Onu göndərərik gedər-gəlməzə, ikimiz birlikdə olanda, o nə edə bilər bizə?! Körpələrin, cavanların mərəzlərini verərik küləyə, doyunca gülərik, rişxəng edərik xəstəliyə…
Yetim uşaqları analara verərik, yaşanmayan uşaqlığı yenidən bələyə… Yetimlərin adları olmur ki, analar onlara “laylay” deyib səsləyə… Görəsən, sənə niyə işsiz deyirdilər, Bilmirsən, niyə?!