Adilə Nəzərin “Mühacirət monoloqu”

Adilə Nəzərin “Mühacirət monoloqu”
Adilə Nəzərin “Mühacirət monoloqu” şeiri Azərbaycan ədəbiyyatının ən ağrılı səhifələrindən birinə – repressiya və mühacirət taleyi yaşamış şair Almas İldırımın xatirəsinə həsr olunmuş, yüksək bədii-fəlsəfi, psixoloji və patriotik bir əsərdir. Şairə bu əsərdə təkcə bir fərdin bioqrafiyasını deyil, bütöv bir nəslin və bölünmüş bir millətin faciəsini lirik-epik lövhələrlə canlandırmışdır.
Şeirin geniş və əhatəli təhlilini təqdim edirik:
Şeirin mövzusu 1930-cu illərin sovet repressiyaları, doğma yurdundan didərgin salınan sənətkarın çəkdiyi vətən həsrəti, mühacirət həyatının ağır sınaqları və insanın mənəvi bütövlüyüdür.
İdeya: Əsl sənətkarı və onun vətən sevgisini heç bir rejim, sürgün və fiziki yoxluq məhv edə bilməz. Cismən məzarı olmayan şair, ruhən və sözü ilə əbədi olaraq Vətəndə yaşayır.
Əsər monoloq formasında yazılıb və dramatik bir süjet xəttinə malik 5 bölümdən ibarətdir:
I Bölüm Almas İldırımın oxucu ilə birbaşa dialoqu (müraciəti) ilə başlayır. Şair özünü “İki yoxluq arası nəfəs alan söz” kimi təqdim edir. Onun sağlığında yurdu, öləndə isə məzarı itmişdir. Bu bölümdəki “Adım Almas olsa da qəmə daş kəsilmişəm” misrası şairin adının rəmzi mənası (almazın bərkliyi) ilə çəkdiyi dərdin ağırlığı arasında təzad yaradır.

…Alnımı yazan qələm.
Nə gülşənim qalıbdır,
Nə də ki, çəmənzarım.
Sağ vaxtı, yurdum itdi,
Öləndə də məzarım.

II Bölüm (İtirilmiş cənnət – Bakı xatirələri): Burada repressiyadan əvvəlki romantik, qaynar ədəbi mühit canlandırılır. Mikayıl Müşfiq, Hüseyn Cavid (və ya Əhməd Cavad), Süleyman Rüstəm kimi dostlarla keçən günlər xatırlanır. “Mən Vətənin içində, Vətən də mənim içimdə” misrası sənətkar-vətən bütövlüyünün ən gözəl ifadəsidir.
…Ruhum qaynar, özümsə Xəzər kimi dinc idim…
Vətənimə, Bakıma aşiq olan gənc idim…
Nə gözəl günlər idi –
hərəsi bir biçimdə…
Mən Vətənin içində,
Vətən də mənim içimdə…

III Bölüm (Repressiya maşını və xəyanət): “Qan rəngli imperiya”nın (Sovet rejiminin) gəlişi ilə gənc şairlərin taleyi qaralır. Şairə “millətçi”, “müsavatçı” damğası vurulur. Bölümün ən ağrılı yeri psixoloji sarsıntıdır: dostların uzaqlaşması, satqınlıq və Bakıdan (Abşeron küləyindən, Xəzərdən) zorla qovulmaq.
….Söküb atdılar məni

doğma Bakı qumundan,
Abşeron küləyindən,
o vətən torpağından.
Və bir gecə yarısı,
bir vərəq kağız verib dedilər ki:
“Sən artıq bura aid deyilsən…”

IV Bölüm (Mühacirət və yol fəlakətləri): Sürgün yolları (Dağıstan, Türkmənistan, İran və Türkiyə) təsvir olunur. Sərhədi keçərkən körpə övladını (Azəri) itirməsi Almas İldırımın taleyinin ən böyük faciəsidir. Türkiyə ikinci vətən olsa da, şair Palu və Elazığda da rəsmi sənədlərə Bakını “naxışlayır”, vətən həsrəti ilə yaşayır.

….Mən rəsmi kağızlara ömrümü sığışdırdım.

Torpaq doğma olsa da, bura heç alışmadım…
Yazdığım hər sətirdə, hər məmur imzasında
Gizlicə Bakı adlı bir vətən naxışladım…

V Bölüm (Kulminasiya və Ölümsüzlük): Şairin Malatyadakı qərib məzarının sonradan sökülməsi faktı bədiiləşdirilir. Müəllif bu faciədən böyük bir fəlsəfi nikbinlik çıxarır: Əgər məzarı yoxdursa, demək, o, ölməyib. O, ruhən küləklərə qoşulub Abşerona, Xəzərə qayıdır.

….Bəlkə hələ yoldayam…

Sözümlə, şeirimlə küləklərə qoşulub
Abşerona, Bakıya, Xəzərə qayıdıram…
Zamanları adlayıb uyumaması üçün
milləti oyadıram.

. Bədii Təsvir və İfadә Vasitәlәri (Poetika)Adilə Nəzər Almas İldırımın dilindən danışarkən onun öz poetik üslubuna (məsələn, “Əlvida, ey Bakı”, “Həsrət” şeirlərinin ruhuna) sadiq qalmışdır:Metaforalar: “Qan rəngli imperiya”, “repressiya maşını”, “qəmə daş kəsilmişəm”, “iki yoxluq arası nəfəs alan söz”.Təzadlar (Antiteza): Bahar və xəzan, ağ-təmiz misralar və qara kölgə, vətənin böyüməsi və kiçilməsi.Təkrarlar (Anafora): “Ey oğlum, ey qardaşım, Ey dostum…”, “Doğma Bakı qumundan, Abşeron küləyindən…” – bu təkrarlar şeirin daxili ritmini və emosionallığını artırır.Rəmzi obrazlar: Xəzər dənizi və Abşeron küləyi şeirdə sadəcə coğrafi adlar deyil, azadlığın, vətənin və şairin daxili üsyanının rəmzidir (“içimdəki dalğalanan dəniz”).
Şeirin Psixoloji və Fəlsəfi QatıƏsərdə güclü bir “vətən hüdudsuzluğu” fəlsəfəsi var. İnsan harda yaşayırsa yaşasın, onun mənəvi coğrafiyası doğulduğu torpaqla məhdudlaşır. Şairə mühacirətdə olan insanın daxili dramını ustadlıqla açır: qapı döyüləndə vətəndən çağırış gözləmək, unutmamaq üçün gecələr Bakı küçələrinin adını təkrarlamaq insanın yaddaş savaşıdır.
Adilə Nəzərin “Mühacirət monoloqu” şeiri Almas İldırımın ruhuna ucaldılmış bədii bir abidədir. Müəllif tarixi həqiqətləri poetik dillə elə səmimi ifadə edib ki, oxucu repressiyanın dəhşətlərini və mühacirətin acısını şairlə bərabər yaşayır. Şeirin sonu məğlubiyyətlə deyil, ruhun qələbəsi və milləti oyatmaq missiyası ilə bitir, bu isə əsərə yüksək milli-ictimai dəyər qazandırır.


Hüseyn İsaoğlu, yazıçı-publisist,
AYB-nin və AJB-nin üzvü.

MÜSFİQLİ GÜNLƏR


MÜSFİQLİ GÜNLƏR
İlahi,yenə də Muşfiq ətirli,
Məhəbbət qoxulu o bağ olaydı.
Dilbərin saçını öpəydi dəniz,
Sahillər titrəyən dodaq olaydı.

Nakam bir şairin ətrini duyub,
Çətin, müsfiq-müsfiq gülə dalğalar.
Zamanın amansız xəcalətindən,
Dönübdü “Nargin”də külə dalğalar.

Sözün ürəyinə,ruhuna hopub,
Müşfiqli duyğunun gözəl qoxusu.
Dənizin içində çoxdan boğulub,
Müşfiq misrasının ölüm qorxusu.

Yenə sahil boyu qumların üstə,
Dilbər-Müşfiq adı qoşalaşaydı.
Sevgi çiçəkləyən iki sinədə,
Qəlblər misra-misra qucaqlaşaydı.

Ellər sevgi ilə öpüb oxşayır,
Hər bir misrasını,hər bir bəndini.
Həzin nəğmə kimi Müsfiqin ruhu,
Hər il salamlayır Xızı kəndini.

“Mən hər il bu günü Müşfiqi ziyarət edirəm…
Bu il yenə onun yanında, olmayan susqun məzarının başındayam.
Bu gün yenə dua etdim, içimdən keçənləri söylədim ona.
Çünki o mənim üçün sadəcə bir şair deyil,
nakam taleyin özüdür…
Yarısı yazılmış bir həyatın, yarımçıq qalmış bir şeirin səsi kimi…”
Bəzən bir səs olur, zamana sığmır. Bir nəfəs olur, əsrlərlə yaşayır. Bir qələm olur, susanda belə danışır. Mikayıl Müşfiq Azərbaycan poeziyasının öz içindən doğulan, külək kimi nazlı, amma tufan kimi qüdrətli bir səs idi. O, təkcə şeir yazmırdı sevirdi, yanırdı, nəfəs alırdı misralarda. Və biz bu gün onun səsi ilə yox, onun səsi ilə bizi danışdıran sözlərlə baş-başayıq.
1911-ci ildə Bakı torpağında göz açan bu narın, kövrək şair elə ilk misralarından xalqının duyğularını qəlbinin dərin qatlarından çəkib çıxararaq sətrə, sətirdən sözə, sözdən nəğməyə çevirdi. Müşfiqin şeirləri yazılmadı yaşandı. O, sözün musiqisini tapdı, sevgini ahəngə çevirdi, azadlığı isə ürək kimi döyündü poeziyada.
Hər il nakam şairimizi ziyarət edirəm,danışıram onunla.
Müşfiq deyəndə ilk yadıma düşən “Yenə o bağ olaydı” şeiri olur. O bağ keçmişin saflığı, bir ömrün təravəti, hələ toxunulmamış ümidlərin, solmamış gülüşlərin, qırılmamış arzuların məkanıdır. O misralar təkcə xatirə deyil, bir ruhun yalvarışıdır.

“Yenə o bağ olaydı,
Gül açaydı, yar güləydi…”

Bu misralarda bir millətin çırpınışı yatır. Təbiətlə insan arasındakı ruh bağı, bir insanın yaşamaq ehtiyacı qədər səmimi olan sevmək haqqı, azad olmaq arzusu Müşfiq bunların hamısını bir neçə sözlə dilə gətirə bilirdi. Çünki o, sözü danışdırmırdı söz onunla özü danışırdı.
Poeziya ilə nəfəs alan bir ürək idi Müşfiq.
Onun qələmi səmimi idi. Misralarında nə təmtəraq, nə süni pafos, nə də söz oyunu vardı yalnız həqiqət vardı. Sevginin həqiqəti, ayrılığın, azadlığın həsrəti… Müşfiq az danışırdı, amma çox şey deyirdi. Bir bənzətmə ilə bir taleyi, bir metafora ilə bir xalqın tarixini…
Qadın obrazı onun poeziyasında təravət kimi gəlir. O, qadını ilhamın özü kimi görürdü. Ana isə onun üçün müqəddəs idi:

“Ana! Qəlbimdə sənə bir ocaq var
Sönməz, sönsə də külü müqəddəsdir…”

Repressiyanın susdurduğu, tarixin danışdırdığı səs idi O.
1937-nin qara qışı onun taleyini də dondurdu. Amma öldürə bilmədi. Onu susdurdular, amma sözünü xalqın hafizəsindən silə bilmədilər. Çünki həqiqət susmaz. Şeirə çevrilmiş həqiqət isə heç zaman ölməz.
Mikayıl Müşfiq susdurulmuş sözün hayqırtısıdır. Onun qırılan qələmini biz davam etdirməliyik.
Sonda Qayıdan bir səs bu günlərdi.
Bu gün 5 iyundur Şairlər Günü. Və Mikayıl Müşfiq yenidən bizimlədir. Onun səsi küləkdə əsir, adı dodaqlarda pıçıldanır, ruhu yazı masalarında, məktəb partalarında dolaşır. O, bu xalqın tənha ürəyi idi. İndi isə xalqın qürurlu yaddaşıdır.
Şairlər ölə bilər. Amma söz ölmür. Müşfiqin sözü isə yalnız yaşamır yaşadır. Hər bir oxucu onu qəlbində yenidən doğurur.
Mikayıl Müşfiq sən sözə nəfəs verdin.
İndi söz sənlə nəfəs alır…
Prezident mükafatçısı
AYB-AJB-nin üzvü Yazıçı
Sona Abbasəliqızı İsmayılova

XOŞBƏXTDİR ZEYTUN AĞACI…

Məşhur ispan şairi Federiko Qarsia Lorka haqqında yazdığım “Xoşbəxtdir zeytun ağacı…” adlı essemlə şairin doğum günündə – iyunun 5-də tanış ola bilərsiniz!
Məşhur ispan şairi Federiko Qarsia Lorka mənim ən sevdiyim şairlərdəndir.Bunu isbat edəcək 2 faktı ard-arda sıralasam, dediklərimə tam mənası ilə bəraət qazandırmış olaram.Birincisi, AzTV-nin “Mədəniyyət” kanalında vaxtilə yayımlanan “Sətirlər” verilişinin ilk proqramını məhz ispan şairi Lorkaya həsr etməyim Lorka yaradıcılığına vurğunluğumla bağlıdır. İkinci fakt isə şairin şeirlərini dəfələrlə səsləndirməyimdir.Xatırlayıram ki, bəndənizdə Lorkaya məhəbbəti ilk növbədə Çili şairi Pablo Nerudanın bir misrası oyatmışdı.Lorkanın öldürülməsinə ağı kimi yazılan həmin misralar olduqca müəzzəm, olduqca təsirlidir.

  • ”Xoşbəxtdir zeytun ağacı, Lorka uyuyur yanında…”
    Bu misra ruhumu büsbütün sardı və Lorka haqqında süjet, proqram hazırlamağıma rəvac verdi. Bu gün də şairin doğum günü ərəfəsində “Xoşbəxtdir zeytun ağacı…” adlı essemi
    oxuculara məmnuniyyətlə təqdim edirəm. XOŞBƏXTDİR ZEYTUN AĞACI...

”Xoşbəxtdir zeytun ağacı,
Lorka uyuyur yanında…”
P.Neruda

-Bu misra yeniyetməlik illərimdən ağlımın bir küncündə dipdiri qalmışdı.Günün birisində, rəhmətlik şair
Camal Yusifzadə ilə AzTV-də söhbətimiz əsnasında Lorka haqqında geniş danışdıq.O günə kimi Lorkanın maraqlı qəzəllərinin olması barədə xəbərsiz idim.Camal müəllimin sayəsində Lorkanı daha ciddi oxumağa girişdim və AzTV-nin “Səhər” proqramında lirik bir süjet hazırladım.Maraqlı qarşılandı.Onu da öyrəndim ki, şairin qəzəllərinin olması sırf genetik faktorla bağlıdır. Lorkanın doğulduğu Qranadanın ərəb əsillilərin yaşadığı Əndəlüsa aid olması məni bəzi məchul məsələlərdən hali etdi. Deməli, genetik amili, daşıdığı Şərqli qanı hansısa məqamlarda Lorkaya lirik qəzəllər də yazdırmağa qabil imiş.
Sonra Lorka məni bir daha heç vaxt tərk eləmədi.Şairin sirrini çözərkən bu nüansı da əsla unutmaram:
-Bir daha əmin oldum ki, Lorka sevdasının yaraları heç vaxt qaysaq bağlamır, bu yara günaşırı qövr elədikcə səni Lorka barədə düşünməyə vadar edir.Çünki Lorka təkcə şeir yazan olmayıb, o həm də yazılmışları, qəlibləri yerindən kürüyüb atan, bizim ağlımızın üfüqlərini sərhədsizliyə qovuşduran ədibdir.Bu mənada şair o insan deyil ki, təkcə şeir yazsın, şair həm də o kəsdir ki, yazdığı şeirlərini pozmağı da bacarsın.Uğursuz, natamam, şikəst misralarını şeirlərindən çıxartmağa qabil olsun.”Ziddiyyət” adlanan qavramın tən ortasında dayanıb şair məntiqiylə insan məntiqinə meydan oxusun!
Yazdığı kimi pozduqları da qiymətli, dəyərli sayılsın cəmiyyətin, təbiətin gözündə. Nəinki insanın, hətta yerin də, göyün də, bitkinin də, ağacın da zövqü və ürəyincə olsun.Yaşadığında həqiqət misralarıyla yeri gəldikdə ölkəsini rahatsız, hüzursuz, yeri gəldikdə isə səbatlı və xoşbəxt etsin! Şəninə deyilmiş bu misranı daşa yox, başa yazdırsın. “Xoşbəxtdir zeytun ağacı, Lorka uyuyur yanında”.
Adi bir zeytun ağacına kimdir həsəd aparan? Ümumiyyətlə, bir ağaca qibtə ilə yanaşmaq mümkündürmü? Əgər yanında Lorka kimi bir şair uyuyursa, onda zeytun ağacının məmnuniyyətini anlamaq olar; lap özünü onun yerinə qoymaq da mümkündür.Fəqət zeytun ağacına şöhrət, şərafət gətirən uyuyan Lorkadan yox, yaşayan Lorkadan yazacam. 1936-cı ildə general Frankonun dəstəsinin namərd güllələri ilə güllələnən, başını zeytunun gövdəsinə qoyan Lorkanın ölümü belə poetik mənzərədir.Bu poetika Lorkanınən əbədi şairliyinə dəmadəm zəmanət verir. Şeirləri, şairliyi ilə bu gün də yaşayan, yanımızda, sıramızda olan, nakam Müşfiqlə eyni məmləkəti paylaşmasa da, eyni taleyi bölüşən ispan şairi Federiko Qarsia Lorka kimdir?
Şair, dramaturq, pianoçu, rəssam, bəstəkar – nəhayət dünya vətəndaşı: Onun haqda yaddaqalan, eyni zamanda da, bizə yad qalan fikirləri bir araya gətirmək, bioqrafıyasna nəzər salmaq maraqlı olar:
Federiko Qarsia Lorka 1898-ci ildə İspaniyanın Qranada şəhərinin Fuente-Vakeros qəsəbəsində varlı bir ailədə doğulub. O da hamıdan biriydi anadan olanda – necə deyərlər, insanlar eyni cür doğulur, amma ertəsi gün artıq fərqli olurlar.Bu deyimi Lorka təsdiqləyənlərədən biri idi.Doğulduğu kiçik qəsəbənin koloritli və rəngli həyatı gələcək sənət həyatına təsir etmişdi.Viktor Hüqoya heyranlıq duyan bir ailədə, zəif, çəlimsiz olduğu üçün anası, nənəsi, dayəsinin əziz-xələfi kimi böyümüşdü Lorka.Amma necə böyümüşdü? Əmisnin ifa etdiyi bandura alətində səslənən ispan şərqiləri – jaberaların ağuşunda.Dinlədiyi qədim ispan mahnıları, nağılları onun xəyal dünyasını rəngləndirirdi.Belə böyüyürdü Qarsia.Özünün də xəbəri olmadan musiqiçi, şair olurdu.Musiqi müəllimi ölməsəydi və ailəsi onu təhsil üçün Parisə yollasaydı, musiqçiliyi şairliyindən 10 addım irəlidə olardı.Ancaq “qismət” adlı bir şey var ki, biz hamımız ona tabe oluruq əvvəl-axır.Lorka təslim oldu şair taleyinə.Bu taleyə təslim olmaq onun qarşısında iki əlini də qaldırıb aman diləmək kimi başa düşülməməlidir, əksinə məhz ömürlük qurban kimi onu seçmiş qədərinə qucaq açmaqdır “təslim olmaq”.Lorka yeniyetmə çağlarında adətən utancaq, özünə qapalı birisi kimi tanınsa da, Qranadada təhsil aldığı zaman ciddi mövqe sahibinə çevrilir.1919-cu il onun həyatında dönüş yaradır.Madridə köçən gənc Jerardo Dieqo, Salvador Dali, Luis Bunuel kimi şəxsiyyətlərlə dostluq edir.Hələ 1918-ci ildə “Təəssürat və peyzajlar” adlı ilk kitabını nəşr etdirdiyi zaman oxucuların gözündən qaçmayan bir nüans vardı: Gözəl təbiət mənzərələri və zəngin dil, üslub özəlliyi.Bu da Lorkanın folklora, ispan xalq nağıl və balladalarına yaxşı bələd olmasından irəli gəlirdi. Yağışlı və solğun boz rəngli axşamdan, qurumuş ağaclardan, kimsəsiz otağından, açılmamış kitabından, köhnə şəkillərindən bir hüzn sızırdı Lorka dünyasına.Danışanda sözləri havada qalırdı suda göbələk kimi.Gözləri üçündü
çəkdiyi ağrı – keçmişin və gələcəyin ağrısı. Yağışlı və solğun boz rəngli axşam ayaq tutub yeriyirdi.

1928-ci ildə nəşr etdirdiyi “Qaraçı balladası” kitabı haqda Lorka belə deyirdi:
-“Bu kitabın tək qəhrəmanı Qranadadır.Qaraçı adı daşısa da, kitab bütövlükdə Əndəlüsə aiddir.Qaraçı isə məmləkətimin ən aristokrat, ən müstəsna elementidir” Bu element çöllərə aid idi.Lorkanın ölümü kimi…Göylər kül rəngində, ağaclar isə ağ, ağappaq idi.
Biçənəklər qapqara kömür olub yanırdı. Qürubun yarasını qurumuş qan örtmüşdü.Dağların rəngsizliyi əzgin görünürdü yaman.Lorkanın son anları da məhz bu cür idi: əzgin, yorğun, bitmiş bir insan mənzərəsi, ancaq yanındakı zeytun ağacı sanki bir qədər də müqəddəslik libasına bürünmüşdü.Buna ağacın və adamın xoşbəxtliyi də demək olar.Zatən Neruda da Lorkanın ölüm portretini məhz bu cür cızmışdı:
“Xoşbəxtdir zeytun ağacı,
Lorka uyuyur yanında…”

Turan Uğur
AYB-nin üzvü

Hicran Hüseynova (1970)

Hicran Hüseynova

Amansız ölüm qələm yoldaşımız, həmkarımız Hicran Hüseynovanı aramızdan apardı.
Hicran Hüseynova 1970-ci il noyabrın 7-də Füzuli rayonunda anadan olub. 1989-cu ildə orta məktəbi bitirdikdən sonra 1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır. “P.S” qəzetində ədəbi işçi işləmişdir (1995). 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin orqanı “Ulduz” jurnalında ədəbi işçi kimi jurnalistik fəaliyyətini davam etdirmiş, “Tənqid və publisistika” şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
Hicran Hüseynova ədəbi fəaliyyətə orta məktəbdə oxuduğu illərdə başlamışdır. İlk şeiri – “Qar” 1986-cı ildə Füzuli rayon qəzeti “Araz”da dərc olunmuşdur. Dövri mətbuatda şeirlər və pritçalarla müntəzəm çıxış etmişdir.
“Yaşıl eskiz” adlı ilk kitabı 2004-cü ildə kütləvi tirajla buraxılmışdır. Analitik yazılarına görə Alı Mustafayev adına təqaüdə (1992), kiçik hekayələrinə görə “İlin ən yaxşı nəsr əsəri” diplomuna (2000), problematik yazılarına görə qrant mükafatına (2001), “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalına layiq görülmüşdür.
İstedadlı qələm yoldaşımız, səmimi, təəssübkeş, təvazökar xanım Hicran Hüseynovanın işıqlı xatirəsi onu sevənlərin qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin.

“Ulduz” aylıq ədəbiyyat dərgisi

Vüsal Ağa – Şairlər

5 İYUN POEZİYA GÜNÜNÜZ MÜBARƏK!

Əziz və dəyərli dostlar!
Bu gün POEZİYA Günüdür!
Bu da o deməkdir ki, bu gün şairlərin, bədii qiraətçilərin, poeziyasevərlərin, şeirsevərlərin günüdür.
Bütün qələm dostlarımı, həmkarlarımı bu gözəl gün, özəl gün münasibəti ilə təbrik edirəm! Qələminiz iti, sözünüz kəsərli, təbiniz rəvan, ilhamınız daim çağlar olsun!
Qələm ancaq sözdən yazar…..

“ŞAİRLƏR”

Şair sözə əkinçidir,
Əkdiyindən şeir bitir.
Ay sözün “ilham pərisi”,
Mənə də bir səda gətir.

Bir sözün xətrinə şair,
Torpaq qazar, göyə qalxar.
Səmalarda aya dönər,
Yerə Günəş kimi baxar.

Sözlə qaya çapar şair,
Tökər qələmin gücünü.
Şair sözün yolçusudur,
Sözlə doludur xurcunu.

Dəryadı, dənizdi təbi,
Ləpələnir sakit, coşmur.
Şairlər Allah adamı,
Şairlər yalan danışmır.

Şair sözə bəzəy vurar,
Şair sözün nazın çəkər.
Çəkilər öz dünyasına,
Bu dünyadan gözün çəkər.

Söz şairin ruh yeridir,
Söz şairin güman yeri.
Şairin gözü tox olur,
Qələmidir uman yeri.

Hörmətlə: Vüsal Ağa

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Xaqani Şirvani

Xaqani Şirvani
(Ədəbi düşüncə)
Orta əsr Şərq poeziyasında fəlsəfi düşüncə və sözün etikası
Azərbaycan ədəbiyyat tarixində elə simalar vardır ki, onların yaradıcılığı təkcə milli ədəbi ənənə ilə məhdudlaşmır, eyni zamanda ümumbəşəri düşüncə sisteminə daxil olur. Bu baxımdan XII əsrin görkəmli şairi və mütəfəkkiri Xaqani Şirvani Şərq intellektual tarixində xüsusi mövqe tutur. Onun poeziyası yalnız estetik mətn deyil, həm də fəlsəfi-etik düşüncə sisteminin ifadəsidir.
Xaqani Şirvaninin yaradıcılığı XII əsr Azərbaycan ədəbi-mədəni mühitində, xüsusilə Səlcuq imperiyası dövrünün siyasi təsirləri və Şirvanşahlar saray ənənəsi kontekstində formalaşmışdır. Bu dövr Şərqdə saray ədəbiyyatının gücləndiyi, eyni zamanda fərdi düşüncənin müxtəlif məhdudiyyətlərlə qarşılaşdığı bir mərhələ kimi xarakterizə olunur. Məhz belə bir tarixi mühitdə Xaqani poeziyası həm saray mədəniyyətindən qaynaqlanan, həm də ona tənqidi yanaşma sərgiləyən mürəkkəb intellektual mövqe təqdim edir.
Onun əsərlərində əsas diqqət insanın mənəvi mahiyyətinə yönəlir. Xaqani üçün söz yalnız bədii ifadə vasitəsi deyil, eyni zamanda etik məsuliyyət daşıyan bir dəyərdir. O, poeziyanı həqiqətin ifadəsi və insanın daxili aləminin dərk edilməsi üçün vasitə kimi qəbul edir. Bu yanaşma onu dövrünün bir çox şairlərindən fərqləndirir və yaradıcılığını fəlsəfi poeziya səviyyəsinə yüksəldir.
Xaqani Şirvaninin şeirlər aman, ədalət, taleyin dəyişkənliyi və insanın sosial mövqeyi kimi anlayışlar mühüm yer tutur. O, insanın ictimai mühitdəki ziddiyyətlərini, hakimiyyət və fərd münasibətlərini poetik dillə ifadə edir. Bu baxımdan onun yaradıcılığı yalnız ədəbi deyil, həm də sosial-fəlsəfi mətn kimi dəyərləndirilə bilər.
Xüsusilə qeyd edilməlidir ki, Xaqani saray şairi statusuna baxmayaraq, düşüncə azadlığını qorumağa çalışan sənətkarlardandır. Onun poeziyasında tərif və tənqid paralel şəkildə mövcuddur. Bu ziddiyyət onun yaradıcılığını daha dinamik və çoxqatlı edir. Beləliklə, Xaqani poeziyası yalnız bir dövrün estetik məhsulu deyil, həm də intellektual mövqenin ifadəsidir.
Müasir humanitar elmlər kontekstində Xaqani irsi yenidən dəyərləndirilməyə ehtiyac duyur. Qloballaşan dünyada mədəniyyətlərarası dialoqda klassik mətnlərin rolu daha da artır. Xaqani Şirvaninin yaradıcılığı Şərq və Qərb düşüncə sistemləri arasında körpü rolunu oynaya biləcək zəngin fəlsəfi məzmuna malikdir. Onun poeziyasında insanın universallığı, mənəvi məsuliyyət və ədalət ideyaları bu gün də aktuallığını qoruyur.
Beynəlxalq akademik mühitdə Azərbaycan klassik ədəbiyyatına marağın artması bu irsin yenidən oxunmasını zəruri edir. Xaqani kimi müəlliflərin əsərləri təkcə milli ədəbiyyat nümunəsi kimi deyil, həm də ümumdünya fəlsəfi düşüncə tarixinin tərkib hissəsi kimi araşdırılmalıdır. Bu yanaşma onun yaradıcılığını daha geniş intellektual müstəviyə çıxarır.
Nəticə etibarilə, Xaqani Şirvani poeziyası sadəcə bədii mətnlər toplusu deyil, sözün etikası və insanın mənəvi mövqeyi haqqında dərin fəlsəfi düşüncə sistemidir. Onun yaradıcılığı göstərir ki, həqiqi ədəbiyyat zaman və məkan sərhədlərini aşaraq insanı öz mənəvi mahiyyətinə qaytarır.

Yekun sitat:
“Xaqani Şirvani yaradıcılığı Şərq poeziyasında sözün etik-fəlsəfi mahiyyətini əks etdirən mühüm intellektual mənbədir.”

Müəllif: Araşdırmaçı–tədqiqatçı
Sona Abbasəliqızı İsmayılova
May 2026

Murad Eloğlu (1988)

  Murad Eloğlu - şair 

Murad Eloğlu (Məmmədli Murad Elburus oğlu) 12 iyul 1988 – ci ildə Ağcabədi rayonu, Yeni Qaradolaq kəndində anadan olub. Əslən Ağdam rayonunun Yusifcanlı kəndindədən olan Murad ana tərəfindən Şəhrilidir. İlkin təhsilini öz kəndində tamamladıqdan sonra keçmiş ittifaqın müxtəlif ölkələrinə səyahət etmiş, hal-hazırda bizim üçün xarici sayılan bir neçə ölkədə olmuşdur.
Murad Eloğlu kiçik yaşlarından şeir yazmağa başlamış, “Yazarlar” jurnalının nəzdində mütəmadi olaraq təşkil olunan “Yazarlar Akademiyası”nın 2021-2023-cü il buraxılışının Poeziya şöbəsinin ən istedadlı məzunlarından biridir. “39” şeirlər kitabının müəllifidir.
Ədəbiyyat sahəsində uğurlarına görə 2022-ci ildə “Qızıl qələm” mükafatına layiq görülüb.

“Yazarlar” jurnalının tərəfindən “İlin şairi” (2026) və “Ziyadar” (2026) mükafatları ilə təltif olunub.
“Yazarlar” jurnalının redaksiya heyətinin üzvüdür və hal-hazırda bədii yaradıcılıq sahəsində fəaliyyətini davam etdirir.
Bakı şəhərində yaşayır. Evlidir. İki qız, bir oğlan olmaqla üç övladı var.

Murad Eloğlunun yazıları

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I