Xaqani Şirvaninin anadan olmasının 900 illiyi münasibətiylə

Xaqani Şirvaninin anadan olmasının 900 illiyi münasibətiylə

XAQANİ ŞİRVANİNİN ƏSƏRLƏRİNDƏ QURAN VƏ HƏDİSLƏRƏ İSTİNADLARIN TƏRBİYƏVİ ROLU

Naxçıvan Müəllimlər İnstitutunun professoru,

Pedaqogika elmləri doktoru

Azərbaycan Respublikasının Əməkdar müəllimi

“Qızıl Qələm” mükafatı laureatı

E-mail: kamal.camalov@gmail.com

https://orcid.org/0000-0003-1977-7250

Erkən orta əsrlər dövründən başlayaraq Qurani-Kərim ədəbi dilin və mədəniyyətin əsas istinad nöqtələrindən biri hesab olunurdu. Bu da dövrün dini icmasının əsas dünyagörüşü idi. Quran dini kitab olmaqla yanaşı, həm də elm, əxlaq, hüquq və ədəbi-pedaqoji mədəniyyətin əsas mənbələrindən biridir.

Klassik Şərq ədəbiyyatında Quran ayələrindən və hədislərindən sitat gətirmək və “təlmih”i (məşhur dini və tarixi hədislərə diqqət yetirmək) vurğulamaq ənənə nümunəsi hesab olunurdu. Təbii ki, oxucular da şairin işarələrini asanlıqla başa düşürdülər.

Bu gün çağdaş dövrümüzün gənc oxucusuna klassik şairlərin (İbn Sina, Fərabi, Xaqani Şirvani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai və b.) poetik fikirlərindəki dini və tarixi iqtibaslara aydınlıq gətirilməsinə zəruri ehtiyac duyulur.

Əsərlərini Quran, hədis və irfan təlmihləri ilə zənginləşdirən parlaq nümayəndələrdən biri də ruh şairi Xaqani Şirvanidir.

Xaqani Şirvani yazır ki, mənə dini və elmi bilikləri öyrədən əmim olmuşdur. Xaqani əmisi vasitəsilə hə­ya­tın keşməkeşli yollarında doğru yolu tapdığını və həm əxlaqi, həm də intellektual sahədə yüksəldiyini qeyd edərək poetik dildə yazır:

Bil, mənim böyüyüm, yol göstərənim,

Tərbiyə verənim əmimdir mənim.

Sözləri hər zaman qətiydi onun,

Şagirdi – Ərəstu, bir də Əflatun.

Hermesə üçbucaq elmini, zaman,

Onun idrakıyla öyrətmiş, inan!

Oxudu “Quran”dan ayələr mənə [Bax: Xaqani Şirvani. Seçilmiş əsərləri. 2004 səh.87].

Xaqani əmisi, Kafiəddin Ömər Osmanın ona ver­diyi tərbiyə və elm sayə­sin­də həyatında əhə­miy­yət­li bir dönüş etdiyini qeyd edir. Burada tərbiyə və men­tor­luq (Mentor təcrübəli, bilikli və ya mütəxəssis bir şəxs; Mentee mentorunun kö­mə­yin­dən faydalanan və on­dan öyrənən şəxs mənasında) ideyası əsas yer tutur. Xa­qani əmisi tərəfindən yalnız əxlaqi, həm də in­tel­lek­tual mənada yön­lən­di­ril­di­yi­ni ifadə edir. Bu, elmin və təhsilin insanın şəxsiyyətinin formalaşmasında, həm­çinin hə­yat­da doğru yol seçməsində nə qədər əhə­miy­yətli olduğunu vurğulayır. “Yetimlik di­vi­nin qaç­dım əlindən” ifadəsi, Xaqaninin tərbiyə və elm sa­yə­sin­də çətinliklərdən, yan­lış yollardan uzaq durduğunu və həyatını düzgün istiqamətdə qurduğunu sim­vo­lizə edir. “Yetimlik divi” başsız qalan bir uşağın və ya şəx­siyyətin çaşqın və­ziy­yə­tini göstərir. Bu div, bəlkə də boşluq və qeyri-müəyyənlikdir və əmisi sayəsində bu vəziyyətdən nicat tapmışdır.

Yan Amos Komenski yazır ki, elm və bilik “elə tə­lim edilməlidir ki, insanlar mümkün olduğu qədər, bi­likləri kitablardan deyil, göydən və yerdən, palıddan və ağcaqayından əldə etsinlər” [Bax: Böyük didaktika. Bakı: Elm və təhsil, 2012, səh.142]. Xaqani Şir­vaninin həyat fəlsəfənə nəzər salan zaman görürük ki, Kafiəddin Ömər Osman qardaşı oğluna yalnız ki­tab­lardan deyil, həyatın özündən – təbiətdən, ətraf aləm­dən, gündəlik təcrübədən və müşahidələrdən də bi­lik qazandırmışdır. Deməli, əsl təlim, yalnız nəzəri mə­lumatlarla deyil, ətraf mühitlə bağlı gerçək təcrübə və öyrənmə ilə də inkişaf etməlidir. Necə ki, pe­da­qo­gi­kada oxuyuruq: “tətbiq edilə bilməyən bilik şagirdə la­zım deyil” [Bax: A.Abbasov., H.Əlizadə. Pedaqogika. Bakı: 2024,  səh.170]. Hər bir öyrənilən bilik, əgər real­lıqda istifadə edilmirsə, ona olan ehtiyac və dəyər də azalır. Təhsil, gələcək həyatda faydalı olacaq bilik və bacarıqlarla təmin edilməsi üçün nəzərdə tu­tul­ma­lıdır.

Xaqani əmisi va­si­tə­silə yüksək elmi və fəlsəfi mülahizələrə malik ol­du­ğu­nu və elmin sirlərinə dərindən bələd olduğuna işa­rə e­dir. Hermesin üçbucaq elmini və Qurandan ayələr oxu­mağı isə “böyük intibah ziyalısının, şairinin” [Bax: Ə.Səfərli, X.Yusifov. Qədim və orta əsrlərdə Azərbaycan ədəbiyyatı. Bakı: 1982, səh.70] təkcə Qərb fəlsəfəsi ilə deyil, həm də islam tə­li­mi ilə zənginləşdirilmiş bir təhsil aldığını nümayiş etdirir.

Xaqani burada, yalnız fəlsəfəni deyil, dini təh­si­lin də əhəmiyyətini qeyd edir. “Oxudu “Quran”dan ayə­lər mənə” ifadəsi, Xaqaninin əmisi tərəfindən dini bi­liklərə də yönləndirildiyini və Quranın onun hə­ya­tın­da və düşüncə sistemində mühüm rol oynadığını bil­di­rir. Bu, islamın əsas prinsiplərinin Xaqaninin əxlaqi və intellektual inkişafında vacib bir təməl olduğunu gös­tərir.

 “Xaqani yaradıcılığında hərflər, rəqəmlər də tərbiyəvi təsvir vasitələri sırasına daxildir” [Bax: Azərbaycan ədəbiyyatı tarixi. Üç cilddə, I cild. Bakı: 1960, səh.100]. Xa­qa­ni, əmisi Ömərin ona verdiyi elmi təhsil, məntiqi dü­şüncə və həyat yolunu göstərmə ba­ca­rığını yenə də böyük hörmət və minnətdarlıqla ifadə edir.

Mənə dil qanunu öyrətdi əmim,

Qoymadı səhv edəm, oldu həmdəmim.

Məni üç elmdən etdi xəbərdar,

Ağıl, fəhm, hiss oldu onlardan izhar.

O, mənə şərh etdi hər bir məfhumu,

Sonra da öyrətdi elmi-nücumu…

Dəlillə, sübutla eylədi bir-bir,

“Quran”ın yüz on dörd sirrini təbir,

Çox asan yol ilə o mahir insan,

Etdi “bir”, “iki”, “üç”, “dörd”, “beş”i bəyan [Bax: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı: 2004, səh.89].

Xaqani Şirvani əmisi Ömərin ona dilin düzgün is­tifadə qaydasını və dil qanunlarını öyrətdiyini bildirir. Bu, Xa­qaninin şairlikdə və yazılı ifadələrdə daha incə və tə­miz bir üslub inkişaf etdirdiyini göstərir. Eyni za­man­da, “səhv etməmək” və “həmdəm olmaq” ifa­də­lə­ri, əmisi tərəfindən ona düzgün təhsil və tərbiyə ve­ril­mə­sini, həm də onun həyatında doğru yolu göstərən şəxs olduğunun bariz nümunəsidir.

Xaqani əmisi tərəfindən ona aşılanan “üç əsas elm”i: ağıl, fəhm və hiss kimi dəyərləri təsvir edir.

Ağıl – insanın təfəkkürünü və düşüncə qa­bi­liy­yə­tini;

Fəhm – mühakimə və anlayış qabiliyyətini;

Hiss – insanın mənəvi duyğularını ifa­də edir.

Bu üç elm, insanın həm məntiqi, həm də mə­nə­vi tərəflərini inkişaf etdirən elmlərdir. Xaqani burada əm­isi Ömərin elmi dünyagörüşünün hərtərəfli və dərin ol­du­ğunu bildirir.

“O, mənə şərh etdi hər bir məfhumu, Sonra da öy­rətdi elmi-nücumu”.

Bu misra əmisi Ömərin yalnız bilikləri öy­rət­mək­lə kifayətlənmədiyini, həm də hər bir məfhumun mə­nasını və dərinliyini şərh edərək öyrətdiyini gös­tə­rir. Xaqani əmisi tərəfindən verilən təhlil və açıq­la­ma­la­rın həyatına necə təsir etdiyini qeyd edir. Elmi-nü­cum (ulduz elmi və ya astrologiya) müsbət bir şəkildə el­min dərinliyinə dair sistematikanı göstərir.

“Dəlillə, sübutla eylədi bir-bir, “Quran”ın yüz on dörd sirrini təbir”. Xaqani əmisi Ömərin məntiq və sü­butlarla hər şeyin doğru şəkildə izah edildiyini qeyd edir. Bu, həm rasional (məsələli düşüncə) ya­naş­ma­sı­nı, həm də “Quran”ın sirlərinin təfsirini (şərhini) gös­tərir. “Yüz on dörd sirr” Quranın müxtəlif ayələrini və onların dərin mənalarını şərh etmək deməkdir.

Xaqani əmisi Ömərin ona çox sadə və anlaşılan üsul, vasitə və tərzlərlə elmi tədris etdiyini qeyd edir. Burada əmisi, kompleks mövzuları anlaşılan bir şə­kil­də izah edir, elmi anlayışları “bir”, “iki”, “üç”, “dörd”, “beş” kimi strukturda təqdim edir. “Bir – Allah, iki – iki dünya, üç – nəbatat, çəmadat, heyvanat, dörd – dörd ünsür: su, od, torpaq, hava, beş – hiss: dad bil­mək, görmək, eşitmək, ləms və iyi bilmək (bəzən beş rə­qəmi – Məhəmməd peyğəmbərin əbası altında hüzur ta­panlara da aid edilir ki, bunlara “Pənctəni-aliəba” – “beş nəfərdən ibarət ailə üzvü” deyilir), altı – cəhətlər: ön, arxa, sağ, sol, yuxarı və aşağı, yeddi – yerin yeddi tə­bəqəsi, səkkiz – behiştin səkkiz qapısı (göyün tə­bə­qə­ləri), doqquz – doqquz fələk (doqquzuncu fələk – Allahın qərar tutduğu yerdir.) Xaqani yuxarıdakı beyt­də əmisinin rəqəmlərin bu sirrini ona öyrətdiyini xəbər verir” [Bax: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı: 2004, səh.583]. Bu, Xaqaninin əmisi tə­rə­fin­dən sadə metodla dərin elmləri öyrənmə prosesini ne­cə təqdir etdiyini göstərir.

Göründüyü kimi Ömər Kafiəddin Xaqaniyə yal­nız intellektual deyil, həm də mənəvi dünyanı an­la­ma­ğa kömək etmiş, ona ağıl, fəhm və hiss kimi həyati və mə­nəvi dəyərləri aşılamağa çalışmışdır. “Ağıl tə­fək­kü­rün məhsulu olması ideyasını irəli sürür” [Bax: O.Həsənli. Təhsilin müasir psixoloji problemləri. Naxçıvan: 2017, səh.188]. Ömər Osman qeyd etdiyimiz kimi ağıllı və sis­temli tədris üsulları ilə Xaqaninin həm dini, həm də el­mi mövzuları asanlıqla mənimsəməsinə imkan ya­rat­mışdır.

Şəriətdən kənar elm yoxdur, bil,

Varsa qara xaldır, heç bilik deyil [Bax: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı: 2004, səh.49].

Bu misra şairin şəriət (İslam dini qanunları) və elm arasındakı əlaqəyə dair güclü bir fikri ifadə edir. Şair elm və biliklərə dini baxışla yanaşır və şəriətlə uy­ğun olmayan elmlərin qeyri-kamil olduğunu vur­ğu­la­yır. Bu misra, şairin şəriət və elm arasındakı əlaqəni necə gördüyünü açıq şəkildə ifadə edir. Şairin nə­zə­rin­də, elm yalnız şəriətlə uyğunlaşarsa, doğru və ka­mil olur. Yəni, islam təlimləri çərçivəsində öyrənilən və tətbiq olunan elm, həm dini, həm də dünyəvi mə­na­da doğru sayılır. Şəriət yalnız dini qanunlar deyil, həm də həyatın hər sahəsində düzgün yaşamağa yönəlmiş tə­məl bir göstərici kimi təqdim edilir. Şair, dini biliklə dün­yəvi bilik arasında bir uyğunluq yaratmağa çalışır. Şəriətə zidd elm isə şairin fikrincə, qara xal kimi qa­ran­lıq və yanlış bir şeydir, yəni ona həqiqi elm demək olmaz. Şair burada həm dini elmlərin, həm də dünyəvi elmlərin şəriətə uyğun olmasının vacibliyini vur­ğu­la­yır. Bu yanaşma, islam mədəniyyəti daxilində elmin və biliklərin yalnız dini və mənəvi prinsiplərlə uy­ğun­laş­dıqda dəyərli olduğunu ifadə edir.

Aləm” sözü “elm”dən yaranmışsa da, ancaq,

Cəhalət bu aləmdən elmi qaçaq salacaq.

Elm əhlinin ürəyi əcəb böyük ürəkdir,

İdris öz şüuruyla göyə yüksələcəkdir [Bax: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı: 2004, səh.332].

Xaqani elm və cəhalət, bilik və qavrayış ara­sın­da­kı münasibətləri dərin şəkildə şərh edir. Şair elmin və cəhalətin dünyaya olan təsirini və elmə yi­yə­lə­nən­lə­rin mənəvi və intellektual yüksəlişini izah edir. “Aləm” və “elm” sözləri burada həm mənaca, həm də fo­netik olaraq bir-birinə yaxınlaşdırılır. Şair, “aləm”in (kainatın və dünyanın) “elm”dən (bilikdən və təh­sil­dən) qaynaqlandığını bildirir. Lakin cəhalətin bu aləmdən qaçmasına və ya yox olmasına səbəb ola­ca­ğını qeyd edir. Şair, elmin insanlar və cəmiyyətlər üçün nə qədər vacib olduğunu, amma cəhalətin elmə və biliklərə necə zərər verə biləcəyini göstərir.

“…Öz fikir və hisslərini təsirli və incə sözlərlə ifa­də etməyi sevən” [Bax: Məhəmmədəli Tərbiyət. Danişməndani Azərbaycan. Bakı: 1987, səh.67] Xaqani Şirvani elm əh­linin yalnız ağıllı və bilikli deyil, həm də mənəvi də­yərlərə və böyük ürəklərə sahib olduğunu vur­ğu­la­yır. İdris Peyğəmbər islam mədəniyyətində və dini təf­sirdə çox bilikli, hikmətli və göyə yüksəlmiş bir pey­ğəmbərdir. Şair İdris Peyğəmbərin şüuru ilə göyə yük­səlməsini təkcə fiziki yüksəliş kimi deyil, həm də mənəvi və elmi yüksəlişi kimi nəzərdə tutur. Bu, elmin in­sanı ruhən ucaltdığını və insanların mənəvi in­ki­şa­fı­nı təmin etdiyini göstərir.

Cəhalət elmin qarşısında bir maneə olaraq təq­dim edilir, yəni biliksizlik elmin yayılmasına və in­san­ların inkişafına zərər verə bilər. Eyni zamanda, şair, elm əhlinin yalnız ağıllı deyil, həm də mənəvi və gö­zəl ürəkli insanlardan ibarət olduğunu qeyd edir. İdris Peyğəmbərin göyə yüksəlməsi də, elmin, insanın mənəvi yüksəlişi ilə əlaqəli olduğuna işarədir.

Ey Xaqani, din elmi, bil, kimiyadır, unutma,

Könüllərin məxzəninə layiqdir bu kimiya.

Əgər nəfsin bir mis kimi pas atarsa bir zaman,

Onu silmək üçün yalnız budur yararlı dərman [Bax: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı: 2004, səh.408].

Fikrimizcə şair din elminin və biliyin yüksək də­yərini, həmçinin nəfsin (insanın daxili arzularını, eqo­sunu) və ilahi təmizlənmənin rolunu müzakirə edir.

Şair, din elmini kimya ilə müqayisə edir. Kimya bu­rada saflaşdırıcı, təmizləyici və qızıl kimi dəyərli bir elm olaraq göstərilir. Din elmi, insanların kö­nül­lə­ri­ni (ruhlarını) saflaşdırmaq və təmizləmək məqsədi gü­dür. Könüllərin məxzəni (Məxzən ərəb mənşəli söz olub – xəzinə mənasını ifadə edir) ifadəsi, insanların da­xili xəzinəsini, hisslərini və niyyətlərini nəzərdə tu­tur. Bu misra ilə şair, din elminin insanın ruhunu tə­miz­ləyən, həm də mənəvi inkişafını təmin edən bir elm olduğunu vurğulayır. Bu elm, yalnız dünyəvi fay­da vermir, həm də insanın mənəvi təmizliyinə xidmət edir.

Şair insanın nəfsinin (eqo və arzu hisslərinin) gücləndiyini və ruhani təmizliyinə zərər verdiyini bil­di­rir. “Mis kimi pas atarsa” ifadəsi, nəfsin zamanla in­sa­nın ruhunu və qəlbini çirkləndirən bir yükə çev­ril­di­yi­ni göstərir. Fikrimizcə, “pas”, ruhun çirklənməsi və mə­nəvi inkişafın əngəllənməsi kimi başa düşülür. “Onu silmək üçün yalnız budur yararlı dərman” ifa­də­si, din elminin və kamilliyin (yüksək mənəviyyatın) bu pası təmizləyən tək vasitə olduğunu bildirir. Yəni, şair nəfsin mənfi təsirlərindən yaxa qurtarmaq üçün din elminin tətbiqinin ən faydalı “dərman” olduğunu qeyd edir. Bu, təmizlənmə və mənəvi təkmilləşmənin yolu kimi göstərilir.

Şair, bildirir ki, din elmi yalnız bilik və mə­lu­mat­la deyil, həm də könül və qəlb təmizlənməsi ilə əla­qəli bir sahədir. Şair, nəfsin (insanın daxili arzu və eh­tiraslarının) insanın inkişafını necə əngəllədiyini və din elminin bu mənfi təsirlərdən təmizlənmək üçün tək vasitə olduğunu bildirir.

Bir elm Kəbəsi, qələmi, məclisi, təmiz,

Zəmzəmlə qarə daşa bərabərdi, şübhəsiz [Bax: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı: 2004, səh.378].

Xaqani Şirvani elmin müqəddəsliyini və yüksək qiy­mətini kainatdakı müqəddəs yerlərlə müqayisə edir. Kəbə, islamda Allahın evini təmsil edir və dün­ya­nın ən müqəddəs yeri sayılır. Şair elmi Kəbə ilə mü­qayisə edərək, onun mənəvi və ruhani əhə­miy­yə­ti­ni vurğulayır. Elm yalnız bilik deyil, həm də insanın tə­mizlənməsi, yüksəlməsi və ruhunun inkişafı üçün va­cib bir vasitədir.

Qələm burada yazının, təhsilin və bilikləri yay­ma­nın rolu kimi ifadə edilir. Məclisi isə – elm məclisi, yə­ni elm haqqında düşüncələrin, müzakirələrin yeri kimi göstərir. Şair, bu üç elementi – qə­ləm, məclis və təmizliyi – elmə aid edərək, onun nə qə­dər müqəddəs və yüksək olduğunu ifadə edir.

Zəmzəm suyu, Məkkədəki Zəmzəm bulağından gəlir və islam dünyasında çox müqəddəs sayılır. Hə­min bulaq, islamda İbrahim peyğəmbərin və onun oğ­lu İsmayılın həyatını xilas etmək üçün yaranmışdır. Şair elmi Zəmzəm suyu ilə müqayisə edir. Bu da onun mü­qəddəsliyini və həyat verən rolunu təmsil edir.

Qara daş, Kəbə dağının içində yerləşən və islam zəv­varları tərəfindən öpülən bir daşdır, ona da çox bö­yük dini hörmət göstərilir. Şairə görə, elm də Zəmzəm su­yu və qara daş kimi müqəddəs bir şeydir. Çünki elm də insanın mənəvi təmizliyini təmin edir və mənəvi yük­səlişə səbəb olur.

Adam var ki, bilməz nədir qanacaq,

Fazil adamlara lağ edər ancaq…

Xalqa bədxahlıqdan başqa işi yox.

Çarx kimi daima başı hərlənir,

Sehirlər düzəldən bu rüşvətxorlar,

Yalanı etmişlər hər işdə şüar.

Haram mal yeməkdir bütün işləri.

Doludur zəhərlə iti dişləri.

Əbədi sönmüşdür qəlblərində şam,

Başları bu şamı söndürmüş tamam.

Şeytan asqıranda törənmiş onlar,

Məgər bu “möcüzə” şübhə edən var?!

Çünki olsaydılar Adəm nəslindən,

İsaya bənzərdi üzləri həmən [Bax: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı: 2004, s.78].

Xa­qani Şirvani bu şeir parçası ilə oxucuda mənfi xü­susiyyətlərə qarşı nifrət, müsbət xüsusiyyətlərə hör­mət hissi yaratmağa çalışır. Əxlaqi dəyər daşıyan bu şeir parçasında İslam əxlaqında mənfi xüsusiyyət kimi lə­nətlənən cahillik, yalan, rüşvət, qanunsuz qazanc və xal­qa qarşı böhtan tənqid olunur. Şair də istehzalı dili ilə bu qüsurları ifşa edir, Quran və hədisləri izah edər­kən onları mənəvi dəyərlərlə tam şəkildə çatdırır.

Xaqani Şirvani şeirin ilk misrasında nadan adam­la­rın fəzilətli insanlara olan istehzasını tənqid edir. Bu fikir Qurani-Kərimin Zümər surəsinin doqquzuncu ayə­sin­də belə ifadə olunur: “Məgər bilənlərlə bil­mə­yə­n­lər birdirlər? Yalnız əsl ağıl sahibləri ibrət gö­tü­rər­lər” [Bax: Zümər surəsi, ayə – 9]. Ayə misra ilə ey­niy­yət təş­kil edir. Ayə­­də bilik və hik­mət sa­hib­lə­ri­nin üs­tün möv­­qe­yi vur­­­ğu­la­nır və şair gös­tərir ki, in­sa­nın ca­hil­li­yi onu bu hə­­qi­qət­dən məh­rum edir.

Şairin rüşvət və haram qazanc haqqında dü­şün­cə­lə­ri Quranın əxlaqi prinsiplərinə uyğundur. “Mal­la­rı­nı­zı öz aranızda haqsız yerə yeməyin və camaatın mal­­­­larının bir qismini günah və haqsız yolla yemək üçün (əməlinizin haram olmasını) bilə-bilə onu, (rüş­vət kimi) qazılara (hakimlərə) tərəf yönəltməyin” [Bax: Bəqərə surəsi, ayə – 188] ayəsi ha­ram yolla qa­za­nılmış qa­zancı qa­dağan edir. Pey­ğəm­bər (Ona Alla­hın sa­la­va­tı və sa­la­mı olsun) bu­yur­muş­dur: “Rüş­vət ve­rənə də, alan şəxs­ə də Allah lənət et­sin”. Bu hə­dis şairin rüş­vəti cə­miy­yət üçün təhlükəli bir element ki­mi təq­dim etmə­si­nin dini əsasını müəy­yən edir.

Yalanın şeirdə həyatın əsas prinsipinə çevrilməsi də kəskin tənqid olunur. Quranda: “Ey iman gə­ti­rən­lər, Allahdan qorxun və doğruçularla birgə olun” [Bax: Tövbə surəsi, ayə – 119] deyilir. Peyğəmbər (s) isə be­lə bu­­yu­rur: “Doğruluq insanı yaxşılığa, yaxşılıq isə cən­nətə apa­rar; yalan isə insanı pisliyə, pislik də cə­­hən­nəmə apa­rar”. Ayədə və hədisdə doğru ilə ya­la­nın aqi­bəti ay­dın şəkildə izah olunur.

Şairin “Əbədi sönmüşdür qəlblərində şam” beyti emo­sional korluğun tərbiyəvi nümunə ifadəsidir. Qu­ran­da deyilir: “Məgər onlar yer (üzün)də gəzib do­lan­ma­yıblar ki, düşünən qəlbləri və ya eşidən qulaqları ol­sun?! Çünki əslində zahiri gözlər kor olmur, lakin si­nələrdəki ürəklər kor olur” [Bax: Həcc surəsi, ayə – 46] ayə­si in­sa­nın əsl kor­lu­ğu­nun mənəvi korluq ol­du­ğu­nu ifa­də edir. Bu ba­xım­dan, şair vicdanı sönmüş bir in­san ob­ra­zını yaradır və oxu­cusunu halal qazanca, dü­­rust­lü­yə, bi­liyə, mər­hə­mə­tə və yüksək mənəvi key­fiy­yət ki­mi də­yərlərə təş­viq edir. Bu baxımdan, şeir klas­sik İslam eti­kasının əsas prinsipləri ilə tam uyğun gə­lən də­rin di­daktik məz­mun daşıyır.

Şairin “Şeytan asqıranda törənmiş onlar” ifadəsi sar­­kazmın ən təsirli nümunələrindən biridir. Burada məq­­səd şeytan cildində olan insanların xarakterini gös­­tərməkdir. Şair cəhaləti, yalanı, rüşvətxorluğu və vic­­dansızlığı şeytani sifətlər kimi təqdim edir və oxu­cu­­sunu bu mənfi keyfiyyətlərdən uzaq durmağa səs­lə­yir. Xaqani Şirvaninin bu yanaşması Bəqərə surəsinin 169-cu ayəsi ilə uyğun gəlir: “O (şeytan) sizə yalnız pis­lik və çir­kinlikləri, həmçinin bilmədiyiniz şeyləri Allaha nis­­bət verməyi əmr edir…” [Bax: Bəqərə surəsi, ayə – 169] ifa­də­si ilə uy­ğun gəlir. Bu ayədə insan ruhunun məh­vinə sə­bəb olan davranışların şeytanın təsirinin nə­ti­cə­si ol­du­ğu gös­tərilir.

Növbəti “Çünki olsaydılar Adəm nəslindən, İsaya bən­zərdi üzləri həmən” misrası və “Adəm nəslindən ol­maq” ifadəsi insanın bioloji mənşəyini deyil, onun fit­rətini və ilahi varlığa bağlılığını ümumiləşdirir. Qu­ran­da insanın gözəl şəkildə yaradıldığı bildirilir: “Hə­qi­qətən. Biz in­sanı(n) (cismini və ruhunu) ən gözəl bir bi­­çimdə yaratdıq (ona düz gün qamət, mütənasib üzv­lər, düşünən beyin və fəzilətlərə qadir olan bir ruh ver­­dik)” [Bax: Tin surəsi, ayə – 4]. Bu­na görə də, in­san fit­rə­ti­ni qorusa ilahi ona gö­zəl bir hə­yat ya­şa­da­caq, yox, gü­nah və əxlaqi poz­ğun­luq et­dik­də isə ilahi onu yüksək mə­qamdan uzaq­laş­dıracaq.

Şairin İsa peyğəmbərin adını çəkməsi təsadüfi de­yil. Quranda İsa (ə) pak, mərhəmətli və Allaha itaət­kar bir insan kimi təqdim olunur. “Və məni harada ol­sam bərəkətli bir vücud edib və nə qədər ki sağam mə­­nə namaz (qılmağ)ı və zəkatı (verməyi) tapşırıb” [Bax: Mər­yəm surəsi, ayə – 31] ayəsi onun yük­sək əh­val-ru­hiy­yəli key­fiyyətlərini ifadə edir. Bu­na görə də şair İsa pey­ğəm­bəri zahiri gözəl kimi yox, ka­millik sim­­vo­lu kimi təq­dim edir. Beləliklə, bu beyt oxu­­cuya in­­sa­nın əsl tə­biə­tinin, onun zehninin, vic­da­nı­­nın və əx­laqi da­v­­ra­nı­şı­nın saflığında aşkar olduğunu gös­­tərir.

Bu beytin başqa bir incə mənası da var. “İsaya bən­­­zərdi üzləri” ifadəsi klassik Şərq poeziyasında yal­nız zahiri oxşarlıq mənasında istifadə olunmur. Bu­ra­da “üz” sözü çox vaxt sima, mənəvi çöhrə, daxili aləm, nur mənalarını ifadə edir. Başqa sözlə, şair de­mək istəyir ki, əgər onlar həqiqətən də Adəm öv­lad­la­rı­­na layiq xarakterə malik olsaydılar, üzlərində saflıq, mər­­həmət və ilahi nur görünərdi. Bu, möminlərin ob­ra­zı haqqında Quran ayəsinə uyğundur: “Onların (iba­dət və itaətkarlıqlarının) nişanəsi səcdə nəticəsində üz­­lə­rin­­də görünür” (Bax: Fəth surəsi, ayə – 29) ayəsi mə­naca da səsləşir. Bu ayədə “üz” insanın mənəvi alə­minin və da­­­xili saflığının simvolu kimi təqdim olunur.

Xaqani Şirvani satirik poetikanın tər­bi­yə­vi-didaktik imkanlarından istifadə edərək mənfi şəx­­si mülk olan cəhaləti, fəsadları, yalanları, qanunsuz qa­­zancları və mənəvi korluğu ifşa edir. Belə insanı fit­rə­­tindən uzaqlaşdığını göstərir. Qurani-Kərimdən gə­tir­­diyimiz ayələr və peyğəmbər hədisləri ilə müqayisə gös­­tərir ki, şeirdə ifadə olunan əxlaqi ideyalar İslam hə­­qiqəti, ədalət, halal qazanc, bilik, hörmət və ka­mil­lik prinsipləridir.

Sonda belə qənaətə gəlirik ki, Xaqani Şirvaninin yaradıcılığının dini dünyagörüşü tərbiyəvi təfəkkürün ayrılmaz tərkib hissəsi olmuşdur. Onun Quran-Kərimə və islami dəyərlərə əsaslanan təlmihləri əsərlərinə həm mənəvi dərinlik, həm də estetik zənginlik qazandırmışdır. Müasir dövrdə isə bu ənənə yeni tərbiyəvi-didaktik axtarışlar fonunda fərqli biçimlərdə davam edir və dini motivlər əvvəlki əsrlərlə müqayisədə daha fərdi və simvolik şəkildə ifadə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir