Valeh Heydər – Təmsil

TƏZADLI DÜNYA
(təmsil)
Nəhəng Qaya dibində
Kök atsa da bir Ağac,
Yordu onu susuzluq,
Gah qidasız qaldı ac.
Dedi: Mənim ömrümü
Çəkdi sınağa həyat.
Ağır oldu yüklərim,
Öz gücümdən neçə qat.
Kənarda da bir Ağac
Hey özünü öyürdü:
-Çox gözəldir bu aləm,
Lap cənnətdir, deyirdi.
Qaya bunu görüncə
Kədərləndi yaman çox,
Bilsə də ki, bu işdə
Kiminsə günahı yox.
Yada saldı o bir-bir
Ötüb keçən illəri,
Onu məyus eyləyən
Neçə-neçə dərd-səri.
Dedi: Ey qəmli Ağac,
Üzülmə bu halına.
Çətin tale həyatda
Yazılsa da alnına.
Gedir əldən ixtiyar
Bəzən İstəmədən biz,
Fərqli tale yaşadıq
Həyatda hər birimiz.
Yaranışdan təzadlı
Varlıqlara bu aləm,
Verir birinə sevinc,
Digərinə əzab, qəm.
Güclü etməz canlını
Yalnız xoş keçən günlər,
Çətinlikdə üzüağ
Məğrur qalmaqdır, hünər.

Müəllif: VALEH HEYDƏR

VALEH HEYDƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir