
Nərgiz Məhərrəmzadə – “Ulduz” jurnalının tərcüməçisi. Rusca şeirlər yazır, Azərbaycanca bədii mətnləri səsləndirir, hər iki dildə mübahisə edə bilir.

Nərgiz Məhərrəmzadə – “Ulduz” jurnalının tərcüməçisi. Rusca şeirlər yazır, Azərbaycanca bədii mətnləri səsləndirir, hər iki dildə mübahisə edə bilir.

Kentavr (yunanca “kentauros”) — qədim yunan mifologiyasında bədəni yarı insan, yarı at olan mifik varlıqdır.
Kentavrların üst hissəsi insan, aşağı hissəsi isə at bədəni şəklində təsvir olunur. Onlar adətən güclü, cəsur, lakin bəzən də vəhşi və idarəolunmaz varlıqlar kimi tanınırdılar.
Mifologiyada ən məşhur kentavr Xirondur — o, ağıllı, elmli və insanlara dərman bitkilərinin, tibb və musiqinin sirrini öyrədən bir müdrik kimi təsvir olunur.
Yəni, “kentavr” həm mifik canlı adıdır, həm də simvolik mənada bəzən “qarışıq təbiətli, iki mahiyyətli varlıq” anlamında işlədilir.
Ədəbiyyatda və simvolik mənada “kentavr” anlayışı çox dərin və maraqlı məna daşıyır.
Kentavr – həm insani ağıl (baş, ürək, düşüncə), həm də heyvani instinkt (qüvvə, ehtiras, vəhşilik) daşıyan bir varlıqdır. Buna görə də ədəbiyyatda kentavr insanın iki təbiətini – ruhani və cismani tərəfini, ağıl və duyğu arasında mübarizəni ifadə edir.
Məsələn:
Simvolik mənada “kentavr” həm də ikili mahiyyətli insan deməkdir — yəni bir anda həm zərif, həm də vəhşi, həm düşüncəli, həm də emosional olan şəxs.
Azərbaycan ədəbiyyatında kentavr simvolikasına yaxın nümunələr
Azərbaycan ədəbiyyatında “kentavr” anlayışı birbaşa işlədilməsə də, onun daşıdığı məna – yəni insanın ikiüzlü, ikitəbii mahiyyəti bir çox yazıçı və şairin yaradıcılığında öz əksini tapıb. Gəlin bir neçə nümunəyə baxaq:
Nizaminin “Xəmsə”sində, xüsusilə “İsgəndərnamə” əsərində insanın ağlı ilə nəfsinin, elmi ilə hakimiyyət ehtirasının savaşı geniş təsvir olunur. Bu mübarizə kentavrın iki hissəsi – insan və heyvan bədəni arasındakı simvolik qarşıdurmanı xatırladır.
Nizami üçün insan – nəfsini ağlı ilə cilovlaya bilən varlıqdır. Yəni “at”ı (instinkti) “adam” (ağıl) idarə etməlidir.
Füzulinin lirikasında insan həm ilahi sevgi ilə yanan ruh, həm də dünyevi ehtiraslarla yaşayan bədən kimi təqdim olunur.
Məsələn, “Leyli və Məcnun”da Məcnun sanki bir “kentavr” kimidir — içində həm müdrik, mənəvi aşiq, həm də dərddən ağlını itirmiş, vəhşi təbiətli bir varlıq yaşayır.
Mirzə Cəlilin satirik hekayələrində insan bir tərəfdən müasirlik və maarif, digər tərəfdən isə cahillik və qorxu arasında qalan varlıq kimi göstərilir.
Yəni kentavr kimi – yarısı işığa, yarısı qaranlığa çəkilən bir obraz.
Müasir şairlərdə, məsələn, Mahirə Nağıqızı, Ramiz İsmayıl, Zaur Ustac kimi müəlliflərin şeirlərində insan öz içindəki təbiət və mənəviyyat, şəhər və yurd, ağıl və ürək qarşıdurmasında təsvir olunur. Bu da mahiyyətcə kentavrın simvolik ruhunu yaşadır.
Beləliklə, “kentavr” təkcə mifoloji varlıq deyil; o, insanın içindəki iki qüvvənin – ağıl və instinkt, ruh və bədən, sivil və vəhşi təbiətin simvoludur.
Məlumatı hazırladı: Günnur Ağayeva

Azərbaycanın dövlət himninin sözlərinin müəllifi Əhməd Cavadın anım günüdür
Azərbaycan şairi, tərcüməçi, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1934), professor (1933), Quba Xalq Maarif şöbəsinin müdiri, Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri (1930–1933), Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), “Azərbaycanfilm” studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935–1936), Azərbaycanın dövlət himninin sözlərinin müəllifi Əhməd Cavadın bu gün anım günüdür.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli Qərarı ilə Əhməd Cavad Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.
Böyük hörmət və ehtiramla yad edirik!
Yazını hazırladı, Aynurə Əliyeva,
ADPU-nun ETM-nin elmi işçisi, Filologiya fakültəsinin müəllimi.
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Şair Əlisəmid Kür vəfat edib
Bu haqda Teleqraf-a Əlisəmid Kürün qızı Aynur Mehdiyeva məlumat verib.
“Atam bu gün səhər saatlarında vəfat etdi. Hazırda nəşi məsciddədir. Bu gün Salyanda dəfn ediləcək”,-deyə A.Mehdiyeva əlavə edib.
Qeyd edək ki, Əlisəmid Kür qaraciyər çatışmazlığından əziyyət çəkirdi. O, Respublika Diaqnostika Mərkəzində və Respublika Klinik Xəstəxanasında müalicə olunduqdan sonra evə buraxılmışdı.
Əlisəmid Cəfər oğlu Cəfərov 8 fevral 1954-cü ildə Salyan şəhərində müəllim ailəsində doğulub.
1971-ci ildə Salyan şəhər 3 saylı orta məktəbini fərqlənmə attestatı ilə başa vurub. Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində redaktor, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Azərbaycan Teatr Muzeyində müxtəlif vəzifələrdə çalışıb.
1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi.
1989-cu ildə AYB-nin Ədəbiyyatı Təbliğ və Müəllif Hüquqları bürosunda şöbə müdiri, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin “Yol” ədəbiyyat qəzetində şöbə müdiri, 1991-1994-cü illərdə “Yol” ədəbiyyat qəzetinin baş redaktoru vəzifəsində işləyib.
1989-1995-ci illərdə AYB-nin idarə heyətinin üzvü olub.
Allah rəhmət eləsin.
İkin mənbə: TELEQRAF BAKI, 13 oktyabr.

Bugün o gündür, Fariz..
Bugün o gündür, Fariz.. Bugün Şəhid xəbərini aldığımız gündür… Lənət olsun sənə, Oktyabr! Bu, sənin adını hər an ağzımızdan düşürmədiyimiz, amma bu dəfə daha ağır, daha dərindən bir acıyla çəkdiyimiz gündür. O an ürəyimizə bir yaraya dönən o xəbəri aldıq. Amma sənin cismindən ayrıldığının xəbərini heç bir zaman qəbul edə bilmədik. Hələ də düşünürəm,necə oldu ki, odun alovunun içindən sənə bir toxunuş belə edə bilmədik? Bir neçə gün sənin şəhid olduğun ərazidə tərk edildin..Ruhu göylərdə, yüksək yerlərdə uçan bir qəhrəman,amma bədəni döyüşdə yan yana qaldığın şəhid qardaşlarınla birgə bir boş ərazidə qaldı.
Evdə çay dəmləyirdim.Sən gələcəksən deyə…Qapıya baxırdım.Bəlkə bir xəbər gələr. Amma gələn səs “O, şəhid olub” -deyə çökdü içimə. Dərindən, axıradək yandırdı. O çay soyudu, Fariz.. O çay da sənsiz qaldı.Sən odu keçdin, barıtı udqundun, qanla sulanmış torpaqda iz qoydun.
Adın sadəcə bir Şəhid adı deyil.
Sən döyüşdə alovu qucaqlayıb şəhadətə gülərək gedən bir qəhrəmansan.
Və indi bu torpaq səni bağrına basıb yatıb. 16 oktyabrda isə tabutunu qucaqlayıb, son dəfə sənə sarılıb, son mənzilinə yola salacağım gündür…Nə olar 5 il əvvələ qayıtsaq, o xoşbəxt günlərimizi yaşasaq, səninlə evliliyimizin 8-ci ildönümünü qeyd etsək…Nə olar…Zaman çox qəddardır, sevdiklərimizi bizdən alır…Biz qan ağlayırıq, torpaq sevinir…
Vətən səni unudarmı, Fariz? Heç vaxt…
Müəllif: Əzizə Fariz

AYSULUV ÖZBEKİSTAN DESTANI
AYSULUV/ TURAN MELİKESİ
Aysuluv, destanda Turan melikesi (kraliçesi) olarak anılır.
Destan, Aysuluv ve oğlu Künbatır’ın İran şahı Dara ve komutanı Pehlivan Kayser’e karşı mücadelelerini konu edinir.
Turan Ülkesi, destanın geçtiği coğrafya olarak Orta Asya’daki Türk halklarının (özellikle Özbek destan geleneğinde) ataları olarak kabul edilen bir bölgeyi, bir ülkeyi temsil etmektedir.
Ayrıca destandaki olayların tarihçi Heredot’un naklettiği Tomris efsanesiyle ciddi benzerlikler gösterdiği de belirtilmektedir, ki Tomris de Sakaların kraliçesi olarak bilinir.
“Aysuluv” adı, geleneksel Türk/Kıpçak isim geleneğinde yaygın olan
Ay: Gök cismi olan “Ay” anlamına gelir ve güzelliği, parlaklığı ve saflığı simgeler.
Aysuluv, adıyla birlikte eşsiz bir güzelliğe sahip olduğu ve İran Şahının hem Turan ülkesini hemde Aysuluv’u ele geçirmek için yaptığı entrikaları,Turan Ülkesinde türlü entrikalarla iç karışıklıklar çıkaran ve en sonunda Aysuluv ve oğlunun ordusu ile girdiği savaşta yenildiği anlatılmaktadır.
Aysuluv fiziksel güzelliğinin yanında, destanda daha çok asil duruşu, metaneti, vatan ve millet sevgisi ile vurgulanan idealist bir yöneticilik vasfı ön plandadır.
Destan, onun fiziksel güzelliğinden çok, bir melike ve anne olarak sergilediği yüksek ahlaki ve insani değerlere odaklanır.
Mücadelesi: Destan, Aysuluv’un güçlü bir savaşçı olan oğlunu ve ordusunu bu büyük mücadeleye hazırlamasını, düşmana karşı gösterilen vatan ve millet sevgisini işler. Bu mücadele, adeta Turan’ın bağımsızlık savaşıdır.
Aysuluv, Özbek destan geleneğinin önemli bir kadın kahramanı ve ideal bir yönetici figürüdür. Karakteri, sadece fiziksel güzelliğiyle değil, aynı zamanda yüksek ahlaki ve entelektüel nitelikleriyle de öne cıkar.
Aysuluv, ülkesi Turan’ı yöneten, halkının refahını düşünen ve vatanını korumaya adanmış, dürüst ve idealist bir melikedir.
Oğlu Künbatır’ı sadece bir veliaht olarak değil, aynı zamanda düşmana dehşet salan dev yürekli bir kahraman olarak yetiştiren şefkatli ve iyiliksever bir annedir. Bu rolüyle, gelecek nesilleri hazırlayan örnek bir Türk kadını ,annesi figürdür.
Ülkesine, halkına ve değerlerine olan sarsılmaz sadakati, onun soylu kimliğini tamamlar.
AYSULUV Destanı Özbekistan Türkleri tarafından dilden dile aktarılan ve örnek alınması için unutulmaması gereken önemli bir TÜRK kadın kahramanıdır.
……………………….
Aysuluv Destanı, Özbek halk edebiyatına ait bir destan olup, halk destancısı (jirav/bahşı) Ergeş Cumanbülbül Oğlu (Ergaş Cumanbulbulogli) tarafından icra edilmiş ve Hadi Zarif tarafından derlenmiştir.
Okumak ve bilgi edinmek için
Kaynakça:
Akademik Yorum Dergisi, “ÖZBEK İCADKÂR DESTANCI ERGEŞ CUMANBÜLBÜL OĞLİ” başlıklı makale (Mirzayev ve Nazarova, 2018: 178; Turdimov, 2018: 60). (Çevrimiçi erişilen kaynak)
Özbekistan’da Destan Çalışmalarının Tarihçesi (Çukurova Üniversitesi Türkoloji Araştırmaları Merkezi yayını gibi, genellikle bilimsel çalışmalarda bu anlatıcıların isimleri geçer.)

XİTAB
Yenə də ürəyimin qanı axdı gözümdən,
Göynədi barmaqlarım yol gözləyən sözümdən.
Yenə də nigaranam, narahatam özümdən,
Mənə bir az səbr ver, bir az təsəlli göndər,
Fələyin üzü dönmür, barı çarxını döndər…
Bədirlənmiş ayına baxdım bir gecə vaxtı,
Göydə ulduzun kimi, yerdə gözlərim axdı.
Gördüm özgə nə varsa, hamsı səndən uzaqdı,
Sən mənim ürəyimdə çatılmış ocağımsan,
Sən ata nəfəsimsən, Sən ana qucağımsan!..
Mən yaşayan həyatda hər şey alovdu-közdü,
Nə əyrisi əyridi, nə də ki, düzü düzdü.
Ölüm də ölüm deyil, ölüm də ölü sözdü,
Sözümü külək çapar, şaxta vurar, qar döyər,
Gəl indi bu sazaqda tumurcuq qədər göyər…
Bu boyda var içində, görən, nədir ac olmaq,
Nədir nəfsə yüyürmək, qılınca möhtac olmaq?!.
Qurumuş ormanında ağırdı ağac olmaq,
Saralır yarpaqlarım, lalam, lalına səs ver,
Budağıma, gövdəmə, kökümə bir nəfəs ver…
Mən nəğmə oxudum ki, bəlkə, torpaq cücərdi,
Bəlkə, boz sinəsində bircə fidan becərdi,
Nəfəsimdən, səsimdən, sözümdən su içərdi…
Axı mənim nəğməmin havası var adında,
Sən də ona pıçılda nəsə qalsa yadında…
Sevgindən gileyim yox, əzabın da gözəldi,
Yazında yamyaşıldı, payızında xəzəldi.
Bir də gördün həyatım rənglərindən süzüldü,
Əgər xoşuna gəlsə, onu tək mənə göstər,
Sonra daşda şəklimi gəlib-gedənə göstər…
Müəllif: İbrahim RÜSTƏMLİ
Əməkdar jurnalist

Nobel mükafatı… xahişlər… Ana Blandiananın müsahibəsi…
İndiyə qədər ədəbiyyat üzrə 122 nəfər “Nobel” mükafatı alıb. Onların 20-i (çox olar ki, az olmaz) milliyyətcə yəhudidir. Məsələn, 5 rus “nobelçi”dən ikisi – Pasternak və Brodski dəqiq yəhudidir, birinin (Soljenitsın) etnik mənsubiyyəti ətrafında müzakirələr ara-sıra hələ də ictimailəşir; rus Şoloxov haqqında isə nədənsə əsərlərini (“Sakit Don”u) o yazmayıb deyə mübahisə edirlər, bu da zaman-zaman indiyədək qabardılır.
Macar ədəbiyyatının təmsilçisi kimi 2 nobelçi var (sonuncu 2-3 gün əvvəl bəlli oldu), ikisi də yəhudidir.
Bu siyahıya müxtəlif xalqların ədəbiyyatını təmsil edən Zinger, Qordimer, Qlük, Yelinek, Bob Dilan və s. kimi bilinən adları da əlavə etmək olar. Hələ bilinməyənlər də var. Görəsən niyə belədir?
Şəksiz ki, yəhudilərin “kitablı xalq”, “kitabçı xalq” olduğu, şəksiz istedadlı, zəki olduqları vacib şərtdir. Amma əsas şərt deyil; necə ki, ümumiyyətlə mükafat alıb-almamaq, ümumiyyətlə mükafat əsas şərt deyil; “nobeli” almayan böyük ədiblərin sayı və keyfiyyəti onları alanlardan qat-qat çox və artıqdı.
Bu məsələni şərtləndirən əsas məsələlərdən biri, məncə budur ki, tarix boyu ya zəlzələdən, ya vəlvələdən köç, mühacirətlə tez-tez üzləşən yəhudilər başqa mədəniyyətlərə, xüsusən dillərə sirayət etmək məcburiyyətində qalıblar. Və başqa mədəni zəmində uğur qazanmağın yeganə yolu isə (onlar isə uğursuz yaşaya bilmirlər) həmin mədəniyyəti və xüsusən dili “yerlilərdən” iki dəfə artıq mənimsəmək və bilmək olub. Yəhudilərin istedadı, ən əsası isə böyük əzmi, sistematik çalışqanlığı bunu təmin edib, şərtləndirib.
İkinci məqam, ikihissəli psixoloji məqamdır. Əvvəla hər şeyi tərk edənlərin böyük etibar və səylə sığındıqları, sığına bildikləri, onları da özləri kimi sorğu-sualsız, lal-dinməz və vəfayla qəbul edən yeganə şey peşə olub. Sonra isə başqa etnik/dini mənsubiyyət “yerli ağrılara” (ədəbiyyat isə daha çox ağrıdır) bir qədər kənardan, demək ki, daha soyuqqanlı/dəqiq baxmaq və yazmaq imtiyazı verib.
Üçüncü məqam, kollegiallıq, kollektiv olma bacarığı, birgəlikdir, yəhudilər bunu başqalarından daha çox bacarıblar (xahiş edirəm, bunu məhəlli yerlibazlıq, vulqar qohumbazlıq, merkantil, lokal ictimai-siyasi maraqlarla qarışdırmayın); yəhudilər bir-birini, ən istedadlılarını, ağıllılarını və zəhmətkeşlərini təqdir ediblər; fərdlərini “gecikmədən” və nə qədər ki, intriqa burulğanında boğulmayıblar, “dəyərləndirə” biliblər.
Və nəhayət, ədəbi proses, sonradan ümumdünya ədəbi-mədəni mühitinə qoşulma (bu uğur deməkdir) deyilən şey “yazar-naşir-çevirmən-mətbuat” kvartetinin təcəllasıdır ki, dünyada bu işin bilinən və bilinməyən sahibləri də elə yəhudilərdir.
Halal olsun!
Necə deyərlər, qarşınızda papağımı çıxarıram!
Şəxsən mən özümüz də daxil olmaqla Qafqaz, postsovet məkanı və Şərqi Avropa coğrafiyasında bu “kvartetin” işini, iş metodlarını, təfərrüatlarını özüm üçün və tutarlı informasiyalar əsasında xeyli saf-çürük eləmişəm.
Bizi kimi “yerlilərə” sırınan qlobal tendensiyalar, temalar, “ümumbəşəri konyunktura”, onlara uyanlar bir yandan, lüğət kitablarını və folkloru istismar edərək milli olmağa, bestseller yaratmağa çalışan özümüz və b. məsələlər də digər yandan ( təhlükəli mövzulardır) – ağır dərdlərə, aşılmaz sədlərə çevrilib; bəlkə bu haqda nə vaxtsa danışarıq (Allah bizə insaf versin!).
Bir dəfə, təxminən 17-18 il olardı, Yeni İlə 3 gün qalmış bir Şərqi Avropalı həmkarımdan mesaj aldım. Yazırdı ki, 2 dostu ilə Bakıdadır, xeyli sərgüzəşt yaşayıb və indi qaş-qaralan vaxt gəlib çıxıb bura, yersiz-yurdsuzdur. 1 saat sonra görüşdüm onlarla.
Yedilər, içdilər (halal xoşları olsun), yerləşdirdim, o günləri demək olar bərabər olduq, təzə ilə 1 gün qalmış da Bakını tərk etdilər.
Həmin tanışım sərhəddi keçməkdən başlayaraq xeyli xoşagəlməz şeylər yaşadığını deyirdi. Nəyin nə qədər düz və ya səhv olduğunu nə onda, nə sonra dəqiqləşdirmək həvəsim olmadı.
Necə deyərlər, Allah qonağı idi, imkanlarım daxilində çalışdım ki, narazı qalmasınlar və neqativ təəssüratları yox olsun. Tanışımın dostlarından biri fotoqraf idi. 2 gün ərzində bir neçə dəfə hiss elədim ki, “qara-qura”, “gözlənilməz” şəkillər çəkir.
Ayrılanda, maşına yaxınlaşanda üçü də dayandı, həmkarım səmimi və içdən minnətdarlıq edib soruşdu ki, onlardan hər hansı xahişim varmı? Dedim var. Dedim ki, vətənim haqqında heç vaxt pis düşünməyin, pis danışmayın. Rastlaşdığınız neqativlər hər yerdə var, olub və olacaq. Kimin nə qədər haqlı olub-olmadığını bilmək olmaz? Və dedim: – Dostunuza deyin, çəkdiyi “gözlənilməz şəkilləri” pozsun və mənə elə indi söz versin. “Rakursu həmişə dəyişmək mümkündür, mən isə foto sənətini pis bilmirəm”. Söz verdilər.
2023-cü ildə Ana Blandiana Bakıya gələndə səfərinin sonuncu günü, son şam yeməyində (həmin yeməkdə səfir cənab Vasile Soare, yazıçı, tərcüməçi Jalə İsmayıl da iştirak edirdilər) xanım Blandiana soruşdu: “Məndən hər hansı istəyiniz, xahişiniz varmı?” – Xüsusi hər hansı istəyim yoxdur. İnanıram ki, ölkəmizi yaxşı xatırlayacaqsız. Sizə uzun, sağlam ömür arzulayıram. Bir də Nobel mükafatı. Amma işdir bu mükafatı alsaz, eşitmişəm ki, təqdimat mərasiminə hər bir laureatın bəlli sayda həmkarını dəvət etmək imtiyazı var, mərasimə məni dəvət etsəz, dəvətinizi məmnuniyyətlə qəbul edəcəm.
Ana xanım, təxminən belə reaksiya verdi: – Yəqin ki, bu olmayacaq.
Yəni, o bu mükafatı almayacaq.
Mən bilmirəm, Ana Blandiana növbəti illərdə bu mükafatı alacaqmı, almayacaqmı?
Və almasa belə o həm yaradıcılığı, həm həyatı və mübarizəsi ilə bu mükafatı alan bütün dəyərli yazıçı və şairlərlə eyni sırada dayanacaq.
Bunları niyə yazıram…
Bir neçə gün əvvəl, Ana Blandiananın bir müsahibəsi çıxdı qarşıma. Yeni müsahibədir. Həmin müsahibədən bəzi hissələri çıxarış edib paylaşır, keçidi isə şərh yerinə qoyuram.
Sağlıq olsun, görüşərik.
Ana Blandiananın müsahibəsindən çıxarışlar:
“Bizim kimi kiçik ölkələr üçün Nobel mükafatı yazıçıdan çox ölkə üçün daha vacibdir.
Polşanın ədəbiyyat üzrə 5 Nobel mükafatçısının (inanılmaz saydır) bəzisi zamanla unudulub, yazıçıların adlarını artıq xatırlamırıq. Amma Polşanın şöhrəti böyük dərəcədə artıb”.
“Rumıniya Nobel mükafatından daha ciddi çatışmazlıqlardan əziyyət çəkir. Həmişə özümüzə belə baxmışam: dahiləri və fərqli, özünəməxsus istedadları yetişdirməyə meylliyik, mükafatlar da alırıq, amma ortabablıq çoxdur, orta mədəniyyət isə yoxdur”.
“Rumın PEN Klubuna rəhbərlik etdiyim 14 il ərzində, hər il dekabr ayında, üstündə İsveç kral tacının şəkli olan, qızılgüllərlə bəzədilmiş rəsmi məktub alırdıq. Bizə növbəti il üçün Nobel mükafatına namizəd təqdim etmək təklif olunurdu. Yadımdadır, İonesko sağ ikən onu namizəd göstərmişdik. Daha sonra Çoranı, sonra Gellu Naumu. Sonralar nə baş verdiyini bilmirəm.
Həmin məktublarda, mehriban dəvət təklifi cümləsindən sonra, çox ciddi/sərt xəbərdarlıq cümləsi olurdu ki, əgər təklif etdiyimiz namizədi ictimaiyyətə açıqlasaq, həmin namizəd artıq nəzərə alınmayacaq. Çünki təkliflər məxfidir.
Demək istədiyim odur ki, illər sonra Yazıçılar İttifaqının sədri çıxıb deyəndə ki, beş-altı yazıçını Nobelə namizəd göstərib, bu, açıq-aşkar məsxərəydi. İctimaiyyətə açıqlanan təklif artıq keçərli sayılmırdı. Üstəlik, birdən-birə bir neçə nəfəri təklif etmək sadəcə gülüncdür. Hər il Nobel ətrafında yaranan hay-küy, hətta isteriya da bu qəbildəndir. Reallıq budur ki, namizədlərin kim olduğu bilinmir, bilinməməlidir.
Həmin 14 il ərzində ən incidici məqam bu idi: Nobel Komitəsi heç vaxt cavab vermirdi ki, bizim təklif qeydə alınıb, ya yox. Nə bir təsdiq, nə bir qeyd. Bu məyusediciydi, çünki təklif etdiyimiz yazıçılar böyük ədiblərdi, amma heç birinin adı belə siyahılarda görünmürdü.
Mətbuatda, jurnalistikada baş verənlər – Nobelə kimin layiq ola biləcəyi barədə mülahizələr – sadəcə jurnalistlərin təxminləridir”.
Məni düşündürən məsələlərdən birini fransız tarixçi Jül Mişle belə ifadə edib: “Tarix, əslində, coğrafiyadır.” Bu fikri Nobel mükafatları haqqında düşünəndə xatırladım – görünür, ədəbiyyat da tarix və coğrafiyadır”.
“Nobel mükafatı onu almayanlar üçün daha vacibdir, nəinki alanlar üçün. Rumıniya hələ ədəbiyyat üzrə Nobel almayıb. Bu, həm də daxili maneələrimizdən,çəkişmələrimizdən, həm də görkəmli yazarlarımızın haqsızlıqla qarşılaşmasından xəbər verir. Buna görə ürəkdən istəyərdim ki, kim olursa olsun, amma bir rumın Nobel alsın. Biz yetərincə çalışmırıq”.
“Frankfurt Kitab Sərgisində (1995) baş verən bir hadisəni xatırlayıram. Mən o zaman Almaniyada çıxan “Alqışlarla dolu siyirtmə” kitabıma görə dəvətli idim. Rumıniya pavilyonuna da baş çəkdim. Mənzərə çox acınacaqlı idi. Digər ölkələr pavilyonlarını cəlbedici etmişdi, bizimkilər isə yox. Hətta kitablar belə görünmürdü, çünki Mədəniyyət Nazirliyindən gələn məmurlar sərgidə o qədər çox idi ki, kitabların qarşısını tutmuşdular. Hər biri maaş alırdı, fürsətdən istifadə edib sərgiyə də gəlmişdilər.
Sonralar, Patapieviç dövründə Torino sərgisində vəziyyət çox yaxşı idi. Amma indi əvvəlki həvəs görünmür. Xaricdə, məsələn Roma və İspaniyada gözəl komandalar var, amma daha çox şey etmək olar. Mədəniyyət nazirliyi ölkədə hər zaman ikinci dərəcəli sayılır, bu isə böyük problemdir”.
“Biz hər zaman istisnalarla fərqlənmişik. Dahilərimiz, qaliblərimiz var – amma orta mədəniyyətimiz yoxdur.
Biz orta dəyərləri tanımalı, kateqoriyalara bölməliyik. Dövlət də, ziyalılar da bu sahədə daha çox işləməlidir. Hər kəs önə çıxmaq istəyir – və mümkün olsa, təkbaşına. Amma mədəniyyət birgəlikdir”.
“Əsas odur ki, şagirdlər oxumağa yönləndirilsin, yazmağa yox. Önəmli olan oxumağı öyrətməkdir. Yazmağı isə hər kəs, əgər bacarırsa, özü öyrənməlidir”.
Müəllif və mənbə: Səlim Babullaoğlu,
şair, esseist, ədəbiyyatşünas, tərcüməçi.

Bilge Kağan’ın Gümüş Geyiği
Göktürk döneminin zarafeti ile donanmış en nadide eserlerden biri, 7.–8. yüzyıla tarihlenen gümüş geyik heykelciği, Bilge Kağan Anıtı kazılarında ortaya çıkarılan hazinenin en dikkat çekici parçalarından biridir.
Bu küçücük figür, sadece ince işçiliğiyle değil; sembolik gücüyle de dikkat çeker. Geyik figürü, eski Türk mitolojisinde doğayla kurulan ilişkiyi, ruhsal dünyayı ve kutsallığı simgeler.
Kazı çalışmalarına göre, bu heykelciğin ait olduğu hazine sandığı, toprak içinde 102 cm derinlikte bulundu ve sandığın üzeri gümüş kakmalarla süslenmişti.
Araştırmacılar, sandığın yapısı ve içerdiği objelerin biçimi üzerinden eserin Bilge Kağan’a ait olabileceği görüşündedir.
Anıt alanı ve çevresindeki kazılar, hem Göktürk dönemi tapınma kültürüne hem de Türk kültüründe hayvan motiflerinin sanatsal rolüne ışık tutmaktadır.
Bu eser, Göktürk Sanatı’nın estetik düzeyinin ne denli yüksek olduğunu ve eski Türk toplumlarının sembollerle kurduğu anlam dünyasını anlamamızda kilit bir ipucu sunar.
Kaynaklar
Bahar, Hasan. “Tika Projesi; 2001 Yılı Bilge Kağan Külliyesi Kazıları.” XIV. Türk Tarih Kongresi, 09-13 Eylül 2002, Cilt III, Ankara.
Koçak, Kürşat; Gökçek, L. Gürkan. “Bilge Kağan Hazinesinin Gün Yüzüne Çıkarılması: Bilge Kağan Anıt Alanı Kazı Çalışmaları.” Gazi Akademik Bakış,
Durmuş, İlhami. Bilge Kağan-Köl Tigin Anıtlıklarının Kalıntı Buluntuları ve Türk Kültür-Tarihi Açısından Değerlendirilmesi.

AZADLIQ
Azadlıq —
Bir söz,
Amma bütün mənaları özündə daşıyan…
Bu – xoşbəxtlikdir,
Bu – ahəngdir,
Bu – hörmətdir.
Amma biz nə edirik?
İnsan insanı öldürür,
İnsan insanı idarə edir…
Azadlıq –
Qanadsız iki quş arasında oynanan bir oyun.
Azadlıq –
İki ac mədənin içində gizlənən bir ümiddir.
Azadlıq,
Elefteriya –
Doğacaq günəşi gözləyən bir günəşdir.
Bizim günlərimizdə,
Bizim əsrimizdə
İkinci bir təhsil sisteminə ehtiyacımız var –
Yeni sözlər yazmaq,
Yaxud köhnələrin mənasını yenidən öyrənmək üçün.
Müəllif: Eva Lianou Petropoulou
Tərcümə: Cahangir NAMAZOV