Kateqoriya arxivləri: DOĞUM GÜNLƏRİ

BU GÜN MƏLAHƏT HÜMMƏTQIZININ DOĞUM GÜNÜDÜR!!!

DOĞUM GÜNÜ TƏBRİKİ

“Yazarlar” doğum günü münasibətilə tanınmış şair, yazıçı, həkim Məlahət Hümmətqızını təbrik edir, yaradıcılıq uğurları və sağlıqlı ömür arzulayır. Uğurlarınız bol olsun əziz və gözəl insan!!! Bir daha təbriklər!!!

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAUR USTACIN YAZILARI

SEVİL GÜL NURUN YAZILARI

GÜLŞƏN BEHBUDUN YAZILARI

MƏLAHƏT HÜMMƏTQIZININ YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TƏRANƏ MƏMMƏDİN “SİRR”İ

TƏRANƏ MƏMMƏDİN KİTABI

ƏLLİ DÖRDÜNCÜ YAZI

ƏDƏBİYYATIMIZIN  BAŞ  QƏHRƏMAN  PROBLEMİ
(Təranə Məmməd sirri “Sirr” ilə çözdü)
 Salam olsun, çox dəyərli oxucum. Uca Yaradana dünyadakı kəlmələrin sayı qədər şükürlər olsun ki, yenidən sizlərlə görüşmək nəsibimiz oldu.
Öncə onu qeyd etmək istəyirəm ki, bu mənim Təranə Məmməd yaradıcılığına ikinci müraciətimdir. İlk dəfə səhv etmirəmsə 2018-ci ildə Təranə Məmmədin “Tor” kitabı, bu kitabdakı eyni adlı povesti və digər fərqli problemlərdən bəhs edən oxşar motivli hekayələri ilə tanış olduqdan sonra həmin yazını yazmağı özümə borc bilmişdim. Yazıdakı bəzi fikirlərə görə yaxın və uzaq çevələrdən bəlkə də haqlı sayıla biləcək iradlar da almışdım. Bu gün də eyni səbəbdən bu yazını yazmağı özümə borc bildim. Mətləbə keçməzdən əvvəl onu qeyd etmək istəyirəm ki, həm “Tor”u,  həm də “Sirr”i  bir nəfəsə oxumuşam.  Ümumiyyətlə Təranə xanımın qələmindən çıxmış mətnləri həcmindən asılı olmayaraq bir nəfəsə oxumamaq mümkün deyil.

Qəhrəmanımızın konkret mətn nümunəsinə keçməzdən əvvəl söhbətimizin daha anlaşıqlı olması, yəni mənim qeydlərimi əsaslandıracağına  və sizin mətləbə daha yaxın olmanızı təmin edəcəyinə inandığım üçün kiçicik bir ümumi məlumatlandırmaya ehtiyac duydum. 
QISA ARAYIŞ: Təranə Məmməd (Əliyeva Təranə Məmməd qızı) 1 iyun 1956-cı ildə anadan olub. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1981-1990-cı illərdə Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən kurslarda və eyni zamanda Bakı Dövlət Universitetində ərəb dilini tədris edib. Bir müddət Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mətbuatda Dövlət Sirlərini Mühafizə edən Baş İdarədə redaktor işləyib. Sonralar isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində məsul vəzifədə çalışıb. Hal-hazırda ehtiyatda olan Polkovnik-leytenantdır. “Payızda bahar”, “Gözlərdən öpüb ayrılın”, “Etiraf, Priznanie”,  “Tor”  adlı şeir və nəsr kitablarının müəllifidir. Haqqında söhbət açacağımız  “Sirr” kitabı müəllifin oxucuları ilə növbəti  görüşüdür.
Təranə xanımın əsərlərin dili, quruluşu və mövzu aktuallığı, əhəmiyyəti baxımından birinci yazımdakı fikrimdə qalıram. “Həcmindən asılı olmayaraq onun qələmə aldığı mətnlər  olduqca yığcam, sanki, gözəgörünməz bir struktur sxem üzərinə yığılmış ayrı-ayrı, biri digərinə vəhdət üçün mütləq möhtac olan pazl hissəcikləri toplusu kimidir. Qısa və konkretdir.”  Bu baxımdan, “Sirr” romanı  müəllifin digər əsərlərindən elə də fərqlənmir. “Təranə xanım adi görünən bir məişət problemi üzərinə qurulmuş təhkiyəni ani bir xatırlama və ya sualla illər öncə baş vermiş əhəmiyyətli hadisənin üzərinə yönəldib, bu mühüm məsələ barəsində bir-iki cümlə ilə oxucuya elə müfəssəl məlumat yüklü informasıya ötürür ki, bu sadəcə qibtə ediləcək hal, onun illərin gərgin əməyinə söykənən, hər ötən saniyənin olduqca qiymətli olduğu, sözün anında fiksasiya etmək bacarığının mühüm olub, həyati əhəmiyyət kəsb etdiyi fəaliyyətindən, iş təcrübəsindən qaynaqlanır. Uzun illər əmək fəaliyyəti nəticəsində qazandığı sistemlilik, yığcamlılıq, dəqiqlik, bütövlük kimi xarakter xüsusiyyətləri hər sözdən, hər cümlədən, hər bir fikirdən boylanır və görünür.
Yazdıqlarının demək olar ki, hamısı həmən-həmən aktual mövzuları əhatə edir. Söhbətin, hekayətin zaman və məkan olaraq hardan başlayıb, harada bitməsindən, məzmunundan asılı olmayaraq hal-hazırda bir vətəndaş kimi hər birimizi narahat edən, … gənclərin və gənc ailələrin problemləri, ölkəmizdə baş verən dəyişikliklər, fasiləsiz inkişaf, quruculuq işləri və başqa digər mühüm əhəmiyyətli hadisələr onun yazdıqlarının əsasını, canını, ruhunu, şah damarını təşkil edir. 
Elə yuxarıda sadaladıqlarımız keyfiyyətlər Təranə Məmməd yaradıcılığının zənginliyini, rəngarəngliyini, əhəmiyyətini gözlər önünə sərməyə kifayət edir. Ancaq bunlar hələ hamısı deyil… Həcmindən asılı olmayaraq, Təranə xanımın yazdıqları əhatəliliyi baxımından da çox seçilir. Hər bir bədii səhnənin təsviri, obrazın canlandırılması zamanı xüsusi bir musiqi duyumu, rəssam peşəkarlığı sezilir onun yaratdıqlarında…  …Təranə xanımın yaratdığı obrazların prototipləri Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizdən tutmuş, hal-hazırda bizimlə birlikdə gündəlik yaşam mücadiləsi verən müxtəlif zümrələrə aid uşaqlar, yeniyetmələr, gənclər, yaşlılar, xəyalları yarım qalmış övladlar, dünyaları yıxılmış valideynlər, tələbələr, fəhlələr, iş adamları, qazilərimiz, torpaq-yurd həsrəti ilə yaşayan qaçqın-köçkünlərimiz kimi müasirlərimizdir. 
“Yazarlar və yazılar” məqaləsindəki yazarların bütün dövrlərdə aktual olan iki sevimli mövzusu var, – “müharibə və məhəbbət” fikrinə qayıdaraq qeyd etmək istəyirəm ki, Təranə Məmməd bu iki mövzunu çox ustalıqla birləşdirib, söz israfçılığına yol vermədən hər güllənin həyati əhəmiyyət kəsb etdiyi xüsusi əməliyyatda olan kəşfiyyatçı əsgər dəqiqliyi ilə bütün məsələlərin öhdəsindən böyük məharətlə gələrək, misilsiz, xüsusi ilə gələcək nəsillər üçün, eyni zamanda müasirlərimiz olub, ancaq dünyadan xəbərsiz yaşayanlar üçün gözəl nümunələr yaradır. Bizə qalan onları əldə edib oxumaqdır.” (Z.U)

Fikrimizi konkret olaraq “Sirr”in üzərində cəmləməyə çalışaq. Bu məsələdə aşağıdakı iki suala aydınlıq gətirmək bizə kömək olacaq: 1) “Sirr”in sirri nədədir?  2) Bu yazının müəllifi –bəndəniz- Zaur Ustacın iddia etdiyi çözülmüş “sirr” nədən ibarətdir?

“Sirr”in sirri nədədir? 

Düzü, tam səmimi olaraq etiraf etmək istəyirəm ki, kitabla tanış olduğum ilk andaca  yığcamlığı məni qne etsə də adının “Sirr” olması fikirlərimi dolaşdırmışdı. Hətta onu qeyd edim ki, əgər  Təranə xanımın yaradıcılığına bələd olmasaydım, adına görə belə gözəl və vacib bir kitabı hələ oxumamış da ola bilərdim. “Sirr” adı ani olaraq xəyallarımı  eyni adlı digər əcnəbi müəllif tərəfindən qələmə alınmış motivasiya kitabının yanına aparmış, anındaca Təranə Məmmədin belə bir ucuz reklama ehtiyacı olmadığını düşünərək, ön sözə vaxt itirmədən bir başa Elçinin qardaşı Elvinin əsgərliyə getdiyi yerdən oxumağa başladım. Ayna və onun anası İradə xanımla tanış olan kimi romanı başdan başlamağa məcbur oldum və bir nəfəsə başladığım yerə qədər oxuyub, oradan davam edəsi oldum. Demək olar ki, bir gün, gün yarıma başqa heç bir işlə məşğul olmadan təbii ehtiyaclar gərəyi qısa fasilələr verməklə kitabı oxuyub bitirdim. Bir xeyli müddətdən sonra kitabı ikinci dəfə qeydlər edə-edə oxudum. Kitab birinci yığcamlıq baxımından müasir oxucunun tələblərini ödəyir. Məncə bundan yığcam yazmaq mümkün deyildi. Çünki, diqqətli oxucu  özü də romanın sonunda müəllifin daha çox qısaltmalara getdiyinin şahidi olacaq. Qalan bütün məsələr barədə yuxarıda Təranə xanımın ümumi yaradıcılığına xas olan dilin sadəliyi, izahların konkretliyi, yığcamlıq, əhatəlilik hamısı “Sirr”ə də aiddir. Ənənəvi  müharibə və məhəbbət  mövzusunun iç-içə yürüdüyü əsərdə digər bizi əhatə edən bütün məişət  problemləri gözümüzün önündə canlanır, həmən-həmən real həyatda rastlaşdığımız problemlərin çoxunu romanın qəhrəmanları ilə birgə yaşayırıq. Müəllif çox böyük ustalıqla bir problemi yaradır, inkişaf etdirib açır və gözlənilmədən yeni bir problemin içərisində gizlədərək hadisləri  ilk cümlələrdən sonda Rəna xanımın  “Karvansaray”dakı Elçinlə görüşdə işlətdiyi: – “Ayna sağdır, Elçin.” – xitabına
qədər öləziməyə, oxucunun diqqətinin dağılmasına imkan vermir. Məncə “Sirr”in siri məhz elə bu amildədir.

“Sirr”in çözdüyü “sirr”  nədən ibarətdir? 

Məncə yazarlar, tənqidçilər, müxtəlif mövzulu bədii əsərləri səhnələşdirən mütəxəssislər, sənətşünaslar, ədəbiyyatsevərlər  və diqqətli tamaşaçılar mənim bu fikrimlə razılaşarlar ki, müəyyən məqamlarda müxtəlif müəlliflərin olduqca fərqli variantlarda qələmə almış olduğu “Yusif və Züleyxa” istisna olmaqla “Leyli və Məcnun”dan üzü bəri  “Rəşid bəy və Səadət  xanım”, “Əli və Nino” və digər saysız-hesabsız klassik və müasir bədii yaradıcılıq nümunələri ədəbiyyatımızda əsərin baş qəhrəmanı (qəhrəmanları) problemini həll edə bilməmişdir. Bəlkə də bu problemin öz həllini tapmaması müxtəlif janr və cərəyanların ortaya çıxmasına səbəbiyyət vermişdir. Məsələn uğurlu finalı həll etmək mümkün olmadıqda “faciə”, hadisələrin bitmədiyi göz qabağanda ola-ola gediləsi düzgün yolu tapa bilmədikdə isə  “post-insan” kimi absurd variantlar ərsəyə gəlmişdir və kimin necə qəbul etməyindən asılı olmayaraq bu reallıqlar mövcuddur. Təranə Məmməd məncə özü də bilmədən (çünki bu barədə ondan şəxsən soruşduqda belə bir iddiasının olmadığını söyləmişdir) yaxud da bilərəkdən, düşünülmüş şəkildə hadisələri müxtəlif kombinasiyalarla inkişaf etdirərək uzun və keşməkeşli yollardan keçirərək əsərin baş qəhrəmanlarını xoşbəxt sonluğa gətirib çıxardır. Bu uğurlu final elə böyük ustalıqla öz həllini tapıb ki, məsələ sadəcə xoşbəxt sonluqla bitmir, o sonsuzluğa doğru yol alır. Sanki, qəhrəmanlar ölməzlik qazanırlar. Həyat sonsuza qədər davam edəcək. Bütün problemlər həll olunub. Sevgi qalib gəlib. Amansız müharibə və münaqişələr usta bir siyasətlə tarix səhnəsindən silinib.

Təranə xanım bu əsəri yazanda qarşısına hansı məqsədi qoyubsa, ən doğrusunu özü bilir. Ancaq mən böyük əminliklə onu deyə bilərəm ki, “Sirr”in var olması artıq bir çox sirləri yox etdi.  “Sirr” diqqətli qələm adamları üçün  yeni üfiqlər, oxucular üçün isə maraqlı sevgi dastanıdır. Təranə xanım hər iki vəzifənin öhdəsindən layiqincə gələ bilmişdir.  O, öz yaradıcılığı barədə sualları cavablandıranda nə qədər təvəzökar  omasından asılı olmayaraq, ortada olan real vəziyyət, ədəbiyyat hadisəsi və həqiqi nümunələr var. Bu münasibətlə onu təbrik edir yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Xeyirli-uğurlu olsun, Təranə xanım. Yolunuz açıq olsun…
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkürümü bildirir, Uca Yaradandan hamınıza uzun ömür, cansağlığı, ailə səadəti arzu edirəm. Yeni-yeni görüşlərədək. Var olasız. Uğurlarınız bol olsun.

10.11.2022. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

TƏRANƏ MƏMMƏDİN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

BU GÜN QURBAN BAYRAMOVUN DOĞUM GÜNÜDÜR! – TƏBRİK.

Bu gün çox hörmətli professor, el ağsaqqalı, dəyərli tənqidçi-ədəbiyyatşünas alim Qurban Bayramovun doğum günüdür! “YAZARLAR” kollektivi adından Qurban müəllimi təbrik edir, həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!!!

QURBAN BAYRAMOV HAQQINDA

Bayramov Qurban Fərman oğlu (30 may 1946, Əlimədətli, Ağdam rayonu) — Azərbaycan Yazıçılar Birliyinin üzvü (1985), Respublika Qarabağ Ağsaqqallar Şurasının üzvü (2001), Azərbaycan Ziyalılar Hərəkatı Ali Şurasının üzvü (2003), filologiya üzrə fəlsəfə doktoru (1979), Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi.

HƏYATI
Qurban Bayramov 1946-cı il mayın 30-da Ağdam rayonunun Əlimədədli kəndində anadan olmuşdur. Orta təhsilini burada almış, indki N.Tusi adına ADPU-nin filologiya fakültəsini (1963-1967) bitirmişdir. Orta məktəbdə müəllim, tədris işləri üzrə direkor müavini vəzifələrində çalışmışdır (1967-1971). Hərbi xidmətdə olmuş (1967-1968), aspirantura təhsili almışdır (1970-1974). 1972-ci ildən Ədəbiyyat İnstitutunda baş laborant, elmi işçi, baş elmi işçi olmuşdur. Hazırda həmin institutda aparıcı elmi işçi vəzifəsində fəaliyyət göstərir.

1979-cu ildə “Səməd Vurğun poeziyasında lirik qəhrəman problemi” mövzusunda dissertasiya müdafiə etmişdir. Dövri və elmi mətbuatda 300-dən çox məğalə dərc etdirmiş, “Vurğun poeziyası”, “Lirik qəhrəman və zaman”, “Yaşar Qarayev: Milli yaddaş təlimi – Azərbaycançılıq” elmi-nəzəri, “Yaralı Vətənin yaralı övladları” bədii-publisist kitabları var. Onun “Müasir Azərbaycan poeziyasında üslubi meyillər”, “Azərbaycan ədəbiyyatında tarixilik və müasirlik”, “M.Ə.Sabir ənənələri və Azərbaycan ədəbiyyatı”, “Səməd Vurğun dünən, bu gün və sabah”, “M.H.Şəhriyar poetik üslubu”, “Qarabağ ədəbi mühiti – uzaq keçmişdən bu günümüzə qədər” kimi tədqiqat işləri vardır.

Azərbaycan ədəbiyyatının əksər nümayəndələri barəsində məqalə yazmış, fikir söyləmiş, elmi və bədii kitabların redaktoru olmuş, onların bir çoxuna ön söz yazmış, xüsusən, “Azərbaycan poeziyası”na dair ədəbi icmallar yazmışdır.

Uzun illər “Gənclik” nəşriyyatında rəsmi rəyçi, Azərbaycan Dövlət Televiziyasında “Ədəbiyyatşünaslıq və zaman”, “Ədəbiyyat” (1982-1992) elmi-kütləvi, tədris televiziya verilişlərinin müəllif-aparıcısı, Ədəbiyyat İnstitutu Elmi Şurasının, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Prezidentinin bir illik fərdi təqaüdçüsü olmuşdur(2011).

Azərbaycan MEA-nın Rəyasət Heyətinin (2016), Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin (2011), Azərbaycan Respublikası Həmkarlar Konfederasiyasının Fəxri fərmanlarına(2016, 2019), “Tanınmış Vurğunşünas alim”(2011), “Fədakar alim”(2011), “Elm fədaisi”(2012) fəxri diplomlarına, “Səməd Vurğun mükafatı”na(2011), “Avropa Nəşr Mətbu Evi”nin “Qızıl medal”ına (2011), AMEA-nın Azad Həmkarlar İttifaqının “Fəxri fərmanı”na (2016),Beynəlxalq statuslu “Vintsas” Mükafatı diplomuna (2020) və “Ziyadar” Mükafatı diplomuna (2021) layiq görülmüşdür.

ƏSƏRLƏRİ
Vurğun poeziyası, B., Elm, 1976, 78 səh., 1.000 nüsxə.
Lirik qəhrəman və zaman (Səməd Vurğun poeziyasında lirik qəhrəman problemi.), B., Elm, 1986, 140 səh., 1.200 nüs.
Tarixilik və müasirlik – “Sosialist realizmi müasir mərhələdə” kitabı (kollektiv), B., Elm, 1988, 388 səh., 1.800 nüs.
Yaşar Qarayev: Milli yaddaş təlımi – azərbaycançılıq, (Jalə Qurbanqızı ilə birgə) B.,BDU-nun nəşriyyatı, 2001, 138 səh., 500 nüs.
Poeziyanın sirri: Çaylar geri axmır, dənizə can atır və yaxud, qəlbini nar təkin kağıza sıxan şair Şahməmmədin poeportreti (mini-modern monoqrafiya), B., “MBM”, 2009, 104 səh., 500 nüs.
Əli İldırımoğlunun yaradıcılıq yolu: milli-mənəvi dəyərlərin bədii salnaməsi və yaxud, müasir Azərbaycan ədəbiyyatında avtobioqrafik roman janrının təkamülü (monumental monoqrafiya), B., “Nurlan”, 2009, 560 səh., 500 nüs.
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə (Jalə Qurbanqızı ilə birlikdə), Bakı, “Yazıçı”, 2014, – 272 səh.
Xalq şairi Nəriman Həsənzadə (akademik İsa Həbibbəyli ilə birlikdə). – “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” 2 cilddə, I c., (kollektiv), Bakı, “Elm və təhsil”, 2016, s.529-560. – 800 s.
Şeirlərindən görünən şair – Musa Yaqub. – “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” 2 cilddə, I c., (kollektiv), Bakı, “Elm və təhsil”, 2016, s.623-638. – 800 s.
Hidayətin poeportretindən cizgilər. – “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” 2 cilddə, II c., (kollektiv), Bakı, “Elm və təhsil”, 2016, s.29-48. – 1088 s.
Çağdaş poeziya – ədəbi istiqamətlər, mövzu aktuallığı, sənətkarlıq məsələləri. – “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” 2 cilddə, II c., (kollektiv), Bakı, “Elm və təhsil”, 2016, s.548-563. – 1088 s.
Sonsuzluğun ahəngini yazan şair – Əhməd Qəşəmoğlu. – “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” 2 cilddə, II c., (kollektiv), Bakı, “Elm və təhsil”, 2016, s.714-724. – 1088 s.
Yaşar Qarayev: Azərbaycan istiqlalı – yaxın və uzaq tarixlər… (Jalə Qurbanqızı ilə birlikdə), – kollektiv, Bakı, “Sabah” nəş., 2016, s.162-186. – 404 s.

HAQQINDA
Şahməmməd. Qurban Bayramov – şəxsiyyətin böyüklüyü, böyüklüyün şəxsiyyəti (essevari publisist tədqiqat) B., MBM, 2011, 480 səh., 1500 nüs.
Qurban Bayramov -70. Azərbaycan Yazıçıları Birliyinin təbrik məktubu. “Ədəbiyyat qəzeti”, 28.05.2016, şənbə, № 20(5039), s.4.
Mahir Qabiloğlu.Professor Qurban Bayramova təbrik-70. 27.05.2016, “Modern.az”.
Asif Rüstəmli. Tənqidçi səmimiyyəti. “Ədəbiyyat qəzeti”, 28.05.2016, şənbə, № 20(5039), s.4-5.
Qələndər Xaçınçaylı. Sözün qüdrətinə ilahi gözlə baxan alim. “Həftə içi” qəzeti, 27.05.2016.
Asif Rüstəmli. Ədəbi tənqidimizin fədaisi. “525-ci qəzet”, 04.06.2016,№ 100(4596), s.19; “Kredo”, № 22(883) 30.05.2016,s.13.
Ədəbi tənqiddə bənzərsiz ifadə tərzi. “Azertag.az” Xəbərlər, 06.06.2016. (Təqdim edən: Elçin Kamal.)
Rəhim Əliyev. Tənqidçi ürəyinin miqyası. “525-ci qəzet”, say.119(4615), 05.07.2016, s.7;”Bütöv Azərbaycan” qəzeti, say:22(306),14-20.07.2006.
Mənzər Niyarlı. “Ah, bu nəvələr, bu nəvələr”, Qurban Bayramovun 70-illik yubileyinə sənədli hekayə. 05.07.2016.; “Ədəbiyyat qəzeti”, 02.08.2016, say.25(5044), s.26-27.
Asif Rüstəmli. Təbrik məktubu, Qurban Bayramlı-70.
Müşfiq Borçalı, Yazıçılar Birliyində Yubiley tədbiri, Qurban Bayramov-70.
Aslan Salmansoy. Ruhların da, sevindiyi o gün… “Bütöv Azərbaycan” qəzeti, say 19(303), 9-15.06.2016., s.2.; “Kredo”, №21(882) 13.05.2016,s.4.
Akif Bayram. Tanınmış tənqidçi, vətən sevdalı alim. “Respublika” qəzeti, say.131(5582), 19.06.2016, s.5.
Əli Rza Xələfli. Tənqidçi meyarı – sözün əyarı. Söz içində sözü görmək, yaxud tənqidçinin adı, istedadı.”Kredo”, №21(882) 13.05.2016,s.1.
Qəzənfər Kazımov. Ustadları kimi. “Kredo”, №21(882) 13.05.2016,s.3.
Qurban Bayramov – 70. Azərbaycan Yazıçılar Birliyinin təbrik məktubu. “Kredo”, №21(882) 13.05.2016,s.3.
İsmayıl Kazımov. Kimin kim olduğu bilinməlidir. “Kredo”, №21(882) 13.05.2016,s.8.
Şakir Qabbısanlı (Həmzəyev). Qurban Bayramov-70. Pərəstiş ediləsi alim, Nə yaxşı ki, sən varsan Qurban Bayramov. “Respublika gəncləri” qəzeti, № 78(699), 15.06.2016, s.8.
Şahməmməd. “Sözün də çəkisi var” (Tənqidçi haqqında poema), Bakı, “Ekoprint” nəş., 2017. – 143 səh.
Şahməmməd. Qurban Bayramovun yaradıcılığı və şəxiyyəti (müəllifdən), (Sözün də çəkisi var (poema), Bakı, “Ekoprint” nəşriyyatı, 2017 kitabında, s.3-14.
İsa Həbibbəyli. Mən heç inanmırdım ki… (“Ön söz əvəzi), ( Sözün də çəkisi var (poema), Bakı, “Ekoprint” nəşriyyatı, 2017 kitabında, s.15-17.
Tahir Taisoğlu. Redaktordan son söz əvəzi. ( “Sözün də çəkisi var” (poema), Bakı, “Ekoprint” nəşriyyatı, 2017 kitabında, s.138-142.
Aqil Hüseynov . Şairin yeni poeması və onun qəhrəmanı (Yeni kitab təqdim edirik), “Təzadlar” qəzeti, 16.05.2017, say: 18(2114), s.15; “Zim.AZ.” saytı, 10.05.2017; “Media.İnfo.Az.”, 08.05.2017.
Qarabağ Azərbaycandır, Azərbaycan isə dünyamız! – Yubiley təbriki DƏYƏRLİ ALİM QURBAN BAYRAMOVUN 75 İLLİYİNƏ – Zaur Ustac.
Asif Rüstəmli. Qurban Bayramlı tənqidinin, ədəbi düşüncəsinin keyfiyyət göstəriciləri. “Aziya.İnfo” elm və araşdırma portalı, 30-05.2017.
Qələndər Xaçınçaylı . Tənqidçi- ədəbiyyatçünas Qurban Bayramova doğum günü təbriki , “Yazarlar” jurnalı, may 2021, say: 05(05), s.4-8.

Mənbə: “21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

Hazırladı: Tuncay ŞƏHRİLİ

QURBAN BAYRAMOVUN YAZILARI

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

BU GÜN AKİF ABBASOVUN DOĞUM GÜNÜDÜR! – ZAUR USTACIN TƏBRİKİ.

Mən onu hələ 9- cu sinifdə (1989 – Agdam, Yusifcanlı) oxuyanda 9-cu siniflər üçün “Ailə” adlanan dərsliyin müəllifi kimi tanımışam. Sonralar Ali və orta ixtisas təhsili müəssisələrində tədris olunan pedaqogika kitablarının müəllifi də məhz mənim sevimli qiyabi müəllim olduğunu öyrəndim. Bu gün bu gözəl insanın; böyük alim, sevimli yazıçı, peşəkar pedaqoq, əsl ziyalı Akif Abbasovun doğum günüdür!!! Təbrik edirəm, Müəllim!!! “Hər kənddə, hər şəhərdə Sənin meyvələrin var!” Var olun!!! Allah Sizi qorusun!!! Allah uzun ömür, can sağlığı versin ki, yazın, yaradın!!! Biz də oxuyaq, öyrənk!!! Hörmətlə: Zaur Ustac

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

PÜSTƏ RƏVAN: – SAHİB AĞAGÜL OĞLU SAİLOV, 90 İLLİK YUBİLEYİN MÜBARƏK!

SAHİB AĞAGÜL OĞLU SAİLOV,
90 İLLİK YUBİLEYİN MÜBARƏK!

Sahib Ağagül oğlu Sailov 1933-cü il may ayının 15-də Salyan rayonunun Çuxanlı kəndində kolxozçu ailəsində anadan olmuşdur. Orta təhsilini Salyan şəhərindəki 2 saylı orta məktəbdə almışdır. 1954-cü ildə V.İ.Lenin adına APİ-nin (indiki ADPU) tarıx fakultəsini, 1059-cu ildə Moskva Ali Komsomol məktəbini, 1975-ci ildə Sov. İKP MK yanında Ali Partiya məktəbini fərqlənmə diplomu ilə bitirmişdir.
1950-1964-cü illərdə ilk komsomol təşkilatı katibliyindən Azərbaycan LKGİ Mərkəzi Komitəsinin katibi vəzifəsinə qədər yüksəlmişdir. Həmin dövrdə keçirilən bütün qurultaylarının nümayəndəsi olmuş, MK-nınplenum üzvü seçolmışdir. 1962-1964-cü illərdə Zaqafqaziya respublikalarında ictimai əsaslarla fəaliyyət göstərən Sovetə rəhbərlik etmişdir.
1963-1971-ci illərdə Pespublika Xalq Nəzarəti Komitəsi Ali Şurasının üzvü kimi fəaliyyət göstərmişdir. 1964-1977- ci illərdə Azərbaycan KP MK-da məsul təşkilatçı, daha sonra Astara, Qasım İsmayılov ( indiki Goranboy), Şamaxı rayonlarının partiya komitələrində birinci katib vəzifələrində işləmişdir. Həmin illərdə Azərbaycan Ali Sovetinin bütün çağırışlarında Astara, Qasım İsmayılov (indiki Goranboy), Şamaxı rayonlarından Ali Sovetinə deputat seçilmiş, eyni zamanda Ali Sovetin Komissiya sədri kimi fəaliyyət göstərmişdir.
Sovet İttifaqı Kommunist Partiyasının XXIV və XXV qurultaylarının nümayəndəsi olmuşdur. Tarix elmləri üzrə fəlsəfə doktoru, qabaqcıl maarif xadimidir. 27 kitabın, onlarla elmi, publisistik, metodik, partiya, komsomol və xalq nəzarəti orqanlarının fəaliyyətinə aid məqalələrin müəllifidir.
Bu parlaq şəxsiyyətin belə surətlə ucalması bəzi bədxahların ürəyincə olmam, ona mane olmaq üçüb mərkli planlar quraraq yolunu kəsməyə çalışmışlar. Nəhayət, arzularına çatan qara niyyətli insan ların iftiraları Sahib müəllimi həbsxanaya. düşürmüşdür. Düz 9 il 9 ay 28 gün qaranlıq zindanda aydın sabahı gözləmişdir. Haqqın qalib gələcəyinə inanaraq ruhdan düşməmiş. 1987-ci ildə bəraət alıb şər qüvvələrə meydan oxuyaraq azadlığa qövuşmuşdur.
Əmək fəaliyyəti dövründə 2 Lenin ordeni, 14 Dövlət mükafatı ilə təltif olunmuşdur. Siyasi-publisist yaradıcılıq fəaliyyətinə görə “Qızıl qələm”, və “Məmməd Araz” mükafatı laureatı, dövlətçiliyimizin inkişafındakı müstəsna xidmətlərinə Heydər Əliyev ideyalarına sadiq qıldığı üçün “Şərəf və ləyaqət” diplomuna layiq görülmüşdür.
2023- cü il tarixçi-alim, ictimai-siyasi xadım Sahib Ağagül oğlu Sailovun 90 yaşı tamam olur. 90 rəqəminin arxasında bəlkə də iki doxsana bərabər keşməkeşli, enişli-yoxuşlu, iztirablı-məşəqqətli və maraqlı-mənanı bir insan ömrü dayanır. Bu ömrün hər səhifəsi bir tarixdir. Sahib müəllim bir gününü belə boş keçirməmiş, yaşadıqlarını, gördüklərini, düşündüklərini qəlbinin, ağlının sücgəcindən keçirərək vərəqlərə köçürmüşdür. Nəticədə hər kəsə örnək olan bir ömrə güzgü tutan ədəbi irs yaranmışdır. Çünki Sahib müəllimin həyatı və yazdıqları gənclərin həyat yoluna bir işıq tutacaqdır.
Bütün bunları düşünərək yubliyarın ad gününə töhfə olaraq onun əsərlərinin biblioqrafiyası hazırlandı. Biblioqrafik döstəricidə Sahib müəllimin müxtəlif illərdə qələmə aldığı kitabları, dövrü mətbuatda çap olunan məqalələri və onun haqqında yazılan kitab və məqalələr öz əksini tapmışdır.
GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏR
SAHİB SAİLOV HAQQLNDA
DEYİLƏNLƏR
İnsanın həyatı, ömrü bir tarixdir deyirlər. İnsanlar ötənləri yaşayır və beləcə onların yaşantılarınln izi tarixə çevrilib yaşayır. Lakin elə insanlarda var ki, özünüm kimliyi hamıya tanıdle, həyatını insanlığın inkişafınďa örnək ola bilən bir səviyyəyə çatdıra bilir bə böyük məmnunluqla bu həyatı yaşayır. Mənim fikrimcə bizim hamımızın Sahib Sailov kimi tanıdığımız partiya və ictimai xadim, müəllim, böyük vətəndaş, insan olan Sahib müəllim həyatı belə həyatlardandır.
Əjdər Ağayev
pedaqoji elmlər doktoru
Mən Sahib müəllimi lap kiçik yaşlarından tanıyıram. Orta məktəbdə oxuyarkən bizim komsomol rəhbərimiz idi. O, bizi elə bir enerji iləruhlandırırdı ki, məktəbdə oxumayan şagird yox idi. Komsomol böyük qüvvə idi və Sahib müəllim də o böyük qüvvəni çox gözəl şəkildə nümayiş etdirə bilirdi.
Ramiz Qurbanov
AMEA-nın muxbir üzvü,
texnika elmlər doktoru
Xalqın alqışı Sahib müəllimi qüdrətli, çevik təfəkkürə, əqlə, xəkaya, dözümə malik bir insan kimi yetişdirib və ömür qatarının bu dayanacağına gətirib. Ömrün dolanbac təzadlı yollarında kişi kimi ömür sürüb, yazlb yaradıb.
Vidadi Xəlilov
pedaqoji elmlər doktoru
Sahib müəllim adi bir kənddən, Çuxanlıdan, zəhmətkeş ailədən bu səviyyəyə qədər, yəni SSRİ Ali Sovetin deputatı səviyyəsinə qədər yüksələn bir şəxsdir. Mənim ona çox böyük hörmətim var, özümü çox xöşbəxt hiss editəm ki, belə bir fenomen şəxsiyyət, həmyerlimiz haqqında kitab yazmışam.
Allahverdi Emnov
yazıçı
Sahib müəllimin həyatı çox ibrətamizdir, o sınaqlarda slnmayıb, haqqa tapınıb. AllH adamıdır və gözəl ziyalıdır, alimdir. Bütün həyatı, övladları, nəvələri, nəticələri, bütün insanlar, xüsusilə cavanlar üçün ibrət dərsi, ən böyük örnəkdir.
Əlövsət Bəşirli
jurnalist-yazıçı
Sahib müəllim qədər əzab əziyyət çəkən, həyatla döyüşın bəlkə də ikinci bir insan yoxdur. O, elə bir ömür yaşayıb ki, heç vaxt yaddaşlardan silinməyəcək.
Çingiz Fərəcov
İctimai-siyasi xadim
Sahib müəllim həm gözəl dostdur, həm gözəl insandır, həm gözəl siyasi xadimdir. Kürsü arxasında oturmaq mümkündür, amma düzgün rəhbərlik etmək, gördüyün işin bəhrəsini əldə etməyə qabiliyyətinin çatması hər adama nəsib olmur. Sahib müəllim çox cavan yaşında rəhbər kürsüsündə oturdu, amma bu vəzifəni yetkn, yaşlı insan kimi həyata keçirdi.
Fərrux İsmayılov
Respublikanin əməkdar həkimi
Ali məktəbi təzəcə qurtarmışdım, komsomolun mərkəzi komirəsinə işə görürmüşdülər. Sahib müəllim məndən əvvəl orda çalışırdı. Komsomolun MK-nin katibi idi, kənd təsərrüfatı və kənd məhsullarına vaxlrdı. Respublika arasında böyük nüfus sahibi idi. Çevik təşkilatçılıq qabiliyyəti, sağlam düşüncəli, məsələlərə fəal münasibəti sayəsində vəzigə pillələrində ucalırdı. Ayrı-ayrı sahələrdə işləsək də az vaxtda doğmalaşdıq və bu doğmalıq bu gün də davam edir.
Yasif Nəsirli
Flalogiya elmləri doktoru,
yazıçı
Sahib Sailov müasir Azərbaycan tarixinin təxminən bir əsirə bərabər bir dövrünü yaşamış canlı tarixdir. O, tariximizin bu mərhələsində satlinizmi, faşizmi, volyutarizmi məhbəs həyatını, sosializmdən kommunizmə keçid münasibətlərini, bir sözlə həyatın isti-soyuq, ağlı-qaralı hər bir üzünü görmüş, yaşamış və bunları yaradıcılığında bacarıqla əks etdirmiş fenomen bir şıxsiyyətdir. Onun həyatı yalnız bir nəfərin tərcümeyi halı deyil, zalqımızın 100 illik məşəqqətli real tarixinn bir hissəsidir.
Qalib Qadir
jurnalist-yazıçı
Ruhdan düşməmək, həyatsevər olmaq, özünü tox saxlamaq bötük qəhrəmanlıqdır. Bütün buxüsusiyyətlərə malik Sahib müəllim o qədər gözəl arzularla yaşayır ki, həyatı mənalı və hər kəsə örnək ola bilir. Sahib müəllim gözəl dostdur, onun elə bir xasiyyəti var ki, heç vaxt ondan nəyi isə xahiş etmək lazım deyil, əğər o sənin bir problemni blirsə sənə demədən o problemin həlli üçün çalışar.
Xuraman İsmayılova
əməkdar mədəniyyət işçisi
90 illik həyat meracını qeyd edəcəyimiz, tarix elmləri namizədi, görkəmli ictimaiyyət və dövlət xadimi, böyük vətəndaş, misilsiz təfəkkürü olan, alovlu tribun kimi tanıdığım Sahib Ağagül oğlu Sailovun yəyat və yaradıcılıq ehtişamı tükənməz bir xəzinədir. İnam, istək dolu bir dünyamızın min bir həyat keyfiyyətlərinə yalnız yaxşılıq, sədaqətlilik nuru çiləyən Sahib müəllimin həyatı həmişəyaşar və əbədidir.
Vidadi Bəşirov
pedaqoji elmlər namizədi
Deyirlər Sahib Sailov göydən yerə çırpıldı. Mən də deyirəm: Sahib Sailov yerdən göyə yüksəldi. Dünyanln hər üzünü gördü. Özünə məxsus olar yaradıcılıq yoluna başladı, özünü yaşatmaq üçün bir-birinin dalınca yeni kitablar yazdı. Saxta hökm kitabını yazmaqla özünə bəraət qazandırdı. “Muğanın övladları” kitabı dünyaya səs saldı. Onun on cildlik kitabı ömür yolunu işıqlandırdı.
Barat Şirinov
jurnalist
Mən Sahib Sailov haqqında atam Sahibdən onun haqqında çox eşitmişəm. Həmişə maraqlanmışam. Bir gün AYB-nin Natavan klubunda kitab təqdimatında Sahib müəllimlə qarşılaşdım. Çox sevindim. İllərlə onun haqqında fikirləşmişdim. Yaxınlaşıb telefonun aldım. Dedim görüşüb ondan bir çox şeylər öyrənə bilərəm. Biz həmterliyik Sahib müəllimlə. Sahib müəllim ilk “Muğanın övladları” haqqında yazmışdı. Mən də öz növbəmdə “Salyan dastanı” adlı kitab çıxarmaq istəyirdim. Sahib müəllimdın öyrənib başladın rayonumuzun Ziyalıları haqqında poema yazmağa başladım və yazdım çap elətdirdim. Poemamda Sahıb müəllim haqqında yazdığım şerimi Sahib müəllimin 90 illiyinə hədiyyə etdim.
El – oba hörmətlə çəkir adını,
Şərəflə yaşayır öz həyatını.
Sahb Sailovtək mərd övladını,
Zirvəyə döndərib Muğan torpağı.
* * *
Muğan çöllərinə açıb qucağın,
Qəlbində ətri var ötən hər çağın.
Doğma Salyan kimi isti ocağın,
Oduna isinib Sahib Sailov.
* * *
Ülfəti bəzəyir sevgi sətrini,
Səpib ürəklərə dostluq ətrini.
Ellər uca tutur onun xətrini,
Salyanla sevinib Sahib Sailov.
* * *
Qəlbimdə yurd eşqi daim alışır,
Ürəyim Kür kimi kükrəyir, daşır.
Qələm ağsaqqaldan bu gün danışır,
Sahb Sailovu salamlayıram.
* * *
Muğan qucağını açıb üzünə,
Torpaq dəyır verib oğul sözünə,
Haqqı, həqiqəti sıxıb köksünə,
Sahib Sailovu salamlayıram.
* * *
Yurdumun şərəfli ağsaqqılı tək,
Sahib Sailovdan söz açir qələm.
Onun hər kəlməsi, onun hər sözü,
Bir dərin ümmandır, bir böyük aləm.
* * *
Tarixin ən çətin sınaqlarında,
Ulu yaradana könül bağlayıb.
Ömrünün əzablı anlarında da,
Qeyrət bayrağını uca saxlayıb.
Sahib müəllim doğum günün mübarək! Allah sizə sağlam ömür versin. 100 yaşa əziz Sahib müəllim!
Müəllif: Püstə RƏVAN

PÜSTƏ RƏVANIN YAZILARI

Şuşa haqqında: >>>> 525.az

RƏŞAD MƏCİDİN YAZILARI

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

NƏRGİZ QURBANOVANIN DOĞUM GÜNÜDÜR!


AD  GÜNÜNÜZ  MÜBARƏK !!!

Bu gün sadiq dost, gözəl insan, füsunkar xanım, ecaskar söz – sənət dünyasına sahib həkim-şairə  Nərgiz  Qurbanovanın doğum günüdür. Ad gününüz, mübarək, Nərgiz xanım! Uca Yaradandan Sizə uzun və sağlıqlı bir ömür, bütün fəaliyyətinizdə uğurlar arzu edirik! Uğurlarınız bol olsun! Yaşayın, yaradın! Biz də feyziyab olaq… Var olun, Nərgiz  xanım!!!

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BU GÜN LEYLA XANIMIN DOĞUM GÜNÜDÜR!

Leyla ƏLİYEVA – şair, ictimai xadim, “Bakı” jurnalının təsisçisi və baş redaktoru.

3 iyul Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın doğum günüdür. Leyla xanımı təbrik edir, həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Hacı Əkbər müəllimin doğum günüdür!

HACI ƏKBƏR

Bu gün Ağdam torpağının mərd oğlu, nur saçan ziyalısı, şəhid atası Hacı Əkbər müəllimin doğum günüdür! Hacı Vahid Çəmənlinin ona həsr etdiyi şeiri sizə təqdim edirik:

Yol aldın ömrünün zirvələrinə,
Yetmişdən səksənə yol uzun deyil.
Qarışdın zamanın zərrələrinə,
Səksən də, doxsan da son yazın deyil.

Hələ Qarabağa həsrətik, heyhat,
Hələ seyr edirik o yurdu gendən.
Alın yazısıdır deyirlər həyat,
Artır bir sətir də hər keçən gündən.

Demə, gündən günə azalır vədə,
Nə boş ver, nə dərdlə ərit ömrünü.
Hər günün qəm ilə gəlib keçsə də,
Yaşat varlığında igid ömrünü!!!

Müəllif: Vahid Çəmənli

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Abdullayev Atəş Abdulla oğlunun 80 illik yubileyi münasibəti ilə

ABDULLAYEV ATƏŞ ABDULLA OĞLU

Yubley yaşınız  mübarək!

           Respublikamızın tanınmış təhsil işçisi ADPU-nun “Azərbaycan dili və onun tədrisi texnologiyası” kafedrasının dossenti, pedaqoqika üzrə fəlsəfə doktoru Abdullayev Atəş Abdulla oğlu 1942-ci il iyunun 20-də Göyçay rayonunun Qaraman kəndində anadan olmuşdur. 1960-cı ildə Qaraman kənd orta məktəbini, 1964-cü ildə  ADPU-nun (V.İ.Lenin adına APİ-nin) ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsini bitirmişdir. 1974-77-ci illərdə ADPU(APİ-nin) Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının aspiranturasında (qiyabi şöbə üzrə) oxumuş,  1981-ci ildə pedaqoji elmlər namizədi, 1990-cı ildən dosentdir. Əmək fəaliyyətinə ilk  dövürlərində  1964-1970-ci illərdə İsmayıllı rayonunun Qalıncaq və Qubaxəlilli kənd orta məktəblərində müəllim və direktor müavini vəzifəsində işləmişdir.

       1970-1971-ci illərdə Azərbaycan MTİ-də metodist; 1971-1984-cü illərdə  Maarif Nazirliyində metodist, inspektor, şöbə rəisi;  1984-86-cı illərdə Azərbaycan Mərkəzi MTİ-də tədris-metodik işlər üzrə direktor müavini;  1984-1990-cı illərdə Azərbaycan ETPEİ-də şöbə müdiri, 1990-1999-cı illərdə Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunda dosent və fakültə dekanı, 1999-2006-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunda prorektor; 2006-2016-cı illərdə Təhsilin idarə edilməsi və Pedaqogika kafed­raların­da dosent işləmişdir. 1916-cı il tarixindən ADPU-nun Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının dosenti olmuşdur.Qabaqcıl maarif xadimi,SSRİ maarif əlaçısı,AR-nın Qabaqcıl təhsil işçisi,Akademik M.Mehdizadə mükafatı laureatıdır.

A.A.Abdullayev 22 kitab , 25 adda elmi-metodik, 50-dən artıq elmi məqalənin müəllifidir.

    Allah insanı müxtəlif biçimdə, müxtəlif taledə, müxtəlif xislətdə yaradır. Taleyin sınağına çəkilir insan. Dözən, dözümlu insan üçün olur Allahın məhəbbəti və mərhəməti. Bax, belə bir məhəbbət və mərhəmət payından şükürlü olan, Allahına  sığınan bəndəyə  düşən pay:- Elm öyrənib öyrədən, üç qız övladı böyüdüb  ərsəyə yetirən  Ata, Kəbə evini xanımı və övladı ilə birlikdə ziyarət edən inanclı İnsan olan Atəş müəllim Haqq dünyasına  qovuşmuşdur.

    Bu gün 80 illik yubileyi döğmaları,onu tanıyan,onunla bir yerdə çalışan həmkarları tərəfindən  onsuz qeyd olunur.

Görkəmli alim, tanınmış pedaqoq və səmimi insan Abdullayev Atəş Abdulla oğlunun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

  Bu bir Qədər,bu bir Qismət!!!

Dünyaya gələn Zaman!!!

Yazın yazılan Zaman!!!

Yaradana qovuşan,

Bil anında yazılır!!!

Günün ,ayın, bil dəqiqən yazılır!!!

Nə tələsmək,Nə də gecikmək olmaz!!!

Vaxt yetişən Zamanda,

Haqqına qovuşursan!!!

Doğmalarınla vidalaşırsan!!!

Yaddaşlarda Yaşayırsan!!!

Müəllif: Zülfiyyə VƏLİYEVA       

ADPU-nun ETM-nin elmi işçisi,      Müəllimlərin Peşəkarlıq səviyyəsini İnkişaf etdirilməsi      Layihəsi üzrə Milli məsləhətçi,  Əməkdar müəllim. Akademik  M.Mehdizadə mükafatı laureatı.


ZÜLFİYYƏ VƏLİYEVANIN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BU GÜN MƏLAHƏT HÜMMƏTQIZININ DOĞUM GÜNÜDÜR!

MƏLAHƏT HÜMMƏTQIZI VƏ ZAUR USTAC

Bu gün həkim-yazar Məlahət Hümmətqızının doğum günüdür! Şad günü münasibəti ilə Məlahət xanımı təbrik edir, bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzu edirik. Uğurlarınız bol olsun, Məlahət xanım!

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru