Salam olsun, dəyərli Dostlar! 13 aprel balaca rəssam-yazıçı dostumuz Türkan Alpturan – Hüseynlinin doğum günüdür! “Yazarlar” jurnalı kollektivi adından balaca şahzadəni təbrik edir və öz hədiyyəmizi təqdim edirik:
Öncə onun astroloji xəritəsinə nəzər yetirək. O, 1977-ci ilin aprel ayının 13-də, həftənin 3-cü günü dünyaya gəlib. Ulduzların dediyinə görə, aprel ayının 10-dan 20-sinədək doğulanlar yeniliklər axtaran, səxavətli, açıq fikirli, comərd və özünə inamlı insanlar olurlar. Əgər bu insanların dünyaya gəlişi həftənin 3-cü gününə düşürsə, üstəgəl həmin insanların mənəviyyatı zəngin, maraq və əyləncə əhatəsi isə geniş olur. Belə insanlar bütün ömürləri boyu öyrənməyə can atır, əzimkarlığı ilə seçilirlər. Sadə və mehriban olurlar, özlərini nümayiş etdirməyi xoşlamırlar. Onlar uşaqlıqdan arzular qurur, həyatını planlaşdırır, konkret peşə seçir və sonra da məqsədlərinə doğru inamla gedirlər…
…Orta təhsilini başa vurduqdan sonra Qərb Universitetinə qəbul olunub. 1998-ci ildə oranın Beynəlxalq menecment ixtisası üzrə bakalavr pilləsini bitirib. 2001-ci ildə isə həmin universitetdə Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. 2004-cü ildən Heydər Əliyev Fondunun icraçı direktoru vəzifəsində çalışıb. 2012-ci ildən isə Heydər Əliyev Mərkəzinin direktoru təyin edilib. 2014-cü ildə Azərbaycan Avtomobil Federasiyasının prezidenti seçilib. 2017-ci ildə ölkəmizin I vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi təyin olunub. 2019-cu ildən Azərbaycan Respublikasının Prezidentinin köməkçisidir. Xidmətləri bir sıra orden və medallarla yanaşı “Şöhrət” ordeninə layiq görülüb…
Müsahibələrinin birində deyir ki:- “Düşünürəm ki, hər bir insanda müəyyən vərdişlər, nəyəsə maraq və həvəs artıq uşaqlıqdan formalaşır. Məndə də avtomobillərə maraq hələ yeniyetməlik dövründən var idi. Düzdür, həmin dövrdə bu, sadəcə bir uşaqlıq, yeniyetməlik həvəsi idi. Amma illər keçdikcə bu maraq daha da artaraq professional bağlılığa çevrildi. Doğrudur, uşaqlıqda hərbçi olmaq, həmişə vətənə xidmət etmək istəyirdim. Hərbi xidmət keçərkən, ordu sıralarında qulluq edərkən bu arzuma qismən də olsa çatdım. Bu gün isə vətənə xidməti hazırkı fəaliyyətimlə davam etdirməyə çalışıram…”
Ümumiyyətlə cazibədar və cəlbedici insandır. Fəlsəfi təbiətinə görə yetkin və müdrikdir. Ona edilən yaxşılığı heç vaxt unutmur. Olduğu mühitdə etibar və hörmət qazanmağı bacarır. Gözəl təşkilatçı, nöqsansız icraçıdır. Sakit, təvazökar, diqqətli və idealistdir. Hadisələri və situasiyaları yaxşı qavradığı üçün düzgün istiqaməti tez seçir. Boş sözlərə, faydasız insanlara və cəfəng mövzulara nifrət edir. Maraqlı və məzmulu insanlarla ünsiyyətdə olmağı xoşlayır. Fərqli baxışlara açıq olduğundan özünə inamı böyükdür…
…Avtomobil idarə etməyi çox sevir. Sükan arxasında olanda demək olar ki, həm də istirahət edir. Bəlkə də bu səbəbdəndir ki, o, Azərbaycan Avtomobil Federasiyasına rəhbər seçilib. İdmana da marağı çox böyükdür, mütamadi məşğul olmağa çalışır…
“Hər zaman klassik avtomobillərə üstünlük vermişəm. Ümumiyyətlə, tarixi elementlərə, tarixi məna daşıyan əşyalara həmişə marağım olub. Fransanın Müluz şəhərinin Avtomobil Muzeyi, Almaniyanın “Classic Remise” muzeyinin və Azərbaycan Avtomobil Federasiyasının (AAF) dəstəyi ilə 2015-ci ilin fevral ayında Azərbaycanda ilk dəfə klassik avtomobillərin sərgisi baş tutdu. O vaxtdan ötən müddət ərzində çoxlu sayda ziyarətçilər, xarici qonaqlar, ölkəmizdə səfərdə olan dövlət başçıları və digər rəsmi nümayəndə heyətləri bu sərgiyə böyük maraq göstəriblər. Burada istehsal illəri üzrə avtomobil dizaynının təkamülünü görmək mümkündür. Onu da qeyd edim ki, bu günədək Heydər Əliyev Mərkəzində müxtəlif mövzularda sərgilər açılıb, amma məhz avtomobil sərgisini yaş və digər kateqoriyalardan asılı olmayaraq, bütün insanları birləşdirən sərgi hesab etmək olar…”- söyləyir.
…Güclü intuisiyası var. Qarşılaşdığı problemləri müxtəlif aspektlərdən qiymətləndirə bilir. Çox düşünür, amma az danışmağa üstünlük verir. Ümumiyyətlə, o, düşünmədən heç vaxt nəsə söyləmir. Məqsədə çatmaq üçün ağıl və təmkinlə hərəkət etməyi, daim diqqətli olmağı bacarır. Uğur qazanana qədər yorulmadan mübarizəsini davam edirməyi xoşlayır…
Deyir ki:- “Ölkəmizdə idmanın bütün sahələri üzrə cənab Prezidentin birbaşa dəstəyi və qayğısı mövcuddur. Çoxsaylı idman yarışları keçirilir, ölkəmiz müxtəlif beynəlxalq idman tədbirlərinə ev sahibliyi edir. Dövlət tərəfindən aparılan idman siyasəti nəticəsində idmançılarımız bu yarışlarda böyük nailiyyətlər qazanır. O cümlədən Azərbaycan Avtomobil Federasiyasının fəaliyyəti, ölkəmizdə avtomobil idmanının inkişafı birbaşa Azərbaycan Prezidentinin nəzarətindədir…”
…Yaraşıqlı görkəmi, nurlu çöhrəsi var. Ətrafa güc və müsbət enerji yaymağı bacarır. Onun ən mühüm xüsusiyyəti isə fitri intuisiyasıdır və intuisiyasında heç vaxt yanılmır. Qəribədir ki, gələcəkdə baş verəcək hər hansı bir hadisəni qabaqcadan görə bilmək kimi fövqəltəbii qabiliyyətə malikdir. Belə insan heç vaxt pis və ya orta səviyyədə ola bilməz. O, həmişə ən yüksək nəticələr əldə etmək uğrunda çalışır…
Ölkəmizin tanınan politoloqlarından biri onun haqqında söyləyir: ““Onun fəaliyyəti barədə müxtəlif mənbələrdən məlumatlıyam. O, peşəkar idarəedicidir və bütün verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirir. Eyni zamanda özü də təşəbbüskardır. Müxtəlif təşəbbüslərlə çıxış edib, onları yüksək səviyyədə reallaşdırmağa çalışır. Mehriban xanım birinci vitse-prezident təyin edilən zaman da proqnozum belə idi ki, o, özünə yeni komanda yığacaq. Bu komandada isə bizim öyrəşdiyimiz insanlar olmayacaq. Bildirmişdim ki, komandanın üzvləri Nazirlər Kabinetindəki yaşlı insanlar deyil, ideyalı, xaricdə təhsil alan gənclər olacaqlar. Çünki islahatları, neqativ hallarla mübarizəni gücləndirmək lazım idi. Düşünürəm ki, onun da yeni komandada yer alması müsbət haldır…” …Şəxsi həyatına münasibəti unikaldır. Qayda-qanunu, nizam-intizama riayət etməyi xoşlayır. Hətta emosional vəziyyətdə belə standartların üstündə olmağa çalışır. Və həmişə ətrafındakı insanları heyran etməyi bacarır. Münasibətlərində mümkün qədər diqqətli olmağa çalışır. Qarşısındakı insana ehtiram göstərdiyi qədər, qarşıdakı insandan da eyni diqqəti gözləyir. Nikbin adamdır, şən olmağı və musiqi dinləməyi sevir. Bir sözlə, o, kifayət qədər yüksək enerjisi olan, həyat eşqi ilə dolu insandır…
Bəli, söhbət Anar Sahib oğlu Ələkbərovdan gedir. Atası nazir müavini olsa da, bunun onun vəzifə yüksəlişinə heç bir aidiyyəti olmayıb. Anar Ələkbərov o məmur övladlarındandır ki, davranışı, ədəb ərkanı, savadı, bacarığı, işgüzarlığı və əzmkarlığı ilə hər zaman nümunə olub və qazandığı uğurları özü qazanıb. Anar Ələkbərovu yaxından tanıyan adamlar bildirir ki, o, idarəetməni dərindən bilən, kreativ təşəbbüslər irəli sürən və bütün verilən tapşırıqları yüksək səviyyədə peşəkarlıqla yerinə yetirməyi bacaran insandır. Dövlətə, dövlətçiliyə sədaqətinə isə söz ola bilməz…
…Aprelin 13-ü Anar Ələkbərovun 49 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı arzulayıram…
Nizaməddin Mədrəhimov 1989-cu ildə Özbəkistan Respublikasının Fərqanə vilayətinin Dangara rayonunda anadan olmuşdur. O beş kitabın müəllifidir. Respublika miqyasında çoxsaylı ədəbi toplularda və mətbuat orqanlarında yaradıcılıq nümunələri ilə fəal iştirak edir. Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetini üçüncü kurs tələbəsidir.
ADINLA YAN-YANA
Gülnar, gül üzün mənim, Aldı xoş məramımı. Səni necə səsləyim? Dilarəmmi, Leylamı?
Yanmaq, inləmək ilə, Sərgərdan gəzmək ilə, Həsrətə dözmək ilə, Keçir günüm, axşamım.
Nə edim, bağrı dağam, Gülsüz bağçayam, bağam. Nə dəli, nə sağlamam, Gedib huşum, anlamım.
Eşq məktubu – kəlmələr, Gah sevinc, gah da dərdlər. Şeirlər dolur dəftər, Mən – şair, sən – ilhamım.
Bədəni tərk edib can, Tapsaq əbədi dövran. Adın ilə yanbayan, Tarixdə adım, sanım.
Gülnar, ay üzün mənim, Aldı xoş məramımı. Səni necə səsləyim- Dilarəmmi, Zəhramı?
Qəlbinin işığı gözündə idi, Qəfildən bürüdü çən, niyə getdin? Hələ də cavandı ruhunun yaşı, Ələndi saçına dən, niyə getdin?
Güzarın düşübdü özgə bir bağa, Cənnəti-İrəmə köçüb qalmağa, Söz ilə dürr düzüb sədəf salmağa, Deyirdin gələcəm mən, niyə getdin?
Qəlbini nə yordu, düzün bilirsən, Nəğmətək şirindi sözün, bilirsən, El səni sevirdi, özün bilirsən Həsrətə qoşulub sən niyə getdin?
Ölümmü yalandır, həyatmı yoxsa, Bu yanda uyudan oyatdı yoxsa, Bu ölçü özgə bir boyutdu yoxsa, Düşmüsən bu qədər gen, niyə getdin?
Ay mənim yuxuma gələn Minarə, Ümidə sarılıb gülən Minarə, Zeynəbi həmdəmi bilən Minarə, Ay üzü gülənim, şən, niyə getdin? Sözləri yadigar, sən niyə getdin?
Знакомьтесь: внук Юрия Гагарина (сын дочери космонавта Галины) – Юрий Кондратчик.
Родился в 1989 году, окончил факультет государственного управления МГУ, получил кандидатскую степень в Плехановском университете.
В 2019 году возглавил Хабаровский аэропорт. За это время не дал ни одного интервью, продолжает держать дистанцию во всём, что касается гагаринской темы. Журналу “Родина” №4 2021 г. сделал небольшое исключение. Но куда деться от внешнего сходства с дедом!
Rövşən Hüseynov haqqında Azərbaycan Milli Qəhrəmanı Rövşən Hüseynov 22 fevral 1967-ci ildə Ağdam rayonunun Quzanlı kəndində doğulmuşdur. 1984-cü ildə burada orta məktəbi bitirdikdən sonra Ağdam rayon Mədəniyyət evində işləmişdir.
1985-ci ildə Bakı Dövlət Universitetinin fızika fakültəsinə daxil olmuşdur. 1985-87-ci illərdə ordu sıralarında olmuşdur. Rövşənin təşəbbüsü ilə 1992-ci ildə Bakı Dövlət Universitetinin iyirmi tələbəsi dövlət imtahanlarının başlanmasına üç ay qalmış, təhsillərini yarımçıq qoyaraq iki ay hərbi hazırlıq keçirlər. Sonra onlar ən qaynar döyüş nöqtəsinə – Goranboya yollanırlar. Tələbə taqımı 703 saylı hərbi hissəyə təhkim olunur. Ən ağır sınaq saatı Holandağ yüksəkliyi uğrunda gedən döyüşlərdə oldu. Holandağdan Ergəc, Mənəşli, Buzluq və Şaumyana (Ağcakənd) nəzarət etmək mümkün idi. Düşmənin 300-dən artıq əsgər və zabiti müasir hərbi texnika ilə silahlanaraq Holandağa hücuma keçmişdi. İlk hücumun qarşısı məharətlə alındı. Düşmən pərən-pərən salındı. Bu, 1992-ci ilin 28 aprel günü idi. Tələbə taqımı qarşısındakı bu məğlubiyyətdən qəzəblənən düşmən dörd gündən sonra daha böyük qüvvə toplayaraq hücuma keçdi. Rövşənin taqımı düşmənin iki zirehli texnikasını və onlarla canlı qüvvəsini məhv etdi. Düşmənin Holandağı alıb Çaykəndə çıxmaq planı alt-üst edildi.
Elə Marquşevan uğrunda gedən vuruşlar da tarixə düşəcək bir döyüş idi. 1992-ci il mayın 11-də gedən döyüşdə Mingəçevir bölüyünün 27 döyüşçüsü mühasirəyə düşmüşdü. Briqada komandiri onları mühasirədən qurtarmaq üçün tələbə döyüşçülərə müraciət etdi. Onlar Mingəçevir bölüyünü mühasirədən çıxardılar, lakin özləri mühasirəyə düşdülər. Bu qeyri-bərabər döyüşdə tələbələrdən ikisi həlak oldu, bir neçəsi yaralandı. Rövşən vəziyyəti ani olaraq qiymətləndirdi və döyüş dostlarının əsir düşəcəyini görüb, atəş nöqtəsini öz üzərinə götürdü. Onun pulemyotu düşmənin başına od ələyirdi. Cəsur komandirin əmrilə döyüş dostları mühasirədən çıxdılar. O özü isə qəhrəmancasına həlak oldu. Subay idi.
Azərbaycan Respublikası prezidentinin 16 noyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Hüseynov Rövşən Şəmil oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Ağdam rayonunun Quzanlı kəndində dəfn edilib. Bakı Dövlət Universitetində büstü qoyulub.
“YAZARLAR” jurnalı tərəfindən xatirəsini əbədiləşdirmək məqsədilə “25 YARPAQ” LAYİHƏSİ həyata keçirilir (2018-ci ildən).
Layihənin rəhbəri “YAZARLAR” jurnalının baş redaktoru, AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİNİN, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair – publisistZaur Ustacdır.
ÖVLADIYAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.