
Tənhalıq
Tənhalıq, işdi.
Qədim əlkimya elmində o MAQNUM OPUS adlanırdı.
O həm də Məqam-dı.
Dostlarsız, dostsuz yaşayıram.
Mənlə dostluq təhlükəlidi.
Qafar Kəndli…İyrəc İskəndəri, Davud Münşüzadə. Viktor Haynovski, Qerxard Şoyman.Bözorg Ələvi. İrena Tatarjinska, Natalya Steqniy…Mariya Kuzemko…Svetlana Cabrayilova, Ənvər Cabrayılov…Agası Axundov. Asya Axundova. Namiq Abbasov. Midhət Abasov.
Aydın Əfəndiyev, Adil Bunyatov, Vəli Səyyadi, Rafiq Tağı… Heydər Camal, Orxan Camal…Anar Məmmədxanov. Valeriya Poroxova.
Öldülər?
Öldürüldülər?
Fərqi var?
Məncə yox.
Mərhumlar, ən sədaqətlilərdir.
Daim sənlədilər.
Real təcrübəmdi.
Özü də çox agrılı.
Müəllif: Həmid Herisçi
Həmid Herisçinin digəri yazıları
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında