Bu gün şəhər soyuq idi. Dəli Fırtına sevdalısını qollarında itirmişdi o gün,o şəhərdə… Bu şəhər Fırtınanın yalnızlığından susmuşdu.Dəli Fırtınanın sevdası məzlum dənizin dalğalarından da böyük idi…
Fırtına kim idi? Fırtına sizin də təəccüblənəcəyiniz,hətta dəli olacağınız gənc idi.Bu gənci kimiləri xoşbəxt,kimilərisə bədbəxt adlandırardı,ancaq bu gənc sevdalısının gözləri önündə sadəcə bir məzlum çevrilmişdi.O gündən sonra…
Soyuq qış Fırtınanın qəlbində acı bir yaraya çevrilmişdi o gün.Fırtına saatın tik-tak səslərində,günəşin üfüqdə görünən vaxtlarında belə gözünü qırpmadan sevdalısını gözləyirdi.Onları bir-birindən ayıran bu şəhərin acımasız sakinləri idi.Onlar bir-birindən ayrılarkən qan izləri ilə deyil,parçalanan ürəklərinin bir-birindən ayrı düşməsi idi.İllər boyunca ayrı idilər,lakin onları isidən,qoruyan Tanrının onlara bəxş etdiyi “sevda” idi!
Fırtınanın üzünə qarışmış saqqalı,çatlamış əlləri,yatağa bağlanmış ayaqları artıq onun ölüm fərmanı idi.Fırtına sevdalısından sonra yaşaya bilmirdi,ancaq o gün hər şey dəyişdi…
Bu məktub qəlbimdə günəş kimi yanan Fırtınama…
Əmanətimizi qoru, Fırtınam!
Fırtınam! Bəlkə də ilk dəfədir sənə bu cür müraciət edirəm.Fikirlərimi necə ifadə edəcəm,bilmirəm.Bu kağız göz yaşlarıma şahid oldu,sən şahid olma! Zatən ola bilməyəcəksən,çünki mən burada olmayacam.Unutma ki,sənin qəlbində mən necə varsam,sən də mənim qəlbimdə başımın tacı olaraq qalacaqsan daima!
Sənin sevgin məndən böyük,söz ola bilməz,amma mənə də bu hissi yaşadan sənin sevdan olduğunu bil!Qəlbimin boşluğa düşdüyü andan səni xatırlayıram hər gecə.Hər gün danışmasaq da,qəlbimin dərinliyində bir qəlbin də nəfəs aldığını eşidirəm.O hər dəfə nəfəs aldıqca,mənim talemə yazılan qara alın yazım,sənin sevdanla gözəlləşir.Yadındamı,bilmirəm,sən söylərkən “qıymaram” sözünü sanki qəlbimdə heç böyütmədiyim o qəlb yenidən doğulur,huzur doğurur dünyama.Sən mənim dəli-dolu Fırtınamsan! Xoşbəxtlik açarı bizi bir-birimizdən ayrı saldı,ancaq mən bilirəm ki,biz bir gün qovuşacağıq! Sən olmasan,mən də olmam! Məni yaşadan qəlbimdə nəfəs alan sevdandır!
Səndən tək xahişim heç kəsə inanma! Mənim haqqımda söylənən heç bir sözə inanma! Mən yaşayıram! Mən yaşayıram….
Mən yaşayıram-deyə təkrarladı Fırtına.Gülün məktubunu oxuduqdan bəri dəliyə dönmüşdü.Göz yaşlarına bürünmüş saqqalı parçalanmış əllərini də isladırdı.Dişləriylə sıxıb qan axıtdığı dodaqları sevdalısının adını sayaqlayırdı:-Gül,hardasan? Hardasan axı-deyə bu məhkum olmuş dörd divara üsyan edirdi…
Artıq illər keçmişdi.Güldən heç bir xəbər yox idi.Fırtına xəstə yatağında kimsəsiz kimi uzanıb adını söyləyirdi.Fırtınanın ölüm vaxtı yaxınlaşmışdı.Əcəli onu gəlib aparacaqdı.Soyuq yatağında uzanan Fırtına əllərini zülmətin üsyanında göyə tutub Gülün onu tapmağı üçün yalvarırdı…Yuxularına qonaq gələn Gül acı fəryadı ilə Fırtınanı səsləyirdi.Hər dəfə yuxudan oyanarkən yatağına bulaşmış qan izləri və göz yaşları Fırtınanın fəryadını gücləndirirdi.Dəli sevdasıyla baş-başa qalan Fırtınanın yeganə çarəsi ölüm idi.
O gün yatağından zorla da olsa qalxıb qaçdı.Qaçarkən dəfələrlə yara olmuş dizlərinin ağrısını unudub,qaçırdı.Qaçdıqca Gülə olan son etirafını,son sözlərini xatırlayırdı.O əcəlinin qollarına atılacaqdı,artıq gəlmişdi də.
Qoxusunu hiss etdi.Toxunan kiçik əlləri qəlbində atırmış kimi yanmağa başladı sanki.Bu bir yalan,xəyal idi.Onlar qovuşmadısa,bu yolun sonunda necə qovuşa bilərdilər axı?!
-Sən bir yuxusan,Gül! Tərk et məni..
-Sənin keçmişin,gələcəyin də mən deyiləmmi?
-Mən keçmişimi o küçənin torpağına basdırıb gəldim.Qaranlığın içində böyüməyən qəlbim yaralı göyərçin kimi çırpınaraq gəldi bu intiharın soyuq dərəcəli tempereturuna.Bax,hava da soyuq həmişəki kimi,mənim kimi!
Göz yaşlarıyla bir-birinə sarıldılar.Gül ona sarıldıqda donub qalan Fırtına alovun içində yanırmış kimi bərk-bərk yapışdı Güldən.Bu iki sevdalı o soyuq insanların məzlumuna çevrilsələr belə,tükənməyəcək sevdalarıyla bir-birilərinə qovuşdular!
YER CƏZA YERİDİR! Ey insan, unutma; Almanı xatırla, Adəmi xatırla, Həvvanı xatırla! * * * Ey insan, unutma; Əzanı xatırla, Qəzanı xatırla, Cəzanı xatırla! * * * Ey insan, unutma; Yer cəza yeridir! Yer cəza yeridir! Yer cəza yeridir! 14.09.2020. Bakı. Müəllif: Zaur Ustac
Земля -место казни, знай! Человек, не забывай! Яблоко раздора вспоминай, Адама вспоминай И Еву вспоминай! * * * Человек, не забывай! Тело свое вспоминай, Катастрофы вспоминай, И казнь вспоминай! * * * Человек, не забывай! Земля -место казни, знай! Земля -место казни,знай! Земля-место казни, знай! Перевод: Теране Меммед –Təranə MƏMMƏD
The Earth leads punishment! Man, don’t forgot; Remember the apple, Remember the Adam, Remember the Eve! * * * Man, don’t forgot; Remember the body, Remember the catastrophe, Remember the punishment! * * * Man, don’t forgot; The Earth leads punishment! The Earth leads punishment! The Earth leads punishment! Author: Zaur Ustaj –Zaur USTAC,
“SƏMİMİ SÖHBƏT”in bugünkü qonağı yazıçı, publisist, ictimai xadim Çingiz Abdullayev dir. Çingiz Akif oğlu Abdullayev 1959-cu ildə Bakıda anadan olub. Azərbaycanın xalq yazıçısıdır. Əsasən siyasi detektiv janrında yazır. Əsərlərini rus və azərbaycan dillərində yazır . Bir çox beynəlxalq mükafatların laureatıdır. Dəfələrlə orden və medallarla təltif edilib.Çingiz Abdullayevin əsərləri dünyanın bir çox ölkələrində çap edilib və bir çox xarici dillərə tərcümə olunub. Çingiz müəllim ictimai xadim kimi də fəaliyyət göstərir. Düşünürəm ki, dünyaşöhrətli yazıçımızın xüsusi təqdimata ehtiyacı yoxdur. Çünki onu hamı tanıyır, hamı sevir və əsərlərini sevə- sevə oxuyur. Çingiz Abdullayev mütəmadi olaraq görüşlərdə olur, insanlarla ünsiyyətdən çəkinmir və hər bir görüş onu sevənlər üçün bir hadisəyə çevrilir. Vaxtının məhdudluğunu nəzərə alıb Çingiz müəllimə sadəcə bir neçə sual verdim və qısa, lakonik cavablar aldım. Qeyd edim ki, Çingiz müəllim çox pozitiv müsahibdir. Onunla ünsiyyətdən sonra insan bir çox problemini unudur . Buyurun, siz də söhbətimizin şahidi olun. Sual: Sizin yazıçı, ictimai xadim , dövlət qulluqçusu kimi xüsusi təqdimata ehtiyacınız yoxdur. Bəs bir insan kimi özünüzü necə xarakterizə edərdiniz? Cavab : Qoy başqaları mənə qiymət versin. Sual: Sosial şəbəkəyə münasibətiniz. Cavab: Bu gün sosial şəbəkələr insanlara çox lazımdır. Sual: Sizi sevənlərin sayı sevməyənlərdən daha çoxdur. Hər iki cəbhəyə nə deyərdiniz? Cavab : Sevənlərə çox sağ ol deyirəm, sevməyənlərə də təşəkkürümü bildirirəm. Onlar mənə yazıb yaratmağa mənəvi cəhətdən dəstək olurlar. Sual: Taleə, qismətə inanırsınız? İnsan öz taleini dəyişə bilərmi? Cavab : İnanıram ki, insandan çox şey asılıdır. Sual: Deyirsiniz ki, bəlkə yaxşı müstəntiq ola bilmədim deyə detektiv əsərlər müəllifi oldum. Bu zarafatdır yəqin ki. Cavab : Hər zarafatda bir az zarafat var. Sual: Axirət dünyasına inanmadığınızı bilirəm. Bu həyatda nələri etməlisiniz bundan sonra? Cavab : Nəvə toyu görməliyəm. Sual: Sizinçün insan amili maraqlıdır. Əsl insan necə olmalıdır? Cavab : İnsan müstəqil və azad olmalıdır. Sual: “Özümü heç kəsə sübut etməyə ehtiyacım yoxdur” dedikdə nəyi nəzərdə tutursunuz? Cavab : Yazıçının kitabları onun yerinə onu təmsil etməlidir. Sual: “Həyatında bir dəfə ürəkdən sevən insan daha məhəbbətsiz yaşaya bilməz” . Bu sizin sözlərinizdir. Bəs sevgisiz yaşayanlar varmı sizcə? Cavab : Təəssüflər olsun ki, 99% insan sevgisiz yaşayır . Sual: Siz dəfələrlə ən yüksək tribunalardan Azərbaycanın həqiqətlərini dünyaya çatdırmısınız. Rusiya telekanalındaki çıxışınız heç yadımdan çıxmır. Həqiqəti sübut etmək niyə bu qədər çətin olur hərdən? Cavab : Hər zaman, hər yerdə həqiqəti sübut etmək çox çətindir. Sual: Möhtəşəm qələbə günümüzün ildönümünə az qalıb. Bu bir il ərzində şəxsən sizin həyatınızda nə dəyişikliklər oldu? Cavab : Bu il üçüncü dəfə baba oldum. Sual: Qəhrəmanlarınızın hansı sizsiniz? Cavab : “ Dronqo”. Sual: Siz bir neçə dildə sərbəst danışırsınız. Ədəbi tərcümələr də edirsiz. Yazmaq asandır yoxsa tərcümə etmək? Cavab :Təbii ki, yazmaq. Sual: Kitablarınızı özünüz redaktə edirsiniz? Cavab : Əsərlərimi heç vaxt redaktə etmirəm. Ancaq kitablarımın tərcüməsində və redaktəsində hər zaman səhvlərlə qarşılaşıram. Sual: Bütün müharibələr sülhlə bitir. Sizcə Ermənistanla Azərbaycan arasında sülh mümkündür? Cavab : Bəli, belə də olmalıdır, inanıram. Sual: Dünya miqyaslı yazıçımızsınız. Sizin əsərlər dünyanın bir çox ölkələrində çap edilir. Amma siz ruhən azərbayçanlısınız. Əsərlərinizin hamısında bir çümləylə də olsa azərbayçanlılığınızı bildirirsiniz. Sizn üçün Azərbaycan nə deməkdir? Cavab : Azərbaycan mənim Vətənimdir, doğulduğum ölkədir, anamın, atamın, nənələrimin və babalarımın qəbri olan məskən, övladlarım və nəvələrimin Vətənidir. Sual: Olum və ölüm. Nədir bunlar? Cavab : Ölümün nə olduğunu indiyədək bilmirəm . Sual: Heç özünüz özünüzə sual vermisiniz? Nə sual verərdiniz özünüzə? Cavab : Mən həyatda hələ nəyi eləməmişəm? Çingiz müəllim, bilirəm ki, vaxtınız çox məhduddur . Buna baxmayaraq mənim dəvətimi qəbul edib suallarıma cavab verdiyiniz üçün sizə təşəkkür edirəm. Sizə yaradıcılıq uğurları və şəxsi həyatınızda müvəffəqiyyətlər arzu edirəm.
Bəşər tarixində bir çox kəskin dönüşlər olmuşdur. Lakin yaşadığımız müasir dövr bütün yönləri ilə digər etaplardan öz fərdi xüsusiyyəti ilə fərqlənir. Rəqəmsal həyat tərzinin üstünlük təşkil etdiyi bu günlərdə artıq baza bilikləri ilə dünyaya çıxa bilmərik. Həyatın bütün sahələrində işlər: maddi-texniki baza, banklar, təhsil sahəsi, tibbi qurumlar, iqtisadi münasibətlərdə yeni dünya düzəninə uyğun qurulmaq zorundadır. Bunun üçün əsas yük orta və ali məktəblərin üzərinə düşür. Çünki cəmiyyəti idarə edənlər və edəcək insan potensialı, mütəxəssis kadrları məhz təhsil sahəsinin nailiyyətləri kimi qiymətləndirilməlidir. Son illər yaşadığımız gözlənilməz hadisələr, fəlakətlər insan və cəmiyyət həyatında uzaqgörən dəyişikliklər edilməsini zərurətə çevirmişdir.
Yeni dövr artıq hazır bilikləri əzbərləməklə inkişafa nail olmağın qeyri-mümkünlüyünü göstərir. İndi cəmiyyət –
tarixin xronologiyasını əzbər bilən;
coğrafi xəritədə ölkələrin əhali sayını bilən, necə yerləşməsini göstərən;
bioloji bilikləri, canlıların anatomik-morfoloji quruluşunu sadəcə öyrənən;
ədəbiyyatdan yazıçı, şairlərin həyatını, əsərlərini oxuyan gəncliklə: şagird, tələbə, magistr, doktorantla yeni həyata ayaq uydura bilməyəcək.
XXI əsr yaradıcı-məntiqi düşünən, tənqidi təfəkkürü yüksək inkişaf etmiş, öyrəndiyi biliklər bazasından istifadə edərək yeni biliklərin kəşfinə yönəlmiş, analiz-sintez qabiliyyəti, fərqli fəaliyyət potensialına sahib olan, xəyal qurmağı bacaran və ona çatmağa çalışan mütəxəssislərlə ciddi rəqabətə davam gətirərək Ayda və Marsda yeni həyat qurmağı düşünürlər. Lakin bütün səviyyələrdə istənilən inkişafı təmin etmək üçün təkcə ən müasir, yeni texnologiyaların tətbiqi kifayət etmir. Təhsildə, cəmiyyətdə keyfiyyət dəyişikliyinə nail olmaq üçün İnsan amilini yüksək qiymətləndirmək, təhsil taksonomiyalarından düzgün istifadə etmək vacibdir. Təhsil işçilərinə, öyrədənlərə sərbəst fəaliyyət imkanları verilməsi də nəzərdən qaçırılmamamlıdır.
Əsas məsələlərdən biri bütün sahələrdən olan aparıcı mütəxəssislərin işini qiymətləndirmək, gənc nəsli daha yaradıcı olmağa istiqamətləndirmək, bunun üçün münbit şərait yaratmaq, öyrənənlərin öyrəndiklərinə tənqidi yanaşma bacarığı formalaşdırmaqdır. Bilik dediyimiz məfhum sorqulanarsa inkişaf edəcəkdir. Belə olmasaydı qədim dövrlərdən əsası qoyulan biologiya elmi günümüzdəki inkişafına çata bilməz, həmçinin tibb elmi özünün pik səviyyəsinə çatmaz, qədim, orta və intibah dövrlərində müxtəlib bioloq və həkimlərin əməyi boşa çıxardı. Təkcə insan orqanizminin anatomik-morfoloji quruluşunun öyrənilməsi, daxili orqanlarının həcmi və formasının öyrənilməsi üçün biologiya elmi ən çətin, qanlı, keşməkeşli yollardan keçmişdir. Vaxtilə bu sahəyə maraq göstərən o zamankı araşdırmaçılar həyatları bahasına biologiya elminə, tibb sahəsinə möhtəşəm töhfələr vermişlər. Qan köçürmənin tarixi isə özünəməxsus çətinliklərlə, etaplarla indiki 4 qan qrupunun kəşfinə qədər uzun yol keçmişdir. Ölməkdə olan insana quzu qanı köçürüb ölümdən xilas edən də, sonrakı cəhdlərin uğursuz alınmasına görə qanköçürməni qanunla qadağan edən də indi sahib olduğimuz Dünyanın o zamankı hər şeyə maraqlı, xəyalpərəst, tənqidi-yaradıcı düşünən İnsanları olmuşdur. Məlumdur ki, bütün elm sahələrində müxtəlif maraqlı faktlar vardır. Bu faktlar İnsan oğlunun bitib tükənməyən marağının qarşısında durula bilinməyəcəyini göstərir.
Dünyanın gedişatını dəyişdirən ən vacib texnoloji kəşflərdən bir neçəsi:
Bəzən inkişafın, bəzən isə qəribə təsadüflərin nəticəsində edilən texnoloji kəşflər həmin dövrdə yaşayan insanlarla yanaşı, əsrlər sonra bizim də həyatımızı dəyişdirməyə davam edir.
Kompüter elmlərinin yaranması
Əsası daha əvvəlki illərdə qoyulsa da, müasir dövrdə olan və elmi araşdırmalarla inkişaf etdirilən kompüter elmlərinin meydana çıxması ingilis alim Alan Turing’in fəaliyyəti nəticəsində mümkün olub. 1912-ci ildə Londonda dünyaya gələn, universiteti riyaziyyat və kriptologiya elmləri üzrə bitirən Turing İkinci Dünya Müharibəsi illərində Nasist ordusunun şifrələrini açaraq, müharibənin gedişatına da təsir etməyi bacarmışdı. Alan Turing Kriptologiya və riyaziyyatdan əlavə, süni intellekt sahəsində gördüyü işlərlə də müasir robotların təməlini atan alim hesab olunur. Steve Jobs və Steve Wozniak tərəfindən qurulan məşhur “Apple” şirkətinin loqosu və adı zəhərli alma yeyərək vəfat edən Alan Turing’in adıyla əlaqələndirilir.
İnternetin kəşfi
Bu gün həyatımızın və dünyadakı inkişafın əsas hissəsi olan internetin yaranması 1960-cı illərdən başlayır. İlk olaraq ABŞ ordusunun hərbi rabitə və kəşfiyyat şəbəkəsi olaraq qurulmuş və Advanced Research Projects Agency Network (ARPANET) olaraq adlandırılmışdı. Eyni illərdə eşitmə problemli həyat yoldaşının ətrafıyla daha rahat əlaqəsini yaratmaq üçün bir model düşünən gənc riyaziyyatçı Vinton Cerf kompüterlər arasında baş verəcək data transferini reallaşdırmaq istəyirdi. O, ABŞ ordusunun qapalı şəbəkəsini başlanğıc nöqtəsi olaraq götürür. 1973-78-ci illər arasında TCP/IP protokolunun inkişaf etdirilməsində də rolu olan Vinton Cerf sayəsində dünyanın hər yerindən internetə qoşulmaq mümkün oldu.
İlk iPhone
İndi bizə nə qədər inanılmaz gəlsə də, amma həyatımızın ayrılmaz parçasına çevrilmiş müasir “ağıllı telefonlar” əvvəllər həyatımızda yox idi. 9 yanvar, 2007-ci ildə Steve Jobs tərəfindən təqdim edilən iPhone yeni bir dövrün başlanğıcı olmuşdu. O günlərdə həm tənqid, həm də təriflərin hədəfi olan bu yeni telefonla ekranı, əlverişli istifadəsi və online mağazasıyla tamamilə yeni bir dövrün başlanğıcı idi.
Səmanın yeni gücü: Drone
Texnologiya ilə bağlı bir çox kəşf də hərbi sahədən qaynaqlanır. Əvvəlki illərdə “İnsansız hava vasitəsi” olaraq hərbi kəşfiyyat üçün istifadə olunan cihazlar inkişaf edərək, drone’ların yaranmasına səbəb oldu. Eyni zamanda həm internet yayan, həm də foto və video görüntləri çəkə bilən cihazlar texnologiyada yeni bir səhifənin açılması deməkdir.
Gələcəyin fabrikləri: 3D printer
Evdə oturub lazım olan əşyanı istehsal etmək və ya xarab olan əşyanı yenisiylə dəyişdirmək istəyirsiniz? 3D printer texnologiyası yaxın gələcəkdə bunları da mümkün edəcək. Artıq bu texnologiya sayəsində sümük, diş kimi insan bədən hissələrinin yenilərini düzəldə bilmək mümkündür.
Bu kimi misalları indi göstərmək çox asan və rahatdır. Bütün bunlar isə dünyaya, ətrafa, həyata maraqla baxan, hər kəsin görə bilmədiyini görən, olanların fərqli variantını yaratmağa çalışan insanların xidmətidir. Yaşadığımız keşməkeşli, narahat, həm yüksəlişli, həm fərqli yaşam tərzi diktə edən son iki il verilən həyatın insanlığa xidmətdə ikən daha şərəfli, verimli olduğunu göstərir. Baş verənlər göstərir ki, hansı cəmiyyətlərdə birlik, bərabərlik, səmimiyyət, qarşılıqlı hörmət və inam varsa həm inkişafı, həm də siyasəti düzgün istiqamətdədir. Əslində hər bir işdə xeyir güdülməməli, götürülən qazancın hakedilməsi əsas qayə olmalıdır. Müəllimlərin bu sahədə əsas işi yetişdirdiyi kadrların yeni dünya düzəninə, dünya standartları səviyyəsinə yüksəltməsidir. Onların, xüsusilə təbiət elmlərinə – fizika, kimya, biologiya, coğrafiya və s. yiyələnən gələcək kadrların vətənpərvər, insansevər, qayğıkeş olmaları, Dünyanı vahid evimiz kimi görmələrini təmin etmək təhsil sahəsinin əsas vəzifələrindən olmalıdır.
Universitetdə dərslərin yüksək səviyyədə qurulması, aparılmış yenidənqurma işlərinin nəticəsi kimi bu il – 2021-ci ildə yüksək reytinqli universitetlər içərisində Naxçıvan Dövlət Universitetinin adının da çəkilməsi hamımızı qürurlandırmışdır. Təbii ki, bunda Azərbaycan dövləti, Müxtar Respublika rəhbərliyinin birbaşa qayğısı və diqqəti ilə yaradılmış əlverişli imkanlardan istifadə edən professor-müəllim heyətinin də əməyi danılmazdır.
Ümid edirik ki, qarşıdan gələn yeni dərs ilində yeni enerji ilə dərslərin yüksək səviyyədə aparılmasına bütün kollektiv fəal iştirak edəcək, ümumiyyətlə cəmiyyət həyatını məşğul edən problemlərin həllində öz işini əsirgəməyəcək. Hamıya yeni uğurlar diləyir, Dünyada baş verən neqativ proseslərin, xəstəliklərin, soyqırımların, müharibələrin, təbii fəlakətlərin sonlanmasını arzulayıram.
Bu gün gözəl insan, əsl ziyalı, sevimli şair İldırım Əbəroğlunun(Füzuli) anadan olduğu gündür. Ad günündə şairi rəhmətlə anırıq. Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin.
Sənin gedişinlə öldü ümidlər, Ağacın qırılmış qolları kimi. Sənin baxışların azdırdı məni. Həyatın çıxılmaz yolları kimi. * * * Bir günün içində itirdim getdi, İllərdir ürəkdən sevdiyim kəsi. Bir zamanlar mənim baxdığım gözə, İndi saatlarla baxır özgəsi. * * * Nə üçün yaranıb, həsrətlə, hicran, Nə üçün qəlbimi oymağa gəlsin. Gedin o vəfasız yarıma deyin, Qəbrimə gülləri qoymağa gəlsin. * * * Gecələr həsrətə, dözdüm birtəhər, Dedim sevinərəm səhər olanda. Mən axı bilməzdim ümidlər ölür, Həyatı insana zəhər olanda.