Etiket arxivi: Elman Eldaroğlu

Elmir Vəlizadə- 60

Güclü olduğunu gözlərindən də oxumaq olur…

Elmir Vəlizadə- 60

Sovet dönəmində Azərbaycan Neft və Kimya İnstitutuna qəbul olmaq və oranı uğurla başa vurmaq digər ali təhsil ocaqlarından çox çətin idi. Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılan bu institutda tədris proqramı o qədər ağır idi ki, sonuncu kursadək hər tələbə tab gətirə bilmirdi. Dəqiq elmlərlə yanaşı, tələbələrdən layihə hazırlamaq, dəqiq hesablamalar aparmaq, tez-tez “çertyoj” çəkmək tələb olunurdu. Haqqında söhbət açmaq istədiyim Elmir Tofiq oğlu Vəlizadə də Azərbaycan Neft və Kimya İnstitunun məzunudur. Əslən şuşalı olsa da, 1964-cü ildə Mingəçevir şəhərində anadan olub. Təhsildə fərqləndiyinə görə, təyinatla institutun Hesablama Mərkəzində mühəndis vəzifəsinə təyin olunub. 1989–1991-ci illərdə orada çalışmaqla yanaşı, institutun Hesablama maşınları və proqramlaşdırma kafedrasında pedaqoji fəaliyyət də göstərib. Süni intellekt və ekspert sistemləri mövzusu üzrə elmi tədqiqatlarla məşğul olaraq, bir neçə elmi məqalələrin və metodiki vəsaitin müəllifidir…

Deyir ki:- “Bugünkü texnologiyalar, xüsusən də süni intellekt əsri jurnalistlərin işini daha da inkişaf etdirir. Süni intellekt vasitəsilə sosial media kampaniyaları yaradılır, əvvəlcədən müəyyən mövzular əsasında yayımlanan məlumatlar formalaşdırılır. Lakin texnologiyalar özü-özlüyündə yalnız vasitədir, jurnalistlərin peşəkar yanaşması və məsuliyyəti informasiya əsrində həqiqəti təbliğ etmək üçün həlledici rol oynayır.”

Etibarlı, güclü və hər cəhətdən ayaq üstə durmağı bacaran bir insandır. Daim hərəkətdədir və bir yerdə dayanmağı bilmir. Planlaşdırdığı uğura nail olmaq üçün sona qədər çalışır və heç vaxt təslim olmur. Kriativdir, həmişə yeni şeylər öyrənmək istəyir. Həm də çox emosional və mərhəmətlidir. Yanında bir dərdli görsə kövrəlməyə bilmir. Azadlığını çox sevir və heç kimin onun gördüyü işlərə qarışmasını xoşlamır…

“İkinci Qarabağ müharibəsi və lokal xarakterli antiterror tədbirləri zamanı texniki vasitələr sayəsində minimum itkilərlə çıxdıq. Texnoloji inkişafa nail olmaq üçün dövlət siyasəti yetərli deyil. Burada vacib məsələlərdən biri kadr hazırlığıdır. Kadr hazırlığı olmadan texnoloji inkişaf fayda verməyəcək. Bu istiqamətdə ölkəmizdə son bir neçə ildə böyük inkişaf mövcuddur. Son illərdə minlərlə Azərbaycan gənci təlimlərdən keçib. Dövlət və özəl sektor, cəmiyyət bu sürət və inkişafa hazır olmalıdır, əks halda geridə qalacağıq. Biz isə geridə qala bilmərik. Bütün qurumlar bunu vəzifə kimi bilməlidir. Dövlət qurumlarından xahişimiz və tələbimiz budur ki, bundan sonrakı fəaliyyətdə daha da səfərbər olsunlar.”

Gördüyü işi yarımçıq qoymağı sevmir. Güclü olduğunu gözlərindən də oxumaq olur. Yalançı, təkəbbürlü insanlara qarşı dözümsüzdür, onlara hədlərini bildirməkdən çəkinmir. Analitik düşüncə tərzi var, hər deyilənə asan inanmır, amma inandığı hər bir məsələni sona qədər inadla müdafiə edir. Sadə və təvazökardır. Özünü reklam, uğurlarını nümayiş etdirməkdən xoşu gəlmir. Qətiyyətli xarakteri bir çox sahədə asanlıqla uğur qazanmasına səbəb olur. Necə deyərlər, ayaq üstə möhkəm dayanmağı bacarır…

Deyir ki:- “Erməni və digər xarici qüvvələrin ölkəmizə qarşı yönəltdiyi məqsədli təxribatlar və dezinformasiyalar davam edir. Azərbaycanın milli maraqları üçün ideoloji təhlükəsizlik daim diqqət mərkəzində olmalıdır. Prezident İlham Əliyev ölkəmizin inkişafı üçün vəzifələri və strateji istiqamətləri Milli Məclisin iclaslarında dəfələrlə vurğulayıb. Dövlətimizin başçısı, həmçinin ideoloji təxribatların qarşısını almaq üçün jurnalistlərin mühüm rolunu qeyd edib. Bizə qarşı yönələn təxribatlar xalqımızın güclü iradəsi ilə qarşılanır və onların nəticəsi heç vaxt istənilən effekti vermir. Ancaq buna baxmayaraq, biz hər zaman bu təxribatlara hazır olmalıyıq.”

Maraq dairəsi çox genişdir və araşdırmaçı xasiyyətə malikdir. Sevdiklərinə çox bağlıdır və onlara həmişə sədaqət göstərir. Səyahət etməyi, sevdikləri ilə dinc vaxt keçirməyi xoşlayır…

Söhbətimin sonunda onu da qeyd edim ki, Elmir Vəlizadə 1991-ci ilin aprel ayından Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının EHM və çoxaltma texnikası sektorunda birinci dərəcəli mütəxəssis kimi işə başlayıb. 1992–1998-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Prezidentin İcra Aparatında müxtəlif vəzifələrində çalışıb. Sonra prezidentin müvafiq sərəncamları ilə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının İnformasiya resursları və texnologiyaları mərkəzinin rəhbəri, daha sonra Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri təyin edilib. 2007-ci ildə isə bu vəzifədən azad edilərək indiki Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifəsinə təyin olunub. 2021-ci ilin sentyabr ayından Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsində rəqəmsal media ilə iş sektorunun müdiri vəzifəsində çalışır…

Oktyabrın 25-i Elmir Vəlizadənin 60 yaşı tamam olur. Ona möhkəm can sağlığı, firəvan həyat, işlərində yeni-yeni uğurlar arzulayıram.

Çox yaşasın!

Hörmətlə: Elman Eldaroğlu

Elman Eldaroğlu təbrik edir

AYAZ ARABAÇININ YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ayaz Arabaçı- 57

Şairlər ordusunun cəsur əsgərlərindən biri…

Ayaz Arabaçı- 57

XX əsr Azərbaycan ədəbiyyatının nəhənglərindən biri də Hüseyn Cavid olub. Əzab dolu həyat yaşasa da yaradıcılığı ilə insnların ağlında, şüurunda, ürəyində yuva qura bilib. 1938-ci ildə həbs olunaraq “əks-inqilabi əlaqələr saxlamaq”, “bir sıra müsavatçılarla müsavatçı söhbətlər aparmaq”, “öz ətrafında millətçi düşüncələrlə köklənmiş cavan şairləri toplayıb müsavatçı ruhda təkmilləşdirmək” kimi ittihamlarla günahlandırılaraq, 9 iyun 1939-cu ildə 8 il islah əmək düşərgəsinə məhkum edilib. O, 1941-ci ildə 59 yaşında ikən İrkutsk vilayətinin Tayşet rayonununda dünyasını dəyişib. Ölümündən sonra 1956-cı il martın 6-da Azərbaycan SSR Ali Məhkəməsinin hökmü ilə bəraət alıb. Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Hüseyn Cavid Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib…

Hüseyn Cavid Naxçıvanda anadan olmuşdu. Ondan 85 il sonra eyni gündə, 1967-ci ilin oktyabrın 24-də Gədəbəy rayonunun Arabaçı kəndində bir oğlan uşağı dünyaya gəldi. Adını Ayaz qoydular. Ayaz Hüseyn Caviddən fərqli olaraq qorxu-hürküsüz həyat yaşadı. 1984-cü ildə Arabaçı kənd orta məktəbini bitirdi. Artıq bir neçə il idi ki, şeir yazırdı. Doğulduğu kəndin adını özünə təxəllüs götürdü. Orta məktəbdə oxuduğu illərdə şeirləri “Azərbaycan gəncləri” qəzetində, “Ulduz” jurnalında dərc olundu, radionun uşaq verilişlərində səsləndirildi. Arada hərbi xidmətə çağırıldı və hərbi xidmətdən qayıtdıqdan sonra ali təhsilinə yiyələndi. Mütəxəssis kimi Təhsil Nazirliyində fəaliyyətə başladı, bir müddət sonra ictimai-fəlsəfi qəzet olan “İdrak” qəzetində baş redaktor, “Diplomat” nəşriyatının direktoru, Ali Diplomatiya Kollecinin İcra Aparatının rəhbəri, “Xudafərin” jurnalının redaktoru işlədi. Şeirləri Türkiyənin bir sıra ədəbi dərgilərində çap olunub. Türkiyədə çap olunmuş Avrasiya Antologiyasında dərc edilmiş şeirləri xüsusi mükafata layiq görülüb. 10-a yaxın şeir kitabının müəllifidir. Xeyli sayda ədəbi-bədii, publisistik və tarixi kitabların redaktorudur…

Deyir ki:- “Bu yaşımda az-çox ovqatımı təzələyəcək bir şey varsa o da ədəbiyyatdır. Ədəbiyyat mühüm prinsiplərimi həyata keçirə biləcəyim yeganə vasitədir. Bu həm də yazı -pozu adamının duruluğunu, saflığını saxlayan, büdrəmələrdən qoruyan bir məharət mənbəyidir. Ədəbiyyatdakı ovqatım demək olar ki, yaxşıdır. Estetik konsepsiyaları əsas tutsam belə bu sahədə çox az xəyal qırıqlığı yaşayıram. Yeri gəldikcə mütaliyə edirəm və mütaliəyə daha çox vaxt ayırmağa çalışıram. Ədəbiyyata kimin necə və hansı niyyətlə soxulmasından asılı olmayaraq, o təravət və gözəlliyini saxlamaqdadır. Bizdə zamanın hüdudlarını aşıb keçə biləcək kifayət qədər imzalar və əsərlər mövcuddur. Hətta böyük inqilabi ideyaları gerçəkləşdirə biləcək əsərlər belə var. Gözəlliyə, incəliyə və dərinliyə baş vuran gənc nəslin uğurlu eksperimentləri də göz qabağındadır. Əsas silah kimi pulu yox, sözü seçə bilsək nailiyyət özü gələcək.”

Çox qətiyyətli və əzmkar insandır. Məqsədinə çatmaq üçün hər cür çətinliyi aşmağa hazırdır və bu yolda heç nədən çəkinmir. Güclü iradəsi onu həyatdakı maneələri dəf etməyə ruhlandırır. Eyni zamanda, o çox sadiqdir. Sevdiklərinə və yaxınlarına dərindən bağlıdır və bu bağlılıq onun üçün çox əhəmiyyətlidir…

“Əslində biz Allahı demək olar ki, tamam unutmuşuq. Allaha olan sevgi ya cahilcəsinədi, ya da ki, qorxudandı. Hara baxsan, Allahsızlıq açıq-aşkar görünür. İndi biz daha çox haram pulların at oynatdığı bir səltənətin məzlum və fəqir adamlarıyıq. Ona görə də ədəbiyyatda Allaha şikayət məzmununda şeirlər, hekayələr çoxalır. Müqəddəs kitablardan ancaq təsəlli tapır, ümidimizi o bir dünyaya bağlayırıq. Nə qədər çaba göstərib, zehni qüdrətimizi işə salsaq belə Allahı dini kitablardan real dünyaya çıxarda bilmirik.”- söyləyir…

Güclü hissiyatı var, çox ehtiraslı insandır. Hər şeyi ürəkdən yaşayadığından, bu xüsusiyyəti onu hədsiz enerjili və hərəkətli edir. O, öz ideyalarını həyata keçirmək üçün bütün gücünü sərf etməyə hazırdır. Bəlkə də həyatdakı uğurlarının əsas səbəblərindən biri də budur…

Deyir ki:- “ Bu gün ədəbiyyatımızın kifayət qədər problemləri var. Çünki ədəbiyyatı əsl fədailər yaratmalıdır. Çünki ağır güzəranın altında inləyərək, evsiz-eşiksiz, xirtdəyədək məişət ağrılarıyla dolu bir zamanda ədəbiyyata könül verib vəfa göstərmək asan iş deyil. Bu cür adamlar böyük hünər sahibi olmalı. Xüsusən nırxı pozulmuş bazarda yaralı qəlbinin brilyant göz yaşlarını layiqli qiymətə satmaq, özünü təsdiq etmək çətindir. Çözüm bu ki, maddi rifah yüksəlməlidir. Bir ucaboylu, qədd-qamətli maaş hər şeyi həll edə bilər.”

Ən böyük mənfi cəhətlərindən biri gizlilikdir. O, çox vaxt özünü başqalarından gizləyir və hisslərini paylaşmaqdan çəkinir. Bu xüsusiyyət, onun daxili dünyasının dərinliyini başqalarına açmağı çətinləşdirir və bəzən yanlış anlaşılmalara səbəb ola bilir. Onun sirli təbiəti həyatın daha dərin və mənalı tərəflərinə olan marağını artırır. O, həyatda daha çox araşdırmağı və hər şeyin arxasındakı həqiqətləri öyrənməyi sevir. Onun üçün həyatın gizli tərəflərini kəşf etmək böyük bir ehtirasdır. O, mistik və ya metafizik mövzulara xüsusi maraq göstərir və bəzən ölümdən sonrakı həyat və kainatın mənası kimi böyük suallarla məşğul olur…

“Mən sonluq deyə bir şey düşünmürəm heç vaxt, bu ifadəni də qəbul etmirəm. Ən azı özümçün. Mənə qalsa ölüm ruhumuzun qaranlıqlardan sıyrılıb çıxmasının xilas yoludur. Sözsüz ki, hansısa kövrək məqamda kimlərisə – yaxınları, dostları ağlada biləcək zərif, dəbdəbəli, ağrılı nəsə yazmaq keçib könlümdən. Bilmirəm, bəlkə də səmimi ola bilmədim. Amma bir vaxt belə misralar yazmışam:
Baharda bənövşələr xəzanı heç düşünmür,
Ömrün qısa olmağı gəlmir ağıllarına.”

Bəli, Ayaz Arabaçı komandanı Nizami Gəncəvi olan Azərbaycanın şairlər ordusunun cəsur əsgərlərindən biridir. Ən böyük mükafatını zaman verəcək. Oktyabrın 24-də 57 yaşı tamam olur. Hələ ki, iki il Hüseyn Caviddən cavandır…

Onu təbrik edir, uzun və firavan ömür arzulayıram.

Hörmətlə: Elman Eldaroğlu

Elman Eldaroğlu təbrik edir

AYAZ ARABAÇININ YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mahir Rüstəmov – Təbrik

Təbrik edirəm!

Deyir ki: “Atamı itirəndə cəmi 6 yaşım var idi. Tərbiyə olunmağımda, formalaşmağımda əsas yük özümdən böyük bacı-qardaşlarımın üzərinə düşüb. İstər məktəbdə oxuyarkən, istərsə də indi – həmişə intizama və dəqiqliyə xüsusi fikir vermişəm. İntizamsız, qeyri-dəqiq adamın həyatda hansısa uğur qazana biləcəyinə inanmıram. İndi orta məktəbdə oxuyarkən yazdığım gündəliklərə baxıram: orda günün hansı hissəsində futbol oynayacağım, nə vaxt qəzet-kitab oxuyacağım, nə vaxt televizora baxacağım, nə vaxt meşəyə ¬- odun-ocaq dalınca gedəcəyim dəqiqəsinəcən yazılıb.
Orta məktəb yoldaşlarım arasında da savadlı oğlanlar və qızlar var idi. Təəssüf ki, cənub zonası üçün xarakterik olan qızların erkən ailə qurması gerçəkliyi və 1993-cü ilin təbəddülatları bir çoxunun potensialının açılmasına imkan vermədi. Əvəzində BDU-nun “jurfak”ında çox güclü, bu gün də yaşlı müəllimlərin hörmətlə xatırladığı 1034-cü qrupa düşdüm. Gizlətmirəm, kənddən Bakıya inamlı və iddialı gəlmişdim, az-çox nələrisə bildiyimi anlayırdım, amma həm də çox güclü qrup yoldaşlarımın əhatəsinə düşəndə daha çox oxumalı, inkişaf etməli olduğumu dərk etdim. Əslində həmin dövrün “Jurfak” mühitində inkişaf etməmək də mümkün deyildi. Müəllimlərin adlarına baxın, özünüz qiymət verin: mərhum Famil Mehdi, Şirməmməd Hüseynov, Tofiq və Akif Rüstəmovlar, Cahangir və Zeynal Məmmədlilər, Əliş Nəbili, Nüşabə Sadıqova, Sabir Xəlilov, Kərim Şükürov, Mahir İsrafilov, Əli Hacıyev , Nəsir Əhmədli və başqaları…”

Haqqında söhbət açdığım Mahir Əmirzadə oğlu Rüstəmov – 1976-cı ildə Yardımlı rayonunun Gölyeri kəndində anadan olub. 1993-cü ildə Şıxlar kənd orta məktəbini bitirib. Elə həmin il Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub, 1997-ci ildə bakalavr, 1999-cu ildə isə magistr dərəcəsini bitirib. Müxtəlif mətbu orqanlarında çalışıb. Hazırda Yootube platformasında veriliş aparır…

Oktyabrın 22-si Mahir Rüstəmovun növbəti ad günüdür. Ona möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram.
Çox yaşasın!

Hörmətlə, Elman Eldaroğlu

FAZİL MUSTAFANIN YAZILARI

ELMAN ELDAROĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Fazil Mustafa – 59

YOLU AÇIQ OLSUN!

Fazil Mustafa – 59

Onun haqqında fikir yürüdənlər heç də birmənalı danışmırlar. Necə deyərlər, topa tutanlar da var, tərifləyənlər də. Təbii haldır, belə aydınlar zəmanəsində birmənalı qarşılanmasalar da, tarix onları gələcək nəsillərə örnək kimi ötürə bilir. Bəzən mənə elə gəlir ki, Fazil Mustafa ötən əsrin əvvəlində yaşamış Mirzə Cəlilin müasir taleyini yaşayır…

Doğrudur, rəsmiyyətdə müxalifəti təmsil etsə də, müxalifətdə iqtidarı təmsil edir. O, xalqın arasında hakimiyyətin yox, hakimiyyətin içində xalq adamlarından biridir…

Təsadüfən “Anews Tv” yutub kanalına verdiyi müsahibəyə rast gəldim. O qədər gözəl fikirlər söylədi ki, illərlə ifadə etməyə səy göstərdiyim, çalışıb sözə çevirmək istədiyim fikirləri dilə gətirdi. Səmimiyyətimə inanın, bu gün o, hansı siyasi platformada təmsil olunduğundan, kimi dəstəklədiyindən asılı olmayaraq, zəmanəmizin Mirzə Cəlilidir…

Gözümü açandan bu cəmiyyət “ZİYALI” anlayışını hələ də müzakirə edir. Nəhayət ki, ZİYALI kimdir sualına ən dolğun cavabı Fazil bəydən eşitdim.

Deyir ki:- “Tarixlə yaşayan xalqlar faciəvi xalqlardır. Onları tarixdən ayırıb müasir dövrə gətirməyi bacarmaq lazımdır. Xalqını özünə güvənən, öz qəhrəmanını yeni dövrün insanları arasından seçə bilən bir xalqa çevirə bilməlisən. Təəssüf ki, bu baş verməyəndə Dədə Qorqud eposunda deyildiyi kimi, insan- baş kəsib, qan töküb ad qazanmağa üstünlük verir və zəkayla ad qazanmaqdan vaz keçir.”
Bəli, əsl ZİYALI xalqını özünə güvənən, öz qəhrəmanını yeni dövrün insanları arasından seçə bilən bir xalqa çevirə biləndir…

Çox yox, hər dəfə Azərbaycan parlamentində təmsil olunan 125 deputatın 110-u Fazil Mustafa təfəkkürlü, Fazil Mustafa düşüncəli və nəhayət Fazil Mustafa məzmunlu insan olsaydı, xalq öz millət vəkilləri ilə fəxr edərdi…

Fazil Mustafa mövcud sistemin yaratdığı bəsit şərait daxilində xalqın problemlərinin həllinə yarımağa can atan tək-tək vicdanlı ziyalılardandır. O, deputatlığın imkan və imtiyazlarını özünə həsr edən adamlardan yox, xalq üçün xərcləməyi bacaran insanlardandır…

Bu günlərdə onun 59 yaşı tamam olur. Müxalifətin iqtidar yönlü, hakimiyyətin müxalif yönlü deputat kimi tanıdığı Fazil bəyi yeni yaşı münasibətilə təbrik edirəm.
Kim necə tanıyır tanısın, mən onu xalqımın qənimət övladlarından biri hesab edirəm.
Yolu açıq olsun!
Ad günü mübarək!

Hörmətlə, Elman Eldaroğlu

FAZİL MUSTAFANIN YAZILARI

ELMAN ELDAROĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Murad Köhnəqala – 65

Tovuzun Köhnəqala kəndinin Murad adlı balası

Murad Köhnəqala – 65

Deyir ki:- “Mən həyatı kifayyət qədər rəngarəng yaşamış adamam. Yazmaq istədiklərim çoxdu. Bir dəfə feysbukda yazmışdım ki, şeir ədəbiyyatın uşaqlıq dövrüdü. Mən o dövrü çoxdan keçmişəm. Ancaq adam var ki, ömrünün axırına qədər uşaq qalır, yəni şeir yazır. Amma dediyimiz maddi problemlər həll olunsaydı geniş nəsr əsərləri yazardım. Təbii ki, roman yazmaq üçün insanda zaman arxayınçılığı olmalıdı. Ümumiyyətlə, mürəkkəbliyinə görə, roman janrına bir dövlət kimi baxıram. Roman yazan yazıçıda axrayınçılıqla bərabər mütəfəkkir hökmdar beyni olmalıdı. Əsər müəllif tərəfindən dövlət kimi idarə edilməlidi.”

Deyilənlərə görə, qədim Sparta(Lakemedon) dövlətində döyüşçülərə savaşdan əvvəl ucuz başa gələn və zəngin kalorili xaş yeizdirirdilər. Xaş onlarda döyüş ruhu, tükənməz enerji, çeviklik yaradırdı. Verdiyi müsahibələrə göz gəzdirdim. Adamı məst edən gözəl, tanış bir qoxunu duydum…

“Mən ultra yeniliyə meyilli adamam. Ona görə ən müasir dünya yazarlarını oxuyuram. Daha doğrusu, audio-kitablara qulaq asıram. Müasir dünya yazarlarının əsərləri rusca səsləndirilir, qulaqcığı taxıb dinləyirəm. Mütaliə üçün çox gözəl metoddu. Nolaydı, həmin kitablar öz dilimizə də tərcümə ediləydi. Bir də daimi olaraq “Çto? Qde? Koqda?” intellektual kazino verilişlərini izləyirəm. İnternetdə axtarıb bütün proqramlarına baxıram. Həmin proqramın Rusiya, Azərbaycan, Ukrayna və Belarus verilişlərini qaçırmıram. Ümumiyyətlə, texnoloji sahədə süni intellekt inkişaf etdikcə, ədəbiyyatda da insani mövzular tükənməyə doğru gedir. Bu, qlobal prosesdi, bəlkə də bizdə bunu o qədər hiss etmirlər. Gələcək ağıllı maşınlarındı. Oxuduğum kitablar və baxdığım filmlərdən bu qənaətə gəlmişəm ki, tezliklə robotlar insanları sıxışdırıb, Yer kürəsində şahlıq edəcəklər. Bax belə bir kədərli sonluq!”- söyləyir.

Qərar verəndə bir az ləngiyir. Amma məntiqli qərar verməyi və düşdüyü mühitdə hörmət qazanmağı bacarır. Bununla yanaşı o, çox sosial insandır və əylənməyi sevir. Sevməyi və sevilməyi xoşlayır. Qayğıkeş birisidir, son tikəsini bölüşməyə hazırdır. Emosional olsa da, fəqət yaxşı həmsöhbətdir. Ədalətsizliyin düşmənidir, haqsızlığa göz yuma bilmir. Yumoru əla başa düşür. Nəzakətli və diplomatikdir…

Bəli, söhbət şair, publisist Murad Köhnəqaladan gedir. O, 1959-cu il oktyabrın 15-də Tovuz rayonunun Köhnəqala kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Tovuz rayonu 1 saylı toxumçuluq sovxozunda fəhlə işləyib. Bir il sonra isə sovet ordusunda əsgəri xidmətə çağrılıb. Ordudan tərxis olunduqdan sonra Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində zərgər Sərdar Sultanovun şagirdi olub. İki il Tovuz şəhər təmir-tikinti sahəsində, beş il də Bakı şəhər metro tikintisində fəhlə işləyib. 1980-ci illərdən şerləri ilə mətbuatda çıxış etməyə başlayıb. 1985-1990-cı illərdə isə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsilə yiyələnib. 1991-1992-ci illərdə Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində elmi redaktor işləyib. Avrasiya Mətbuat fondunda əlaqəçi jurnalist olub. Sonra üç il Sibirdə, Uzaq Şərqdə yaşayıb. Vətənə dönəndən sonra isə Bakı İncəsənət mərkəzinin şeir şöbəsində çalışıb. Azad Yazarlar Ocağı adlı ədəbi təşkilatın yaradıcısıdır. Müstəqil media orqanlarında bədii və publisistik yazıları ilə çıxış edir. Ona yaxın kitabın müəllifidir…

Deyir ki:- “Ədəbiyyat, yazıçılıq, şairlik o yana dursun, mən müstəqillik dövrü Azərbaycan publisistikasının yaradıcılarındanam. Otuz ildən artıqdır, işləmədiyim qəzet, jurnal, sayt qalmayıb. Ömrüm boyu da heç bir partiyanın üzvü olmamışam, heç kəsin də qarşısında öhdəlik götürməmişəm. Həmişə bir ziyalı, bir vətəndaş mövqeyində olmuşam və hər zaman da olacağam. Mən azad düşüncəli adamam. Nə hakimiyyətin, nə də müxalifətin tapşırığı ilə oturub-dururam. Müxalifət qəzetlərində yazdığım vaxtlarda belə müxalifət rəhbərlərinin sözü ilə bir cümlə də yazmamışam.”

Dəyişkən əhval-ruhiyyəyə malikdir. Necə deyərlər, kimlərlə olmasından asılı olmayaraq hər an kefi dəyişə bilər. Bəzən münasibətlərində problemlər yaranır. Narahat və stresli mühitlərdə işləməyi sevmir. Qəribə mülahizə qabiliyyəti var. Hadisələrə özünəməxsus yanaşmağı bacarır. Qadınları müdafiə etməkdən çəkinmir.

“Adətən, cəmiyyətimizdə məişət işləri qadın və kişi arasında bölünür. Şəxsən mən, ev işlərinin cinslərə ayrılmasının əleyhinəyəm. Fikrimcə, işin növündən asılı olmayaraq, fiziki gücünə görə ağır işi kişi, yüngül işləri isə qadın görməlidi. Məsələn, paltaryuyan maşını olmayan ailələrdə bir qayda olaraq, paltarı qadın yuyur. Bunun tam əleyhinəyəm. Paltar yumaq, sıxmaq ağır işdi. Paltarı kişinin yuması daha ədalətlidi. Yaxud yemək bişirmək. Bu fikirdəyəm ki, hər bir kişi istənilən yeməyi hazırlamağı bacarmalıdı. Əslində, yemək bişirmək elə kişi işidi. Qadını ağır işlə yüklədikdən sonra ondan zəriflik ummaq artıq əbləhlikdi.”

Yox, yox! Birdən elə bilərsiniz ki, yaşının bu vaxtında AQP-yə üzv olub, əsla yox. Onun Arvaddan Qorxanlar Partiyasından(A.Q.P.) xəbəri yoxdur…

Nə isə, oktyabrın 15-i Murad Köhnəqalanın 65 yaşı tamam olur. Qoy qələmə aldığım bu yazı, onun yubileyinə yazılacaq yazılar sırasında birinci olsun!
Çox yaşasın!

Ən xoş arzularla: Elman ELDAROĞLU

ELMAN ELDAROĞLUNUN YAZILARI

MURAD KÖHNƏQALANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Elman Eldaroğlu – AYB-dəki kürdəmirli balası…

AYB-dəki kürdəmirli balası…

Fərid Hüseyn- 35

Öz aramızdır, bizim Səlim Babullaoğlu az aşın duzu deyilmiş, əsl insan sərrafıymış. Harada bir zəkalı, zirək adam varsa, məlum olur ki, onun dostudur. Onlardan biri də Fərid Hüseyndir. Zarafat deyil, Fərid 2021-ci ildə Serbiya Respublikasının Semska Mitrovika- İmperatorluq şəhərinin fəxri vətəndaşı seçilib və adı Çaçak şəhərinin Mırçayevçi qəsəbəsindəki şairlər məhəlləsinin girişində yerləşən bulağın yanındakı daş lövhəyə vurulub. Elə həmin ildə də AYB-nin katibliyinin və Üzvlüyə Qəbul Komissiyasının, həmçinin, “Ədəbiyyat qəzeti”nin redaksiya heyətinin üzvüdür. Şeirləri Türkiyə, qazax, özbək, qırğız türkcəsinə və ingilis, rus, belarus, ukrayna, serb, gürcü, rumun dillərinə tərcümə edilərək dünyanın müxtəlif ölkələrinin mətbuat orqanlarında çap olunub. Məşhur filmdə deyildiyi kimi; “Sən bundakı fərasətə bax, gedib gör haralara çıxıb.” Əlbəttə ki, bu bir bahar zrafatıdır. Fərid Hüseyn sözün əsl mənasında parlaq istedadlı, itizəkalı gəncdir. Bu gün məhz, elə ondan söhbət açmağa səy göstərəcəm…

Fərid Hüseyn 10 oktyabr 1989-cu ildə Kürdəmir şəhərində dünyaya gəlib. 2006-cı ildə M.Ə. Rəsulzadə adına Kürdəmir rayon 2 saylı tam orta məktəbdə təhsil alıb. 2006-cı ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsinin “Nəşriyyat işi və redaktəetmə” ixtisasına, 2008-ci ildə isə Bakı Slavyan Universitetinin iki illik “Yaradıcılıq” fakültəsinin “Poeziya” bölümünə daxil olub. Hər iki universiteti 2010-cu ildə bitirib. Sonra ADMİU-nun “Kultralogiya” fakültəsinin “Mədəniyyətşünaslıq” ixtisası üzrə magistr təhsili alıb…

Şeir yazmağa orta məktəbdə oxuyanda start verib. On-on iki şeir yazandan sonra həvəsdən düşüb və şairlik fəaliyyətini dayandırıb. Bir də universitetə qəbul olunandan bir qədər sonra, özündə daxili ehtiyac duyaraq, yenidən şeir yazmağa başlayıb. Əvvəl elə bilib ki, hisləri, duyğuları özünəməxsusdur, ancaq oxşar şeirlər ortaya çıxanda anlayıb ki, bu yamsılamaya oxşayır. Sonra ədəbi mühitlə tanış olmağa başlayıb. Görüb ki, ədəbi mühitə qoşulmağın da, öz mənfi tərəfləri var. Burada meyar başqalarının zövqü olur…

Deyir ki,- “İndiki ağlımla düşünürəm ki, şair üçün meyar daha çox onun öz zövqü olmalıdır. O da ancaq şair öz səsini tanıyandan sonra başlayır. Şair kimi öz səsini tanıyanda artıq təsirlə yazmırsan, heç kimi yamsılamırsan. Yamsılayan şairlər qədimlərdə də olub, indi də var. Nizami Gəncəvi yazırdı ki, yamsılamaqla şair olunsaydı, onda meymun hamıdan böyük şair idi. Çünki meymunun hərəkətlərinin 90 faizi təqliddir.”

2010-cu ildə Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olub. AYB və Mədəniyyət Nazirliyinin nəzdində faəliyyət göstərən “Gənc ədiblər məktəbi”ni bitirib. Hazırda N. Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantıdır və “Azərbaycan ədiblərinin ev muzeylərindəki şəxsi fondların tədqiqi və nəşri prinsipləri” mövzusunda elmi iş üzərində çalışır. Serbiya Yazıçılar Birliyinin üzvüdür. 2019-cu ildə AYB-nin Gənclər Şurasının sədri seçilib. İki dəfə- 2010 və 2021-ci illərdə Prezident təqaüdünə layiq görülüb. On beşə yaxın kitabın müəllifidir…

Şeirlərində mövzu rəngarəngliyi var. Mütaliəni xoşlayır, adətən şeir oxumaqdan zövq alır. Yazılarının böyük əksəriyyəti də poeziya haqqındadır…

“Qəribədir, bizim ədəbiyyatda bir sıra şairlər ayrılıq haqqında şeiri 40 yaşında da, 50 yaşında da, 20 yaşında da eyni cür ifadə edir. Demək, o sevgiyə münasibətini mərhələ-mərhələ ötürür, içində dövr dəyişimi yaşamır. Son kitabımda – “Bir də heç vaxt”da minimalist şeir nümunələri, haykular, “Şəhərlər və şeirlər” bölməsi, dini-fəlsəfi şeirlər, sevgi şeirləri var. Artıq bir mövzunu yazıb qapadıram, mümkün qədər təkrar mövzularda yazmamağa üstünlük verirəm. Məni indi iki mövzuda şeirlər düşündürür. Biri açarlardır. Bəli. Açarların həyatımızda özünə xas fəlsəfəsi var. Biz nə qədər kirayə evlər, iş yeri dəyişirik. Həyat hər dəfə hansısa qapını üzümüzə bağlayır, hansınısa açır. Bunun fəlsəfəsini, insan taleyindəki rolunu açarların timsalında poeziyada canlandırmaq istəyirəm.”- söyləyir.

Fərid Hüseyn “Eşq” kitab seriyasını da təsis edib. Onun rəhbərlik etdiyi kitab seriyasından Məmməd Orucun “Oyun havası”, Eldar Baxışın “Sərçə balası”, İsi Məlikzadənin “Qırmızı yağış”, Asif Atanın “İnam və şübhə”, Serkanın “İtkin gül”, Tuğrul Tanyolun “Sən əlimdən tutanda”, Adnan Özerin “Kasıbın eşq nəğməsi”, Gjeke Marinajın “Sevginin 24 saat”, Koman Şovanın “Sevginin izi ilə” əsərləri işıq üzü görüb…

Necə deyərlər, gəncliyinin pik nöqtəsinə gəlib çatıb. Gələn ildən ona gənc yox, “cavan oğlan” da demək olar. Şuşaya- M.P.Vaqiflə bağlı tədbirə gedəndə AYB-nin katibi Səlim Babullaoğlu onu təqdim edib haqqında xeyli danışdı. Doğrusunu deyim ki, ilk baxışda gənclik məğrurluğu ilə seçilən, cəldliyi ilə fərqlənən bu insanın haqqında elə o vaxtdan maraqlanmağa başladım. Yazılarını, bir neçə şeirini oxudum. Bu şeirlərdə lirika zəif olsa da, amma fəlsəfi baxımdan göəl poeziya nümunələridir. “Baqi bədəl” şeirində yazır;

Açarlar verir hesabat
kilidləri kiridikcə.
Şam boynudur miskin həyat
qalınlaşır əridikcə.

Qaliblərsə sıralanıb
bir ağ yaylığın fonunda.
Təcrübələr xırdalanır
sınıq ayna şablonunda.

Quş sükutu dimdikləyir
yorğun heykəl kölgəsində.
Hamı bir dəfə səsləyir,
Azan isə sonsuz dəfə.

Onun publisistika dilinə isə söz ola bilməz. Özünəməxsus üslubu var. Təhliletmə qabiliyyəti, hadisələri düzgün dəyərləndirmə bacarığı, “obyektə” yanaşma tərzi fərqlidir. Elə poeziyaya da fərqli yanaşır. Ənənəvi şeirdən, necə deyərlər, yan qaçmağa üstünlük verir…

Deyir ki,- “Adətən şairlər yaradıcılığında ədəbi normaları qorumağa çalışırlar. Hansı şair ki, o normaları pozur, yaxşı şeirlər yaza bilir. Peterburqda Anna Axmatovanın ev muzeyində olanda bələdçi bir qadın maraqlı bir hadisə haqqında məlumat verdi. Deməli, Rusiyanın baş senzorlarından biri, Ştuçka ləqəbli erməni varmış. Senzura vaxtı Axmatovanın kitabının çapına icazə verməyib. Bir dəfə Axmatova ilə yolda qarşılaşır. Deyir, sizi təbrik edirəm, şeirlərinizi oxudum, çox xoşuma gəldi. Axmatova sevinir ki, şeirlər bəyənilibsə kitabı çap olunacaq. Senzor isə deyir: “Sizin şeirləriniz çox gözəldir, amma kitabınız çap olunmayacaq”. Şeirlərin bəyənilməsi o dövr üçün əslində, sən deyən də xoşagələn məsələ deyilmiş. Bertolt Brextin “Kitablar yandırılır” adlı şeiri var. Hitlerə müraciətlə yazılıb. Məzmunu belədir: bir şair yandırılacaq kitabların siyahısını görür və qəzəblənir ki, niyə mənim kitabım yoxdur o siyahıda, axı mən də həqiqətləri demişəm. Səlahiyyətli adamlara məktub yazıb xahiş edir ki, kitablarımı yandırın. Senzuranın mövcud olduğu ölkələrdə belə faciələr yaşanıb. Sovet dövründə şairlər istər-istəməz senzura ilə hesablaşırdılar. Növbəti bir problem isə bu günün özündə də var- şair gündəmə uyğun populyar şeiri ilə şöhrət qazanır və həmin mövzuların içində itib-batır, bədbəxt olur. Sənə deyəndə ki, bu mövzuda yazdıqların yaxşıdır, sən artıq köklənirsən başqalarının zövqünə. Başqasının zövqü də onun düşüncəsini qəbul etməkdir. Ancaq sənin həyatın, yaşantıların birə-bir başqalarının düşüncəsidirmi? Əsla. Belə olanda sən başqasının düşüncəsini ifadə etməyə başlayırsan və nəhayət öz ürəyinin səsini qapı dalından eşdirsən.”

Bəli, Səlim Babullaoğlunun mənimlə tanış etdiyi, bu gənc şairin yaradıcılığa fərqli yanaşması təbiidir. Çünki bu qədər şairin arasında seçilmək üçün, poeziyaya yeni nəfəs gətirməyi yalnız gənclər bacara bilər…

Oktyabrın 9-da Fəridin 35 yaşı tamam olur. Yəqin ki, dostlarının da deməyə, yazmağa sözləri olacaq. Qoy bu balaca yazı məndən ona yubiley hədiyyəsi olsun!..

 ELMAN ELDAROĞLU

ELMAN ELDAROĞLUNUN YAZILARI

YNAİBƏ YUSİFİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Elman Eldaroğlu – Oktyabrın 8-i onun günüdür…

Oktyabrın 8-i onun günüdür…

Bu gün sizə Teymurdan söhbət açmaq istəyirəm. Əmir Teymurdan yox ha, Azərbaycan vokal sənətinin ustadı Teymur Əmrahdan…

Mülayim, qayğıkeş, necə deyərlər, ipə-sapa yatan adamdır. Ömrü boyu heç kimlə mübahisə etməyib.
İnsanlarla ünsiyyətdə məmnunluq və mədəni münasibətlər əsasında davranır. Hər adamda nəysə bir müsbət cəhət görə bilir. İştirakçısı olduğu rəngarəng situasiyaların öhdəsindən çox asanlıqla gəlir. Hər kəsi olduğu kimi qəbul etməyi bacarır. İntellektual və ruhi-mənəvi enerjiyə malikdir. Səliqə-səhmanı xoşlayır. Hətta vasvasılıq səviyyəsində təmizkarlığa diqqətlidir, natəmizlikdən diksinir. Evinə kimsə gedərsə gördüklərindən yaxşı mənada, dəhşətə gələr…

Teymur Əmrah 1971-ci ildə Gəncə şəhərində dünyaya gəlib. İncəsənət gimnaziyasının vokal sinfi üzrə Sergey Zarembovun sinfini bitirib. İlk müəllimləri Gəncə şəhər Uşaq yaradıcılıq evində görkəmli musiqişünas Oqtay Nağıyev, Ağdam rayonu Uşaq yaradıcılıq evinin məşhur “Qarabağ bülbülləri” ansamblının rəhbəri Murad Rzayev, Gəncə şəhər 6 nömrəli klubun direktoru Kifayət Qafarova olub. 1990-cı ildə Bakı Musiqi Akademiyasının Vokal sinfinə daxil olub. Burada görkəmli Opera müğənnisi Firudin Mehdiyevdən, Aktyor sənətindən görkəmli Teatr və Kino aktrisası Şəfiqə Məmmədovadan dərs alıb. 1994-cü ildə indiki Heydər Əliyev adına Sarayda ilk dəfə solo konsert keçirib. 2005-ci ildə “Azəristar” layihəsinin vokal müəllimi kimi fəaliyyət göstərib. 1990-cı ildən Azərbaycan Dövlət Teatrlarında yaradıcılıq, yubiley və anım gecələrinin təşkilatçısı kimi fəaliyyət göstərir. Bunlardan Şövkət Ələkbərova, Oqtay Ağayev, Məlik Dadaşov, Ələddin Abbasov, Firudin Mehdiyev, Natavan Şeyxova, Vaqif Şərifov, Məmmədəli Balayev və başqalarına həsr olunan tədbirləri sadalamaq olar.
Müxtəlif illərdə Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində mahnı janrından dərs deyib. 20 il Azərbaycan Dövlət Mahnı Teatrında solist kimi fəaliyyət göstərib. 2012-ci ildə Azərbaycan estrada sənətinin inkişafında xidmətlərinə görə dövlət başçısının sərəncamı ilə əməkdar artist fəxri adına layiq görülüb…

İfa etdiyi əsərləri böyük sənətkarlıqla dinləyiciyə çatdıra bilir. Bu səbəbdən də insanların sevgisini qazanıb. Mahnıları oxuyarkən dinləyiciyə müsbət enerji, məmnunluq, ilahi bir təskinlik ötürə bilir. Onu dinlədikdə insanın ruhu qəribə bir aləmə düşür, həzz alır, rahatlıq tapır. Çünki ürəkdən ifa edir, necə deyərlər, hər dəfə oxuyarkən ürəyinin yağını xərcləyir…

Deyir ki,- “Həyata gəlmişəmsə, bu, Allahın bir mükafatıdı. Bir balaca səs verib, bu da ikinci mükafatıdı. Bu gün bir tikə çörək pulu qazanıramsa, bu da bir mükafatdı. Həmişə Allaha şükür edərək yaşamışam.
Atam vəfat edəndən sonra anam mənə baxa bilmədi. Hər bir ailədə faciə ola bilər və mən bu səbəbdən uşaq evində böyümüşəm. Amma ailədə əxlaqsız olarsa, bu çox pis damğadı. Mən müğənniyəm, mənə nə istəyirlər desinlər, amma ailəmə sataşmasınlar. Şükür ki, bizdə elə bir problem də yoxdu. Mən ailəmlə fəxr edirəm. Bakıya özüm – heç kimsiz gəlmişəm və gimnaziyaya daxil olmuşam. İstəsəm, narkoman, oğru, xidmətçi də ola bilərdim. Amma mən oxudum, çünki musiqiyə böyük marağım var idi. Uşaq evində hind filmləri nümayiş olunurdu. Orda səslənən mahnıları dinləyirdim. Sonradan təhsil aldıqca Emin Sabitoğlu, Tofiq Quliyev, Elza İbrahimova, Oqtay Kazımi, Rauf Hacıyev və digərlərini tanıdım və sevdim. İllər ötdükcə onların repertuarına sadiq qaldım. Mənim müəllimlərim Şəfiqə Məmmədova, Məlik Dadaşov kimi korifeylər olub. Akademiyada Firudin Mehdiyevdən fərdi dərslər almışam. O, dahi Bülbülün ilk tələbəsi olub. Boynuma alıram ki, mənim ifa tərzim iyirmi faiz Flora Kərimovaya bənzəyir. Ancaq səksən faiz özüməm. Heç tam bənzəyə də bilmərəm, çünki kişinin diapazonu başqa, qadınınkı başqadır…”

Onun da öz tələbələri var. İki tələbəsi- Prezident mükafatçısı Amil Həsənov və xalq artisti Samir Cəfərov “Qızıl kitab”a düşüb. Digər tanınmış tələbələrindən Ayaz Qasımov, Zamiq Hüseynov, Elton Hüseynov, Vüsal Hacıyev, Samir Piriyev, Sima Qasımova, Elvin Abdullayev, Xalq ulduzu müsabiqəsinin qalibi Tural Salmanov, Mirkamil Kamilov, İradə İbrahimova, Əli Əliyev və əməkdar artist Sevinc Sarıyevanın adlarını çəkmək olar…

“Artıq 53 yaşım var və özümü xoşbəxt sayıram. Bu müddət ərzində məni sevənlərin evlərində qaldım. O insanlar həftələrlə evlərini mənə etibar edib, getməkdən çəkinmirdilər. Söz aparıb-gətirib, ailə dağıdıb, bala yetim qoymamışam. İnsan alverinə nifrət edirəm. Mən ideal da deyiləm. Heç kim ideal deyil, ideal Allahdı. Mənə desələr ki, səndə bu səhv var, doğrudursa, qəbul edib boynuma alaram. Əgər məndə olmayan səhvi də boynuma qoymaq istəsə, o insanı məhv edərəm! Sənətimi pisləsələr, lap elə fəxri adımı da əlimdən alsalar məni incitməz, ancaq mənə şər atılarsa, bu məni çox incidər. Bu dünyada olmasa da, bilirəm ki, o biri dünyada görüşəcəyik və haqq yerini tapacaq.”- söyləyir…

Bəli, haqqında söhbət etdiyim Teymur Əmrahın həqiqətən də Azərbaycan estrada sənətinin inkişafında həm bir müəllim və həm də bir ifaçı kimi özünəməxsus xidmətləri var…

Oktyabrın 8-i onun növbəti ad günüdür. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı arzulayıram.
Çox yaşasın!

Hörmətlə, ELMAN ELDAROĞLU

ELMAN ELDAROĞLUNUN YAZILARI

YNAİBƏ YUSİFİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Elman Eldaroğlu – Cəlal Məmmədov- 60

Olduğu kimi görünən insan…

Cəlal Məmmədov- 60

Biz Cəlal Bəydilli ilə bir neçə ildir ki, qonşuyuq- eyni binada yaşayırıq. Yüz səksənə yaxın ailənin yaşadığı bu binanın cəmi bir giriş-çıxışı olduğu üçün onunla tez-tez üz-üzə gəlirik. Sadə, mehriban adamdır. O qədər təvazökardır ki, yaxından tanımasan, nə elmlər doktoru, nə də ki, məsul vəzifədə çalışdığını hiss etməzsən. Adama elə gəlir ki, haradasa müəssisələrin birində çalışan sadə peşə sahibidir…

İnsanları yaxşı tanıyır. Qayğıkeş olduğundan son tikəsini bölüşməyə hazırdır. Səbirli və təmkinlidir. Bu illər ərzində onun kiminləsə, nəyə görəsə mübahisə etdiyinin şahidi olmamışam. Ən gözəl xüsusiyyəti isə odur ki, insanlarda mənfi yox, müsbət xüsusiyyətlərə önəm verir…

Deyir ki:- “Şairlər böyük şəhərlərin “cəhənnəmindən” yetəcək qədər danışıblar. Bodler iri şəhərə “ölümün kölgələr ölkəsi” deyirdi… Doğrudan, gün keçdikcə böyük şəhərlər üzərində daha az ulduz görünür. Günəşi belə unutmaqda olan şəhər insanının ulduzlara tamaşa etmək heç ağlına gəlməz. Hərçənd ulduzlar öz varlığının fərqinə varanlar üçün ümid işığıdı – insana daim var olduğunu xatırladar. Ancaq ulduzların səpələndiyi göylər aləmiylə əhatəli kənd adamından fərqli olaraq şəhər adamı ulduzlu səmanı seyr edə bilmir. Yəqin bu üzdəndi, artıq sevməyi də bacarmır… Günəşin, Ayın, ulduzların… Allaha səcdə etdiyini görmədən necə sevsin?..”

Onun üçün tarazlıq çox böyük əhəmiyyət kəsb edir. Həyatda nəyinsə həddən artıq olmasını xoşlamır. Tarazlığın, ölçünün pozuiduğu yerdə harmoniya və mütənasibliyi bərpa etməyə can atır. Çox həssas insandır. Özündən əvvəl başqalarının reaksiyalarına diqqət yetirməyə meyllidir. Estetik hisslərinin inkişaf etdirilməsi, ictimai sahədə fəal olması onu sevilən, hörmətli insan kimi tanıtdırır…

“C.Meriç deyir ki, “renessansdan bu günəcən ötən tarix antik çağların yabançısı olduğu bir dərd aşıladı insanlığa”. Kökü “fabriklərin uğultusunun İsrafilin suru kimi insanlığın yuxusunu qaçırdığı” sənaye inqilabları dövrünəcən uzanan bir dərd: “angoisse”… bir inamsızlıq duyğusu olaraq özünü göstərir. “Angoisse” hiss edən fərd sıxıntısının qaynağını bilməz… Cismani baxımdan nəfəs darlığı ilə bəlli edər o özünü, döş qəfəsində bir sıxıntı hiss edər, tərləyərsən, nəbzin daha sürətlə vurar. Çox vaxt əllərin-ayaqların titrər və canına ümumi bir halsızlıq gələr…” Və başqalarından daha çox seçilmək istədikcə, o boğuntu qarşısında bir elə çox çarəsiz qalarsan.”- söyləyir…

Cazibədarlığı ilə münasibətlərdə son dərəcə təsiredici ola bilir. Dərin hisslərə qapılmamağa üstünlük verir. Azadlığına önəm verməyi, müstəqilliyini qoruyub saxlamağı bacarır. Amma tənhalıqdan da zəhləsi gedir. Komandada çalışmağı xoşlayır…

Bir vaxtlar eyni elmi kollektivdə çalışdığı, filologiya elmləri doktoru Seyfəddin Rzasoy onun barəsində söyləyir:- “Cəlal Bəydili (Məmmədov) müasir Azərbaycan filoloji-folklorşünaslıq fikir məkanında xüsusi məna sahəsi, daha doğrusu fikir paradiqması yaratmış alimdir. Akademik fəaliyyətinə “Dədə Qorqud” obrazının təhlili ilə başlamışdır. Bu obrazı türk etnik-mədəni ənənəsinin məna qatları boyunca araşdırmaq gənc alimə türk eposuna çox geniş prizmadan baxmağa imkan vermişdir. Bu cəhətdən, müəllifin namizədlik dissertasiyası Dədə Qorqud obrazı ilə bağlı ciddi elmi qənaətlərlə zəngin olub, bu gün də qorqudşünaslığın əsas qaynaqlarından hesab olunur.
Cəlal müəllimin müəllifi olduğu “Türk mifoloji sözlüyü” adlı izahlı lüğət həm həcmi, həm terminoloji tutumu, həm də elmi səviyyəsi baxımından Azərbaycan humanitar-filoloji fikir məkanında xüsusi hadisədir.
Mifoloji lüğət – “mifin dili” deməkdir. Bu dili öyrənmək, onun kodlarını, şifrələrini, semiotik məna çalarlarını öyrənmək və sistemləşdirmək ömürdən illər və ağır zəhmət tələb edən hadisədir. Cəlal Bəydili (Məmmədov) ömrünün bir çox qiymətli illərini bu möhtəşəm abidənin yazılmasına sərf etdi və Azərbaycandilli elmi məkanı son dərəcə qiymətli abidə ilə zənginləşdirdi.
Cəlal müəllimin elmlər doktorluğu dissertasiyası da fundamental elm hadisəsidir. Bu iş türk mifoloji obrazlarının strukturu və funksiyası probleminə həsr olunmuşdur. Bu sahə ilə məşğul olan insan kimi deyə bilərəm ki, türk mifoloji obrazlarına bu kontekstdə yanaşma bütün dünya türkologiyasında ilk dəfə Cəlal Bəydili (Məmmədov) tərəfindən həyata keçirilmişdir.
Cəlal məndən bir neçə yaş kiçikdir. Müxtəlif ali məktəblərin filologiya fakültələrinə eyni vaxtda daxil olmuşuq. Tələbəlik illəri də gözümün qabağında keçib. Onun tələbəliyi kitabla keçdi. Kitab onun dünyası idi və indi də elədir. Miflərin, əfsanələrin, hikmətli sözlərin vurğunudur.
Biləsuvar rayonunda bir neçə il müəllim işlədi. Şagirdləri indi də öz sevimli müəllimi ilə əlaqə saxlayırlar.
O, çox prinsipial insandır. Elmin mənafeyinə çox ciddi yanaşır və bu məsələlərdə nadir hallarda güzəştə gedir. Buna görə də bir qədər “soyuq adam” təsiri bağışlayır. Əslində isə Cəlal müəllim sadə qəlbə, düzgün dəyərlərə əsaslanan prinsipial xarakterə malik insandır və bir alim kimi həmişə elmi həqiqət daşıyıcılarının yanında durur.
Cəlal müəllimə, onun ailəsinə, sevdiklərinə və onu sevənlərə can sağlığı arzulayıram.”

Deyir ki:- “…İnsanların bir-birilə bağlanmamağı, ünsiyyət saxlamamağı, təmas qurmamağı və könüldaş olmamağı əslində əsrarəngiz tərzdə “Tanrıdan uzaq” olmaqlığın özüdür. Şəhərə təbiətin ahəngini qatmayan, əksinə, bu ahəngi büsbütün özündən qovan meqapolis artıq içərisində Allahın yer almadığı bir məkandır. Şəhərlər böyüdükcə dindarlığın azalmağı yəqin bu üzdəndi… Amma modern “həyatın sıxıntı və fəlakətlərinə də ancaq din ilə müqavimət göstərmək” olardı.
“Dövrümüzün ən mühüm icadını soruşsaydınız, tərəddüd etmədən deyərdim: individ”. İri şəhərin tənha insanının varlığını təhdid edən, yaşamağı gözündə mənasızlaşdıran sıxıntı məhz “individ” olmağı üzündən meydana çıxıbdır. Bu ifrat fərdiyyətçiliyi onu inancdan məhrum qoydu, mənəvi dünyasını viranəyə çevirdi. Çəkdiyi sıxıntı, yaşadığı üzüntü bu üzdəndir. Fərqinə varmadı ki, “Tanrısı olan birini sıxıntı əsla ələ keçirə bilməz”. Bax, mənəviyyatı belə zəif olan, könül dünyalarında dərin boşluq yaranan və kim olduğunu unudanlardı o məşum dərin tənhalıq duyğusuna qapılanlar. Vəhdaniyyət hissindən məhrumiyyətin, parçalanmışlığın gətirdiyi qorxu içində isə heç hansı dəyərə bağlı qalmadan, həyata məna vermədən çox da uzun yaşamaq olmur. Müasir şəhərlərin dayanılmaz sıx informasiya məkanı tənhalığı ən şiddətli dərəcəyə çatdırdı. Meqapolislərdə yaşayanların çoxunun özünəməxsus qəribə psixi xassəli olmağı həm də ona görədir… Bu gedişlə günümüzün nəhəng şəhərləri bir neçə nəsil sonra həyat üçün yararlı olmaqdan çıxıb yaşanılmaz hala gələcək…”

Bəli, haqqında söhbət açdığım Cəlal Bəydilli maraqlı və məzmunlu insandır. Onu tanımaq, ünsiyyətdə olmaq böyük şərəfdir. İnsanlara sevgin, məhəbbətin, ehtiramın artır…

Oktyabrın 9-u Cəlal müəllimin 60 yaşı tamam olur. Ona möhkəm can sağlığı, fəaliyyətində uğurlar arzulayıram…
Çox yaşasın!

Hörmətlə, ELMAN ELDAROĞLU

ELMAN ELDAROĞLUNUN YAZILARI

YNAİBƏ YUSİFİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Nizami Cəfərov – 65

Güclü analitik düşüncə bacarığı var. Problemləri tez bir zamanda müəyyənləşdirə və bu problemləri həll etmək üçün səmərəli yollar tapa bilir. Səmimi və etibarlı dostdur. Başqalarına kömək etməkdən xoşlanır və bu səbəbdən də onu etibarlı məsləhətçi, doğru yol göstərən kimi tanıyırlar. Özünütəkmilləşdirmə və öyrənmək qabiliyyəti yüksək səviyyədədir. Yeni biliklər əldə etmək və öz bacarıqlarını inkişaf etdirmək üçün daim çalışmaqdadır. Sağlam həyat tərzinə və fiziki rifaha böyük önəm verir.

Dekanlığı cavan vaxtına düşüb. Rəbərlik etdiyi kollektivdə hamı ondan yaşca böyük olsa da, əksəriyyəti nə vaxtsa ona dərs dediyindən, müəllimlərə hörmətlə yanaşıb, necə deyərlər, arada pərdə saxlayıb. Ona görə də daha çox tələbələrlə təmasda olub. Tələbələrinin dediklərinə görə isə, dekan işlədiyi zamanlarda sadəliyi ilə hamıya örnək göstərilib. Həm də söyləyirlər ki, deputat olandan sonra çox dəyişib…

Deyir ki,- “Əslində xarakter dəyişmir, imkanlar dəyişir. Nə bilim, bəlkə də dəyişmişəm. Mən çalışıram ki, dəyişməyim. Çox vaxt da dəyişmədiyimi deyirlər, bu da mənim xoşuma gəlmir. Bütün ömrün boyu dəyişməmək də bir şey deyil. Ola bilsin ki, deputatlıq yaşlı vaxtıma düşdüyü üçün, insanlarla cavanlığımdakı kimi çox ünsiyyətdə olmuram…”

Haqqında söhbət açdığım Nizami Cəfərov 1959-cu ildə Ağstafa rayonunun Zəlimxan kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Hazırda Azərbaycanda Atatürk Mərkəzinin direktoru vəzifəsində çalışır. Azərbaycan Respublikası Milli Məclisinin deputatı, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvüdür. 2019-cu ildən BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, 2022-ci ildən isə “ADA” Universitetində “Azərbaycançılıq” kursunu tədris edir. Bir sıra orden və medallara layiq görülüb…

Bəzən çox tələbkar və tənqidçi kimi görünür. Bu onun mükəmməllik axtarışı, bəzən özünə və başqalarına qarşı həddindən artıq tələbkar olmasından irəli gəlir. Qüsurları tez görmək xüsusiyyəti var…

Deyir ki,- “Dilin qaydalarının hər cür pozulmalarına qarşı mübarizə aparmaq vacibdir. Biz o zaman “Dövlət dili haqqında” qanunu müzakirə edəndə dil polisinin yaradılması haqqında məsələ qaldırılmışdı. Düzdür, ona getmədik, ancaq bununla yanaşı, cərimələr tətbiq olunmalıdır. Bakı şəhərinin reklam örtüyündə və ya küçə adında hansısa hərf səhv yazılıbsa, buna görə həmin rayonun icra hakimiyyəti cavabdehdir. İcra hakimiyyətində bu məsələlərə baxan qorum var. Onlar onu yazan şirkətə dərhal xəbərdarlıq etməlidirlər. Əgər xəbərdarlıqdan sonra da səhvlər düzəlməsə, o zaman cərimə tətbiq olunmalıdır. Burada söhbət hansısa qurumun cərimələnməsindən getmir, əsas odur ki, dilimizin qaydaları pozulmasın…”

Görəcəyi işləri planlaşdırmağa və idarə etməyə çalışır, bu da onda narahatlıq hissi yaradır. Hər şeyi ölçüb biçməmiş addım atmır, risklərdən çəkinir…

“Dil elə şeydir ki, onu gərək orta məktəbdən öyrənəsən. Mən inana bilmirəm ki, sonradan jurnalistləri yığıb onlarla orfoqrafiya qaydalarını öyrətmək olar. Bu ona bənzəyir ki, danışıq tərzi oturuşmuş adama təzədən danışmağı öyrədirsən.”- söyləyir…

Dediyinə görə, daha çox müasir ədəbiyyatın klassikasını oxuyur: Nəriman Həsənzadə, Anar, Elçin, Fikrət Qoca, Afaq Məsud, Ramiz Rövşən, Vaqif Cəbrayılzadə, Çingiz Əlioğlu, Mövlud Süleymanlı, Yunus Oğuz onun mütaliə etdiyi müəlliflər sırasındadır.

Deyir ki,- “Yunus Oğuz mənim dostumdur, ona görə hər cümləsini oxuyuram və yazdıqlarını çox bəyənirəm, deyim niyə? Yunus Oğuz modernist deyil, amma tariximizin bütün mərhələlərini dövrün xarakteri ilə, həm də yüksək etnoqrafik-siyasi mükəmməlliyi ilə verir. Onun əsərlərində fundamentalizm var. Öz vətənini, xalqını sevən hər bir azərbaycanlı o fundamentalizmdən keçməlidir.”

Qəribə adamdır, hər şeyin rəvan getməsi üçün onun xüsusi üsulları var. Yatacağı yer mükəmməl olmadıqda yatmamağa üstünlük verir. Ondan stəkanının yarısı dolu, yoxsa yarısı boş olduğunu soruşmağa ehtiyac yoxdur, çünki onun üçün stəkan həmişə çirklidir. İlk görüşdə soyuq adam təəssüratı yarada bilər, isinmək üçün bir az vaxt lazımdır…

Bəli, Nizami Cəfərov təkcə elmdə AKADEMİK deyil, həm də insanlığın AKADEMİKlərindən biridir. Sentyabrın 21-də 65 yaşı tamam olur. Onu ad günü münasibətilə təbrik edir, möhkəm can sağlığı arzulayıram.

Çox yaşasın!

Hörmətlə: ELMAN ELDAROĞLU

ELMAN ELDAROĞLUNUN YAZILARI

YNAİBƏ YUSİFİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Elman Eldaroğlu – Təmənnasız adam

Bəli, mən Azər Turanı deyirəm…

Azər Turan- 61

Təmənnasız adamdır, imkanı, gücü daxilində başqalarına kömək etməyə hazırdır. Çalışqan, işgüzar və əzmkardır. Səiqə-səhmanı xoşlayır, çoxuna nisbətən daha sağlam həyat tərzi keçirir, çox səbirlidir. Necə deyərlər, iti gözləri var- ən xırda təfərrüatları görür. Dərin zəka və ağlı sayəsində gözəl müşahidəçidir. Ətrafa nüfuz etmək qabiliyyəti fitrətindən gəlir. Əşyaların quruluşuna, insanların rəftarına çox diqqətlidir. Öz üzərində işləməyi bacarır- bir işi ən yaxşı tərzdə görmək üçün zəruri olan vərdişlərə yiyələnməyə can atır. Bunun üçün kifayət qədər səbri və dözümü var…

Deyir ki,- “Vəzifə yüksəlişinə can atmaq heç vaxt ağlımdan keçməyib. Çünki hər bir tərəqqinin nə vaxtsa tənəzzülə uğrayacağına əminəm. “Ədəbiyyat qəzeti”ndəki baş redaktorluq görəvim məndən heç nə almadı. Əksinə, ədəbi ideallarımı gerçəkləşdirmək baxımından geniş imkanlar açdı. Müasir Avropa ədəbiyyatına doğru yola çıxdıq. Ədəbiyyatımızı dünya ədəbiyyatı ilə paralel təqdim etdik. Burda həm Apoliner var, həm də Çingiz Əlioğlu, həm Musa Yaqub, həm də Bodler var. Həm Rembo var, həm də Məmməd İsmayıl. Həm Sabir Rüstəmxanlı, həm də Adonis. Həm Nəriman Həsənzadə, həm də Andre Morua. Həm Anar, Elçin, Kamal Abdulla, həm də Rolan Bart var. Həm Nizami Cəfərov, həm də İvan Qoll. Həm Vaqif Səmədoğlu var, həm də Van Qoq. Həm Mircavad var, həm də Pirosmani. Həm Vaqif Mustafazadə var, həm də Bayron. Həm klassika, həm sürrealizm, həm də postmodernizm. Ən əsası, bütün yersiz qarşıdurmaları, mənasız qovğaları görməzdən gəlib ədəbiyyatı önə çəkirik…”

Bir işi öyrənməmişdən əvvəl onu yaxşı başa düşməyə çalışır. Səmimiyyətinə söhbət ola bilməz. Məntiqi hər zaman hisslərindən yüksək tutur. Bəzən dostları arasında və şəxsi həyatında ciddi çətinlikləri olur. Hərdəmxəyal adamlardan uzaq olmağa çalışır…

1963-cü ildə Neftçalada anadan olub. Orta təhsilini doğma yurdda alıb. Sonra Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib. Neftçala İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb. “Yeni Azərbaycan” qəzetində humanitar şöbənin müdiri, “Ədəbiyyat” əlavəsinin məsul redaktoru olub. “Ədəbiyyat qəzeti”ndə baş redaktorun müavini, baş redaktor əvəzi vəzifələrində çalışıb. Hazırda “Ədəbiyyat qəzeti”nin baş redaktorudur. “Hüseyn Cavid yaradıcılığının ədəbi-fəlsəfi qaynaqları” mövzusunda dissertasiya müdafiə edib. Filologiya üzrə fəlsəfə doktorudur…

Əlbəttə ki, söhbət Azər Turandan gedir. Bir sıra mükafatların laureatıdır. Prezident Təqaüdünə layiq görülüb. “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı və TÜRKSOY tərəfindən “Vamberi” medalı ilə təltif olunub..

O, həm də yüksək təşkilatçılıq bacarığı ilə tanınır. Nizam-intizamı sevir və hər şeyi müəyyən bir qayda ilə etməyi xoşlayır. Onu əhatə edən kiçik detalların belə fərqinə varır və onları diqqətlə nəzərdən keçirir, bu da ona həm işdə, həm də şəxsi həyatda çox vaxt uğur gətirir…

Bəli, mən Azər Turanı belə tanıyıram. Sentyabrın 16-sı onun həyatında əlamətdar günlərdən biridir. Çünki 61 il bundan öncə həmin gün dünyaya gəlib. Gəlin, Azərbaycanın bu dəyərli oğlunun sevincinə sevinc qatıb, onu ad günü münasibətilə ürəkdən təbrik edək.
Çox yaşasın!

Hörmətlə, ELMAN ELDAROĞLU

ELMAN ELDAROĞLUNUN YAZILARI

YNAİBƏ YUSİFİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru