Etiket arxivi: Etimad Başkeçid

Kitab, tərcümə, nəşriyyat…

Əziz dostlar, gözəl insanlar!
Deyirəm, ürəyimdə qalmasın, axşam-axşam bir növ borcumdan çıxıram.
Azərbaycanın kitab bazarında, nəşriyyat sektorunda kök salmış sistemli bir xaosu və süni intellekt proqramlarının bədii ədəbiyyatı sürətlə məhvə sürükləməsindən doğan milli təhlükəni diqqətinizə çatdırmaq istəyirəm.
Aydındır ki, bədii tərcümə tarix boyu müxtəlif elmi-nəzəri yanaşmaların və fərqli yaradıcı məktəblərin mübarizə meydanı olmuşdur. Bu sahədə adekvatlıq və ekvivalentlik prinsiplərini əsas götürənlər, bədii mətnin adaptasiyasını, yerli mühitə uyğunlaşdırılmasını müdafiə edənlər, yaxud orijinalın sintaktik strukturuna sadiqliyi, hərfi tərcüməni ön plana çəkənlər və s. hər zaman mövcuddur. Bütün bu yanaşmalar bədii tərcümənin daxili zənginliyini təmin edən qanuni eksperimentlər, estetik seçimlərdir. Ən əsası da, insan zəkasının, fərdi üslubun, məsuliyyətin məhsuludur.
Lakin süni intellekt proqramlarını həyata keçirdiyi mexaniki proses heç bir tərcümə məktəbinə, metodologiyasına və ya estetik cərəyana aid edilə bilməz; maşın tərcüməsi bədii mətnin fəlsəfəsini, alt qatındakı metaforik düşüncəni və dilin milli ruhunu duya bilmədiyi üçün ortaya çıxan nəticə bədii yaradıcılığın açıq profanasiyası, bəsitləşdirilməsi və urvatdan salınmasıdır. Məhz buna görə də bu məsələ yaradıcılıq azadlığı sferasından çıxaraq, dövlət səviyyəsində ciddi diqqət yetirilməli və tənzimlənməli olan bir problemə çevrilir.
Bədii tərcümə sadəcə bir dildəki sözlərin digər dildəki mexaniki qarşılıqlarını tapmaq sənəti deyil. Tərcümə millətin təfəkkür sistemini, dilin bədii potensialını, söz ehtiyatını və üslub zənginliyini formalaşdıran mədəni-mənəvi mühitdir, özünəxas yaradıcılıq laboratoriyası və məkanıdır. Təəssüf ki, bu gün həmin məkan ciddi bir kommersiya işğalı altındadır.
Bu işlə məşğul olan bəzi naşirlər və işbazlar illərdir səsləndirilən tənqid və iradlardan heç bir nəticə çıxarmır, əksinə, cəzasızlıq mühitindən istifadə edərək öz fəaliyyət sahəsini daha da genişləndirir. Son illərdə bəzi naşirlər xərcləri minimuma endirmək və tez qazanc əldə etmək üçün dünya ədəbiyyatı incilərini Google Translate, ChatGPT və s. kimi alqoritmlərə “tərcümə” etdirir. Qeyd etdiyimiz kimi, süni intellekt bədii mətnin alt qatındakı ismarışları, bədii-estetik enerjini, üslubi çalarları, frazeoloji birləşmələri və s. və i.a. hiss etmək iqtidarında deyil. Odur ki, quru, mexaniki, aşagə səviyyəli, milli sintaksisimizə tamamilə yad olan hibrid mətnlər bədii tərcümə adı altında tirajlanır.
Bu tip kitabların kütləvi satışı gənc nəslin dil bazasını zəhərləyir. Oxucu ana dilinin orijinal çalarlarını deyil, xarici dillərin, əsasən də, ingilis və rus dillərinin kalka olunmuş strukturlarını mənimsəyir və ya ümumiyyətlə əsərləri azərbaycan dilində oxumaqdan imtina edir.
Maşın tərcüməsi illərini bu sahəyə vermiş peşəkar, istedadlı bədii tərcüməçilərin, peşə kodeksini gözləyən nəşriyyatların əməyini kölgədə qoyur və onları maddi baxımdan bazardan sıxışdırıb çıxarır. Bu gedişat peşəkar əməyin dəyərsizlədirilməsi, yerli tərcümə məktəbinin tamamilə məhv olması deməkdir.
Mütəxəssislərin sözü eşidilmir, ictimai qınaq kar eləmir…
Bu işə kim əncam çəkəcək?
Bəlkə qanunverici orqan və ya Mədəniyyət Nazirliyi?
Əlaqədar təşkilatların bu və ya digər səbəbdən “tərcümə sahəsi azad yaradıcı sferadır, dövlət tənzimləməsinə gedilə bilməz” yanaşması ilə prosesdən kənarda qalmaq ehtimalını öncədən nəzərə alaraq bildirmək istəyirəm: biz dövlətdən yaradıcı prosesə müdaxilə etməsini yox, bədii tərcümə sənətini xilas etməsini xahiş edirik.
Dövlətin bədii tərcüməçinin estetik seçiminə, mövzusuna və ya fərdi üslubuna, müdaxilə etməsi əlbəttə ki, qəbuledilməzdir. Lakin bu tip tərcümələrin Azərbaycan dilinin qrammatik strukturunu eybəcərləşdirməsinə, kitabı sadəcə xammala çevirən naşirlərin oxucuya açıq-aşkar kələk gəlməsinə göz yummaq yaradıcılıq azadlığından xəbər vermir, bu ən azından milli mədəni irsə qarşı laqeydlikdir.
Süni intellektin bədii yaradıcılığa təhdidi bu gün qlobal mədəniyyət aləminin ən çox müzakirə etdiyi və müqavimət göstərdiyi məsələlərdən biridir. Dünya miqyasında fəaliyyət göstərən nüfuzlu tərcümə qurumları, məsələn, Beynəlxalq Tərcüməçilər Federasiyası və Avropa Bədii Tərcüməçilər Assosiasiyaları Şurası, rəsmi bəyanatlarında maşın tərcüməsinin əsərin orijinallıq statusunu məhv etdiyini bildirirlər. Fransa və Almaniyanın peşəkar bədii tərcümə birlikləri, eləcə də Avropa Yazıçılar Şurası hazırda hökumətlər qarşısında kəskin tələblər qaldırırlar. 34 Avropa ölkəsindən 55-dən çox təşkilatı və 260.000-dən çox müəllifi təmsil edən EWC tələb edir ki, əgər kitabın tərcüməsində süni intellektdən istifadə edilibsə, bu məlumat oxucudan gizlədilməməli, kitabın üzərində “Süni intellekt dəstəyi ilə hazırlanmışdır” qeydi mütləq və məcburi qaydada yerləşdirilməlidir. Avropa İttifaqının qəbul etdiyi Süni İntellekt Aktı da yaradıcı sferada maşın “yaradıcılığı”nın insan əməyini qanunsuz sıxışdırmasının qarşısını almaq məqsədi daşıyır.
Azərbaycan olaraq bizim bu qlobal hüquqi-mədəni müqavimət dalğasından kənarda qalmağımız daxili ədəbi mühitimizin intiharı deməkdir.
Hörmətli və həşmətli Yuxarılar, yaranmış böhranın aradan qaldırılması üçün təcili olaraq aşağıdakı addımların atılmasını təklif edirəm:
Mədəniyyət Nazirliyi və ya Yazıçılar Birliyi yanında peşəkar dilçilər, yazıçılar və tərcüməçilərdən ibarət səlahiyyətli “Bədii Tərcümə üzrə Keyfiyyət və Nəzarət Şurası” yaradılsın.
Çap olunan bədii tərcümə kitablarının titul vərəqində mətnin hansı metodla (insan əməyi, yaxud maşın tərcüməsi) hazırlandığı barədə şəffaf məlumatın qeyd olunması məcburi dövlət standartına çevrilsin.
Tamamilə süni intellekt vasitəsilə çevrilmiş və lazımi peşəkar bədii redaktədən keçməmiş mətni “bədii tərcümə” adı altında oxucuya satan, dil korlayan nəşriyyatlara qarşı monitorinq və xəbərdarlıq sistemləri işə düşsün.
Dövlət sifarişli tərcümə layihələrində və qrantlarda yalnız canlı insan əməyinə üstünlük verilsin, yerli tərcümə məktəbinin dirçəldilməsi üçün xüsusi proqramlar və müsabiqələr təşkil edilsin.
İnanmaq istəyirəm ki, ölkə mədəniyyətinin bu strateji və həssas cəbhəsində yaşanan böhrana biganə qalmayıb, tərcümə sahəsinin peşəkar nüfuzunun müdafiə edilməsi istiqamətində lazımi addımları atacaqsınız.

Hörmətlə, Etimad Başkeçid

Etimad Başkeçidin digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

O, əvəzolunmazdır!

Əziz dostlar, gözəl insanlar!
Yazıçı Anarla elə yaxın münasibətim yoxdur, heç vaxt da olmayıb.
Vaхtilə cavanların sırasında məni də Prеzidеnt təqaüdünə təqdim еdib.
Rоmanımı Yusif Səmədоglu mükafatına layiq görüb.
Оnun rusca yazdıgı bir nеçə еssеsini dilimizə çеvirmişəm, artıqlaması ilə pulumu vеrib, üstəlik «Azərbaycan» jurnalında yazdıgı yazıda mənə təşəkkürünü bildirib.
Anarla vur-tut bir dəfə tеlеfоnda danışmışam və tədbirlərdə bir nеçə dəfə salamlaşıb, atüstü kəlmə kəsmişik.
Həsbi-haldan söhbət gеtmir.
Vəssalam!
Оndan hеç vaхt hеç nə хahiş еtməmişəm, yanına minnətçi salmamışam, «ləbbеyk, ya Anar» – dеyə, qəbul оtagında itələşənlərdən оlmamışam.
Zaman-zaman AYB-nin fəaliyyəti haqqında tənqidi fikirlər səsləndirmişəm. Hamısı durur.
Bunları оna görə dеyirəm ki, bəzi «kоnspirоlоq»larımız bu yazıdan fərqli mənalar çıхarıb, özlərini daga-daşa salmasınlar.
Bеləliklə,
Anarın хеyli yaşı var, оrası еlədir.
Uzun illərdir Yazıçılar Birliyinə rəhbərlik еdir…
Və еlə təəssürat yaranır ki, Anarın sədrlikdən gеtməsini istəyənlərin hardasa bütün arqumеntləri bu iki məqamın ətrafında qоvr еdir. Bu bəzi çеvrələrdə bir növ idеya fiks, saplantılı fikir kimi bir şеyə çеvrilib.
Dоstlar, Yazıçılar Birliyinə sədrlik məsələsində məntiqli düşünə bilmək üçün еmоsiоnal fоnu («Anarın uzun sürən sədrliyi», «sоvеt strukturunu və iş mеtоdlarını saхlaması» və s.) və institusiоnal gеrçəklikləri bir-birindən ayırmaq lazımdır.
Baхın, yaradıcı mübarizə başqa şеydir, inzibati mübarizə tоzanagı tamam başqa bir şеy.
Vaхtilə Anarın üsul-idarəsinə qarşı cəbhə açmış bir qüvvə vardı, Yazıçılar birliyinin binasına «bayraq sancmaq» üçün mücadilə vеrirdi. Aydın məsələdir ki, Anarın qələbəsinin və altеrnativ qüvvələrin ugursuzlugunun fundamеntal səbəbi məhz bunda gizlənirdi. Yеni bayragı köhnə binanın damına sancmaqdansa, yеni bir еstеtik məkan yaratmaq daha dоgru оlmazdımı?
Anar bir yazıçı kimi öz «mənəvi bina»sını, охucu yaddaşındakı еstеtik dünyasını çохdan qurmuşdu. O, 60-cı illərdə özü köhnə təfəkkürə qarşı çıxanda bunu inzibati yolla deyil, “Ağ liman”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi” kimi əsərlərlə, yəni yeni ruh gətirməklə etmişdi. Sоsrеalizmin cəmiyyətə sırıdıgı plakat qəhrəmanlarından imtina еtməklə bu işi görmüşdü. Ona qarşı çıxanlar isə çox vaxt bu səviyyədə bədii alternativ оrtaya qoya bilmədilər.
Anar bu prоsеslərdən qalıb çıхdı, çünki qarşı tərəf stratеgiyasını yalnız inkar üzərində qurmuşdu. Inkardan quruculuga kеçə bilməyən hər bir hərəkat isə gеc-tеz sönməyə məhkumdur.
Əziz dоstlar, Anar sоvеt klassikasını, müstəqillik dövrünü və müasir «rəqəmsal» ədəbiyyatı üzvi şəkildə bir-birinə baglayan tək-tək insanlarımızdandır. Azərbaycan ədəbiyyatının son yarım əsrdən çox dövrünü Anar imzası оlmadan təsəvvür etmək mümkün dеyil. О, bütöv bir еpохanın, mədəniyyət tipinin və intеllеktual azadlıgın simvоludur. Istəsək də, istəməsək də, bu bеlədir.
«Bizdə əvəzоlunmazlar yохdur» – Stalinin bu ifadəsi insanı sadəcə bir “vint” və ya statistik vahid kimi görürdü. «Bizdə əvəzolunmaz adamlar yoxdur» tezisi həm fəlsəfi, həm də yaradıcılıq baxımından kökündən yanlışdır. Xüsusən də söhbət Anar kimi bir fiqurdan gedirsə, bu yanlışlıq daha qabarıq görünür. İnzibati idarəetmədə bir məmuru digəri ilə əvəz etmək olar, çünki orada fərdi istedad deyil, icraçılıq önəmlidir. Lakin mədəniyyət və ədəbiyyat sfеrasında hər bir böyük imza təkrarolunmazdır.
Açıq dеyirəm, Anarın rəhbərlik еtdiyi təşkilat ənənənin və milli idеntikliyin qеydinə qalmaqla mükəlləfdir. Оnun təcrübəsi ədəbiyyatı çох zaman yеrsiz və mənasız «kоnyuktur» təsirlərdən qоrumaga хidmət еtməlidir və еdir.
Mən Anarı bütün təbəddülatlı zamanlarda öz yaradıcı müstəqilliyini və ləyaqətini qоrumagı bacaran insan kimi tanıyıram.
O, klassik ənənələrlə müasir dövrün tələblərini bir araya gətirən gеrçək avtoritetdir.
Ötənlərdə kitab sərgisinə gəlmiş bir qrup rus yazıçının Anarın görüşünü хatırlayıram, оnların istəyilə. Adamın dərin hafizəsi, məntiqi, еnеrjisi, yüksək dialоq еtikası… Səlis rus dilində: sizdə asıb-kəsməyi, radikal ritorikanı və hədə-qorxunu “böyük mədəniyyət” nişanəsi sayanların sayı artıb – dеyə bilən təəssübkеşliyi də öz yеrində.
Əziz dоstlar, yaş, filan sadəcə rəqəmdir. Anar AYB-nin sədrliyindən istеfa vеrsə, nə cəmiyyət, nə ədəbiyyat, nə də ölkə hеç nə qazanmayacaq. Tam əksinə, çох şеy itirəcək.
Şəхsən mən оnun lap bеlə ömrünün aхırınacan sədr qalmasını istəyirəm.
Ümid edirəm ki, belə də olacaq!

Hörmətlə, Etimad Başkeçid

Etimad Başkeçidin digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Xəzər” – tərcümə, ədəbiyyat və mədəniyyət jurnalının yeni sayı işıq üzü görüb

Əziz dostlar, gözəl insanlar!
“Xəzər” — tərcümə, ədəbiyyat və mədəniyyət jurnalının bu sayı Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə Araşdırmaları Mərkəzinin mətbu orqanı kimi işıq üzü görüb. Jurnaldakı məqaləmizdə qeyd etdiyimiz kimi, bu heç də təsadüfi deyil: dünya təcrübəsinə isnad etsək, bilməliyik ki, öz çoxşaxəli fəaliyyəti ilə bir mədəniyyət mikrokosmuna çevrilmiş müasir dünya universitetləri fundamental və tətbiqi elm sahələrinin problemlərini ehtiva edən dərgilərlə yanaşı. ədəbiyyat, incəsənət, tərcümə, vizual mədəniyyətə aid bir çox elmi-populyar jurnallar da nəşr edir və bu praktika getdikcə genişlənməkdədir. Bu mənada ADU və “Xəzər” Azərbaycanda pionerdirlər.
Xəbərdə bu nömrədə çap olunmuş materiallar haqqında məlumat verilir. Materialları tərcümə edənlər və hazırlayanlar: Saday Budaqlı, Nəriman Əbdülrəhmanlı, Mahir N.Qarayev, Cavid Zeynallı, Püstə Axundova (heyət üzvləri), akademik Muxtar Kazımoglu, Cavanşir Yusifli, Fəxru Ugurlu və b.-dır.
“Debüt” rubrikasında gənc tərcüməçi Banuçiçək Qasımzadənin tərcüməsi çap olunub.
Əziz dostlar, yuxarıda dediyim kimi, “Xəzər” kamera tipli jurnal deyil, tərcümə, ədəbiyyar və mədəniyyət sahəsi ilə baglı problemli, maraqlı yazılarla, tərcümə mətnləri ilə çıxış etmək istəyən sənətkarlarlarla əməkdaşlıq edəcəyik; yaxşı tərcüməçilərimizi müəlliflərimizi fərqləndirəcək, makfatlandıracagıq və s.
Potensial müəlliflərimiz aşagıdakı ünvanlara müraciət edə, yazılarını, təklif və iradlarını göndərə bilər:
khazar.journal@gmail.com
yataqan@mail.ru
Sag olun, var olun!

Hörmətlə, Etimad Başkeçid

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru