Etiket arxivi: MAHİRƏ NAĞIQIZI

FİLOLOGİYAMIZIN MAHİRƏ XANIMI və ya AZƏRBAYCAN ELMİ-BƏDİİ DÜŞÜNCƏSİNİN FENOMENİ

FİLOLOGİYAMIZIN MAHİRƏ XANIMI və ya AZƏRBAYCAN ELMİ-BƏDİİ DÜŞÜNCƏSİNİN FENOMENİ

Azərbaycan ədəbi-bədii-elmi mühitində öz yeri, öz mövqeyi, öz dəsti-xətti olan bir elm xadiminin, elm təşkilatçısının, təhsil sahəsində böyük xidmətləri olan, bədii əsərləri, şeirləri ilə çoxsaylı oxucuların dərin rəğbətini qazanmış bir insanın – Mahirə Nağı qızı Hüseynovanın 65 yaşı tamam olur.
Mahirə xanımı da, mahirəxanımsevərləri də ürəkdən təbrik edirəm!
Etiraf edim ki, bu yazıya başlıq seçəndə çətinlik çəkdim. Başlıq şərh olunacaq fikri, haqqında söz deyiləcək insanın fəaliyyətini yığcam və eyni zamanda əhatəli şəkildə əks etdirməlidir. Mahirə xanım böyük təcrübəyə malik təhsil işçisi, pedaqoq, müəllim, professor, filologiyanın bir-birindən fərqli müxtəlif sahələrinə aid çoxsaylı elmi əsərlərin müəllifi kimi tanınan tədqiqatçı-alim, yazıçı- publisist, şeirlərinə mahnılar bəstələnmiş şairə, elm və təhsil təşkilatçısıdır.
Bunların hamısını bir başlıqda vermək, bir başlıqla əhatə etmək qeyri-mümkündür. Mahirə xanımın çoxaspektli geniş fəaliyyəti başlığa sığmırdı…
İnternet resurslarında Mahirə xanım haqqında çox qısa və ümumi məlumatlara rast gəlmək olur:
Mahirə Nağı qızı (Nağıyeva) Hüseynova – filoloq-alim, filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü, tanınmış şairə.
2009-cu ildən ADPU-nun filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasında müxtəlif vəzifələrdə çalışıb, sonralar həmin kafedranın müdiri (2015–2018), Filologiya fakültəsinin dekanı (2018–2021 ), Beynəlxalq Əlaqələr üzrə prorektor (2021-ci ilin aprelindən) vəzifələrinə qədər pillə-pillə yüksəlib. 2024-cü ildən Milli Məclis yanında Toponimiya Komissiyasının üzvüdür. Uzun müddətdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında Filologiya Elmləri və Pedaqogika üzrə Ekspert Şurasının sədridir.
2012- ci il Mahirə xanımın həyatında çox unudulmaz, əlamətdar bir il olmuşdur. Həmin il Mahirə xanım çoxillik əməyinin məhsulu olan “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” adlı dissertasiyasını uğurla müdafiə etmiş, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Professor Həsən Mirzəyev çox görkəmli Azərbaycan dilçisi, ictimai xadim kimi Mahirə xanımın həyatında, elmi yaradıcılığında dərin iz buraxmış insanlardandır. Həsən Mirzəyev çoxşaxəli filoloji dünyagörüşə və yaradıcılıq diapazonuna malik bir alim idi. Və həm də Həsən Mirzəyev xalqını,Vətənini, yaşadığı torpağı dərin məhəbbətlə sevən bir insan idi. Onun Azərbaycan dilində feil nitq hissəsi ilə bağlı tədqiqatları dilçi-alimlərimizin stolüstü kitabı sayılır. Feil nitq hissəsini tədqiqat obyekti seçməsi də təsadüfi deyildi. Feil nitq hissəsi sırf milli sözlərdən ibarət sözlər qrupudur. Dilimizdə alınma feillər yoxdur. Həsən müəllim həmişə bunu xüsusi olaraq vurğulayardı. O, folklora, aşıq yaradıcılığına, onomastikaya aid də bir çox örnək tədqqiqatların müəllifidir. Professor Həsən Mirzəyevlə Mahirə xanımın yaradıcılıqlarında oxşar cəhətlər çoxdur: mövzu genişliyi, filoloji düşüncə tərzi, elmi şərh və faktlara, toplanmış materiala həssas münasibət. Və Mahirə xanımın dissertasiya mövzusu kimi “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” mövzusunu seçməsi də təsadüfi deyildi. Mahirə xanımın bir dilçi-alim, geniş profilli filoloq kimi yetişməsində Həsən Mirzəyevim xidmətləri böyükdür və mənə elə gəlir ki, Həsən müəllim Mahirə xanımı öz ideyalarının, yarımçıq qalmış işlərinin davamçısı kimi görürdü. Düşünürəm ki, Mahirə xanım professor Həsən Mirzəyevin ümidlərini doğrulda bilib və indinin özündə də geniş elmi-bədii- pedaqoji-təşkilati fəaliyyəti ilə yanaşı, eyni zamanda Həsən Mirzəyev irsinin də ən layiqli davamçılarından hesab olunur.
Şagird, tələbə öz elmi, dünyagörüşü, yaradıcı fəaliyyəti ilə müəllimindən öndə, irəlidə olmalıdır. Bu, dialektik inkişafın, təkamülün, zamanın tələbidir. Cəmiyyət irəliyə, yeniliyə, inkişafa doğru istiqamətlənib. Bu mənada Mahirə xanım Həsən müəllimin elmi irsinə həssas yanaşır, onun ideyalarını ləyaqətlə inkişaf etdirir, daha yüksək pilləyə qaldırır.
Professor Həsən Mirzəyev “kohnə kişilərə” xas ağayana, mərd, xeyirxah, sözünü deyən, vədinə əməl edən bir şəxsiyyət idi.
O, nitqində “mənə elə gəlir ki”, “səhv etmirəmsə”, “fikrimcə” kimi ifadələri işlətməyi sevmirdi, fikri qəti və inandırıcı idi.
KİÇİK BİR XATİRƏ. Mən elmlər doktorluğu dissertasiyamı 90-cı illərin əvvəlində Leninqradda (indiki Sankt-Peterburq) dünyaşöhrətli alim R.Q. Piotrovskinin rəhbərliyi altında müdafiə etməyi planlaşdırmışdım. SSRİ-nin süqutundan sonra Azərbaycanda AAK təşkil olundu və Azərbaycanda müdafiə etməli oldum. Doktorluq işim aparıcı müəssisə kimi Azərbaycan Dövlət Pedaqoji İnstitutuna göndərilmişdi. Rektorun dərkənarından sonra dissertasiya işimi filologiya fakültəsinin dekanına təqdim etdim. Müdafiəyə az qalmış məlum oldu ki, dekanlıq mənim işimin müzakirəsini “unudub”. Əlbəttə, xoşagələn hal deyildi. Mən dissertasiyamı götürüb Akademiyaya qayıtmaq istəyəndə rəhmətlik Həsən Mirzəyevlə qarşılaşdım. Məni çox mehriban qarşıladı, xoş sözlərlə salamladı. Məsələdən xəbər tutan kimi çox əsəbiləşdi. Məni kafedrasına apardı. Dedi ki, heç narahat olmayın. Sizin işin müzakirəsini özüm keçirəcəyəm və Siz nəzərdə tutulmuş vaxtda müdafiə edəcəksiniz. Dedi və elədi. Alimliyi hamı tərəfindən etiraf olunurdu, insanlığının, qayğıkeşliyinin də şəxsən şahidi oldum.
Mahirə xanım 2017–ci ildə “XIX-XX əsr Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)” mövzusunda doktorluq dissertasiyanı da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda uğurla müdafiə etmiş və filologiya üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. Həmin tədqiqat Mahirə xanımın dilçilik, ədəbiyyatşünaslıq və folklorşünaslıq sahəsində çoxillik araşdırmalarının sintezini özündə əks etdirir və elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır.
Mahirə xanım bir çox Beynəlxalq(Almaniya, Danimarka, Rumıniya, Türkiyə, Özbəkistan, Qırğızstan, Qazaxıstan, Tatarıstan və s.) və Respublika seminar, simpozium və konfranslarında Azərbaycan elmini ləyaqətlə təmsil etmiş, Azərbaycan elminin nüfuzunu yüksəltməyə nail olmuşdur:

  • III Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu;
  • Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransı;
  • Doktorantların və Gənc Tədqiqatçıların XVI Respublika Elmi Konfransı;
  • 13-cü Uluslararası Türk Dünyası Sosyal Bilimlər Kongresi;
  • Bakı Slavyan Universiteti – VI Beynəlxalq Elmi Konfrans;
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti – “I Türkoloji Qurultayın Türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” Respublika elmi-praktik konfransı;
  • AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu – Müasir Dilçiliyin Aktual Problemləri. Beynəlxalq Elmi Konfrans;
  • Tatarıstan Respublikası, Kazan Federal Universiteti. Beynəlxalq Türkoloji Elmi Konfransı;
  • Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayı;
  • 2024-cü ildə Qərbi Azərbaycan İcmasının təşkil etdiyi “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” adlı II Beynəlxalq konfrans;
  • Türkiyənin Kahramanmaraş şəhərində Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun rəhbərliyi ilə yazılışının 950-ci ildönümündə Beynəlxalq “Divanu Lugat’t-Türk” Simpoziumu;
  • Türkiyənin Malatya şəhərinin Ərəbgir ilçəsində IV Beynəlxalq Oğuzlar Simpoziumu;
  • Özbəkistanın Cizzak Dövlət Pedaqoji Universitetinin 50 illiyi ilə bağlı “Təhsilin inkişafı strategiyası dəyərlərə əsaslanan tərəqqidır” adlı elmi-praktik konfrans;
  • AMEA-da keçirilən “Divanü lüğat-it-türk”- 950″ mövzusunda beynəlxalq elmi konfrans;
  • Türkiyənin Ankara şəhərində keçirilən “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda Beynəlxalq Konfrans;
    Seçilmiş əsərləri(məqalə və tezislər):
  1. “Сравнительное исследование причастия в тюрксkих языках (на основе исследований профессора Г. Мирзоева)”. Хабаршы, Вестник филология сериясы, Серия филологическая, Алматы, 2010, № 1–2.
  2. “Об исследованиях проф. Гасана Мирзоева, посвященных категории переходности и непереходности глагола”. Известия Таврического национального Университета им. В. И. Вернадского. Научный журнал Серия Филология. Симферополь, 2010 Том 23 (62), № 3.
  3. “Лингвистические исследования Гасана Мирзоева и их значение для современной тюркологии”. Материалы III Международной научной конференции. Нальчик, 17ноября 2010 г.
  4. “Фонологические повторы на языке ашугов народных поэтов Азербайджана в XIX–XX веках (по округу Даралаяз)”. Московский Государственный Лингвистический Университет. Вестник. МГЛУ. Москва 2014. № 3 (661).
  5. “Стилистическая форма выражения диалектизмов в творчестве Азербайджанских ашугов и народных поэтов XIX–XX веков (по материалам Даралаяз)”. Научные исследования в сфере гуманитарных наук: открытия XXI века Пятигорск, 2015
  6. “Literární prostředí ašyghů a lidových basníků Ázerbájdžánu XIX – XX století: zdroje myšlenek a poetická inika prožitých lidem tragedií”. Charles University Prague, ACSC, bulletin. Çeletna 20, Post index 11000, Praha 1.
  7. “Поэтическая позиция и информационные возможности зоонимов”. Московский Государственный Лингвистический Университет. Вестник. МГЛУ. Москва 2015 г.
  8. “Azerbaycan ozan el şairlerinin eserlerinde hidronimlerin üslubi, sanatsal, ahlaki açıdan özellikleri”. Adıyaman Universiteti, 17 sayı, İstanbul 2015.
  9. “XIX-XX centuries, language and style features of the ashik and folk poets creativity – according to Daralayaz region of the Western Azerbaijan”. Journal Papers on language and literature. Vol.23. No:4. 2016. USA Southern Illinois University.
  10. On the origin of the names of some Azerbaijani dishes and drinks. British Journal for Social and Economic Research. Volume 3, Issue 2, April 2018
  11. Çağdaş türk ləhcələrində yemək adları. Tatarıstan Respublikası, Kazan Federal Universiteti. 26 aprel 2018-ci il
  12. Language contacts of azerbaijani and kazakh turkic languages (on the basis of azerbaijanian dialectologist, academician Mammadaga Shiraliyev’s creative works) Qazaxstan, Nur-Sultan, dekabr 2019-cu il
  13. Bashkir mythological meetings in the study of F.G.Khisamitdinova. Başqırdıstan, Ufa, yanvar 2020-ci il
  14. İntegration of equestrian terms into dialects of Turkic languages Turkic Studies Journal. – Qazaxıstan, . – № 3, oktyabr, 2020
  15. Bashkir mythological meetings in the study of F. G. Khisamitdinova. Международная научная конференция “Диалектология. Этнолингвис-тика. Этимология. Мифология”, Уфа, 2–5, 2022.
  16. Mahmud Kaşğarinin “Divan”ında əksini tapan bəzi leksik vahidlərin müasir Azərbaycan və Özbək dillərində paralellərin müqayisəli təhlili. “Таглимда филологиянм ривожлантмришнинг глобал масалаларь” Özbəkistan, 7 may 2022.
  17. İndiki Ermənistanda Azərbaycan mənşəli paleotoponimlərdə baş vermiş fonetik hadisələrin linqvistik xüsusiyyətləri. Almatı, Qazaxstan, 2023.
    Bu göstərilənlərdən başqa 70-dən artıq elmi məqalənin müəllifidir.
    Redaktoru və redaksiya heyəti üzvü olduğu jurnallar:
  • Euroasia Journal of Social Sciences & Humanities jurnalında redaksiya heyətinin üzvü;
  • 2020-ci ildən “Linqvistika problemləri” Beynəlxalq Elmi jurnalının təsisçisi və baş redaktoru;
  • “Azərbaycan dili və ədəbiyyatın tədrisi” jurnalının redaksiya şurasının üzvü;
  • BDU-nun nəşr etdirdiyi “Türk filologiyası” jurnalının redaksiya heyətinin üzvü;
  • “Elmi iş” jurnalının redaktoru;
  • “Mahmud Kaşğarlı” jurnalının təsisçisi və baş redaktoru;
  • 2014-cü ildən “Filologiya və pedaqogika: elmi araşdırmalar” Beynəlxalq Elmi jurnalının təsisçisi və baş redaktoru;
  • Azərbaycan Dövlət Pedaqoji Üniversitetinin “Gənc Müəllimlər” qəzetinin redaksiya heyətinin üzvü;
  • Azərbaycan Dövlət Pedaqoji Üniversitetinin nəzdində yaradılan “İz” jurnalının baş redaktoru;
  • Cizzak Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət Pedaqoji Üniversitetinin birlikdə əməkdaşlığı ilə hazırlanan “Ədəbi Əlaqələr Yaradıcılıq Prosesinin Güzgüsü” adlı antologiya vəsaitinin baş redaktoru;

Elmi əsərləri (kitablar):

  1. Ulu öndərimizin natiqlik məharəti. Bakı: “Avropa” nəşriyyatı, 2009
  2. Ulu öndərimizin natiqlik məharəti xalqımızın ən böyük sərvətidir. Bakı: “Avropa” nəşriyyatı, 2011
  3. Missiya. Bakı: ADPU-nun nəşriyyatı, 2019
  4. Baxış bucağı: Heydər Əliyev və strateji azərbaycançılıq, Bakı: ADPU-nun nəşriyyatı, 2023,
  5. Heydər Əliyev və Azərbaycan dilinin inkişaf strategiyası, Bakı, “Elm” nəşriyyatı, 2023,
  6. Dərdi dərin Həsən Mirzə. Bakı: “Vətən” nəşriyyatı, 2013
  7. Azərbaycan poeziyasında “Dağ” obrazı. Bakı: “Vətən” nəşriyyatı, 2013
  8. Ədəbiyyatşünaslığa xidmət əzmi ilə. Bakı: Elm və təhsil” nəşriyyatı, 2013
  9. Həsən Mirzəyev və Azərbaycan dilində fel (seçmə fənn), (proqram). Bakı: ADPU-nun mətbəəsi, 2014
  10. Həsən Mirzəyəvin yaradıcılığnda filologiya məsələləri (metodik vəsait). Bakı: “Vətən” nəşriyyatı, 2014
  11. Muxtar Hüseynzadə və Azərbaycan dilinin morfologiyası(seçmə fənn), (proqram). Bakı: ADPU-nun mətbəəsi, 2014
  12. Əbdüləzəl Dəmirçizadə və Azərbaycan dilinin fonetikası(seçmə fənn), (proqram). Bakı: ADPU-nun mətbəəsi, 2014
  13. Azərbaycan Dövlət Pedaqoji Universitetində “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə yenidənhazırlanma təhsili üçün (proqram). Bakı: ADPU-nun mətbəəsi, 2016
  14. XIX–XX əsrlər Azərbaycan aşıq və el şairlərinin yaradıcılığında onomastik vahidlərin linqvopoetikası (Dərələyəz mahalı üzrə). ADPU-nun nəşriyyatı, 2015
  15. Müasir Azərbaycan dili: Aşıq və el şairlərinin yaradıcılığında dialektizmlərin öyrədilməsinə dair (Dərələyəz mahalı üzrə), (metodik vəsait). Bakı: “Vətən” nəşriyyatı, 2015
  16. Müasir Azərbaycan dili: Punktuasiya məsələləri (dərs vəsaiti). Bakı: Afpoliqraf mətbəəsi, 2017
  17. Aşıq və el şairlərinin poetikası. Bakı: 2017
  18. Üslubi morfologiya. ADPU-nun mətbəəsi. Bakı: 2018
  19. Müasir Azərbaycan dili: Aşıq və el şairlərinin yaradıcılığının dil, üslub xüsusiyyətləri. (Dərələyəz mahalı üzrə) Bakı: 2018
  20. XIX–XX əsrlər Azərbaycan aşıq və el şairlərinin əsərlərinin linqvistik təhlili (dərs vəsaiti). Bakı: “Avropa” nəşriyyatı, 2018
  21. Azərbaycan dilinin yemək və içki adlarının tarixi-etimoloji lüğəti. Bakı: ADPU-nun nəşriyyatı, 2018
  22. Dilin elmi və estetik problemləri. Bakı: ADPU-nun nəşriyyatı, 2019
  23. Azərbaycan dilçiliyində ümumtürk dillərinin dialekt və şivələrinin müqayisəli aspektdə tədqiqi məsələləri. Bakı: ADPU-nun nəşriyyatı, 2019
  24. Ozan və halk şairlərinin poetikası. Ankara, 2020
  25. Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası. Bakı, 2020
  26. Yanından keçmə dağların… Bakı, 2021
  27. Türk Ocakları Derneği Bursa Şubesi. – Bursa, 2022, Biblioqrafiya, Bakı: ADPU-nun nəşriyyatı, 2022
  28. Sözün və əməlin yaratdığı tarix, Bakı: ADPU-nun nəşriyyatı, 2022
  29. Mahmud Kaşğarinin “Divani-lüğət – it-türk” əsərinin qrammatik xüsusiyyətləri., Bakı: ADPU-nun nəşriyyatı, 2022,
  30. Bir təfəkkür tərzinə fərqli baxışlar. Mahirə Hüseynova: Alim və şair ömrünün detalları, Bakı: ADPU-nun nəşriyyatı, 2022
  31. Qərbi Azərbaycan paleotoponimlərinin linqvistik etimoloji təhlili, Bakı: ADPU-nun nəşriyyatı, 2023
  32. Durğu işarələrindən istifadənin xüsusi halları, Bakı, “Elm və təhsil”, 2023.
    Qeyd etmək lazımdır ki, türk dünyasının tanınmış alimi və şairi olan Mahirə xanımın Türkiyə və Qazaxıstanda kitablarının təqdimatı keçirilib.
    Bu siyahı şəklində sadalanan əsərlərin hər biri haqqında saatlarla danışmaq, təhlil etmək olardı. Bu, ayrıca bir tədqiqatın mövzusu ola bilər. Əsərlərin siyahısı müəllifin elmi dünyagörüşünü, elmi və bədii təfəkkürünün miqyasını, sanbalını öyrənmək baxımından önəmlidir. Bəzən faktlar daha çox şey deyir.
    Bədii əsərləri:
  33. Mənim anam (şeirlər kitabı). Bakı, “Vətən” nəşriyyatı, 2006.
  34. Su at dalımca, ana (şeirlər kitabı). Bakı, “Vətən” nəşriyyatı, 2006
  35. Ana sevgisindən doğan nəğmələr. Bakı, “Avropa” nəşriyyatı, 2008
  36. Yaşadacaq anam məni (şeirlər kitabı). Bakı, “Qismət” nəşriyyatı, 2009
  37. Ana kəndim Xalxalım. Bakı, “Avropa” nəşriyyatı, 2010
  38. Ömrün çıraqdır sənin. Bakı, “Avropa” nəşriyyatı, 2010
  39. Sözün hikməti (şeirlər kitabı). Bakı, “Vətən” nəşriyyatı, 2012
  40. Analı dünyam (şeirlər kitabı). Bakı, “Vətən” nəşriyyatı, 2015
  41. Haqqa çağıran səs (şeirlər kitabı). Bakı: “Vətən” nəşriyyatı, 2015
  42. Bayatılar. Bakı, “Apostroff” nəşriyyatı, 2015
  43. Bayatılar və üç şeir. Bakı, “Apostroff” nəşriyyatı, 2015
  44. Ruhuna beşiksə, tanı, Vətəndir. Bakı, Afpoliqraf mətbəəsi, 2017
  45. Onun daş nağılı (şeirlər kitabı). Bakı, ADPU, 2020
  46. Salam olsun (şeirlər kitabı). Bakı, ADPU, 144 s.
  47. Konuşan taşlar (şeirlər kitabı). Ankara: “Berikan” yayınevi, 72 s.
  48. Yanından keçmə dağların (şeirlər kitabı). Bakı, ADPU nəşriyyatı, 2021
  49. Lövbər adam (Şeirlər kitabı). Bakı, ADPU nəşriyyatı, 2022
  50. Anamın kitabı. Bakı, ADPU nəşriyyatı, 2025
  51. Mirzəlioğlunun dəftəri. Bakı, ADPU nəşriyyatı, 2025
    Mahirə xanım uzun müddətdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Filologiya Elmləri və Pedaqogika üzrə Ekspert Komissiyasının sədridir. Çox çətin, eyni zamanda məsul və şərəfli bir vəzifədir. Bu vəzifənin icra etməklə, eyni zamanda tam obyektiv və ədalətli qalmaq daha çətin vəzifə, daha çətin sınaqdır. Amma Mahirə xanım şəxsi keyfiyyətləri, səriştə, bacarıq və erudisiyası ilə bu çətinliyin öhdəsindən gələ bilir.
    Rusların bir məsəli var: “Талантам надо помогать, бездарности пробьются сами” – (İstedada (talanta) kömək etmək lazımdır, bacarıqsızlar (qabiliyyətsizlər) özləri yarıb keçərlər).
    AAK-ın Ekspert Komissiyasının sədri kimi Mahirə xanım istedadlı insanlara, talanta kömək edir, bacarıqsıza(qabiliyyətsizlərə) isə yarıb keçməyə imkan vermir.
    KİÇİK BİR HAŞİYƏ. Ekspert Komissiyasının iclasında mənim elmi məsləhətçisi olduğum doktorantın işi müzakirə olunurdu. Mən onun namizədlik işinin də elmi rəhbəri olmuşdum. Əsasnaməyə görə səsvermə zamanı mən iclas zalını tərk etməli idim. Əslində, doktorantımın kənardan dəstəyə heç ehtiyacı da yox idi.
    Səsvermədən əvvəl bir neçə dəqiqəliyə söz istədim. Dedim ki, mən bu gün işi müzakirə olunan doktorantın namizədlik işinin də elmi rəhbəri olmuşam. Çox istedadlı, yüksək elmi göstəricilərə malik tədqiqatçıdır. Hətta, namizədlik işinin müdafiəsi zamanı ona birbaşa elmlər doktoru elmi dərəcəsi verilməsini təklif edənlər də var idi. Bu kiçik çıxışdan sonra dedim ki, indi isə səsvermənin nəticələrinə təsir göstərilməməsi üçün icazə verin iclas zalını tərk edim.
    Mahirə xanım özünəməxsus təmkin və ciddiliklə dedi ki, Siz səsvermənin nəticəsinə artıq təsir göstərdiniz. Səsinin tonu sakit və mülayim idi, amma təsiri kifayət qədər idi….
    Şeirlərinə bəstələnmiş mahnılar:
    HƏR ŞEİR MAHNI OLMUR və ya hər şeirdən mahnı yaranmır. Hər şeir də melodiyaya uyuşmur, mahnıya çevrilmir. Şairlə nəğməkar şairin fərqi də məhz bundadır!
    Mahirə xanımın şeirlərinə indiyə kimi 26 mahnı bəsələnmişdir, hələ bundan sonra neçəsi də bəstələnəcək…
    Həmin mahnıların bəstəçiləri Sevinc Mansurova, Hacı Nazim, Arif Səlimov, Tahir Mahiroğlu, Ruslan Səfəroğlu, Tahir Əkbər, ifaçıları – adlı-sanlı müğənnilər Brilyant Dadaşova, Lalə Məmmədova, Bəyimxanım Vəliyeva, Mətanət İskəndərli, Səyyad Aydınoğlu, Ümidə Mələk, Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Eldəniz Məmmədov, Ehtiram Hüseynov, Abgül Mirzəyev, Qurban Abbasov, Cabir Abdullayev, Gülüstan Əliyeva və başqalarıdır.
    Mahirə xanımın sözlərinə bəstələnmiş aşıq mahnıları da sevilə-sevilə ifa olunmaqdadır.
    Təltif və mükafatları, fəxri adları:
  • 2003 – “İlin ən yaxşı müəllimi”;
  • 2004 – Azərbaycan Respublikasının “Qabaqcıl təhsil işçisi” döş nişanı;
  • 2007 – “Qızıl qələm” Media Mükafatı Laureatı;
  • 2018 – “İlin Alimi” Media Mükafatı Laureatı;
  • 2020 – Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyi – “Milli Ordu-100” medalı;
  • 2021 – “Əməkdar müəllim” fəxri adı;
  • 2021 – “Səməd Behrəngi” Beynəlxalq mükafatı;
  • 2024–2028-ci illər üzrə – “Turan üçün Birləşmiş Ziyalılar Təşkilatı”-nın BZT Turan Akademiyasının Fəxri Komitə sədri;
  • 2024 – Türkiyə Cümhuriyyəti BZT Turan Akademisinin fəxri doktoru diplomu;
  • 2024 – Naxçıvan Dövlət Universitetinin fəxri professoru;
  • 2024 – Özbəkistan Kokand Universitetinin fəxri diplomu;
  • 2024 – “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı;
  • 2024 – Dünya Söz Akademiyasının Rəyasət Heyətinin fəxri akademiki;
  • 2024 – Maxpirat adına Turan Elmlər Akademiyasının fəxri akademiki və döş nişanı;
  • 2024 – Beynəlxalq Elmlər Akademiyasının fəxri akademiki və döş nişanı;
  • 2024 – Mamun Universitetinin fəxri professoru;
  • 2024 – Özbəkistan respublikası Daşkənd İqtisadiyyat vəPpedaqoji universitetinin fəxri professoru;
  • 2024 – Özbəkistanın Cizzax Dövlət Pedaqoji Universitetinin fəxri professoru;
  • 2025 – “Dədə Ələsgər Ocağı” ictimai birliyinin “Aşıq Ələsgər-200” yubiley medalı;
  • 2025 – Dədə Ələsgər Ocağı İctimai Birliyinin fəxri diplomu;
  • 2025 – BZT Turan Akademiyasının Türk Dünyası Alim Qadınlar Şurasının sədri;
  • 2025 – Xarəzm Təkmilləşdirmə və Pedaqogika İnstitutu və Məharət Mərkəzinin fəxri professoru;
  • 2025 – AMEA-nın Rəyasət Heyətinin Fəxri fərmanı;
  • 2025 – AMEA Nəsimi adına Dilçilik İnstitutunun Fəxri professoru.
    VƏ SONDA :
    Yüz illərdi ruhumuzla yol gəlir,
    Nakam eşqə başdaşıdı “Kərəmi”.
    Qoşulubdu karvanına kədərin,
    Yorulmadı, qəm daşıdı “Kərəmi”.

Bu dünyanın hikmətini bilən az,
Bu dünyada ağlayan çox, gülən az.
Deyirlər ki, axar, axar, qurumaz,
Başdan-başa göz yaşıdı “Kərəmi”.
Bu yanıqlı misraların da müəllifi Mahirə xanımdır!
Təbrik edirik, Mahirə xanım!.
Cansağlığı, müqəddəs və şərəfli, çoxşaxəli elmi-təşkilati, pedaqoji fəaliyyətinizdə, bədii yaradıcılığınızda uğurlar və yenə uğurlar arzulayırıq!
Yolçu yolda gərək!
Yorulmayasınız!

Məsud Mahmudov,
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Süni intellekt və kompüter dilçiliyi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor

AMEA Dilçilik İnstitutunda professor Mahirə Hüseynovanın 65 illik yubileyi qeyd olunub

AMEA Dilçilik İnstitutunda professor Mahirə Hüseynovanın 65 illik yubileyi qeyd olunub

Oktyabrın 31-də Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Prezident təqaüdçüsü, əməkdar müəllim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Nağı qızı Hüseynovanın 65 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq Mahirə Hüseynovanın elmi-pedaqoji fəaliyyətindən, Azərbaycan dilçiliyinin müxtəlif sahələrinə verdiyi əvəzsiz töhfələrdən bəhs edib. Mahirə Hüseynovaya elmi və pedaqoji fəaliyyətində qazandığı yüksək nailiyyətlərə, Azərbaycan dilçiliyinin inkişafında misilsiz xidmətlərinə, həmçinin səmərəli ictimai və elmi fəaliyyətinə görə AMEA-nın Rəyasət Heyətinin Fəxri fərmanı və Nəsimi adına Dilçilik İnstitutunun Fəxri professoru diplomu akademik İsa Həbibbəyli tərəfindən təqdim edilib. Diplomların təqdimatı yubliyarın elmi fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi kimi dəyərləndirilib.

Tədbirdə çıxış edən AMEA Nəsimi adına Dilçilik institutunun direktoru, professor Nadir Məmmədli professor Mahirə Hüseynovanın elmi-bədii yaradıcılığından və onun şeirlərində əks olunan dərin həyat fəlsəfəsindən danışıb.
Sonra professor Sayalı Sadıqova “Azərbaycan filologiyasında Mahirə Hüseynovanın yaradıcılığı”, professor Məsud Mahmudov “Azərbaycan bədii-elmi düşüncəsinin fenomeni”, filologiya elmləri doktoru Gülbəniz Babayeva “Mahirə Nağıqızının poetik dünyası”, filologiya üzrə fəlsəfə doktoru Kifayət İmamquliyeva “Mahirə Hüseynovanın yaradıcılığında dialektoloji istiqamət” adlı məruzələrlə çıxış ediblər.


Sonda professor Mahirə Hüseynova göstərilən diqqət və qayğıya görə AMEA-nın prezidenti İsa Həbibbəyli başda olmaqla Dilçilik İnstitutunun rəhbərliyinə və kollektivinə dərin minnətdarlığını bildirib.

ADPU-nin Filologiya Fakültəsi

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB

“Yazarlar” jurnalının baş redaktoru şair, publisist  Zaur Ustacın Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, professor,  eyni zamanda tanınmış şair   Mahirə  Nağıqızının (Hüseynova) anadan olmasının 65 illik  yubileyi münasibətilə “Mahırə Nağıqızı – 65” (monoqrafiya) adlı yeni kitabı işıq üzü görüb.

ZƏFƏR news.az xəbər verir ki, kitab nəfis tərtibatla Mahirə Nağıqızının  yubiley tədbirləri çərçivəsində nəşr olunaraq geniş oxucu kütləsinə təqdim edilib.

“Yazarlar” jurnalının həyata keçirdiyi “Mahirə Nağıqızı – 65” layihəsinin uğurlu nəticəsi kimi ərsəyə gələn kitabın məsləhətçisi tanınmış ədəbiyyatşünas – tənqidçi Qurban Bayramov, redaktoru Hacıxanım Aida, naşiri isə Tuncay Şəhrilidir.

Birincisi “Giriş”, sonuncusu “Yekun” olmaqla 6 fəsildən ibarət olan kitabda Zaur Ustacın Mahirə Nağıqızının bayatıları, şeirləri, hekayələri və məqalələri  haqqında yazdığı şərh və təbliğat xarakterli monoqrafik məqalələri toplanmışdır. Monoqrafiya şəklində tərtib olunmuş kitabda toplanmış məqalələr Mahirə Nağıqızının yaradıcılıq prinsiplərini, estetik görüşlərini, bədii dillə ifadə etdiyi aksioloji dəyərlər sistemini təbliğ və təhlil etmək nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir. Kitab həm mütəxəsislər, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Monoqrafiya  ölkənin əsas kitabxanalarının kitab fondlarına hədiyyə olunmaqla yanaşı, müxtəlif sabit internet platformalar üzərindən elektron kitab formatında da pulsuz olaraq yayımlanır.

PDF buradan oxu! >>>> Zaur Ustac “Mahirə Nağıqızı – 65” (monoqrafiya) PDF

ADPU-nun Quba filialında professor Mahirə Hüseynova ilə görüş keçirilib

ADPU-nun Quba filialında professor Mahirə Hüseynova ilə görüş keçirilib

28 oktyabr 2025-ci il tarixində Pedaqoji Universitetin (ADPU) Quba filialında Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, professor Mahirə xanım Hüseynovanın anadan olmasının 65 illik yubileyi və elmi-pedaqoji və ədəbi fəaliyyətinə həsr olunmuş “Qəlbi azərbaycanlı, Qərbi azərbaycanlı!” mövzusunda təntənəli ədəbi-bədii gecə keçirilib.
Tədbirdən əvvəl Ulu öndər Heydər Əliyevin Quba şəhərində yerləşən abidəsi ziyarət edilib. Filialda qarşılanma zamanı tələbələr qonaqları Qubada yaşayan azsaylı xalqların dilində salamlayıblar.
Filialın böyük zalında keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda, Vətən yolunda canlarını fəda edən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra professor Mahirə xanım Hüseynovanın mənalı həyat yolu və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
İştirakçıları səmimiyyətlə salamlayan ədəbi-bədii gecənin aparıcısı Azər Süleymanlı qeyd edib ki, professor Mahirə xanım Hüseynovanın yaradıcılığına həsr olunmuş bu tədbirin gənclərin milli-vətənpərvərlik ruhun tərbiyə almasında müstəsna rolu vardır.
Sonra Quba rayon İcra Hakimiyyətinin Başçısı İlqar Mahmudov çıxış edərək professor Mahirə Hüseynovanın elmi, bədii və ictimai fəaliyyətinin ayrı-ayrı istiqamətlərinə toxunaraq diqqətə çatdırıb ki, şairənin bütün yaradıcılığının araşdırılması və təbliği gənc nəsildə vətənpərvərlik ruhunun inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir. Cənab İlqar Mahmudov həm də qeyd edib ki, Mahirə xanım Hüseynova 2015-ci ilin mayında ADPU-nun Müasir Azərbaycan dili kafedrasının dosenti, dekabrında isə müdiri olmuş, 2017-ci ildə filologiya üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. 1 il sonra isə ADPU-nun Müasir Azərbaycan dili kafedrasının professoru seçilmişdir. 2018-ci ildən ADPU-nun “Filologiya” fakültəsinin dekanı vəzifəsində çalışmışdır. Hazırda ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorudur. Mahirə Hüseynova həmçinin Prezident təqaüdçüsü, “Qızıl qələm” və “İlin alimi” Media Mükafatı laureatıdır. “Bütün bunlar isə təsadüfi deyil, gərgin elmin və zəhmətin nəticəsidir” deyə Cənab Başçı qeyd etmişdir.
Quba filialının direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyev çıxışında qeyd edib ki, professor Mahirə Hüseynova bütün dövrlərdə Azərbaycanın gözəlliyini, vətənimizin bütövlüyünü, Qərbi Azərbaycan mövzusunun milli əhəmiyyətini diqqətdə saxlayıb. Filologiya elminə böyük töhfələr vermiş, Qərbi Azərbaycanın azman kişilərindən olan, el ağsaqqalı, professor Həsən Mirzənin həyat məktəbində şəxsiyyət, ziyalı, pedaqoq, alim kimi yetişən bu istedad sahibi hər zaman öz yoluna, həqiqətlərinə, adətinə, törəsinə, tərbiyəsinə səmimi və sədaqətli olub. Ümummilli lider Heydər Əliyevin dövlətçilik ideyalarına sədaqət və ehtiram bu ailə və onun doğma ətrafında hər zaman milli prinsip olaraq qorunub. Mahirə Nağıqızı xalqın ağrı-acısını, müsibətlərini, faciələrini, yurd nisgilini duyğusallığı ilə ruhuna çəkərək vətən sevgisi, qeyrəti ilə milli-mənəvi ruhu sağaltmaq naminə dağlara, daşlara, çaylara, çiçəklərə ünvanlı sözləri öz şeirlərində ustalıq və peşəkarlıqla elə yoğurub yapır ki, sanki vətənin yaralarını sağaltmaq üçün məlhəm hazırlayır. Yəni onun şeirlərində, adətən çarəsiz dərd yoxdur. Dərd semantikasına görə, onun bu qəbildən olan şeirləri poetik kanonlarla, bəşəri bədii normativlərlə səsləşir. Bunlar gözəl, professional aforizm səviyyəsindədir. Mahirə xanımın bəhs etdiyimiz şeirləri bir mənəvi sərvət kimi, xalqımızın əqli-hissi istifadəsinə yarayır, eyni zamanda ədəbi ünsiyyətin kütləviləşməsinə təsir göstərir. Direktor həm də qeyd edib ki, Mahirə xanım Hüseynova Qərbi Azərbaycan ərazisində mövcud olan toponimlərin türk-Azərbaycan etnoyaddaşının ən möhtəşəm abidəsi fonunda arxaik etnolingvistik mənzərəsinin hələ də kifayət qədər öyrənilmədiyini nəzərə alıb. Professorun Vətənimizin gözəlliyinə, Azərbaycanın füsunkarlığına həsr etdiyi şeirlər dillər əzbəridir. Azərbaycanın görkəmli bəstəkarları və müğənniləri bu mövzulara müraciət ediblər.
Milli Məclisin deputatları – professor Əlibala Məhərrəmzadə, Sadiq Qurbanov, Afət Həsənova, Vüqar Rəhimzadə, Müşfiq Məmmədli, Məlahət İbrahimqızı, Fatma İldırım, Tamam Cəfərova da öz növbələrində qeyd ediblər ki, Mahirə xanım Hüseynova mənsub olduğu soy-kökün təməlləri üzərində alim kimi, idarəedici kimi professor Mahirə Hüseynova, ictimai xadim, şairə kimi isə şairə Mahirə Nağıqızı olaraq tanındı və tanıyanların da sevimlisinə çevrildı. Bu sevgini və dəyəri isə özünü tanıyanlar haqq edə bilərlər. Bir anı bir ömrə, bir ömrü də bir ana sığdırmağı bacaran dəyərli elm, ədəbiyyat insanına, yaradıcı şəxsiyyətə can sağlığı, xoşbəxt həyat, aydın səma arzulayıblar. Bildiriblər ki, söz ustadının qarşısında bütün sözlər acizdir. Çünki Mahirə xanımın sözə dəyəri soykökündən, anasından, dayısı Həsən Mirzədən gəlir, bu səbəbdən də sevilən şairəmizi təəccübləndirmək müşkül məsələdir. Biz onu sevənlər olaraq sadəcə, hörmət və etimadımı nümayiş etdirə bilərik.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının müdiri, texnika elmləri doktoru professor Hüseyn Hüseynov, ADPU-nun “Türk araşdırmaları” elmi-tədqiqat mərkəzinin direktoru, filologiya elmləri doktoru, professor Elman Quliyev, tanınmış ictimai xadim hüquqşunas Səməd Vəkilov, AYB-nin Quba bölməsinin sədri görkəmli şair Ramiz Qusarçaylı, filialın baş müəllimi Eyvaz Şeydayevin çıxışlarında professor Mahirə xanım Hüseynovanın həyat və fəaliyyətinin ayrı-ayrı istiqamətlərinə dair fikir və mülahizələrini bölüşüblər.
Sonra professor Mahirə xanım Hüseynova belə bir könül oxşayan tədbirin təşkilinə görə, rayonun və filialın rəhbərliyinə səmimi minnətdarlığını ifadə edib. Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində əzəmət tapan müstəqilliyimiz, Müzəffər Ali baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycan Ordusunun qazandığı rəşadət və sonrakı qəhrəmanlıqlar nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasını dövlətçilik tariximizin şanlı səhifəsi kimi dəyərləndirən professor bildirib ki, Azərbaycanda yaşamaq və yaratmaq böyük bəxtiyarlıqdır. Professor Mahirə Nağıqızı qeyd edib ki, gənclərin inkişafında əməyimizin olması bizləri sevindirir, bizlər Həsən Mirzəyev kimi dəyərli alimlərimizdən öyrəndiklərimizi gənc nəslə ötürməliyik. Həmçinin Mahirə xanım Nağıqızı onu da bildirib ki, bu gün onun alim, şairə və insanların çətin və xoş günündə hər zaman yanlarında olan bir şəxsiyyət kimi yetişməsinin səbəbi anası Nazlı xanımdır. Bu səbəbdən də əsərlərinin çox hissəsində ana məhəbbəti, ana zəhməti ön plandadır. Daha sonra “Onun daş nağılı” adlı şeirini səsləndirən Mahirə xanım Hüseynova əbədiyyətin başlanğıcını Ana və Vətən sevgisində gördüyünü diqqətə çatdırıb. Çıxışın sonunda professor Mahirə Hüseynova bir daha tədbirin belə yüksək səviyyədə hazırlığına görə xüsusi olaraq filialın direktoru professor Yusif Alıyevin adını çəkərək, onun da elm və tərbiyə görmüş ailədən çıxdığını, buna görə də elmin və alimin qədrini bildiyini, həmçinin kökündən gələn təvazökarlığa sahib olduğunu da qeyd edib.

Ədəbi-bədii tədbirdə şairə Mahirə Hüseynovanın poeziya nümunələri əsasında hazırlanmış bədii hissə də yer alıb.
Əməkdar artistlər Gülüstan Əliyeva, Mətanət İskəndərli və Elnur Zeynalov, tanınmış xanəndələr Leyla Rəhimova, aşıq Zülfiyyə İbadova, qiraətçi Pünhan İsmayılov, filialın tələbəsi Günəş İskəndərov şairənin sözlərinə bəstələnmiş mahnıları ifa edib, şeirlərini söyləyiblər. Tələbələr tərəfindən ifa edilən rəqslər də maraqla qarşılanıb.
Tədbir filial tələbələrinin suallarının cavablandırılması ilə davam edib.

ADPU-nin Filologiya Fakültəsi

Mahirə Nağıqızı – Kimindi?

Kimindi?
Hamı pay istədi, özünə çəkdi,
Demədi dünyanın dərdi kimindi?
Biri yer düzəltdi, ağaclar əkdi,
Biri meyvələri dərdi, kimindi?

Nədi bəhsəbəhsi nadan olanın,
Eşidilmir səsi adam olanın.
Məşhərə çəkilib edam olanın,
Buraxıb getdiyi yerdi, kimindi?

Biri qulluq edib ərsə yetirdi,
Biri yarı yolda salıb itirdi.
Biri əl uzadıb yerdən götürdü,
O biri boylanıb gördü, kimindi?

Dünyanın qismətə çıxması eyni,
Az yedin, çox yedin, loxması eyni.
Sarayı eynidir, daxması eyni,
Çırmanıb can qoyan hördü, kimindi?

Həqiqət olanı bilə bilmədik,
Bölünən nə yoxdu, bölə bilmədik.
Mahirə, qərara gələ bilmədik,
O böyük Tanrımız birdi, kimindi?

Müəllif: Mahirə NAĞIQIZI

MAHİRƏ NAĞIQIZININ DİGƏR YAZILARI

O, həm fədakar alim, həm də istedadlı qələm adamıdır…

O, həm fədakar alim, həm də istedadlı qələm adamıdır…

Mahirə Hüseynova- 65

Dünyanın hər bir yerində olduğu kimi, bizim cəmiyyətdə də xanım alimlərə xüsusi ehtiram və diqqət var. Fəqət, yaxın keçmişə qədər Azərbaycan xanımlarına elmlə, tədqiqatla məşğul olmaq yasaq edilmişdi. Sanki xanımların təhsil alması, savadlanması kimlərəsə mane olurdu. Yalnız XX əsrin ortalarından başlayaraq, elmin müxtəlif sahələrində alim xanımlarımız da yer tuta bildilər. Bəli, bu dəfə sizə bir alim xanım- Mahirə Hüseynova haqqında söhbət açmaq istəyirəm. Onu həm də Mahirə Nağıqızı kimi tanıyırlar. Amma, gəlin əvvəlcə Mahirə xanımın ömür kitabına nəzər yetirək:

O, 1960-cı ilin noyabr ayının 4-də Naxçıvan MR-də, Babək rayonunun Sust kəndində anadan olub. Orta təhsilini 1978-ci ildə Abşeron rayonu Novxanı qəsəbə 1 saylı məktəbdə başa vurub. 1980-1984-cü illərdə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində ali təhsilə yiyələnərək oranı fərqlənmə diplomu ilə bitirib. Əvvəlcə təyinatla Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə, sonra isə Bakı şəhəri Nəriman Nərimanov rayonundakı 43 saylı MLK-da öz ixtisası üzrə müəllim işləyib. Həmin illərdə Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl təhsil işçisi” fəxri adına layiq görülüb. 2009-cu ildən ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müəllimidir. 2012-ci ildə “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” adlı dissertasiyasını uğurla müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. 2017-ci ildə isə “XIX-XX əsr Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)” mövzusunda elmi iş müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsinə yüksəlib. ADPU-da işlədiyi müddət ərzində dosent, kafedra müdiri, fakültənin dekanı vəzifələrində çalışıb. 2021-ci ildən etibarən isə həmin universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru vəifəsində işləyir. Həm də 2024-cü ildən Milli Məclis yanında Toponimiya Komissiyasının tərkibində fəaliyyət göstərir…

Filologiya üzrə fəlsəfə doktoru Məlahət Babayeva onu belə təqdim edir: “Azərbaycan dilçilik elmini dünya miqyasında tanıdan, ölkəmizin elm xəzinəsinə sanballı töhfələr verən, beynəlxalq miqyasda böyük nüfuz qazanan, məhsuldar və yorulmaz fəaliyyəti ilə filologiya elminin, mədəniyyətin dinamik inkişafına qayğısını əsirgəməyən görkəmli dilçi-alim, filologiya elmləri doktoru, professor, tanınmış şairə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova zamandan bir addım öndə irəliləyən alimlərimizdəndir. XXI əsr Azərbaycan elmi və təhsili tarixində özünəməxsus yer tutan böyük alim, professor Mahirə Hüseynova bütün fəaliyyətini, yaradıcılığını mədəniyyətimizin, ədəbiyyatımızın, təhsilimizin inkişafına sərf edən dəyərli ziyalılarımızdandır. Onun mühüm həyati problemlər qaldıran, vacib ictimai-siyasi və mənəvi-əxlaqi məsələləri əks etdirən tədqiqatlarında əsas tədqiq və inikas obyekti insan, onun mənəvi dünyasıdır. Xalqımızın gözəl, zəngin mənəvi dəyərlərinin təbliği görkəmli alimin yaradıcılığında mühüm yer tutur. Onun məqalələri, araşdırmaları və monoqrafiyaları həm mövzu zənginliyinə, həm də dil və üslubuna görə böyük maraq doğurur. Dərin zəka sahibi olan Mahirə xanım həm görkəmli alim, pedaqoq, həm də istedadlı şair kimi tanınmaqdadır.”

Sirrli cazibə qüvvəsi, güclü daxili enerjisi və sabit xarakteri ilə seçilir. Əslində, o özündə dərin duyğuları, güclü intuisiya qabiliyyətini ehtiva edir və öz dəyərlərinə sadiqdir. Həyatında nə istədiyini dəqiq bilir və bu məqsədlərə çatmaq üçün qətiyyətlə səy göstərir. Ətrafında baş verən hadisələrə qarşı soyuqqanlı və sakitdir. Bəzən qərarları emosional əsaslara söykənsə də, məntiqi düşüncəsini heç vaxt itirmir. Dostluqda sadiq və etibarlıdır. Xəyanəti, nankorluğu bağışlamır. Hissetmə qabiliyyəti çox güclüdür- qarşısındakı insanın niyyətini, necə deyərlər, ilk sözündən anlayır. Bəzən sərt və qapalı görünsə də, bu onun zəif olduğunu deyil, əksinə, çox güclü insan olduğunu göstərir. Ətrafındakı insanlara qarşı daim diqqətlidir və analitik yanaşma sərgiləyir…

Əməkdar müəllim, filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev yazır: “Professor Mahirə Hüseynovanın elmi yardıcılığı çoxşaxəlidir. Azərbaycan dilçiliyi, ədəbiyyatşünaslıq, türkologiya, dilimizin metodika məsələləri, publisistika, bədii yaradıcılıq.
Məlum olduğu kimi, Azərbaycan elmində bədii ədəbiyyatın araşdırılması əsasında yaranan dilçilik tədqiqatları əsasən iki sahədə: ədəbi dil tarixi və üslubiyyat istiqamətlərində inkişaf edib. Mahirə xanım isə Dərələyəz mahalının zəngin aşıq ədəbiyyatı və xalq şeiri materialları əsasında onomastik vahidlərin, toponimlərin tədqiq olunmasına üstünlük verməklə ədəbiyyat yönümlü dilçilik tədqiqatlarının əhatə dairəsini genişləndirib. Onun “Qərbi Azərbaycanın Dərələyəz mahalının aşıq və el şairlərinin yaradıcılığında onomastik vahidlər” adlı monoqrafiyası bu istiqamətdə meydana çıxan ilk uğurlu tədqiqatlardan biridir. Məsələyə bu cür elmi baxış, həm şifahi xalq ədəbiyyatının dərin qatlarının, ictimai-mədəni köklərinin nəzəri cəhətdən aydınlaşdırılmasına və həm də qrammatik strukturun real və təbii mənzərəsinin canlandırılmasına şərait yaradıb. Bu mənada Mahirə Hüseynovanın qədim Azərbaycan torpaqlarından olan Dərələyəz mahalının folklorunun dilçilik yönündən öyrənilməsinə həsr olunmuş tədqiqatları həm də həmin regionun tarixi, etnoqrafiyası və ədəbiyyatına dair araşdırmaların da vəzifəsini yerinə yetirir. Onun 2017-ci ildə “XIX-XX əsrlər Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri” mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyası isə milli folklor irsinə fəlsəfə doktorluğu dövründən başlanmış vətəndaş alim münasibətinin daha da dərinləşməsinə xidmət edir. Mahirə xanım müxtəlif illərdə Azərbaycan aşıq və el şairlərinin əsərlərinin linqvistikasının ayrı-ayrı sahələrinin, həmçinin problemlərinin öyrənilməsinə həsr olunan ardıcıl və sanballı tədqiqatları ilə qrammatika üzrə mükəmməl bir dilçilik araşdırmaları silsiləsi yaradıb. Bu silsilənin davamı kimi professorun Dərələyəz mahalının dil materialları əsasında 2015-ci ildə qələmə aldığı “Aşıq və el şairlərinin fonopoetikası”, 2016-cı ildə “Aşıq və el şairlərinin leksikası”, daha sonra “Aşıq və el şairlərinin üslubi frazeologiyası”, Aşıq və el şairlərinin üslubi morfologiyası”, “Aşıq və el şairlərinin üslubi sintaksisi” adlı eyni ildə işıq üzü görmüş kitabları da problemin daha dərindən araşdırılmasına xidmət göstərir…”

Mahirə xanımın bədii yaradıcılığında isə mənəvi saflıq və vətənpərvərlik ana xətt rolunu oynayır. Onun şeirləri qürurun, mərdliyin, saflığın aydın poetik ifadəsidir. Mahirə xanım “Mənim anam”, “Su at dalımca, ana”, “Ana sevgisindən doğan nəğmələr”, “Yaşadacaq anam məni”, ”Ömrümün çırağı sənsən”, “Analı dünyam” adlı kitablarını təşkil edən poeziya nümunələrində ilahi sözün təbii poetik ifadəsi öz əksini tapıb. Ümumiyyətlə, professor, şair Mahirə Nağıqızı ədəbiyyatımızın inkişafında böyük xidmətlər göstərməkdədir və həm fədakar elm xadimi, həm də şair kimi yorulmadan yazıb-yaradır…

…Bəli, haqqında söhbət açdığım Mahirə xanımın bu il 65 yaşı tamam olur, yubiley ilidir. Yəqin ki, ilboyu həmkarları, dost və tanışları, o cümlədən qələm adamları onun barəsində xoş söz deməyə tələsəcəklər. Qoy mənim bu söhbətim, bu sırada ilk olsun!..

HörmətləElman Eldaroğlu

Elman Eldaroğlu təbrik edir

Zaur Ustac “Mahirə Nağıqzı – 65” (monoqrafiya) – PDF

ZAUR USTAC – “MAHİRƏ NAĞIQIZI – 65” (MONOQRAFİYA) PDF:

Zaur Ustac “Mahirə Nağıqızı – 65” (monoqrafiya) PDF


SƏDULLA ŞİRİNOVUN KİTABLARI
:

  1. Sədulla Şirinov “Sönməyən qisas” pdf
  2. Sədulla Şirinov “Gecikmiş etiraf” pdf
  3. Sədulla Şirinov “Zamanın pəncərəsindən baxanda” pdf
  4. Sədulla Şirinov “Heç nə olmazdan çox şey olurmuş” pdf
  5. Sədulla Şirinov “Qudalar” pdf

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Munis yazılar – 4” (Mahirə Nağıqızı – 65)

Gülü “Munis yazılar – 4” (Mahirə Nağıqızı – 65) pdf


SƏDULLA ŞİRİNOVUN KİTABLARI
:

  1. Sədulla Şirinov “Sönməyən qisas” pdf
  2. Sədulla Şirinov “Gecikmiş etiraf” pdf
  3. Sədulla Şirinov “Zamanın pəncərəsindən baxanda” pdf
  4. Sədulla Şirinov “Heç nə olmazdan çox şey olurmuş” pdf
  5. Sədulla Şirinov “Qudalar” pdf

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ADPU-nun Filologiya fakültəsində “Alimlərimizi tanıyaq və tanıdaq” layihəsinə start verilib

ADPU-nun Filologiya fakültəsində “Alimlərimizi tanıyaq və tanıdaq” layihəsinə start verilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin dekanı dosent Könül Həsənovanın təşəbbüsü ilə keçirilən “Alimlərimizi tanıyaq və tanıdaq” layihəsinin məqsədi Azərbaycan elminin inkişafında mühüm rolu olan görkəmli alimlərin həyat və yaradıcılığını tələbələrə tanıtmaq, onların elmi irsini gənc nəsil arasında təbliğ etməkdir.

Oktyabrın 24-də keçirilen layihənin ilk tədbiri filologiya elmləri doktoru, professor Təyyar Salamoğluna həsr edilib.

Tədbirdən əvvəl Filologiya fakültəsinin tanıtım filmi nümayiş olunub. Filmdə fakültənin tarixi, professor-müəllim heyəti və fəaliyyəti haqqında geniş məlumat verilib.

Tədbirdə fakültənin professor-müəllim heyəti, tələbələr və dəvətli qonaqlar iştirak ediblər.

ADPU-nun rektoru professor Cəfər Cəfərov, beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova, akademik Muxtar İmanov, dosent Qüdrət Umudov, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Əməkdar incəsənət xadimi, tənqidçi İntiqam Qasımzadə, publisist, filologiya üzrə fəlsəfə doktoru Natəvan Dəmirçioğlu çıxışlarında layihənin əhəmiyyətindən danışmış, Təyyar Salamoğlunun zəngin elmi irsinin gənc tədqiqatçılar üçün örnək olduğunu vurğulamış, belə tədbirlərin tələbələrin elmə marağını artırdığını qeyd etmişlər.

Sonda Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova professor Təyyar Salamoğluna fakültənin elmi-pedaqoji fəaliyyətində göstərdiyi xidmətlərə görə təşəkkürünü bildirərək ona xatirə plaketini təqdim edib.

ADPU-nin Filologiya Fakültəsi

Ulduz – Oktyabr – 2025 N:10 (667) – Mahirə Nagıqızı – 65

Mahirə Nağıqızının “Salam olsun” adlı şeirlər kitabı toplusu, əsasən, Vətən sevgisi, milli kimlik və şəhidlik mövzularını əhatə edir. Kitabın semantik-struktur, semiotik, qeyri-səlis məntiq və sinergetik təhlil aşağıdakı plan üzrə aparacağıq:
Semantik-struktur təhlil: Mətnin əsas semantik nüvələri. Strukturdakı poetik elementlərin dinamikası. Semantik dominantlar və periferik obrazlar. Kitabın əsas semantik nüvəsi Vətən sevgisi və milli kimlikdir. Şeirlərdə tez-tez təkrar olunan “salam olsun” ifadəsi, həm bir salamlaşma, həm də bir dua və ya xatirə kimi funksionaldır. Bu ifadə vasitəsilə şairə, tarix yaradanlara, şəhidlərə və Vətən üçün fədakarlıq edənlərə müraciət edir. Ümumiyyətlə, Mahirə Nağıqızının poeziyasının poetik semantikasında əsas ana xətt “Vətən sevgisi”dir. Məsələn, “Qarabağ vətəndir” şeirində “dağlar səssiz danışır” misrası simvolik anlam daşıyır. Bu, həm topoqrafik obraz, həm də tarixi yaddaş kodudur. Şairin strukturu klassik üçlükdə qurulur: vətənin keçmişi, mübarizə anı və zəfər sonrası mərhələ. Misal: “Qanla yazılıb torpağın taleyi…” – burada “qan” sözü həm metafora, həm də semantik yük daşıyır; torpağa can verənlər simvolizə olunur.
Semiotik analiz: Simvol və kodların funksiyası. Mədəni və intertekstual işarə sistemləri. Metaforik qatların açılması. Kitabda istifadə olunan simvollar arasında “al bayraq”, “kəfən”, “qan” və “Şuşa” kimi ifadələr önə çıxır. Bu simvollar, Azərbaycanın müstəqilliyi, şəhidlik və milli qürur kimi anlayışları təmsil edir. Məsələn, “Dalğalandı Şuşada al bayrağımız” misrası, Qarabağın azadlığı və milli qürurun simvoludur. Mahirə Nağıqızının poetikasında tez-tez rast gəlinən simvollar: Torpaq – müqəddəslik, vətənin fiziki varlığı; Qarabağ – milli kimliyin kodlaşdırıldığı semantik mərkəz; Bayraq, səma, dağlar – dövlətçilik və əzəmət simvollarıdır. Misal: “Bayrağımda şəhidin nəfəsi var” – bayraq burada təkcə simvol deyil, canlı bir varlıq kimi təqdim olunur. Nəfəs – ruhani elementdir.
Qeyri-səlis məntiq üzrə təhlil: Məlumatların qeyri-deterministik axını. Parçalanmış mənalar və ziddiyyətli obrazlar. Poetikanın qeyri-səlis situasiyalarda doğurduğu yeni anlamlar. Şeirlərdə bəzən konkret və abstrakt anlayışlar arasında keçidlər müşahidə olunur. Məsələn, “Ələm idi, qüssə idi hər çağımız” misrası, keçmişin kədərini ifadə edir, lakin dərhal sonra “Otuz ildən sonra güldü növrağımız” misrası ilə gələcəyə ümid verilir. Bu, qeyri-səlis məntiqin poetik təzahürüdür. Nağıqızının şeirlərində qeyri-səlis məntiq əsasən emosional və intuitiv keçidlərdə müşahidə olunur. Yəni, klassik səbəb-nəticə məntiqindən çox, duyğu axınına əsaslanan bir struktur yaradılıb. Misal: “Göz yaşı göl oldu, içində Şuşa var…” – Şuşa adlı konkret coğrafi məkan emosional kontekstdə təsvir olunur; burada məntiq hissə əsaslanır, yoxsa faktlara?
Sinergetik təhlil: Kitabın strukturu, xaosdan nizama doğru bir keçidi əks etdirir. Əvvəlki şeirlərdə kədər və itki hissləri ön planda olsa da, sonrakı şeirlərdə qələbə və ümid motivləri güclənir. Bu, sinergetik yanaşmada sistemin özünü təşkil etməsi və yenidən qurulması kimi qiymətləndirilə bilər. Nağıqızının şeirlərində sinergetik model aşağıdakı şəkildə müşahidə olunur: Xaos → Kosmos poetik trayektoriyası. Bifurkasiya nöqtələri (qəfil dönüş anları). Şeirin enerjisi və özünü-təşkil modeli. Xaos mərhələsi: müharibə, həsrət, itki. Orta zona: şəhidlik, müqavimət. Sinerji (nizam): Qələbə, vətənə dönüş, dirçəliş. Misal: “44 günün hər gecəsi min illik dua idi…” – zamanın sıxılması və enerjinin toplanması burada sinergetik qığılcım yaradır.
Nəticə etibarı ilə Mahirə Nağıqızının “Salam olsun” kitabı yalnız poetik mətnlər toplusu deyil, həm də kollektiv yaddaşın və milli kimliyin poeziyada yenidən kodlaşdırılmasıdır. Buradakı şeirləri təhlil edərkən biz təkcə bir müəllifin poetik aləmini yox, həm də bütöv bir xalqın taleyini, ağrısını və ümidini oxuyuruq.
“SALAM OLSUN” (EYNİ ADLI ÜÇ ŞEİR) əsərləri Mahirə Nağıqızının poetikasında “salam”ın semantik, semiotik, qeyri-səlis məntiq və sinergetik çalarlarını konkretləşdirən parlaq nümunələrdir. Aşağıda həmin şeirlərin hər birinin sinergetik və semiotik təhlilini verək.
“Salam olsun” (I) – Tarixi-millilik və kosmik harmoniya arasında: Şeir milli yaddaşın poetik rekonstruksiyasıdır. Dördüncü misra hər bənddə motivin kulminasiyasını təmin edir – salam həm bir çağırış, həm dua, həm də müqəddəsləşdirmə aktıdır. Bəndlərin strukturunda keçmiş–bu gün–davamlılıq semantik xətti qurulur. Semiotik kodlar və simvollar: Bayraq, qılınc, qələm – dövlətin və mənəvi müqavimətin simvollarıdır. Altaylar, Göytürklər, Mövlana, Yunus – həm mədəni yaddaşın, həm də türk kimliyinin ikonik markerləridir. Qəhrəman, şəhid, qazi – sinergetik sistemdə “qurbanlıq” və “qoruyucu enerji” daşıyıcılarıdır. Qeyri-səlis məntiqin tətbiqi: Burada “salam” həm konkret ünvana (şəhid, bayraq, torpaq), həm də abstrakt anlayışlara (zaman, haqq-ədalət, elm-sənət) yönəlir. Bu da qeyri-səlis məntiqin tipik göstəricisidir – yəni sərhədlər bulanıqdır, çoxqatlı mənalandırma vardır. Sinergetik model: Şeir sinergetik sistemdə tarazlıq–pozulma–bərpa dövriyyəsinə əsaslanır: Kosmos: Türk kimliyi, haqq-ədalət, bayraq. Xaos: Müharibələr, qurbanlar, şəhidlər. Kosmosun bərpası: Millət ayaqdadır, davamlılıq təmin olunur, salam enerjisi sonda yenidən harmoniya gətirir.
“Salam Olsun” (II versiya) – Tarixi yaddaş və lider kultunun poetik sintezi. Semantik-struktur təhlil: Bu versiyada tarixə münasibət daha şəxsiləşmişdir – tarixi yaradanlar, Ərdoğan, İlham, şəhidlər konkret olaraq vurğulanır. Bəndlərdə təqdir, yaddaş və ümid kodları iç-içə keçir. Semiotik kodlar: Sər doğan – güc və intuisiya simvoludur. Bayraq, qan, şəhid – vətən uğrunda müqəddəsliyə çevrilmiş obrazlardır. Ərdoğan və İlham – həm siyasi lider, həm də “xalqın iradəsinin simvolik daşıyıcısı” kimi verilir. Qeyri-səlis məntiq: Qan, zaman, tarix, lider – hamısı eyni poetik müstəvidə yerləşdirilir. Məsələn, “qanınız əynimizdə qalacaq” misrası həm məcazi, həm real qatlarda oxunur. Sinergetik baxış: Bu şeir “qələbə sonrası kollektiv transformasiya” mərhələsini təqdim edir: Xaos: İşğal, otuz illik kədər. Bifurkasiya: Qarabağ savaşında dönüş anı. Yeni kosmos: Bayrağın Şuşada dalğalanması – sistemin özünü təşkil etməsinin təzahürü. “Salam” – Emosional-kollektiv poetik enerji sahəsi. Semantik-struktur təhlil: Bu şeirdə “salam” daha çox emosional rezonans doğuran simvola çevrilir. Hər bənddə refren kimi təkrarlanan “Salam, Qarabağım, salam” misrası həm şeiri ritmik cəhətdən qurur, həm də ünvanlı poetik rezonansı gücləndirir. Simvolik kodlar: Xarı bülbül, Kəlbəcər, Cıdır düzü, fərman, İlham – hər biri konkret məna daşıyır, lakin eyni zamanda ümumiləşdirilmiş poetik simvoldur. Sinəsində ümman çağlayan şairə – poetik subyektin iç dünyası ilə Qarabağ obrazı arasındakı energetik keçid nöqtəsidir. Qeyri-səlis məntiq: Şairə həm danışan, həm yaşayan, həm də xalqın özüdür. Bu qeyri-səlis identifikasiya prosesi sinergetik strukturu dəstəkləyir. Qarabağ həm itirilmiş, həm qazanılmış, həm də hələ də arzulanan bir obraz kimi təsvir olunur. Sinergetik transformasiya: Burada daha çox poetik rezonans effekti ilə çalışan sinergetik model mövcuddur: Enerji yığımı: Salamlarla doğma torpağa yönələn enerji yığılır. Bifurkasiya nöqtəsi: Vətən sevgisinin partlayış anı – “Qayasında xına qanım” misrası ilə təcəssüm olunur. Sabitlik: Sonda dinclik və harmoniya yaranır – “Dinər saza həsrət dağlar…”
Beləliklə, “Salam olsun” (I) şeirinin semantik məzmunu: Bu şeirdə əsas məzmun tarixi yaddaş və milli kimlik üzərində qurulub. Türk xalqlarının minillik sınaqlar qarşısında dirənişi, milli yaddaşın zaman içində necə qorunub saxlandığı ön plana çıxarılır. Semiotik simvollar: Bayraq – milli kimlik və suverenliyin simvoludur. Altay – türklüyün başlanğıc mərkəzi, mifoloji və etnogenez baxımından başlanğıc kodudur. Mövlana, Yunus Emrə – İrfan və mənəviyyatın poetik nişanələri. Şəhid – fədakarlığın, müqəddəsliyin və ölümün anlamını aşan bir simvol. Sinergetik fazalar: Xaos: Müharibələr, qarışıqlıq, qurbanlarla dolu keçmiş. Bifurkasiya: Milli oyanış, tarixin doğru istiqamətə yönəlməsi. Kosmos: Sabitlik və milli həmrəylik durumuna keçid. Qeyri-səlis məntiq: “Salam” sözü burada yalnız adi bir salamlama aktı deyil – duadan, anddan, təqdisdən, vətən sevgisinə qədər uzanan çoxqatlı mənalandırmaya açılır. Yəni “salam” həm emosional, həm fəlsəfi, həm də milli bir kod kimi işlədilir.
“Salam olsun” (II) şeirinin semantik məzmunu: Burada vurğular lider kultu və tarixi dirçəliş üzərində qurulur. Tarix yaradan şəxsiyyətlər və onların simasında millətin qurtuluş epoxası təqdim olunur.
Semiotik simvolları: Ərdoğan və İlham – lider obrazları olaraq, türk birliyinin, siyasi iradənin və qələbənin daşıyıcıları kimi çıxış edirlər. Qan və bayraq – həm şəhidliyin, həm də dövlətin yenidən doğuluşunun nişanələri kimi şeirdə dominant simvollardır. Sinergetik fazaları: Şəhidlər: Qurban mərhələsi – xaotik enerji. Liderlik: Bifurkasiya nöqtəsi – xalqın taleyi üçün yönverici məqam. Zəfər: Kosmos – qələbənin strukturlaşması. Qeyri-səlis məntiq: Ünvanlanma forması həm konkret (Ərdoğan, İlham), həm də abstrakt (tarix, şəhidlər, millət) kimliklərə yönəlir. Burada qeyri-səlislik ünvanlanmanın çoxqatlı və dəyişkən xarakterindən irəli gəlir.
Salam” (III) şeirinin semantik məzmunu: Bu şeirin mərkəzində torpaq sevgisi və emosional rezonans dayanır. Qarabağa qayıdış, Vətənə duyulan həsrət, azadlıqdan doğan sevinc şeirin əsas ruhunu təşkil edir. Semiotik Simvollar:Qarabağ, Cıdır düzü – torpağın öz simvolik yaddaşıdır. Bülbül – musiqi, azadlıq və Vətənin ruhu ilə birləşən simvol. Şairənin özü – artıq poet-subyektin öz simvoluna çevrilməsi, şairin şəxsiyyətləşmiş “torpaq həsrəti” obrazıdır. Sinergetik fazalar: Yığılmış enerji: Uzun illər yığılan emosional, mədəni və ideoloji enerji. Emosional partlayış: Azadlıqdan sonra yaranan coşqu, poetik ekstaz. Qeyri-səlis məntiq: Burada şəxs (poetik subyekt) ilə torpaq (Qarabağ) arasında sərhəd silinir. Şeirin dili ilə ifadə etsək, Mahirə Nağıqızı artıq Qarabağın danışan qəlbi kimi çıxış edir. Bu birləşmə tamamilə poetik, hissə əsaslanan və rasionallığı aşan qeyri-səlis məntiqin nümunəsidir.
Yekun nəticə ondan ibarətdir ki, bu üç şeirin hər birində “Salam” sözü sadəcə salamlaşma deyil, milli şüurun, tarixi yaddaşın, lider ideologiyasının və torpaq sevgisinin bir simvolik formuluna çevrilir. Semiotic kodlar və sinergetik fazalar bir-birini tamamlayır və nəticədə qeyri-səlis məntiq çərçivəsində poetik məna çoxluqları meydana gəlir.
“AZƏRBAYCAN” ŞEİRİ həm poetik güc, həm də milli təhtəlşüurla yüklənmiş, çoxqatlı semantik və semiotik struktura malik nümunədir. Onu dörd aspekt üzrə təhlil edək:

  1. Semantik-struktur təhlil: Bu şeir “Azərbaycan” sözünün hər bənddə strukturun mərkəzinə qoyulması ilə anaforik bir ritm yaradır. Şeir struktur olaraq paralel konstruksiyalardan ibarətdir və bu paralellik: Məkan (Qayalar, Xəzər, Kür), Zaman (Min illərdir, nəsil-nəsil, ahıllar qədər) konsepti simvolik (Bayraq, Tanrı, dua) qatlarda işlənmişdir. Struktur funksiyası – Azərbaycan obrazı həm təbiət, həm tarix, həm də mənəvi dəyər kimi çoxqatlı şəkildə təqdim olunur.
  2. Semiotik təhlil: Şeirdəki əsas semiotik simvollar: Qaya- Tarixin və davamlılığın simvolu. Səməndər quşu- Yenidən doğuluş, küldən dirçəliş – milli ölməzlik. Xəzərin dalğası- Hərəkət, davamlı mübarizə, xalqın ruhu. Bayraq- Dövlətçilik, müqavimət, azadlıq ideyası. Tanrı və dua- Metafizik dayaqlar, milli ruhun ilahiliyini göstərir
  3. Qeyri-səlis məntiq: Şeir birmənalı ardıcıllıqla yox, emosional sıçrayışlarla qurulub. Məsələn: “Kürüm qədər lal, dəli” – burada “lal” və “dəli” ziddiyyətli sifətlərdir. Bu qeyri-səlislik Azərbaycan obrazının daxili qarşıdurmalarını – eyni anda həm səssiz, həm də coşqun olmasını ifadə edir. “Ahıllar qədər susqun, cahıllar qədər hikkəli” – yaşla gələn müdrikliklə cəhalətin emosional patlaması yanaşı təqdim olunur. Bu, poetik düşüncənin qeyri-səlis modelidir: qarşılıqlı istisna edən məqamlar bir bədii mətndə harmoniyaya salınır.
  4. Sinergetik təhlil: Şeir sinergetik cəhətdən xaosdan nizama keçid prinsipinə uyğun qurulub: Başlanğıcda təbiət və zaman daxilində dağınıq, müxtəlif assosiasiyalar verilir (qaya, kül, dalğa). Ortada insani, tarixi və emosional təbəqə təqdim olunur (dua, ahıllıq, ümid). Sonda bayraqla və dirəklə nizamlanmış milli kimlik və dirçəliş vurğulanır. Bu, Vətənin və millətin xaotik tarixdən çıxıb öz kimliyinə qovuşma prosesinin poetik modelidir.
    Yekun qiymətləndirmə: Bu şeir Mahirə Nağıqızının poeziyasında poetik konseptualizmin parlaq nümunəsidir. Burada Azərbaycan təbiət və tarix məkanından çıxaraq metafizik və simvolik entitetə çevrilir. Şairin dil oyunları və paralel konstruksiyaları, milli kimliyin həm keçmiş, həm də gələcək qatlarını poetik kodlaşdırır.
    Metaforik qat. Mahirə Nağıqızının poeziyası obrazlılıq və metaforik qat baxımından zəngin poetik struktura malikdir. Onun şeirlərində metafora yalnız bədii ifadə vasitəsi deyil, həm də tarixi yaddaşın, milli kimliyin, mübarizə ruhunun və zamanla dialoqun semantik yükünü daşıyır. Təhlil etdiyimiz şeirlər əsasında metaforik qatları konkret misallarla analiz edək:
    Azərbaycan ruhunun poetik salnaməsi: Vətənin adı çəkiləndə sətirlər deyil, duyğular danışır. “Azərbaycan” şeiri bu duyğuların sözə çevrilmiş zirvəsidir. Az sözlə çox məna demək, həm tarixə, həm ruhlara toxunmaq — bu şeirin başlıca özəlliyidir.
    Simvolik struktur – hər bənd Azərbaycanın bir parçasıdır. Şeirin hər bəndi “Azərbaycan” sözünün təkrarilə başlayır. Bu, həm poetik strukturu möhkəmləndirir, həm də anaforik təkrar vasitəsilə ideya və duyğunu gücləndirir. Şeir bir növ dualist məna daşıyır: Azərbaycan həm real məkan, həm də mənəvi mərkəzdir.
    “Azərbaycan –
    Qayalarından uca,
    Yaşımdan da cavan,
    Dünyadan qoca…”

Bu misralarda məkanın arxaikliyi ilə subyektin (şairin) şəxsiyyətinə bağlanmış bir zaman paradoksu qurulur. Azərbaycan, burada həm çağdaşdır, həm də əzəldəndir. Fiziki yaşı yoxdur, çünki o, bir ideya, bir mifoloji varlıq kimidir.
Mifoloji qat – “Səməndər quşu” motivi:
“Azərbaycan –
Külündən yaranan,
Mənim səməndər quşum.”

Bu bənd birbaşa sinergetik və mifopoetik kontekstdə oxunmalıdır. Səməndər quşu — yanan, kül olan və yenidən doğulan varlıqdır. Azərbaycan xalqının tarix boyu məruz qaldığı işğallar, faciələr və oyanışlar bu obrazda simvolikləşir. Bu, bifurkasiya nöqtələrindən doğan bir xalqın qayıdış mifidir.
Zaman və məkanın sinergetik tarazlığı:
“Azərbaycan –
Xəzərin uca dalğası.
Min illərdir xalqımın
Yaşamaq qovğası.”

Bu misralarda Xəzər artıq coğrafi obyekt deyil, xalqın kollektiv yaddaşıdır. Şair Xəzəri yüksəklik simvoluna çevirərək onu həm kosmik, həm də mifik hadisələrə bağlayır. Bu isə Vətən–Zaman–Xalq üçlüyünün poetik formuludur.
Dualar, çaylar, ahıllar və cahıllar:
“Azərbaycan –
Kürüm qədər lal, dəli.
Ahıllar qədər susqun,
Cahıllar qədər hikkəli.”

Bu misralar oxucunu sarsıdır. Vətən burada nə yalnız müqəddəsdir, nə də bütövdür – o həm də konfliktli, ziddiyyətli, daxili disharmoniya ilə doludur. Mahirə Nağıqızı milli ruhun həm sakral, həm də realist tərəflərini qavramağı bacarır. Bu poetik konflikt, əslində, xalqın sinergetik enerjisidir – mütəmadi olaraq xaosdan nizama keçən bir güc.
Azərbaycan – şəfanın, sağlamlığn ünvan:
“Azərbaycan –
Göyərən ümidlərim.
Dərmanı, davasısan,
Min illik dərdlərimin.”

Burada Vətən şəfa verəndir, eyni zamanda düşmən əsarətində olduğu üçün acı doğuran bir arxetipdir. Mahirə xanım onu həm problemin səbəbi, həm də həlli kimi təqdim edir – bu cür yanaşma, əslində dərin egzisntial anlayışdır.
Bayrağın dirəyi – Azərbaycan: Son bənddə isə ideya tamlanır və siyasi-mənəvi simvol – bayraq – önə çıxır:
“Azərbaycan –
Ünvanı növrağımın.
Əyilməyən dirəyisən,
Üçrəngli bayrağımın.”

Azərbaycan yalnız coğrafi və mənəvi məkan deyil, həm də identiklik simvoludur. “Əyilməyən dirək” – bu, həm dirənişdir, həm inam. Üçrəngli bayrağın dirəyi, əslində, xalqın birliyinə, şərəfinə, tarixə dayanan iradəsidir. “Azərbaycan” şeiri təkcə vətənpərvərlik hissi doğurmur, o, həm də kollektiv şüur kodlarını oyadan, mifik simvollarla çağdaş düşüncə arasında körpü quran, zaman və məkan anlayışlarını sintez edən bir poetik sənəddir.
Bu şeir qəzet səhifəsində nəşr olunacaqsa, oxucular təkcə bədii zövq almır, həm də Azərbaycan haqqında fərqli düşünmək, onu təkcə “torpaq” kimi deyil, mənəvi sistem, sinergetik varlıq kimi duymaq imkanı qazanır.
“VƏTƏNDİR” şeirinin mövzusu: Vətənin mənəvi anlamı, insanın varlığı və mənəviyyatı ilə vətən anlayışının vəhdəti. İdeyası: Vətən sadəcə fiziki məkan deyil, insanın ruhuna dayaq olan, sevgiylə, sədaqətlə yaşadığı yer və duyğudur. Semantik yükü: Vətən – ana dizinin yanı, Ruhun beşiyi, Qanın axdığı, bədənin can verdiyi yer. Bu şeirdə vətənin semantik sahəsi fiziki coğrafiyadan daha çox mənəvi və psixoloji təmələ əsaslanır. Vətən “sinə”, “ad”, “qan”, “ümid yeri” kimi obrazlarla dolğunlaşdırılır. Vətən anlayışı təkcə coğrafi bir məkan deyil, insanın mənəvi dayağı, ailə ocağı, ümid mənbəyidir.
“Hər ağla gələnlər yığbala gəlməz,
Haqdan gəlməyəni yığ bala, gəlməz.
Sevənin günahı babala gəlməz,
Ürəyə can verən qanı vətəndir”.

Bu misralar müasir ruhludur, lakin arxaik qatlarla zəngin poetik fəlsəfənin bənzərsiz örnəyidir. Onu həm sinergetik, həm də mifoloji-arxetipik müstəvidə təhlil edək. Hər insanın beynindən min fikir keçər. Lakin hər ağla gələn doğru deyil, yəni mənəvi, ilahi süzgəcdən keçməyən fikir, istək, niyyət yerinə çatmaz, nəticə verməz. Bu dünyada “yığ” – toplama, ehtiyac duyulanı seçmə prosesidir. Amma haqdan gəlməyən – yəni mənbəyi mənəviyyatdan, ədalətdən, həqiqətdən olmayan heç nə, nə qədər yığılsa da, ürəyə yol tapmaz, qəbul olunmaz. Bu, həm etik, həm fəlsəfi filtrdir. “Sevənin günahı babala gəlməz” – burada sevgidə olan səmimiyyət, təmizlik vurğulanır. “Babala gəlməz” ifadəsi həm xalqın, həm ilahi ədalətin nəzərində günahkar sayılmamaq anlamını verir. Burada “sevgi – saf niyyətdir, sevgi cinayət deyil” deyə metafizik hökm verilir. Nəhayət, “ürəyə can verən qanı vətəndir” misrası ilə şeir kulminasiyaya – bifurkasiya nöqtəsinə çatır. İnsan varlığını yaşadan ruhun özü vətəndir deyilir. Qan – bioloji enerji olsa da, onu mənəvi şəkildə ruhlandıran, həyat verən – Vətəndir. Bu, milli arxetipin, torpaq analığın və Tanrı ilə bağlılığın sintezidir.
Sinergetik modeldə bifurkasiyanın (sinergetik yanaşmada dönüş, seçmə və ya qırılma anını bildirir. Bu, poetik mətnlərdə qəhrəmanın, cəmiyyətin, xalqın və ya ideyanın yüksək məqama çatdığı anı simvollaşdırır) izahı: Şeirdə bifurkasiya nöqtəsi – daxili seçim anıdır: Səmimi sevgi ilə saxta hissi, haqqla nəfsi ayırd etməkdir. Şəxsi səviyyədə bu, ürəyə “nəyi buraxmalıyam” sualına cavabdır. Milli səviyyədə isə xalqın doğru ilə yanlış arasında seçimidir. Bu nöqtədən sonra şeirin fəlsəfi yükü dəyişir – Vətən obrazı peyda olur və bütün mənaları öz orbitinə alır. Vətən artıq fiziki məkan deyil – ürəyə can verən, insanı yaşadan, sevgi, haqq və mənəviyyatla dolu bir varlıqdır.
Arxetipik simvollar və mifoloji qat: “Haqq” – Tanrı arxetipi, ilahi ədalətdir. “Sevən” – Saf insan, arxetipik “aşiq” obrazıdır. “Ürək” – İnsan varlığının mərkəzi, mistik “ruh mərkəzi”dir. “Qan” – Həyatın fiziki cəhətdən daşıyıcısı, eyni zamanda fədakarlıq simvoludur. “Vətən” – Ana-Torpaq arxetipidir. Qanla birləşməsi onu qurbanlıq və müqəddəsliklə yükləyir.
Nəticə etibarı ilə bu şeir mifik təfəkkürlə formalaşan dərin poetik qənaətlərin daşıyıcısıdır; sinergetik partlayış anı – bifurkasiya – Vətən anlayışı ilə bağlıdır; üç təməl motivi birləşdirir: Haqq – Sevgi – Vətən. Bu isə onu həm ontoloji, həm də epistemoloji dəyərə malik poetik fraza halına gətirir.
Poetik kodlar: Ana, diz, sinə – metaforik olaraq doğmalıq və mənəvi istinad yerini simvolizə edir. (Ardı və digər maraqlı yazılar jurnalda – PDF):

Dərgidə kitab – “Salam”ın şeir məkanı – Ramazan Qafarlının geniş təhlili burada:

Oxu>>>>10

“ULDUZ” JURNALI PDF