
Mustafa Müseyiboğlu adına kitabxana
JURNALLARIN PDF ARXİVİ:

İNCİ, QƏRƏNFİL…
(Qərənfilə yazığım gəlir…)
Olsan da, bu işdə ən son müqəssir,
Gəl, məndən incimə, inci qərənfil…
Utanc çiçəyisən, utanc çiçəyi,
İstəsən lap məndən inci, qərənfil…
* * *
Ruhum bu halından çox mütəəssir,
Yenə döşənmisən küçəyə, daşa…
Qaxınc çiçəyisən, qaxınc çiçəyi,
Qaxanc örf-adətə, öfkəyə, başa,
* * *
Bu işdə bilmirik, kimdi müqəssir,
Bizim üz qaramız, qırmızımızsan…
Həya örpəyisən, güvənc ləçəyi,
Sən bizim dünyaya qırımımızsan…
* * *
Ustac tək oğullar çox mütəəssir,
Üz-üzdən utanır, dözür ağrına…
Əlacsız-əlacsız ödünc çiçəyi,
Silah əvəzinə sıxır bağrına…
20.01.2018. Bakı.
Müəllif: Zaur USTAC
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

1945-ci ildə anadan olmuş Babulla Səlimov Azərbaycan Neft və Kimya İnstitutunu, Bakı Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirib.
Uzun illər neft sənayesində çalışıb, Əli Bayramlı (indiki Şirvan) Neft Texnikumunun direktoru, Şəhər İcraiyyə Komitəsinin sədr müavini, sədri, Əli Bayramlı Şəhər Sovetinin sədri, icra başçısının müavini kimi bir çox məsul vəzifələrdə çalışıb. Şəhərin quruculuğunda yaxından iştirak edib, milli memarlıq ənənələrinin təbliğinə və tətbiq edilməsinə xüsusi qayğı göstərib. Onun “Səməd Vurğun dühası xalqa məxsusluğun abidəsidir” layihəsi əsasında 1987-ci ildə Əli Bayramlı şəhərində Səməd Vurğun parkı salınıb, şairin abidəsi ucaldılıb.
“Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi şərəfinə onun işlədiyi layihə əsasında Əli Bayramlı şəhərində “Dədə Qorqud meydanı” salınıb, Dədə Qorqud abidəsi ucaldılıb, dastanın motivləri və coğrafiyasını özündə əks etdirən abidələr kompleksi tikilib.
Babulla Səlimov, eyni zamanda, neft-mədən avadanlıqlarının təkmilləşdirilməsi ilə bağlı 42 səmərəli təklifin müəllifi olub.
Ötən əsrin 70-ci illərindən başlayaraq o, respublikanın dövri mətbuatında Babulla imzası ilə həm elmi-publisistik, həm bədii yazılarla çıxış edib, hər yazısında xalqımızın tarixi ilə bağlı taleyüklü problemlərə toxunub.
Onun 20 Yanvar şəhidlərinə həsr olunmuş “Xiyabandan gələn səslər” şeirlər kitabı 1991-ci ildə, “Yaddaşın abidəsi” fəlsəfi-publisistik kitabı 2000-ci ildə, “Sonam” xatirat kitabı isə 2013-cü ildə nəşr edilib.
B.Səlimov bir çox dövlət təltifləri ilə, medallarla mükafatlandırılıb, “Yaddaş” Milli Mükafatına layiq görülüb.
Qeyd edək ki, Babulla Səlimov tanınmış şair və tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlunun atasıdır.
Allah rəhmət eləsin!

Yazıçılar üçün yaxşı fürsət.
Müsabiqədən kənarda qalmayın.
“Ədibin Evi” tərəfindən elan edilən Mir Cəlal adına III hekayə müsabiqəsi davam edir. Həcmi 1500 (min beş yüz) sözdən çox olmamaq şərti ilə Azərbaycan dilində yazılan hekayələr elektron şəkildə
ünvanına 2023-cü il 1 fevral tarixinədək göndərilməlidir. Hekayələrin mövzusu ilə bağlı məhdudiyyət yoxdur. Müsabiqəyə qədər çap olunmuş hekayələr qəbul edilmir.
Birinci yerin qalibinə 3000,
ikinci yerin qalibinə (iki mükafat) 2000,
üçüncü yerin qalibinə isə (üç mükafat) 1000 manat
pul mükafatı təqdim ediləcək.
Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

ARDI
PS:“ALLAHIN BƏLASI – ATİLLA” romanı yazıçı Akif Abbasovun sayca 6-cı romanıdır. Bu romandan əvvəl o, “Aldanma sözlərə”, “Samsundan başlanan yol”, “Acı xatirələr”, “Sultan II Murad” və “Fateh SÜultan Məhmət” romanlarını yazmışdır. Akif Abbasov eyni zamanda “Əliş və Anna dastanı”, “Ananın qəlbinə gedən yol”, “Yaxşı yoldaş” povestlərinin və “Atatürk” pyesinin müəllifidir.
Müəllif: Akif ABBASOV
Azərbaycan Respublikası Təhsil İnstitutunun
elmi katibi, pedaqogika elmləri doktoru, professor, respublikanın Əməkdar müəllimi .
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Bu gün şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezident təqaüdçüsü hörmətli Zaur Ustacın doğum günüdür.
Zaur Ustac 8 yanvar 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk və orta təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almışdır.Ali təhsilimi Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində almışdır.
Birinci Qarabağ müharibəsinin iştirakçısı və ehtiyatda olan zabitdir.
”Günaydın “, “Mum kimi yumşalanda”, ”Məhdud həyatın məchul düşüncələri”, ”İstəməzdim şair olum hələ mən”, ”Gülzar”, ”Şehçiçəyim”, “Gülünün şeirləri”, ”Balçiçəyim”, ”Bayatılar”, “Qələmdar”, “Yaradanla baş-başa”, “Zimistan”, “45” (şeirlər), “Ülyahəzrət”, “Qədimliyə bürünmüş yenilik”, “Gülüzənin şeirləri” və s. kitabların, çoxlu sayda məqalələrin müəllifidir.
Zaur müəllim biz gənclərin tanınmasına daima dəstək olmuş, məqalələrimi dəfələrlə “Yazarlar” jurnalında və eyniadlı saytda dərc etdirmişdir. Həmçinin “Möhtəşəm Zəfərin Nişanəsi” adlı kitabıma görə məni “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə təqdim olunan “ZİYADAR” Mükafatına layiq görmüşdür.
Hörmətli Zaur müəllimi doğum günü münasibəti ilə ürəkdən təbrik edirəm. Ona can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzu edirəm.
Hörmətlə: Sevindik Nəsiboğlu
SEVİNDİK NƏSİBOĞLUNUN YAZILARI
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

“Yazarlari” jurnalının N:1 (25) Yanvar 2023-cü il sayı işıq üzü görüb. Bu sayda yer alan yazarlara və yaradıcı heyətə yeni-yeni nailiyyətlər arzu edirəm! PDF: yazarlar-25

Texniki redaktor:Tuncay ŞƏHRİLİ
PDF: >>>>>>> caroline-laurent-turunc
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Bu gün “Yazarlar” jurnalının baş redaktoru, MYK-nın icraçı katibi, şair-publisist Zaur Ustacın doğum günüdür! Şad günü münasibəti ilə şairi təbrik edir, həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!!!

Kollektivin adından texniki redaktor:Tuncay ŞƏHRİLİ
PDF: >>>>>>> caroline-laurent-turunc
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

“Atamla düşmən tərəfindən dağıdılmış, sökülmüş, viran qoyulmuş evimizə yaxınlaşdıq. Bu evimizlə, doğma kəndimizlə son dəfə vidalaşdığımız gün idi. Gördüyüm mənzərə heç vaxt gözümün qarşısından getməyəcək. Həyətə səpələnən kitabları görəndə dəhşətə gəldim. Evimizdə iki kitabxana var idi. Xalamın kitabları da bizim evdə idi. Yağı düşmən sanki bu evdə cəza verməyə insan tapmadığından bütün qəzəbini kitabların üstünə tökmüşdü. Bir anlıq qaçıb kitabları yerbəyer etmək, hamısını birdən qucaqlayıb götürmək istədim. Anacaq heç birini etmədim. Əyilib cəmi iki kitab götürə bildim…”– bu sözləri göz yaşlarını zorla saxlayaraq deyən insanın hansı hislər keçirdiyini təsəvvür edəndə qaçqınlıq, köçkünlük həyatını yaşayanların nə qədər güclü olduqları haqda bir daha düşündüm.
Gör nə qədər güclü olasan ki, evsiz, eşiksiz qalıb nəinki əzilməyəsən, sınmayasan, hətta ayağa qalxıb ömrünü, gününü Qarabağda zəfər çalana qədər sözünlə, yazdığın əsərlərlə, gördüyün işlərlə düşmənlə mübarizə aparasan! Bir zaman döyüşcü olaraq doğma kəndin uğrunda vuruşduğun kimi hər saat, hər an dilindən Qarabağ kəlməsi düşməyə. Məhz belə yaşadı o. Evdə, çöldə, tədbirlərdə , harda olsa qələbəyə ümidini itirmədən uzun illər həsrətdən danışdı bu adam.
Hamımızın yaxşı tanıdığı, Azərbaycanın hər qarışını, doğma Qarabağı canından artıq sevən və övladlarına sevdirən qazi şair, yazıçı və xeyirxah insan, əslən Ağdamın Yusifcanlı kəndindən olan Zaur Ustac dan gedir söhbət.
Zaur Ustacın heç kimdən heç nə ummadan, Azərbaycan xalqının dəyərlərinə yüksək qiymət verərək, böyük-kiçik yerini bilərək Azərbaycana etmək istədikləri həddindən artıq çoxdur. Hər dəfə onun FB səhifəsini açanda yeni bir fikir, yeni bir layihə ilə rastlaşırıq. Hərdən mənə elə gəlir ki, bu insan gecə-gündüz dayanmadan çalışır. Bu yaxınlarda səhifəsində dostunun onunla yazışmasına rast gəldim.
– Sənin işlərin nə vaxt bitəcək?– dostu soruşur
– Heç vaxt. Sadəcə bir gün yarımçıq qalacaq...- deyə cavab verir Zaur Ustac.
Yaşının, həyatının çiçəkləndiyi bir vaxtda bu insan həyatının bitməsindən çox işlərinin yarımçıq qala biləcəyindən narahatdır.
Bu gün bu maraqlı, bəzən qeyri-adiliyi ilə fərqlənən insanın doğum günüdür. Adətən belə gündə dostlara, yaxınlara, qohumlara böyük bir fürsət verilir ki, onlar ürəyində olan xoş sözləri, arzu və diləkləri doğum günü olana desinlər. Mən də bu fürsətdən istifadə edib Zaur Ustacı təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və yaradıçılıq uğurları arzu edirəm.
Müəllif: Təranə MƏMMƏD
yazıçı, şair, tərcüməçi. AYB üzvü.
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

“ALLAHIN BƏLASI – ATİLLA” (ROMAN)
(romandan parçalar – 1)
Honoriya yeddi incə belli qızla sarayın bağçasında gəzib dolaşırdı. Qızların hərəsi bir dünya gözəli idi. Baxan göz çəkmək bilmirdi. Xoş, gülərüz sifətli, lətafətli, təravətli idilər, ətli dodaqlı vardı. Güləndə ağappaq, sədəf dişləri görünürdü. Sinələrini qabağa verib ahəstə addımlarla yeriyir, şirin söhbətləri, duzlu-məzəli lətifələri ilə xanımlarının könlünü oxşamağa çalışırdılar.
Qızların gözəlliyi, təravəti nə qədər çox idisə, Honoriyanın yanında solğun görünürdü. Honoriya Ulu Tanrının dünyaya, həyata bəxş etdiyi çox gözəl yaranış, möcüzə idi. Gündüzlər – Günəş, gecələr – Ay onun həsrətini çəkərdi.
Həmişə gülərüz, xoş simalı olan, bununla cazibədarlığını daha da artıran Honoriya bu gün nədənsə qayğılı, fikirli görünürdü. İncə belli qızların nə söhbəti, nə də lətifələri onun qırışığını acmırdı.
Qızlar özlərinin yığışdırdılar. Honoriyanın xətrinə dəyən, xoşuna gəlməyən bir hərəkətə yol verməklə, artıq söz işlətməklə onun qəzəbinə tuş gələ bilərdilər.
Honoriya nə qədər nəzakətli, mərifətli, mədəni, ürəyiyumşaq, mehriban qız olsa da, əsəbiləşəndə, səbri tutmayanda aləmi bir-birinə qatardı.
Honoriya birdən ayaq saxlayıb üzünü incə belli qızlara tutdu:
-Yaxşı, qızlar, kifayətdir. Dağılışın. Tək qalmaq istəyirəm.
Qızlar təzim edib tez hərəsi bir tərəfə üz tutdu. Honoriya ağır addımlarla bir qədər irəli yeriyib dayandı. Bağ-bağça qızıl gül kollarına bürünmüşdü. Ətrafı qəlboxşayan, əsəbləri sakitləşdirən xoş ətir bürümüşdü. Honoriya qızılgül koluna doğru əyilib, gülləri iylədi. “Uf” eləyib əlini çəkdi. Barmağı qızılgül budağındakı tikana toxunmuşdu.
Bağbanı çağırıb işarə etdi. Bağban üç ədəd qızılgül dərib qıza uzatdı. Honoriya gülümsəyib gülləri aldı: qırmızı, sarı, ağ qızılgüllər idi. Honoriya gülləri sinəsinə sıxıb yaxınlıqdakı oturacaqda əyləşdi. Sərin meh əsir, lap yuxu gətirirdi.
Bağban da, incə belli qızlar da uzaqlaşmışdılar. Ətrafda kim isə gözə dəymirdi. Sakitlik idi. Honoriya xəyala dalmışdı. Əhvalının dalğın olması səbəbsiz deyildi. Neçə gün idi, narahat gündüzlər, yuxusuz gecələr keçirirdi. Rahatlığını əlindən alan vardı.
Əvvəllər bir-birindən ötrü dəli-divanə olanlara çox qəribə baxır, hətta onları qınayırdı. Sevginin, məhəbbətin bu qədər şiddətli olmasına inanmırdı. Vaxt-vədə gələndə kişilər evlənir, qadınlar ərə gedirlər. Bəzən onların fikrini soruşan da olmur, evdəkilər kimi deyirlərsə, oğlan onu alır, qıza da kimi deyirlər – ona ərə gedir. Özləri tapışanlar da çoxdur. Bu izdivaclardan uşaqlar doğulur, böyüyür, onlara da gün-güzəran düzəldirlər. Platonik məhəbbət yoxdur, yalandır.
Bunlar, Honoriyanın qənaətləri idi.
Amma indi özü eşqə mübtəla olmuşdu. Qənaətlərində yanıldığını başa düşürdü. Evli olmaq heç də sadəcə bir yastığa baş qoymaq demək deyilmiş.
Məhəbbət adlı ülvi hiss sən demə həqiqətən varmış. Özü də adamı qəfildən yaxalayır, insanı özünün əsrinə çevirir. Sən demə, düşmənə əsir düşəni bir yolla – razılığa gəlməklə, mal-mülk hesabına əsirlikdən qurtarmaq olurmuş. Məhəbbət əsirini isə, azad etmək mümkünsüzmüş. Məşuqu məşuqədən savayı bu əsirlikdən kimsə qurtara bilməzmiş.
Bunları düşünən Honoriya birdən xəyallar aləmindən ayrıldı. “Gərək ehtiyatlı olum. Bu halımdan yaxınlar xəbər tutmamalıdırlar. Yoxsa sorğu-sual başlanacaq”.
Qəfil ayağa qalxdığından dizinin üstünə qoyduğu qızıl güllər sürüşüb düşdü. Bir istədi onları burada – bağçada qoyub getsin. Lakin fikrindən daşındı. Əyilib onları götürdü. Yavaş-yavaş, fikirli halda hərəkətə gəldi. Saraya daxil olub otağına çəkildi.
22 mart 2022-ci il
PS: “ALLAHIN BƏLASI – ATİLLA” romanı yazıçı Akif Abbasovun sayca 6-cı romanıdır. Bu romandan əvvəl o, “Aldanma sözlərə”, “Samsundan başlanan yol”, “Acı xatirələr”, “Sultan II Murad” və “Fateh SÜultan Məhmət” romanlarını yazmışdır. Akif Abbasov eyni zamanda “Əliş və Anna dastanı”, “Ananın qəlbinə gedən yol”, “Yaxşı yoldaş” povestlərinin və “Atatürk” pyesinin müəllifidir.
Müəllif: Akif ABBASOV
Azərbaycan Respublikası Təhsil İnstitutunun
elmi katibi, pedaqogika elmləri doktoru, professor, respublikanın Əməkdar müəllimi .
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru