Yazarlar cameəsi adından Varis bəyi doğum günü münasibətilə təbrik edir, bütün fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!
Əziz dostlar. Azərbaycan Ədəbiyyat Fondu olaraq növbəti tədbirimizi mayın 23-də keçirəcəyik. Saat 12:00-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Qırğızıstanın Xaq yazıçısı Sultan Rayevin “Dəlixana” romanının təqdimatı olacaq. Bu, fondumuzla “Hədəf” Şirkətlər Qrupunun birgə layihəsi – “Türk xalqları ədəbiyyatı” seriyasının ilk kitabıdır. Kitab “XAN” nəşriyyatında nəşr edilib. Layihə rəhbərləri ikidir – Hədəf Şirkətlər Qrupu, eləcə də Ədəbiyyat Fondunun baş direktorları Şəmil Sadiq və mən – bəndəniz. Kitabı dilimizə Aysel Oğuz çevirib, redaktorlar Yunus Oğuz və Cavid Qədirdir. Deyim ki, çox möhtəşəm romandır. Gəlin, maraqlı olacaq.
Nə gizlədim, cəmiyyətdə yazıçılara münasibət əvvəlki ildəkilərə baxmış xeyli soyuqlaşıbdır, buna da çox vaxt səbəb elə yazıçıların özləri olur, onların fasiləsiz bir-birilərinin kölgələrini qılınclamaları olur. İstənilən peşə sahibləri arasında həmrəylik olsa da, sayca elə də çox olmayan, cəmi bir ovuc olan yazıçılar arasında müdhiş düşmənçilik hökm sürür. İrəli gedəni geri çəkmək, sevilənə çamur atmaq, uğur qazananın uğurlarına kölgə salmaq, rejionlaşma, qruplaşma, klanlaşma – bunlar günümüzün ədəbi cameəsinin təəssüfedici görüntüləridir. Və yetənin Yazıçılar Birliyini durmadan tənqid etməsi də çox üzücüdür. Amma mən, sözün həqiqi mənasında, böyük, işıqlı yazıçılarımıza, çox istedadlı ədəbi gəncliyimizə güvənərək deyirəm: dahi Nizami Gəncəvinin vətəninin ədəbiyyatı yenə də öz əzəli nüfuzunu qaytara biləcəkdir. Əziz yazıçılar, gününüz mübarək! Əziz kitabserlər, bu həm də sizin bayramınızdır, sizləri də təbrik edirəm!
İyulun 14-də Şuşada Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Vaqif Poeziya Günləri başlayıb.
40 illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra artıq 2-ci dəfədir ki, Azərbaycanın mədəniyyət paytaxtında yenidən təşkil olunur.
Mədəniyyət və incəsənət xadimlərinin, Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin, gənc yazıçılar, şairlər və qazilərin iştirak etdiyi poeziya günləri iyulun 14-də “Qarabağ” mehmanxanasının qarşısında kitab sərgisi ilə başlayıb, sonra M.P. Vaqifin məqbərəsinin qarşısında və Cıdır düzündə davam edib. FOTOLAR: