24 may 2021 – ci il Bakı vaxtı ilə 20:00 – də canlı yayımda izləyicilərin seçimi ilə “Ziyadar” Mükafatı laureatları hədiyələr (müxtəlif nominallı konturlar) qazanıblar:
I YER 15 AZN (nağd və ya kontur).
Türkiyədən izləyicimiz yazar, şair Faruk Habiboğlunun seçimi olan 66 nömrə ilə Ayətxan Ziyad
II YER 2 ədəd 5 AZN (nağd və ya kontur).
2. İzləyici Sevda İbrahimlinin seçimi olan 5 nömrə ilə Elçin Əfəndiyev,
3.İzləyici İltimas Səmiminin seçimi olan 14 nömrə ilə Vüsal Şabizadə.
III YER 3 ədəd 3 AZN (nağd və ya kontur).
4.İzləyici Rəfiqə Abbasovanın seçimi olan 8 nömrə ilə Rizvan Fikrətoğlu,
5.İzləyici Cavad Məmmədlinin seçimi olan 9 nömrə ilə Etibar Həsənzadə,
6.İzləyici Kazım Quliyevin seçimi olan 55 nömrə ilə Ramiz Həsənli.
Bütün hədiyyə qazanan laureatları təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun!!!
“Sən bizimsən, bizimsən durduqca bədəndə Can, Yaşa – yaşa çox yaşa, ey şanlı Azərbaycan!” M.Ə.Rəsulzadə. 23 May saat Bakı vaxtı ilə saat 14:00 Osloda Nizami Gəncəvi adına Azərbaycan dili məktəbi və Yevlax rayon Nizami adına Malbinəsi tam orta məktəbi tərəfindən təşkil edilmiş « Mənim dilim -Ana dilim» layihəsi əsasında Zoom proqramı vasitəsilə 28 May Müstəqillik Günü ilə bağlı təşkil edilən xüsusi görüş olmuşdur. Görüşün məruzəçilərindən olan Azərbaycan ədəbiyyatı və mədəniyyət ilə bağlı silsilə məqalələrin müəllifi və İsveçin Umea Universitetinin elmi işçisi və dosent Səadət Kərimi tarixilik baxımından olduqca əhəmiyyətli çıxışına görə “Vintsas” Mükafatı ilə təltif olunmuşdur. Sənədləri (diplomları) doğrulama lingi: >>> LAUREATLAR
Qurban BAYRAMOV “Vurğun poeziyası” adlı kitabının işıq üzü görməsi münasibəti ilə “Ziyadar” Mükafatına layiq görülüb. Laureatı bu münasibətlə təbrik edir, yeni-yeni yaradıcılq uğurları arzu edirik.
Qərib İnqilab oğlu Baxşəliyev 22 may 1977 Bakı — 3 noyabr 2020 Zəngilan rayonu — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsinin şəhidi.
BAXŞƏLİYEV QƏRİB HAQQINDA
Qərib Baxşəliyev 1977-ci mayın 22-də Bakı şəhərində anadan olub.1984-1994-cü illərdə Nərimanov rayonunda 82 nömrəli tam orta məktəbdə təhsil alıb. 1995-1999-cu illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) ali hərbi təhsil alıb. Ailəli idi. Üç övladı yadigar qaldı.
Qərib Baxşəliyev 1999-2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissəsində Motoatıcı Tağımın Komandiri vəzifəsində xidmət edib. 2000-ci ildə Tərtər rayonu istiqamətində Kontuziya alması nəticəsində xidmətini Azərbaycanda zabitlərin yetişdirilməsində xüsusi rolu olan Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam edib.
Qərib Baxşəliyev 2000-2002-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Taqım Komandiri, 2002-2010-cu illərdə həbi liseyin Tədris Bölüyünün Komandiri, 2010-2014-cü illərdə hərbi liseyin tərbiyəvi işlər bölməsində psixoloq, 2014-2016-cı illərdə isə hərbi liseyin şəxsi heyətlə iş üzrə şöbənin psixoloqu vəzifəsində xidmət edib.
2016-2019-cu illərdə Qərib Baxşəliyev əvvəl Heydər Əliyev adına Hərbi Liseydə, sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) hərb tarixini tədris edib.
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Qərib Baxşəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl, Füzuli və Zəngilan istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun hərbi qulluqçularının mənəvi-psixoloji hazırlığının artırılmasında rol oynayıb. Qərib Baxşəliyev noyabrın 3-də Zəngilan istiqamətində xidməti avtomobilində düşmənə əsir düşməmək üçün silahı ilə özünə başından açdığı atəş nəticəsində şəhid olub. Onun nəşi 32 gün erməni tərəfində saxlanıldığdan sonra II Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qərib Baxşəliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Bu gün şəhid qardaşımızın doğum günündə Cənnət adlı yeni doğulmuş qızı anası ilə xəstəxanadan evə yazılıb. Hər şey öz qaydasındadır. Allah Qəribə rəhmət eləsin. Ruhu şad olun…
Beynəlxalq Ailələr Günü hər il 15 May tarixində qeyd olunur. Gün 1993-cü ildə A / RES / 47/237 qətnaməsi ilə BMT Baş Məclisi tərəfindən elan edilmiş və beynəlxalq birliyin ailələrə verdiyi əhəmiyyəti əks etdirmişdir.
Bu foto 14 may 1993 – cü ildə Yaşmada Azərbaycan Respublikasının yeni yaradılan Xüsusi Təyinatlı Taborlarının birində Hərbi And İçmə Günü çəkilib. Fotoda sağda (nisbətən uca boylu əsgər) İbrahimov Zaur – Balaxanıdan, xanım döyüşçü və Zaur Ustac (Mustafayev) – Ağdam.