Zərövşən BABAYEVA – XXI ƏSR BACARIQLARININ FORMALAŞDIRILMASI

dr.zarifbabayeva@yahoo.com

XXI ƏSR BACARIQLARININ FORMALAŞDIRILMASI

Hazırda ölkəmizdə də geniş start götürmüş STEAM təlim metoduna keçid təhsil müəssisələrini dərindən düşündürən məsələlərdəndir. Məlumdur ki, bütün yenilik­lə­rin tətbiqi və nailiyyəti onun düzgün istifadəsindən, ixtisaslı kadr potensialın­dan birbaşa asılıdır. Bunun üçün aktuallıq qazan­mış yeni metodun səmərəli öyrədilməsi, müsbət nəticələrin alınması, nəhayət yeni məhsul yaradıl­ma­sına qədərki inkişaf yolunu düzgün müəyyənləşdirmək zəruridir. Ali və orta təhsil müəssisələri bunun üçün potensiallı kadrların yetişdirilməsi, tədris üçün uyğun kabinə və mər­kəz­lə­rin yaradıl­masını qarşıya məqsəd kimi qoymuş və bu istiqamətdə işlər davam etdiril­mək­­dədir. İndi əsas məqsəd STEAM metodundan istifadəni cəlb­e­dici hala keçirmək üçün uyğun avadan­lıq­larla kabinə və mərkəzləri zəngin­ləşdirmək, öyrənən­lə­rin marağını bu sahəyə çəkmək üçün maraqlı təcrübələrin təqdimatının keçiril­mə­sidir.

STEAM müəllimi – müasir müəllim simasıdır. Məşhur bir kəlamda deyilir:“Gələcək çoxdan gəlib. Sadəcə o, düzgün payla­şıl­ma­yıb”.  Bu­nu belə də açıqlamaq olar: gələcəyi vaxtında görən­lər üçün gələ­cək bu gün­­dən qurulur. Yeni texniki vasi­tə­lər, internet dövründə yaşayan, fəaliyyət göstərən mütəxəssis, təhsilalanlar bu gün aldıqları biliklərin inteq­ra­si­yası ilə dizayn, mühən­dislik bacarıqlarının inkişaf etdi­ril­məsini ma­raq­la qəbul edir. Həmyaşıdla­rı­nın etdikləri maraqlı işləri, “ENACTUS” “Start-UP”, “STEM Azərbaycanda” və s. layihələri rəğbətlə qarşıla­yan bu gün­kü gənc­lik – Niyə bu mənim ağlıma gəlmədi? – Mən ondan daha yaxşısını edə bilə­rəm­mi? – ideyalarının ardınca getməklə yeni layihələrə doğru hədəf götürməli­dir­lər. Bu günün öyrənənindən başlıca tələblər: İdeya verə bilən şagird yetiş­dirməli, İs­teh­sal düşüncəli şa­gird­lərə şərait yaradılmalı, İdeyanı şagird, tələbə sinfə gətir­mə­li­dir. Ən sadə məh­sulun yaradılması STEAM təhsilinin əsas prin­sip­lərindəndir. Bü­tün bunlarla yanaşı, öyrədən və öyrənənlərdən gözlənilən tələblər və bacarıqlar da vardır:

STEAM şagird bacarıqlarına – qarşıya çıxan problemli istiqamətlərin müəyyən edilməsi, təyin edilmiş problemin həlli üçün yeni biliklərin öyrənilməsindən daha çox, araşdırma, tədqiqatçılıq, fərqli xəyalların məhsulu olan təkliflər irəli sürmək və s. daxildir.

STEAM müəllim bacarıqlarına – istiqamətverici olmaq, STEAM ilə əlaqədar seminar və layihələrdə iştirak etmək, dünyada gedən yenilikləri izləyib fəaliyyətinə daxil etmək, ən müasir texnologiya və təlim proqramlarından istifadə bacarıqlarına sahib olmaq, STEAM tədbir və layihələri təşkil etmək və s. ibarətdir. Bütün fənlərin tədrisində STEAM metodundan yararlanmaq təd­risdə, öyrənəndə yaradıcılıq, tədqi­qatcılıq bacarığı, problem həlletmə bacarıqları formalaşdı­ra­caqdır. Elmi bilik­lə­ri, anlayışlarla ilk dəfə tanış olduqda və yuxarı siniflərə qalxdıqca şagirdlər çətinlik çəkməsin deyə təlim prosesini həm intellektual, həm də əyləncəli hala gətirmək üçün STEAM metodunun imkanlarından istifadənin əhəmiyyəti dərsin daha maraqlı və cəlbedici edir.

STEM nədir? – sualına müxtəlif izahlar onun hərtərəfli mahiyyətini ortaya çıxarır. STEM (Elm, Tex­nologiya, Mühəndislik, İncəəsənət, Riyaziyyat) Təhsili – Dünyanın bir çox öl­kə­sinin kurikulumlarına daxil olan, nəzəri bilikləri praktikaya, məh­sula və innovativ ixtiralara çevirməyi hədəfləyən, tələbələrin elm, tex­nologiya, mühəndislik və riyaziyyat kurslarında öyrəndikləri mə­lu­matları görmələrini təmin edən təhsil yanaşmasıdır. STEM təhsili istehsal və ixtira, fərqlilik və yaradıcılıq, bilik və bacarıqları təmin etməyi hədəf­lə­yir. STEM təhsili almış şəxslərin iş dünyasına daxil olduqları zaman bu baca­rıq­lar sayəsində iş həyatının tələb etdiyi keyfiyyətlərə asan­lıqla uyğun­laşa və ölkənin iqtisadi inkişafına töhfə verə biləcəkləri gözlənilir.

STEM Təhsili dünyada məktəbəqədər təhsildən ali təhsilə qə­dər bütün təhsil prosesini əhatə edən fənlərarası yanaşma kimi qəbul edilir. STEM Təhsilə keçid üçün nümunəvi təkliflər irəli sürülür: STEM Təhsil Mərkəzlərinin yaradılması, tədqiqatların aparılması, müəllimlərin hazırlan­ması, STEM üzrə kurikulumların yenilənməsi, məktəblərdə lazımi mühitin yaradılması üçün kurs materiallarının təmin edilməsi kimi mövzular diqqətdə saxlanılmalıdır. STEAM təhsili şagirdlərin araşdırma, müzakirə və tənqidi düşün­cələrini inkişaf etdirmək üçün elm, texnologiya, mühən­dis­lik, incəsənət və riyaziyyatı birləşdirən bir tədris və öyrənmə yanaşması olub, şagirdlərə real dünya problemlərinə yaradıcı həll yolları axtaran maraq dolu öyrənənlər olmağa imkan yaradır. STEAM şagirdlərə universitet təhsilində, karyerala­rın­da və həyatlarında uğur qazanmaq üçün la­zım olan bacarıq­ları inkişaf etdirməyə kömək edir. Araşdırmalar göstərir ki, yaradıcı proqramlara qatılan şagirdlər qabaqcıl düşüncəyə, stresslə mübarizə bacarıqlarına, özünü dərkə sahib olur, komanda işində, ünsiyyətdə, liderlikdə, mo­ti­va­siya və sosial münasibət­lər­də, yaşadıqları cəmiyyətlə əlaqələr qurmaqda güclü bacarıqlar formalaşdırırlar. STEM təhsil metodu – düşünülənin əksinə şagirdlərdə sadəcə akademik bacarıqları möhkəmləndirmir, onların hərtərəfli inkişafına kömək edir. Məsələn:

  • Toxunaraq öyrənmə – STEM tədris metodunda məlumatlar  vizual, audio üsulla yanaşı, kinestatik (toxunaraq öyrənmə) və sosial öyrənmə vasitələri ilə də ötürülür;
  • Yaradıcılıq – Yaradıcılıq insanı di­gər canlılardan fərqləndirən ən asas bacarıq hesab edilir və STEM təhsil modeli tədris zamanı şagirdlərdə yaradıcılıq bacarığını inkişaf etdirməyə şərait yaradır. «Biz övladlarımıza onlardan daha ağıllı olan maşınlarla (robot) rəqabət aparmağı öyrədə bilmərik, onları maşınlardan fərqləndirəcək nəsə öyrət­mə­liyik. Yalnız bu üsulla onların 30 il sonra mövcud olma, sağ qal­ma şansları olacaq» – kimi düşünək.
  • Səhvlərdən öyrənmə – Tədris zamanı şagirdlərin kiçik miq­yas­lı təcrübələr zamanı əldə edilən nəticələri müşahidə edib, ortaya çıxan səhvləri araşdırma və təcrübələrin düzgün aparılmasına şərait yaranır.
  • Tənqidi təfəkkür – STEM tədrisi zamanı dərslər qruplar for­ma­sında müzakirə üzərinə qurulduğundan şagirdlər komanda işinə münasibət bildirir, öz arqumentlərini əsaslandırır, öyrəndikləri bilikləri müzakirə, analiz-sintez etmə imkanı qazanırlar.
  • Ünsiyyət bacarığı – Dərslər adətən eksperimentin və ya layi­hənin nəticəsi ilə bağlı hesabat və ya təqdimat ilə yekunlaşır.
  • Liderlik – STEM dərsləri daha çox layihə əsaslı və qrup işləri formatında təşkil edildiyindən qrup üzvləri liderlik funksi­yasını da yerinə yetirir, qrupa/ la­yihəyə rəhbərlik edir, qərarlar alır,  liderlik bacarıqları inkişaf edir.
  • İş mühitinə hazırlıq – STEM təhsil metodunun əsas məqsədi şagirdləri gələcək iş mühitinə hazırlamaqdır və bütün bu bacarıqlar şagirdləri səmərəli insan resursu ola­raq tutacaqları mövqelərə hazırlayır.

Hər sahədə olduğu kimi, təhsil sahəsinə gətirilən yeniliklərin tətbiqi də müəyyən prob­lem­lər­lə üzləşir. STEAM metodunun təhsil sahəsində tətbiqinin aşmalı olduğu baryerlər də var­dır: Məsə­lən, maddi resursların baha olması və insan resursu çatışmazlığını qeyd etmək olar. STEM dərs­lərinin tədrisi yüksək araşdırma, müşahidə, sinif idarəsi bacarığına sahib peşəkarlar tələb edir.

İnformativ Məlumatlar – xeyriyyə tədbirləri

  • Uşaqlar üçün protez əllər minlərlə dollara başa gəlir və istifadə müddəti azdır. 3D çap sayəsində 40$-dan da aşağı büdcə ilə protez hazırlamaq mümkündür! www.enablingthefuture.org kimi təşkilatlar protezləri  hazırlayır və pulsuz  paylayırlar.
  • Müxtəlif əlillik növləri olan uşaqların digər uşaqlarla eyni səviyyədə oynaya bilmələri üçün Microsoft, X-Box üçün, xüsusi coystik yaratdı. “Makers Making Change” əlilliyi olan insanlar üçün xüsusi qurğular hazırlayan beynəlxalq könüllülər təşkilatıdır.
  • Star Wars və Avengers kimi filmlərdə istifadə olunan rekvizitlərin əksəriyyəti 3D çap olunmuşdur.
  • 3D Systems Amerika Kulinariya İnstitutu ilə əməkdaşlıq edərək, şirniyyatları və yeməkləri 3D çap edən, ChefJet Pro 3D printerinin hazırlanmasında iştirak etmişdir.

Dizayn əsaslı öyrənmənin əsasında dizayn düşüncəsi dayanır. Dizayn düşüncəsi konsepsiyası lik dəfə XX əsrin ikinci yarısında Amerikalı iqtisadçı Herbert Simon tərəfindən hazırlanmışdır. Dizayn düşüncəsi hazırda müxtəlif problem və məsələlərin həllində istifadə olunan kifayət qədər  təsirli bir metodologiya kimi geniş yayılmışdır. Dizayn düşüncəsi optimal axtarılan zaman analitik və texniki vasitələrlə yanaşı, yaradıcı vasitələrin istifadəsini zəruri edən metodologiyadır.

Bəs dizayn düşüncəsini necə formalaşdırmalı? Buraya aşağıdakı fəaliyyətlər daxildir:

  • Tinkering fəaliyyəti; Maker fəaliyyətləri; Konstruksiya; Dekonstruksiya fəaliyyətləri.

STEAM kabinə və mərkəzlərinin qurulub istifadəyə veril­məsi üçün praktik təlim mühitlərinin yaradılması da mühüm şərtlərdəndir:

  • Planlaşdırma mühiti – şagirdlərin STEAM öyrənmə layihəsini və iş planlaşdır­masını düzgün tərtib etmələri üçün otaq;
  • İnteqrasiya mühiti – şagirdlərin üzərində işlədikləri layihənin inkişafı üçün ehti­yac olan məlumat bazasının olduğu və texnologiyalardan rahat istifadə edə biləcəkləri otaq;
  • Təqdimat mühiti – şagirdlərin STEAM layihələrini kollektivə təqdim etmək üçün, layihə ətrafında müzakirə və yeni qərarlar qəbul etmələri üçün mübadilə otağı;
  • Tədqiqat mühiti – şagirdlərin kəşf edərək öyrəndiklərinin təşviq edildiyi, STEAM layihələri ilə əlaqədar gözləntilərin artırıldığının izləndiyi, laboratoriya işlərinin həyata keçirildiyi, müəllimlərin öyrənənləri düzgün istiqamətləndirə biləcəyi, avadanlıqlarla təmin olunmuş otaqlar;
  • Əməkdaşlıq mühiti – şagirdlərin STEAM layihələri, layihənin nəticələri ətrafın­da şagirdlər­a­ra­sı müzakirəyə imkan yaradan, hesablamaların aparıldığı, çatış­maz­lıqların müəyyənləşdirilib həlli yollarının dəqiqləşdirilə biləcəyi otaq;
  • Yaradıcılıq mühiti – şagirdlərin təhsil müəssisələrində həyata keçirdikləri  STEAM layihələri çərçivəsində araşdıraraq əldə edə biləcəkləri, yeni məhsul­ların yaradılmasına imkan verən tasarım və ya kəşf otağı.

Artıq məktəbə­qə­dər təhsil yaş qrupundan yuxarı siniflərə qədər STEAM-ə uygun təhsil verilməsi zərurətə çevrilmişdir. Artıq dünyanın inkişaf etmiş bir çox təhsil müəssisələrində NASA-da STEAM tə­lim­çi­si təhsili almış təcrübəli, kreativ yaradıcılıq potensialına malik təh­sil çalışanları və bu istiqamətdə uzman­laş­mış və təcrübəli müəllim, alim, metodist, texnologiyalardan üstün istifadə imkan­la­rına malik mü­təxəssislər çoxluq təşkil edir. Bundan başqa, bəzi ölkələrdə STEAM ilə əlaqədar olaraq elm, kodlama, robo­totexnika və avtomat­laş­­dırma təlimini özündə birləşdirən təhsil də verilmək­də­dir. Müasir dunya energetika sahəsində də müxtəlif kəşflər, yeni­lik­lər, fərqli üsul­lardan, alternativ enerji resurslarından istifadənin müxtəlif sahələrini işlənməkdədir. Hazırda energetikanın qarşısında duran ən vacib problem­lər­dən biri enerji ehtiyatla­rın­dan səmərəli isti­fadə etməklə, iqtisadiy­ya­tın bütün sahələrinin və əhalinin həm indi, həm də gələcəkdə enerjiyə olan tələbatını lazımi səviyyədə ödə­mə­sini təmin et­məkdən ibarətdir. Bunun üçün də yenilklərdən faydalanmaq, dünya təcrübəsindən müqayisəli istifadə, tənqidi-məntiqi təfəkkürün inkişafı, təh­sil­alanların sərbəstliyi nəzərdən qaçırılmamalıdır. STEM təhsili istehsal və ixtira, bilik və bacarıqları təmin etməyi hədəf­lə­yir. STEM təhsili almış şəxslərin iş dünyasına daxil olduqları zaman bu baca­rıq­lar sayəsində iş həyatının tələb etdiyi keyfiyyətlərə asan­lıqla uyğun­laşa və ölkənin iqtisadi inkişafına töhfə verə biləcəkləri gözlənilir. Komputer Dəstəkli Dizayn: komputer texnologiyalarını tətbiq etməklə obyektlərin dizaynıdır. Mühəndislyin dizayn mərhələləri: Mühəndislərin hər hansı məhsulun istehsalı mərhələsində istifadə etdiyi 6 addımlıq proses: Sual, Müzakirə, Dizayn, Qur­maq, Test və Təkmilləşdirmə. Ümumiyyətlə, STEAM metodu və perspek­tivləri haqda danışdıqda, xəyal, ideya, dizayn üçün də sərbəstliyə yer verilməlidir.

Naxçıvan Muxtar Respublikası ali məktəbləri arasında Naxçıvan Dövlət Universiteti hər zamankı kimi bir ilkə daha imza atdı. Universitet rəhbərliyinin xüsusi təşəbbüsü və qayğısı ilə bu ildən  ilk olaraq Təbiətşünaslıq fakültəsinin III kurs “Biologiya müəllimliyi” ixtisasında STEAM fənninin tədrisinə başladıq. Yeni metodun tədrisi tələbələr tərəfindən xüsusi həvəslə qarşılanmış və müvəffəqiyyətlə davam etir. Tələbələrə xəyal qurmağı, ideya irəli sürüb onları məhsula çevir­mək vərdişləri aşılamağa göstərdiyim cəylər ilk bəhrələrini göstərdi: Sərbəst iş kimi tələbələrə verdiyim praktik tapşırıqlar içərisində çox maraqlı işlər diqqətimizi çəkdi. Bu işlər STEAM metodu sayəsində həm biologiyanın tədrisində, eləcə də müxtəlif sahələrdə yaradıcılığa, kreativliyə şərait yaradılacağını, yeni kəşflərə yol açılacağını vəd edir.

       Artıq əksər ixtisaslarda STEAM fənninin tədrisinə başlamaq zərurət təşkil edir. Digər ixtisas tələbələri hətta özləri yaxınlaşıb bu metodun tədris fənni kimi salınmasını xahiş etməyə başlamış­lar. Lakin fənnin tədrisi üçün yetərincə kadr potensialı məsələsi də problemlər sırasındadır. Oturub uyğun təlimlərə dəvət gözləməkdənsə fənn müəllimləri özləri maraqlanıb müxtəlif Vebinar, konfrans və təlimlərə qoşulmaq, təcrübə mübadiləsi etməklə potensiallarını artıra bilərlər. 2 ildən artıq müddətdə şəxsi səylərimlə bir çox layihələrə, təlimlərə qoşularaq, internetdə müxtəlif ölkələrin təcrübəsini öyrənərək bu semestr tələbələrdə STEAM metoduna xüsusi həvəs, sevgi yarada bildim. Yeniliklərdən xəbərdar olaq ki, gənc nəslin dünya standartları səviyyəsində yetişdirməyə imkanlarımız yüksəlsin.

       Güman edilir ki, gələcəyin peşələrini STEAM metodu və onun nailiyyətləri formalaş­dıra­caq­dır. Çünki artıq hazırda yaşadığımız Dünya yenilik, fərqlilik, kreativ və sürətli təfəkkürlərin məhsulları ilə inkişafa qədəm qoymuşdur.

Müəllif: Zərövşən BABAYEVA

Naxçıvan Dövlət Universitetinin professoru, Əməkdar müəllim.

ZƏRÖVŞƏN BABAYEVANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTACIN KİTABLARI

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Azərbaycan tarixində unudulmaz dövlət rəhbəri Ümumilli Lider Heydər Əliyev

                                   Heydər Əliyev

  Azərbaycan tarixində unudulmaz dövlət rəhbəri,böyük qurucu,böyük yaradıcı,idarəçiliyi,ordu quruculuğuna rəhbərliyi ilə seçilən Heydər Əliyev! Azərbaycan xalqının ürəklərini fəth edən,respublikanın dirçəlişini,eyni zamanda müstəqilliyini qoruyan böyük şəxsiyyət.

  Bəli,Heydər Əliyev Azərbaycan Respublikasının Ümumilli Lideri,dünya şöhrətli dövlət rəhbəri olmaqla yanaşı,xalqın gözü,dayağı,ürəyi olub daima.Necə ki,Şuşa Qarabağın göz bəbəyidirsə,eynən Heydər Əliyev də Azərbaycan xalqı üçün elədir.Böyük çağırışla,təmtəraqla,neçə-neçə şairlərimizin,yazıçılarımızın qələmlərinin sözü söylədiklərimin canlı sübutudur.Qeyd edim ki,şair Eldar Əliyev Heydər Əliyevə həsr etdiyi “Sönməz Günəş” poemasında onun elmə,incəsənətə,mədəniyyətə olan sevgisini və bağlılığını poemada əks etdirib.Heydər Əliyev Azərbaycan xalqının ilk memarı,sönməz ocağıdır.Bu bütün həqiqətləri açıq şəkildə ifadə edir və sübuta yetirir.Bu sübutlardan bir çoxunu qeyd etmək istəyirəm:

1969-cu ildə respublikadamızda:

  1. 12 peşəkar teatr
  2. 5 konsert müəssisəsi
  3. 1535 klub müəssisəsi
  4. 17 park
  5. 29 muzey
  6. 79 musiqi məktəbi

2003-cü ildə respublikamızda:

  1. 27 peşəkar teatr
  2. 210 mədəniyyət və istirahət parkı
  3. 3066 klub müəssisəsi
  4. 159 muzey
  5. 232 uşaq musiqi və incəsənət məktəbi
  6. 30-dan çox dövlət rəsm qaleyerası və bədii sərgi salonu
  7. 4124 kitabxana
  8. 13 konsert müəssisəsi

Ümummilli liderimiz Azərbaycan xalqının tarixinə,mədəniyyətinə böyük diqqət,qayğı və sevgiylə yanaşmasının canlı sübutu bu faktlardır.Millətimizin qan yaddaşına hopması zaman-zaman yaşaması üçün öz qayğısını heç vaxt əsirgəməmişdir.Bununla bərabər ulu öndərimiz respublikada fəaliyyət dövründə musiqi,balet,teatr,kino sahəsində uğur qazanan istedadların ölkədən kənarda tanınması üçün məqsədyönlü tədbirlər də keçirilmişdir.Hələ Sovet İttifaqı dövründə Azərbaycanın professional musiqi sənətinin baniləri 

Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin,SSRİ xalq artisti, professional vokal

sənətimizin banisi kimi tanınan Bülbülün,SSRİ xalq artistləri Qara Qarayevin, Niyazinin, Fikrət Əmirovun, xalq şairi Səməd Vurğunun, xalq yazıçısı Mirzə İbrahimovun ayrı-ayrı yubiley tarixlərinin təkcə Bakıda deyil, başqa şəhərlərdə də təntənə ilə keçirilməsinə nail olmuşdur. Bununla yanaşı, 

dramaturgiyamızın banisi Mirzə Fətəli Axundovun, böyük dramaturq Cəfər Cabbarlının,SSRİ xalq artistləri Şövkət Məmmədovanın, Mirzağa Əliyevin və onlarla başqa istedadlı sənətkarlarımızın, eləcə də Azərbaycan mədəniyyətinin 

inkişafında xüsusi yer tutan ayrı-ayrı məbədlərin tikilməsi,Akademik Milli Dram Teatrının, Naxçıvan Dövlət Dram Teatrının, Azərbaycan Dövlət Rus Dram Teatrının,

Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin yubiley tarixləri respublikamızda təntənə ilə qeyd 

olunmuşdur.

    Heydər Əliyev Azərbaycan tarixində unudulmaz bir iz qoyub getdi,ancaq ürəklərdə daima yaşadı və yaşayır da.Bayaq da qeyd etdiyim kimi Eldar Əliyevin “Sönməz Günəş poemasından” bir sitat gətirmək istəyirəm:

   Hər anı uğulu,hər anı nurlu,

  Ulu Heydər yolu yollu,cığırlı,

 Sözlər sinəmboyu çallı,çağırlı,

Elə şənlik qurdu müqəddəs ümdə,

Özümə mat qaldım,inan özüm də,

Axı doğurdanmı bu yazan mənəm?

Nahaqdan Koroğlu deməyib mənəm.

Qələm çəkir məni öz meydanına,

Hünər meydanına,söz meydanına!

Eldar Əliyevin qələmində söylədiyi tükənməz sevgisi,eynən Azərbaycan xalqı üçün də keçərlidir.Ulu Öndər tək siyasətdə deyil,ədəbiyyat sirrlərinə dərindən bağlı olub.Ədəbiyyatın sönməz çırağını qoruyanlardan biri Heydər Əliyevdir.O xalqımızın öz mədəniyyəti,incəsənəti,milli-mənəvi dəyərlərini dünyaya tanıtmışdır.Milli mənəvi dəyərlərimiz qədim zamanlardan bugünki dövrümüzə qədər inkişaf etmiş və töhfələr qazanmışdır.Ulu Öndər deyirdi: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır,sayılır və dünya xalqları içərisində fərqlənir”. Bu fikir illər boyu nəsildən-nəslə keçərək duyulub,yayılıb.Bununla bərabər Ulu Öndər hakimiyyət dövründə xalqın mədəniyyət beşiyini qorumuş və inkişafını daima diqqət mərkəzində saxlamışdır.

   Mədəniyyət tək hakimiyyətin formalaşması deyil,elə dövlətçiliyin də formalaşması deməkdir.Heydər Əliyev də əzmlə çalışaraq bu mədəniyyəti inkişaf etdirmişdir.Məhz Heydər Əliyevin diqqəti,qayğısı sayəsində bəstəkarların,teatr xadimlərin,teatr kinematoqrafların konfraslarda iştirak etməsində,mədəniyyətin bir neçə sahə üzrə gələcəkdə uğur əldə etməsində böyük rolu vardır.

   Gəlin,başqa bir prizmadan yanaşaq.Mədəniyyətin qolları ağacda olan meyvələr kimidir.Teatr,musiqi,poeziya və s.hər biri ayrı-ayrılıqda maraqlı və əhatəlidir.Mədəniyyət tək cəmiyyəti formalaşdırmır.İnsandan yeni bir ruhun,xarakterin meydana gəlməsində də rol oynayır.Hal-hazırki dövrdə klassik şairlərimizin,bununla bərabər bəstəkarlarımızın,yazıçılarımızın bizə bəxş etdiyi xəzinələr mədəniyyətin ruhu,qanı,canıdır.Heydər Əliyev də milli mədəniyyətimizə olan sevgisi,göstərdiyi xidmətləri nəticəsində hal-hazırda Azərbaycan xalqı sayılıb seçilməkdədir.

   Ulu Öndər rəsssamlıq sənəti ilə bərabər digər incəsənət sahələrinin inkişafında böyük rolu olmuşdur.Yeni sərgi,salonları,muzeylərin yaradılması bu söylədiklərimin canlı sübutudur.Daha sonra musiqi sənətimizin inkişafında xüsusi qayğı göstərməsi ilə musiqişünasa,bəstəkarlara Prezident təqaüdü verilməsi,bir çoxunun “Şöhrət” ordeni ilə mükafatlandırılması Ulu Öndərin mədəniyyət ocağına olan sevgisindən xəbər verir.Ruhuna hopmuş sənət parçalarının hər biri onun əsil unudulmaz rəhbər olduğuna səsləyir.Arif Məlikov,Müslüm Maqomayev,Zeynəb Xanlarova,Arif Babayev kimi musiqi xadimlərimizin “İstiqlal”  ordeninə təltif olunması musiqişünaslara,musiqi sənətinə olan sevgidən xəbər verir.

   Mədəniyyətin qolları bir-birlərindən bərk-bərk yapışıb.Bəlkə də elə olmasaydı mədəniyyət ocağımız bu cür inkişaf edə bilməzdi.O sevgini,bağlılığı yaradan da Ulu Öndərimiz-Heydər Əliyev olub.

Teatr müqəddəs  yerdir!  İnsanların mənəvi cəhətdən    formalaşmasında teatr  həmişə çox  böyük rol oynamışdır.   (Heydər Əliyev)

  Ən sevdiyim sənət sahələrindən biri olacaq Azərbaycanın film fəaliyyətidir. Azərbaycan kinolarının böyük bir inkişafa sahib olması da Heydər Əliyevin adı ilə bağlıdır.Çoxlarına məlumdur ki,bir sıra filmlərimizin yaranmasında Ulu öndərin xüsusi və şəxsi təşəbbüsü olmuşdur.Mehdi Hüseynzadənin “Uzaq sahillərdə”, İsa Muğannanın “Nəsimi”, Xürrəmilər dövrünü əks etdirən “Babək” və s.filmlərin yaranmasında,sovet senzurasından keçməsində Heydər Əliyevin rolu böyükdür.

  Teatrlarımızın fəaliyyətinin genişlənməsində,insanların sənətə bu cür maraq göstərməsi həqiqətən də qürurvericidir.Heydər Əliyev teatrı çox sevirdi.Hər tamaşadan sonra yaradıcı kollektivlə görüşlərin keçirilməsində iştirak edir,həmsöhbət olur,sənət adamlarının məsuliyyətlərini birəbir artırır və insanlarda maraq və həvəs oyadırdı.

 1981-ci ildə görkəmli dramaturqumuz İlyas Əfəndiyevin “Xurşud Banu Natəvan” pyesinin tamaşasına Azərbaycan KP MK-nin büro üzvləri ilə birlikdə baxan Heydər Əliyev əsərin və tamaşanın orijinal  təhlilini vermiş, ifaçılara öz fikirlərini söyləmişdi:  “ Siz ilk növbədə Natəvan – bu şairə haqqındakı şaiyələrə son qoydunuz. Natəvanı gözəl Azərbaycan qadını kimi bizə təqdim elədiniz, bununla yanaşı, gözəl xan qızının timsalında siyasi baxımdan və onun xan qızına layiq hərəkətləri ilə bizim şərq qadınlarının obrazını yarada bildiniz. Mən buna görə sizə sağ ol deyirəm. Həm də son monoloqunuza görə sağ ol deyirəm”. Sonralar da ayrı-ayrı vaxtlarda H.Əliyev Azərbaycan teatrının “Xəyyam”, “İblis”, “İnsan”, “Dəli yığıncağı”, “Fərhad və Şirin”, “Darıxma, ana”, “Aydın” və s. Tamaşalarına  baxmış, yaradıcı heyətə öz dəyərli tövsiyyələrini vermiş, onları yeni yaradıcılıq uğurlarına ruhlandırmışdı.

  “ Qayıdış” adlı sənədli televiziya filmində Heydər Əliyev deyir:

   “13-14-15 yaşlarında Naxçıvan Dövlət Teatrının tamaşalarına çox böyük həvəs və maraqla baxırdım. İbrahim Həmzəyevin ifa etdiyi rolların vurğunu idim. Sonralar eşitdim ki, İ.Həmzəyev dram dərnəyi təşkil edib. Mən o dərnəyə yazıldım və həvəslə iştirak etdim.

     Mən teatrla gənc yaşlarımdan məşğul olmuşam. Baş rollarda oynamışam. Mən həmişə teatra yaxın və bağlı adam olmuşam. Bu ötəri hiss deyil, içimdən gələn bir məhəbbətdir. Teatrı çox sevirəm. Teatra məhəbbət mənim içimdə var”.

 Heydər Əliyevin teatra,musiqiyə,incəsənətə bütövlükdə göstərdiyi xidmətlər unuldulmazdır.Azərbaycan xalqı daima öz mədəniyyəti ilə sayılıb,seçilib,fərqlənib.İndiyə kimi bu cür şəxsiyyətlərin yaşaması və miras qoyduqları xəzinələrdən milyonlarca gənclər faydalanır,məlumatlar əldə edir.Bəşəriyyətimiz gözəlləşir,çiçəklənir.Yurdumuza can,nəfəs gəlir.Mədəniyyətimiz inkişaf edirsə,demək milli-mənəvi dəyərlərimiz də dəyərləndirilir.Milli-mənəvi dəyərlərimizi qorunması da Heydər Əliyevin sayəsindədir.

  Ədəbiyyatımıza da xüsusi yer verilməsi yazıçı və şairlərimizin qələmlərində görünür.Bəxtiyar Vahabzadə,İsa Muğanna,Fikrət Qoca,Nəriman Həsənzadə şair və yazıçılarımızın da “İstiqlal” ordeninə layiq görülməsi Heydər Əliyevə məxsusdur.

   Heydər Əliyevin hakimiyyəti dövründən bugünki dövrümüzə qədər tariximiz,ədəbiyyatımız,ordumuz,mədəniyyətimiz daima inkişaf etmiş,inkişafda olmuşdur.Şuşada keçirilən “Vafiq poeziya gecəsi” və s.kimi tədbirlərimiz daima xalqımızın öndə olduğunuz ən başlıca xüsusiyyətlərindən biridir.Heydər Əliyev Şuşanı daima qorumuş,onu Qarabağın göz bəbəyi kimi qiymətləndirmişdir.Şuşa işğal altında olduqda da belə bizim xalqın ürəyində həmişə Xarı Bülbülün yurdu,məskəni,Qarabağımızın göz bəbəyi olaraq yaddaşlara hopubdur.Yetirmələrindən olan Xurşidbanu Natəvan,Üzeyir Hacıbəyli,Xan Şuşinski,Cabbar Qaryağdıoğlu və s.sənətkarlarımız da bir inci qoyub gediblər.

  Heydər Əliyev xalqımız üçün unudulmaz bir iz qoyub getdi.O ürəkləri fəth etdi,yaddaşlardan isə heç vaxt silinmədi və unudulmadı.Ruhunuz şad olsun,Ulu Öndər!

                             

Yazını hazırladı: Səma MUĞANNA

Gənc yazar, AYB üzvü.


SƏMA MUĞANNANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Birinci Kadirli Uluslararası Türk Dünyası Kültür ve Sanat Festivali

1. Kadirli Uluslararası Türk Dünyası Kültür ve Sanat Festivali’
(UNESCO Yolunda Karatepe)
13-15 Mayıs 2022, Kadirli

Kadirli, Osmaniye İl Kültür ve Turizm Müdürlüğü ve Kadirli Kaymakamlığı tarafından desteklenen Kadirli Belediyesi ana sponsorluğunda, 13-15 Mayıs 2022 tarihlerinde 1. Uluslararası Kadirli Türk Dünyası Kültür ve Sanat Festivali’ne hazırlanıyor.
Avrasya Sanat Kültür Edebiyat ve Bilim Federasyonu (ASKEF) ve Kadirli Eğitim ve Kültür Vakfı (KA-VAK) işbirliğiyle gerçekleşecek olan festivale, 7 ülkeden, 6 akraba topluluklarından 100 den fazla şair, yazar, ses ve saz sanatçısı ve ressama ev sahipliği yapacak olan festivalimizin amacı; Kadirli’yi ve UNESCO Dünya Kültür Mirasları Geçici listesinde yer alan Karatepe Açık Hava Müzesinin, ülkemizde ve dünyada tanınırlığını artırmaktır. Bu amaçla yapılan çalışmalar kapsamında düzenlenecek olan festivalin  teması ‘UNESCO Yolunda Karatepe’ olarak belirlenmiştir.

Ana sponsorluğunu Kadirli Belediyesinin yaptığı festivalimiz, Kadirli’deki tüm kamu kurum ve kuruluşları, Kadirli Ticaret ve Sanayi Odası, Kadirli Organize Sanayi, Osmaniye Korkut Ata Üniversitesi, Kadirli Sosyal ve Beşeri Bilimler Fakültesi, Kadirli Halk Eğitim Merkezi, Kadirli Gençlik Merkezi, Kadirli Gazeteciler Cemiyeti, Kadirli Şoförler Odası Kadirli Ağaç İşleri ve İnşaat Sanatkârları Esnaf Odası, Kadirli Bakkallar Bayiler Esnaf Odası, Kadirli Berberler ve Kuaförler Esnaf ve Sanatkârlar Odası, Kadirli Madeni Sanatkârlar Esnaf Odası, Kadirli Manavlar ve Pazarcılar Esnaf Odası, Kadirli Gıda Maddeleri Odası, Kadirli Terziler ve Kunduracılar Esnaf ve Sanatkârları Odası ile siyasi partilerin ilçe örgütleri, Muhtarlarımız, tüm Sivil Toplum Kuruluşları ve Kadirli halkı ve sponsorlarımız tarafından desteklenmektedir.

Kadirli Festivali Programı kapsamında gerçekleşecek olan  renkli kortej yürüyüşü, kostüm yarışması, konserler, resim ve  fotoğraf sergileri, piyano resitali, Osmaniye İl Kültür ve Turizm Müdürlüğü tiyatro grubu, gençlik korosu konseri ve tüm diğer etkinliklerin yüksek katılımla gerçekleşmesi bekleniyor. Ayrıca festivale yurtdışından katılacakların sanatçı kimlikleri yanında, akademisyen, milletvekili ve iş insanı gibi farklı kimliklerinin olması nedeniyle bu ülkelerle sosyal, kültürel ve ekonomik bağların güçlendirilmesi hedefleniyor.

Kadirli Eğitim ve Kültür Vakfı (KA-VAK) Adana Şuıbesi ve Avrasya Sanat Kültür Edebiyat ve Bilim Federasyonu (ASKEF)

Tertip Komitesi:

Emine Varmış,

Savaş Ünal,

Hakan Semerci,

Mehmet Ali Kütküt,

Serpil Sesli

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YAZARLAR JURNALININ MAY – 2022 (17) SAYI İŞIQ ÜZÜ GÖRÜB

 yazarlar-17

PDF >>>  yazarlar-17

 yazarlar-17

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

  MÜDRİKLİYİN SÖZLƏ VƏHDƏTİ –   İSMAYIL İMANZADƏ

MƏHƏRRƏM ŞƏMKİRLİ

                            MÜDRİKLİYİN SÖZLƏ VƏHDƏTİ

   Ədəbi aləmdə istedadlı-məhsuldar söz adamı, xoşsimalı və müdrik şəxs qismində dəyər qazanan yazıçı-publisist Məhərrəm Şəmkirlinin imzası çoxlarına tanışdır. Ulu dədələrimizin təbirincə desək, bu laydivar kişiylə ilk dəfə səkkiz il qabaq AYB-nin Natəvan klubunda keçirilən bir tədbirdə tanış olmuşam. Uzun illərdən bəri çeşidli adlar altında nəşr olunan qəzet-jurnallarda, və onlayn mətbuatda yer alan mənsur şeir, lətifə, deyimlər və publisistik yazıları məni də bir oxucu kimi məmnun edib.

   İllər uzunu köçkünlüyün ağrı-acıları ilə sızlayanda Məhərrəm müəllimin  Qarabağ nisgilimizi əks etdirən publististik yazılarını oxuduqca, onun adı təkcə özümün yox, mənim kimi  doğma yurd-yuvalarından perik düşən yüz minlərlə insanın dərdinə-nisgilinə ortaq olmağı bacaran bir yaradıcı ziyalı kimi yaddaşımda is salıb…

  Məhərrəm Şəmkirlinin indiyə qədər nəşr olunan kitablarının içərisində sonuncusu (Müdriklər demişkən axırıncı yox, axarıncı olsun!) “Dil açan körpə də dedi: Qarabağ Azərbaycandır!” kitabı xalqımızın Zəfər sevinci üstündə köklənib və oxucuya nəcib duyğular, tükənməyən həyat eşqi aşılamağı ilə seçilir. Kitabın “Mənsur şeirlər”, “Deyimlər”, “Lətifələr”, “Rəylər”, “Qəhrəmanlar” və “Məqalələr” bölümlərində yer alan çeşidli yazıların  demək olar ki, hamısında bu əlamətlər  özünü qabarıq şəkildə əks etdirməkdədir…

   Deyirlər, yaradıcı insanın iç dünyası ortaya qoyduğu yazılarında üzə çıxır, onun hansı mənəviyyat, ağıl-zəka sahibi olduğunu sərgiləyir. Bu baxımdan müəllifin mənsur şeirlərinə istinad etdikdə, yetərincə önəmli nümunələrə rast gəlmək olur. Oxucuda bitgin təəssürat yaratmaq istəyi ilə aşağıda nümunə olaraq seçib ayırdığım bir neçə  mənsur şeirə diqqət edək:

      “Dedilər sevginin gözü kor olur. Yaxşını-pisi görmür. İnanmadım sevginin gözünün kor olduğuna. Öz-özümə düşündüm və “sevginin gözü kordur” deyənlərdən soruşdum: Onda deyin görüm, gözü kor olan sevgi bu qədər nuru, işığı qəlbimizə necə verir?!

   Cavab verə bilmədilər. Susdular, günah eləmiş kimi.”

                                                                      (“KOR SEVGİ”)

                                        Və ya:

     Mən bir uşaq, dünya ana. Ağlayanda ovudub, kiridə bilmir məni. Bu dünya məni elə beləmi saxlayacaq Allah?! Yarı ac, yarı tox, əyin-baş yox. Başıma bombalar yağır, bir təhər başımı qoruyuram. Yeriyirəm, ayağımın altından yer qaçır. Bu dünyanın yerində, göyündə qoruna bilmirəm. Deyin, yerdən, göydən başqa harda insan kimi yaşaya bilərəm mən? Deyirlər, sev dünyanı! Məni saxlamayan, qorumayan dünyanın nəyini sevim mən? Nəyini?..

                                                                 ( “DÜNYA OVUDA BİLMIR MƏNİ”)

                                          Və yaxud:

    Cavan oğlan cavan bir ağaca sevdiyi qızın və özünün adını yazdı. Aradan illər keçdi, ağac böyüdü, ağacın gövdəsindəki “yaralar”da böyüdü. Amma oğlanın qıza olan sevgisi böyümədi ki, böyümədi. Unutmaq lazım deyil ki, böyük sevgilər ağac gövdəsinə yox, ürəyə yazılır.

                                                 ( “AĞAC BÖYÜDÜ …)

  Nümunə qismində sərgilədiyim  mənsur şeirlərin üçündə də daxili lirizm, zərif duyğular, insani keyfiyyətlər, həyat eşqi açıq-aşkar hiss edildiyi kimi, müəllifin az sözlə böyük məna kəsb etmək bacarığı da ən bariz şəkildə özünü biruzə verir.

  Kitabın “Deyimlər” bölümündə təqdim edilmiş yazıları isə, mübaliğəsiz olaraq dünyanın hər üzünə bələd olan bir ahıl  yazarın kamilliyə-müdrikliyə söykənən və həyatın enişli-yoxuşlu yollarında üzləşdiyi çeşidli olaylara laqeyid qalmamaq istəyindən qaynaqlandığını deyə bilərəm. Bu əlamətlərin təsdiqi naminə hesab edirəm ki, aşağıdakı bir neçə dəyərli kəlama nəzər salmaq kifayətdir:

                 *  *  *

“Bu gecə uşaqlığımı gördüm, yuxuda. Bu günüm də elə o günümə bənzəyirdi-yarı ac, yarı tox.”

                     *  *  *

“Kədərimə sevinc qatan biri yox, bu nə həyatdır, Tanrım, mənə vermisən!”

                                                         *  *  *

 “Dünya kasıblar üçün zindan, varlılar üçün cənnətdir.”

                                                     *  *  *

“O ruh adamını rusun adamı kimi başa düşmüşdü…”

                        *  *  *

 “Dədəmiz Qorqud bizə ad da verdi, öyüd də. Nə adı doğrultduq, nə də öyüdə əməl elədik!”

                                 *  *  *

 “Qadınına xəyanət elədin, canın cəhənnəmə. Ay zalım, bəs Vətənə niyə xəyanət elədin? Axı, o təkcə sənin deyil!”

     Məhərrəm Şəmkirlinin oxucuya nikbin əhval-ruhiyyə, təbəssüm bəxş eləyən yazıları “Lətifələr” bölümündə yer almışdır. İncə-zərif yumor hissiylə “yoğrulmuş” bu yazılardan ikicə nümunə:

     “Bir nəfər dövlət idarəsinə gedir. Orada ondan soruşurlar:

 -Adın nədir?

-Cahil.

Bu adı sənə kim verib?

-Atam.

-Atanın adı nədir?

-Kamil.

-O kamil deyil, əsl cahildir!”

                      (“Cahil sən deyilsən.”   

                               *  *  *

  “Bir “ara müğənnisi” arvadını muştuluqlayır:

-Arvad, gözün aydın, mənə əməkdar artist adı verdilər!

-Ay zalım oğlu, onlar verirdi, verirdi, bəs, sən hansı üzlə götürürdün?”

                                                  “Sən niyə alırdın?”

    Müəllifin “Rəylər” adlandırdığı bölümdə gənc yazarlardan  Azər Rəşidoğlu, Şəhla Aslan, tanınmış şair-alim Adilə Nəzər, ünlü şairimiz Əhməd Cavadın  ədəbi aləminin tədqiqatçısı, filologiya elmləri üzrə fəlsəfə doktoru Rəhman Salmanın yaradıcılıqlarından bəhs edilir. Burada Asif Ata Ocağının sönməz nurundan, şair Arif Musanın “Könül duyğularım” adlı şeirlər kitabından və AYB Mingəçevir bölməsinin xəttiylə 2016-cı ildə nəşr olunmuş “Uzaqdan gələn səs” almanaxından (Yeri gəlmişkən deyim ki, Məhərrəm müəllim bölmənin 2016-cı ildə işıq üzü görən “Bir ocağın şöləsiyik” almanaxı barədə də yazı yazıb və həmin toplunun həmmüəlliflərindən biridir) söz açan yazılar da maraqla oxunur. Bu bölmədə Vaqif Osmanovun “İşıq tapmaq xoşbəxtliyi”, Vaqif İsaqoğlunun “Həqiqət işığında düşüncələr…” adlı yazıları isə Məhərrəm Şəmkirlinin ədəbi yaradıcılığına ayna tutub…

   Kitabın sayca beşinci-“Qəhrəmanlar” adlı bölümündə müəllif torpaqlarımızın bütövlüyü və işğaldan azad edilməsi naminə canlarından keçən ərənləmizin bir neçəsindən,-Azərbaycan Respublikasının Milli Qəhrəmanları Mübariz İbrahimov, Rövşən Əliyev, Əlif Hacıyev, Elşad Yəhyayev və II Qarabağ Müharibəsində şəhid olmuş Mirsəfa Rzayevin vətən sevgilərindən böyük ehtiram hissiylə söz açır.

 Məhərrəm müəllimin ayrı-ayrı vaxtlarda qələmə alıb, çeşidli qəzet-jurnal səhifələrində və onlayn mətbuatda dərc etdirdiyi publisistik yazıları sonda,-“Məqalələr” bölümündə yer alsa da, ümimilikdə kitaba əlvan çalarlar, təqdirəlayiq “ab-hava” qatmaq baxımından diqqəti cəlb edir. Bu yazılarda hər şeydən qabaq vətən sevgisini, yurdumuzun sabahı ilə bağlı düşüncələrini ortaya qoymağı bacaran  yazar dostumuzun həssas qəlbi döyünməkdədir…

   Həcm və məna tutumu baxımdan sanballı yazılar toplusunu oxuyandan sonra ürəyimdən keçənləri hörmətli oxucularla bölüşməyi və ömrünün müdriklik çağlarında belə dəyərli bir kitabı araya-ərsəyə gətirməklə ədəbi aləmə öz töhfəsini verən yazar dostum Məhərrəm Şəmkirliyə bundan sonrakı yaradıcılıq yollarında da uğurlar diləməyi özümə borc bildim. Atalar demişkən, yolçu yolda gərək!

                            

MÜƏLLİF: İSMAYIL MƏRCANLI İMANZADƏ

   Azərbaycan Yazıçılar Birliyi Mingəçevir Bölməsinin sədri, şair-publisist.

İSMAYIL MƏRCANLI İMANZADƏNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Eyyub Türkay – Uşaq şeiri

EYYUB TÜRKAY

BABAM NƏRD OYNAYANDA
Babam nərd oynayanda,
Yaman salır hay-həşir.
Oyunu udmaq üçün,
Görün necə əlləşir.
* * *
Uduzmaqla babamın,
Heç yox imiş arası.
Az qalır zər atanda,
Sınsın nərdin taxtası.
* * *
Bir də baxıb görürəm,
Deyinir dodaqaltı.
Söyləyir o ucadan,
Ataram qoşa altı.

Hərdən başın qaldırır,
Gülüb, baxır üzümə.
Deyir: -deyingənəm mən,
Fikir vermə sözümə.
* * *
Mənim sevimli babam,
Çox mehriban bir insan.
Nərd oyunu gələndə,
Olur qızğın bir aslan.
Müəllif: Eyyub TÜRKAY

EYYUB TÜRKAYIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

FİKRƏT QOCA – AĞRI

FİKRƏT QOCANIN YAZILARI

5 MAY FİKRƏT QOCANIN ANIM GÜNÜDÜR. RUHUNA FATİHƏ:

AĞRI
Qatarı yola salmaq,
Səkidə təkcə qalmaq,
Ötən ömür, gün kimi
Gedənlərin dalınca
Gözlərin qaralınca
Baxmaq, yaman ağırdır.
Gözüm yaşarmasa da,
Ürəyimi ağrıdır.
* * *
Kiçik dayanacaqlar
Görəsən, nə vaxtacan
Belə dayanacaqlar
Şəhərlər arasında?
Nə ordadır, nə burda
Yolların yarısında.
Qurbağa qurultusu,
Çəyirtkə səsi altda,
Bir də ki, ulduzların
Səssiz nəğməsi altda.
Sübhə kimi boğulur.
* * *
Gəlib keçən qatarlar
Sinəsinə dağ olur.
Kiçik dayanacaqlar
Qatarına gecikmiş
Sərnişinə bənzəyir.
Bir az sənə bənzəyir,
Bir az mənə bənzəyir.
Qatarı yola salmaq.
Səkidə təkcə qalmaq
* * *
Ağırdır, çox ağırdır,
Ürəyimi ağrıdır.
* * *
Gedənlərin dalınca
Baxıb göz qaralınca
Şüşə kimi sınıram.
Qatar pəncərəsindən
Atılmış kağız kimi
Arxada çırpınıram.
* * *
Qatarı yola salmaq,
Səkidə təkcə qalmaq
Ağırdır, çox ağırdır.
Gözüm yaşarmasa da
Ürəyimi ağrıdır.
1966.
Müəllif:Fikrət QOCA

Mənbə: Fikrət Qoca – Seçilmiş əsərləri – PDF

FİKRƏT QOCANIN YAZILARI

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTACIN KİTABLARI

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AYŞƏ XƏLİLLİ – ŞEİRLƏR

AYŞƏ XƏLİLLİ

Azərbaycan əsgəri

Ey Azərbaycan əsgəri

Sənə səslənirəm!

Eşit səsimi,duy səsimi

Siz qəhrəmancasına

İgidcəsinə vuruşub

Aldınız torpaqlarımızı,

Azad etdiniz.

Nə qədər qazi,

Nə qədər şəhid,

Verdiniz amma dayanmadınız

Söz verirəm sözüm olsun

Gərəkərsə uşaqlar

Qadınlar, kişilər

Vuruşub alar qisasınızı.

44 Gün

3000 şəhid,10 milyon yaralı

Şəhidlər qəlbimizi dağladı

Neçə-neçə evin dirəyi yıxıldı

Neçə-neçə evin söndü işığı

Allahım yazıq deyilmi onlara

Yazıq deyilmi atasız uşaqlara

Yazıq deyilmi qardaşsız bacılara

Yazıq deyilmi oğulsuz analara

Sən dayağ ol bu xalqa!

Müəllif:Ayşə XƏLİLLİ

Naxçıvan şəhəri, Qızlar liseyi, VA sinif şagirdi

AYŞƏ XƏLİLLNİN YAZILARI

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru