Missiyamız: Ümumbəşəri dəyərləri mənimsəyən, milli ruhda yetişən, hərtərəfli inkişaf etmiş peşəkar mütəxəsislərin hazırlanması. Vizyonumuz: Daim inkişaf edən, təkmilləşən və yenilikçi akademiya olaraq regionun təhsil məkanında lider tədris mərkəzinə çevrilmək. Dəyərlərimiz: İnnovativlik; Yaradıcılıq; Milli-mənəvi dəyərlərə bağlılıq. Hədəflərimiz: – yüksək səviyyəli respublika və beynəlxalq səviyyəli təlimlərin keçirilməsi; – təcrübə və araşdırmaya əsaslanan tədris metodlarından istifadə olunması; – araşdırma və təcrübə ilə zəngin elmi ətraf mühitin yaradılması və inkişaf etdirilməsi.
Xidmətlərimiz: – Elmi və publisistik üslublu məqalələrin yazılması; – Buraxılış və magistr dissertasiyalarının yazılması; – Referat və Avtoreferatların yazılması; – Referans məktublarının və CV-lərin hazırlanması; – Kurs və sərbəst işlərin yazılması; – Xaricdə məqalə və kitabların çap olunması; – Akademik tərcümələrin edilməsi; – Elm və təhsillə bağlı foto və montaj işlərinin görülməsi; – Məqalə və dissertasiyaların korrektə və redaktəsi; – Beynəlxalq və respublika səviyyəli təlim və seminarların keçirilməsi; – MİQ və diaqnostik qiymətləndirməyə hazırlıq; – Attestasiya və sertifikasiya hazırlığı; – Məktəbəqədər hazırlıq; – Abituriyent və magistr hazırlığı; -Təhsil və psixoloji konsultasiya;
Fəaliyyətimiz: – Əyani və online elmi-tədris xidmətlərinin həyata keçirilməsi; – Təcrübəli mütəxəsislərlə yanaşı bakalavr, magistr, doktorant və dissertanların da işləmək imkanı; – Əməkdaşlar ilə əvvəlcədən xidməti müqavilələrin bağlanması; – Fəaliyyət göstərəcəyiniz xidmət sahəsi üzrə ödəniş məbləğinin siz tərəfdən təyin edilməsi; – Akademiyada fəaliyyət göstərdiyiniz müddətdə qazanılan gəlirin 60 fayizini əldə etmək imkanı; – Olduğunuz yerdən və bölgədən asılı olmayaraq online akademiya ilə əməkdaşlıq etmək və akademiyanın göstərdiyi xidmətlərdən online istifadə etmək imkanı; – Əməkdaşlıq müddətdində akademiyaya cəlb etdiyiniz müdavimlərdən qazanılan gəlirin 70 fayizini əldə etmək imkanı; – Ödənişlərin nağd və plastik kart vasitəsilə həyata keçirilməsi; – Müdavimlərin xidmət haqqı ödənişlərini hər ayın sonunda tam və hissə-hissə ödəmək imkanı; – Tədrisin həftədə 3 dəfə 2 saat olmaqla yüksək sürətli və kəsintisiz internet vasitəsilə həyata keçirilməsi.
Facebook: AF Academy İnstagram: afacedemy2022 Linkedln: AF Academy E-mail:afacedemy22@gmail.com Tel (Wp): +994602474323 Whatsapp qrup: https://wa.me/message/XVZKGYZN4ZSZA1
ÜÇ RƏNGLİ Üç rəngli bayrağı var Anlı açıq üzü ağdır Ölkələrin arasında Bir çırağdır Azərbaycan. * * * Mətinləşib ucalırsan Uca taanrı duasıyla Daim gücün qüddrətinə Ucalırsan Azərbaycan * * * İndi iri addımlarla Yüksəklərə ucalırsan Bu günümlə fəxr edirik Yaşa-yaşa Azərbaycan * * * İndi iri addımlarla Yüksəklərə ucalırsan Bu günümlə fəxr edirik, Yaşa-yaşa Azərbaycan. * * * Hər an düşmən üzərinə Zəfər çaldın Azərbaycan. Xalqımızın hünəriylə Möhrün vurdun Azərbaycan. * * * Günəş kimi şüasını Yaydı bütün ölkələrə. Öz zəhmətin qüdrətiylə Qalxdı yenə Azərbaycan. * * * Zirvələrin zirvəsidir Qızıl odlar ölkəsidir Bol gülüşlü bol zəhmətli Halal zəhmət ölkəsidir.
QAZİ, ŞƏHİDLƏRİN HAQQI İTMƏSİN!… (bütün qazi, şəhidlərimizə həsr edirəm) Üç min şəhidinin qanına qurban, O məzar daşından boylanıb baxan, Vətən şəhidlərin qanına qurban, Qazi, şəhidlərin haqqı itməsin!… * * * Balasın itirib məğrur dayanan, Silib göz yaşını, meydan oxuyan, Şəhid anasının ömrünə qurban, Qazi, şəhidlərin haqqı itməsin!… * * * Şəhidlər veribdir vətən borcunu, Qazilər itirib həyat yolunu, Kimisi gözünü, kimi qolunu, Qazi, şəhidlərin haqqı itməsin!… * * * Danışıb deyilər tarixlər boyu, Kiminin qalmadı, kəsildi soyu, Yarıda qalıbdır kiminin toyu, Qazi, şəhidlərin haqqı itməsin!… * * * Qazilər gələndə qalxaq ayağa, Tarixlər çəkibdir bizi sınağa, Qalx, gedək hər il biz o məzarlığa, Qazi, şəhidlərin haqqı itməsin!… * * * Zəhəri paketlə göndərək getsin, O, namərd düşmənin sonun bitirsin, Bir daha analar fəryad etməsin, Qazi, şəhidlərin haqqı, itməsin!…
AZƏRBAYCAN Torpağının qüdrəti var, Tükənməzdir, sərvəti var, Planetdə hörməti var. Bir soraq ver, sən o taydan, Azərbaycan, Azərbaycan! * * * Yaralanıb qəlbin sənin, Qövr eyləyir, dərdin sənin, Başa gəlmir, əhdin sənin. Bir soraq ver, sən o taydan, Azərbaycan, Azərbaycan! * * * Qeyrətinə kəm baxan var, Ar-namusu həm satan var, Zəhərlidir, bir yatan var. Yatanları qov obadan, Azərbaycan, Azərbaycan! * * * Ana yurdum, sən ayıq ol, Düşmən çoxdur, həm sayıq ol, Göz tökməyə gəl layiq ol. Səsin gəlsin o diyardan, Azərbaycan, Azərbaycan! * * * Didərginlər dözmür daha, Şairlər də yazmır daha, Hökümət də baxmır daha. Qılıncını çıxart qından, Azərbaycan, Azərbaycan! * * * Mil düzündə köckün olur, Qarabağda itkin çoxdur, Harayına gələn yoxdur. Yoxdur səni bir oyadan, Azərbaycan, Azərbaycan!
BÜLBÜL Bülbülərin cəh -cəh vurmur, Sikəstələr heç oxunmur. Dayaq dursun o, Yaradan, Azad olsun hər bir insan, Azərbaycan, Azərbaycan! * * * Yaraşıq verirsən çölə-çəmənə, Səni gəlməyəsən görüm, heç dilə. Beşikdə körpə də uydu səsinə, Başın bəlalıdır, bəlalı bülbül… * * * Çöl, meşə oyanır, səsin gələndə, Ləçəkləri gülün, solur çəməndə. Tutub saxlayırlar, səni qəfəsdə, Səsinin oduna, yanırsan bülbül.. * * * Ah-nalə qoparıb, imdad dilədin, Azadlıq kəlməsin, icad eylədin. Qəfəsdə yaşayan, sən tək deyildin, İnsanda can verir, qəfəsdə bülbül… * * * Sehirli səsindir, bəla gətirən, O Xarı gülü də, sən sən gətirən. Oxu göz yaşımı, məndə tökürəm, Qəfəsdə görəndə, kimsəni bülbül. * * * Ümüdlə gözlədim, azadlıq yolun, Bağlıdlr mənimdə bu gün yollarım. Oxu, qoy səsinlə mən azad olum, Bəlkə xilas etdim, səni də bülbül… * * * Azad təbiətin, azad quşusan, Bilirəm hiyləylə tora düşmüsən. Təbiət günahsız, niyə küsmüsən? Dünyamız hiylədir, unutma bülbül… * * * Xəbərsiz yaşadın, burda yuvandan, Xəbər verən yoxdur, sənə balandan. Bəlkə də bağlıdır yolun, haçandan? Sorağın verən yox, balana bülbül…
AZƏRBAYCAN ƏSGƏRİ Addımı aram -aram, Deyir düşmənə varam, Azərbaycan oğluyam, Azərbaycan əsgəri. * * * Sücaətli hünəri, Var dünyada hörməti, Yayılıb şan-şöhrəti, Azərbaycan əsgəri. * * * Hər birinin and yeri, Zəfərsiz dönməz geri, Məhv eyləyib düşməni, Azərbaycan əsgəri. * * * Sözlərini sərt deyir, Bu mənfur düşmənlərdən. Hesabını sor deyir, İtib getsin elmdən, Yumruğunu vur deyir.
Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatı, dəyərli ziyalımız Ceyhun Məmmədova ağır itki üz verib.
Ceyhun müəllimin atası Valeh Məmmədov dünyasını dəyişib. Mərhuma Böyük Allahdan rəhmət, doğma və yaxınlarına səbr diləyirik. Başınız sağ olsun, Ceyhun müəllim. Allah səbr versin.
Novruzova Leyli Mustafa gızı 1962-ci ildə Quba şəhəri Səbətlər kəndində anadan olmuşdur. 1979-cu ildə Şəhid Elman Məmmədov adına Səbətlər kənd tam orta məktəbi bitirib. Dörd övlad (2 oğul və 2 qız)anasıdır.1992-ci ildə Sumqayıt şəhərində N. Nərimanov adına mədəniyyət evi nəzdində birillik muhasibat ucotu kursunu və 2013-cü ildə “İnsan və təbiət” ictimai- siyasi qəzet redaksiyası nəzdində yaranmış bir illik Jurnalistika kursunu bitirib. “Tale” şeri ilk qələm məhsulu olub. “Səfəq”, “ İnsan və təbiət”, “Ədalətli iş, düzgün söz”, “Sumqayıt”, “ Dövlət və qanun”, “ Uğurlu yol” və sair ictimai ədəbi qəzetlərdə yazıları çap olub. “Azərbaycan” ədəbi jurnalında şeirləri çap olub. “Ədalətli iş, düzgün söz” qəzetində şöbə rəisi işləyib. Uzun illər göstərmiş olduğu xidmətlərinə görə, geniş əhali kütləsi arasında qazanmış olduğu hörmət və nüfuzuna, maddi ehtiyac içərisində yaşayan insanlara göstərmiş olduğu xeyriyyəçiliyinə, dövlətçiliyimizin və xalqımızın mənafeyinə xidmət etdiyinə və Azərbaycan Respublikası prezidenti İlham Əliyev cənablarının daxili və xarici siyasətini ölkə daxilində tətbiq etdiyinə görə 2017 və 2019-cu illərdə fəxri diplomlara layiq görülüb. 2020-ci ildə Nəsimi “Poeziya diplomu” və “Qızıl Qələm”, 2021-ci ildə “Ulu öndər”, “Qarabağ Azərbaycandır”, “İlin vətənpərvər sairi”media mukafatı laureatı diplomu ilə təltif edilib. “Yurd”, “Əsrlərə körpü” , “Yaşıl işıq” və “Gəlirik Qarabağ!!!”, “Kimlərə qaldı dünya, Nizami Gəncəvi 880”, “Həyat bizi səsləyir” ,“Sevgilim yuxunu dənizə danış” ,“Həsrətin sonu”, Tər çiçəklər” ,,Gəlin gedək Ağdama,, və bir çox antologiyalarında bir çox şeirləri yer almışdır. İki kitab ,,Gün keçir ömür qısa ,, və ,, Qazi, şəhidlərin haqqı itməsin,, kitabların müəllifidir. Vətənpərvərlik haqqında şeirlərinə üstünlük verir. Hal-hazırda üçüncü kitab ,,Şəhidlik zirvəsində ,, adlı kitabı üzərində işləyir. Tezliklə üçüncü kitabı işıq üzü görəcək.
Rənglər də poeziya kimidir. Şair portreti söz çələngindən hörür,rəssam isə rənglərin hormoniyasından və daxili dünyasının vəhdətindən. Aralarındakı fərq şairin susmayan söz dünyası, rəssamın isə səssizlik içərisindəki axtarışlarıdır, desək, bəlkə də, yanılmarıq. Əslində əsərlərinə fırçanın gücü ilə can verən rəssamlar bir yazar qədər də təbiətə, həyata, insanlara olan münasibətlərini, düşüncə və hisslərini də kətana köçürdürlər. Bu isə çətin və daha məsuliyyətlidir. Bu yaxınlarda gənc rəssam Aysel xanımın rəsm əsərləri ilə tanış olmam, məni bir daha rənglər aləminin sirli-sehrli dünyasına varmama səbəb oldu.
Əliyeva Aysel Etibar qızı 16.08.1979-cu ildə Bakı şəhərində dünyaya göz açıb. Ali təhsillidir. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. Ərəb, ingilis, rus və ibri dillərini bilir. Aysel Əliyeva 10 ilə yaxın DTX zabiti olub. Son dərəcə maraqlı daxili dünyası olan bu xanımın həm uşaqlıq, həm də tələbəlik illəri rənglər dünyasından keçib. Onun rəsm əsərləri mövzu etibarı ilə zəngin və maraqlıdır. İlk öncə Ayselin rəsmlərində özünəməxsus cizgilər, fərqli baxış məni özünə çəkdi. İnsanın öz düşüncələrini rənglərlə ifadə edə bilməsi çox maraqlıdır. Həmin düşüncələrin kreativ, bənzərsiz və qeyri- adi olması yaranan rəsm əsərlərini də son dərəcə maraqlı edir. Rəssam daxilən qeyri-adi düşünməsə rəsmələri adi və darıxdırıcı olur. Aysel xanımın çox maraqlı daxili aləmi olduğundan yaratdığı rəsmlər də olduqca maraqlıdır. Bəzən rəsmlər o qədər qeyri-adi olur ki, onları seyr etdikdə mənasını anlamaq üçün müəllifin izahına ehtiyac duyulur. Maraqlıdır ki, Aysel xanımın rəsm əsərlərində klassik yanaşmadan fərqli olaraq rəsmlərə və ümumiyyətlə incəsənətə müasir və kreativ baxış dərhal sezilir. Rəsmlər bir çox maraqlı məqamları əhatə edir və bu sahələr müasir elmin göstəriciləri olaraq izləyicilərdə böyük maraq kəsb edir. Önəmli olan odur ki, rəssam incəsənətin müasir cərəyanlarından istifadə edir.
Məsələn «Prozopaqnoziya», «Yaranma» və s. neyroqrafika, «Katarsis», «Sükut və söhbət» və s. rəqəmsal üsuldan istifadə edilib və hətta gələcəkdə NFT-yə (Non-Fungible Token) da müraciət etmək fikirindədir. Aysel xanım özü deyir ki, mənzərə, natürmort və digər realizmi çəkməyi o qədər də sevmir. Hesab edir ki, bunu müvafiq işıq və rakursla fotoda çəkmək olar və gözəl bir foto-şəkil alınar. Əsasən daxili hissiyatları, hissləri, əhval-ruhiyyəni, yəni gizli və tam izah olunmayanları çəkməyə üstünlük verir. Bir çox qeyri adi rəsmlərin müəllifi olan Aysel Əliyeva hesab edir ki, gözəllik hər zaman daxildədir. S.Ekzüperinin“Yalnız ürək iti görəndir. Ən vacib şeyi gözlərinizlə görə bilməzsiniz” sözlərini əsas tutaraq, müəllif hesab edir ki, gözəl nəsə sadəcə lazımsız bir örtük ola bilər. Ən vacibi isə daxildədir. İnsanın gözəlliyi onun daxili dünyasındadır. Aysel xanım hesab edir ki, əgər ətrafa diqqətlə baxsaq, hər şey gözəldir. Suvaqsız divardan asılan meynə budağı, yağış gölməçələri, başımızın üstündəki parça buludlar, öz işinin dalınca qaçan qarışqa, asfalt çatlağında bitən kiçik bir ot… Bizi hər yerdə təkrarsız gözəllik müşayət edir. Bu fikirlər onun ətrafa estetik baxışının tam ifadəsidir. Bəlkə ona görədir ki,onun təbiət mövzuları da xüsusi maraq kəsb edir. Onun “Zəncirotular gün batan çağında” adlandırdığı rəsm əsəri bu baxımdan daha da qiymətlidir. İlk təəssürat belə yaranır ki, səma günəşi qüruba yola salır. Axşamın həzin mehi ləçəkləri tökülən zəncirotuları yelləyir. Müəllif səmanı indiqo rəngində təsvir edir. Neyroqrafika vasitəsi ilə çiçəklərin budaqları balıq toruna çevrilib günəş diskini tutub saxlayıb. Müəllif təbiətdə olan bu möcüzəli anı bütün tamlığı ilə çatdıra bilmişdir. Rəssamın yaradıcılığında yağış, damcı obrazını da müşahidə etmək olur ki, bu da gözəllik bəxş edir. Təbiətin möcüzələrindən biri də damladır. Xüsusilə ləçəklər üzərinə düşən ilk damla gözəllik etibarı ilə bənzərsizdir. Müəllif “İlk damla” əsərində yalnız damlanın gözəlliyini deyil, onun xəfif səsini də əks etdirə bilib. Bu gözəllik eyni zamanda ilk toxunuşdan başlayan bir sevgidir. Yağış damlası ilə ağac ləçəyinin ilk qovuşması kimi də əks edilmişdir. Aysel Etibarqızının rəsm mövzuları olduqca geniş və çoxşaxəlidir. İnsan və onun gücü, düşüncəsi, fikirləri və təbii ki, insanın dünyaya, həyata olan sevgisi, Ayselin yaradıcılığında qırmızı bir xətlə keçir. “Buddanın təbəssümü” əsəri bu baxımdan çox maraqlı və dəyərli bir əsərdir. Buddanın təbəssümü hədsiz və təmənnasız sevginin ifadəsidir. İnsanlara yaxşılıq etmək, sevmək kimi gözəl və ali hissləri aşılamaq bu rəsmdə öndə gedir. Əsərdə xoşbəxtliyin əsası olan daxili azadlıq, müdriklik kimi yüksək hisllər əksini tapır. Rəsmdə bu hisslər neyro-xətlər vasitəsi ilə verilir. Aysel Əliyevanın yaradıcılığına hansı prizmadan yanaşsaq da, sonda onun yaradıcılığının əsas istiqamətinin vətənpərvərlik üzərində köklənməsinin şahidi oluruq. Qarabağ torpaqlarının azad olması rəssamın yaradıcılığında da yadda qalan cizgilər yaradıb. Onun “Qarabağ üzərində günəş” adlı rəsm əsəri Qarabağ torpaqların azadlığının fırça ilə təsviri qürurverici anlar yaşadır. Qazanılan zəfərdən sonra Qarabağ torpaqları üzərində doğan günəş öz nurunu və şəfəqini evlərimiz üzərinə yaydı. Uzun illər istilik verməyən günəş qələbə sevgisinə bələndi. Uzun illərin həsrətinin vüsalı bu əsərdə tam bir azadlıq tablosu kimi diqqət çəkir. Ana obrazı bütün yaradıcılığın simgəsidir. Bu baxımdan da rəsm əsərlərində ana obrazını yaratmaq hər bir rəssamın arzusudur. Aysel xanımın da yaratdığı ana obrazı tam bir ana obrazıdır, desək, heç də yanılmarıq.Rəssamın əsərlərindən biri “Ana ürəyi” adlandırılmışdır. Əsərdə ana və övladlarının bağlılığı əsas götürülmüş və müəllif bu rəsmdə ürək yaradaraq istəyinə nail olmuşdur. Ürəyə həyat verən isə xüsusi neyro-xətlərdir. Burada verilən uşaq əllərinin ölçüləri müəllifin övladları Leyla və Muradın əllərinin ölçüləri ilə müvafiqdir. Aysel xanımın yüzədək rəsm əsəri sevilərək izlənilir. Onun əsərlərinin kataloqunu hazırlanmaq üçün təqdim edilmişdir. Ümidvarıq ki, rəssamın əsərləri ona yeni uğurlar qazandıracaq və onun əsərləri ölkəmizdən kənarda da seviləcəkdir.
GÜLÜ – GÜLÜZƏ MUSTAFAYEVA – (619 bal) Bakı Dövlət Universitetinə (Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə) qəbul olunmuşdur. Tələbə adı qazanması münasibəti ilə Gülü xanımı təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzu edirik. Uğurlarınız bol olsun, Gülü xanım!!!
Qısa arayış:
Gülü – Güzüzə Mustafayeva Zaur qızı 11 dekabr 2004-cü ildə Bakı şəhərində anadan olub. Musiqi təhsili var. Rəssamlıq qabiliyyəti var. Bakı şəhər 20 nömrəli məktəb-liseyin məzunudur (2022).
Gülü xanım “Oxumağa nə var ki…” (2011), “Duyğular” (2014), “Rənglərin dili” (2016) və “Zaur Ustac” (2020) kitablarının müəllifidir.
UŞAQ ƏDƏBİYYATI (Məktəbəqədər səviyyədə) Zaur Ustacın EYUDER AZƏRBAYCAN, ADPU, Türkiyənin Kayseri Universiteti və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə 29 avqust 2022-ci il tarixdə keçirilmiş “Məktəbəqədər təhsilə yeni baxış” mövzusunda beynəlxalq onlayn konfransda çıxış məqaləsi. Salam, dəyərli qonaqlar və konfrans iştirakçıları! Bu görüşdə müasir uşaq ədəbiyyatının (məktəbəqədər səviyyədə) yaranmasında fəal iştirak edən, öz töhfələrini vermiş yaradıcı şəxs olaraq aşağıdakı dörd əsas istiqamət (sual) ətrafında öz fikirlərimi sizinlə bölüşəcəm: 1. Necə olub? 2. Necə var? 3. Necə olmalıdır? 4. Nəyə əsaslanırıq? Azərbaycan uşaq ədəbiyyatının ilk nümunəsi kimi böyük mütəfəkkir Nizami Gəncəvinin “Oğlum Məhəmmədə nəsihət” (“Leyli və Məcnun” poemasından) qəbul edilir. Abbasqulu ağa Bakıxanovun “Nəsihətləri” də gənc nəslin təlim-tərbiyəsində mütləq istifadə olunmalı əhəmiyyətli vəsaitdir. Ancaq bugünkü konfrans mövzusunun predmeti məktəbəqədər səviyyə olduğuna görə biz sadəcə bu xatırlatma ilə kifayətlənir və relamenti də nəzərə alaraq birbaşa mətləbə keçirik. Söhbətimin birinci hissəsinə hamımıza yaxşı tanış olan “Uşaq və buz”, “Gəl, gəl a yaz günləri” (Mirzə Ələkbər Sabir), “Xoruz”, “Keçi” (Abdulla Şaiq) nümunələri ilə başlayaraq, “Necə olub?” sualını cavablandırmağa çalışacam (xahiş edirəm həm indi, həm də gələcəkdə istənilən məsələyə münasibət bildirəndə fikirlərin subyektivliyini qəbul edin – bütün alternativ münasibətlərə hörmətlə yanaşıram): “UŞAQ VƏ BUZ”, “GƏL, GƏL, A YAZ GÜNLƏRİ”, “XORUZ”, “KEÇİ” nümunələri təqdim olunur. Əminəm ki, yuxarıda sadaladığım nümunələr hamıya tanışdır. Elə məhz bu səbəbdən onların üzərindən (əsasında) söhbətimizə davam edəcəyik. Demək olar ki, bütün sonrakı problemlər bu nümunələr əsasında çözüləcək. Zamanla bizdən əvvəlki nəsil, biz, bizdən sonra gələn nəsillər fərqinə varmadan bu şeirlərlə dünyanı, ətraf aləmi tanıyıb, dərk edərək böyüyüb, böyüyür və böyüyəcəklər.
İkinci sual söhbətimizin əsasını təşkil etdiyinə görə əsasən hal-hazırda (2011-ci ildən) istər məktəbəqədər təhsil müəssisələrində, istərsə də məktəb və liseylərin məktəbəhazırlıq qruplarında (4 hissəli “Məktəbə hazırlaşırıq” dərslikləri üçün nəzərdə tutulmuş eyni adlı metodik vəsait əsasında – 2019-cu ildən) geniş istifadə olunan müəllifi olduğum “Güllünün şeirləri”, eyni zamanda Təhsil İnstitutunun tərtib etdiyi məktəbəqədər təhsildə böyük qruplar (4-5 yaş) üçün “Müntəxəbat”a da daxil edilmiş şeirlərin yer aldığı “Uşaq boğçası” adlı kitablardan misallar gətirməklə bu barədə ətraflı danışacam. “Güllünün şeirləri” kitabı barədə: Kitabda əlifbamızda olan bütün hərflərə aid şeirlər və rəqəmlərə aid tapmaca-şeirlər toplanıb. Kitab 2011-ci ilin sentyabr ayından internet üzərindən tam pulsuz və təhlükəsiz şəkildə yayımlanır (istifadədədir). Kitabdakı şeirlərin böyük əksəriyyəti 2019-cu ildən Təhsil Nazirliyi (Təhsil İnsitutu) tərəfindən 4 hissəli “Məktəbə hazırlaşırıq” dərslikləri üçün nəzərdə tutulmuş eyni adlı metodik vəsaitə daxil edilmişdir. 2011-ci ildən bu günə qədər dəfələrlə üzərində yenidən işlənərək (dəyişiklik zamanın tələbidir) nəşr olunmuşdur. Hal-hazırda internetdə mövcud olan (pulsuz) elektron variantı ilə yanaşı ənənəvi kitab formasında nəşr olunmuş variantları da kitab mağazalarında satışda var. Kitabdan nümunələr: “A”, “1”, “5”, “N”, “Ə”, “10”, “L” təqdim olunur. Təhsil İnstitutunun tərtib etdiyi məktəbəqədər təhsildə böyük qruplar (4-5 yaş) üçün “Müntəxəbat”a da daxil edilmiş şeirlərin yer aldığı “Uşaq boğçası” adlı kitablardan misallar gətirmək istəyirəm. Kitab iki hissədən ibarətdir. Birinci hissədən: “OTAQ”, “ƏŞYALAR”, “İKİNCİ EVİM” nümunələr təqdim olunur. Və digər şeirlərlə uşaq ətraf aləmi tanıyır. Yəni tanıdıqlarının adını öyrənir və şeir vasitəsi ilə yaddaşına həkk edir. Sadəcə “tavan”, “döşəmə” və digər bu kimi sözlərin uşağın məktəbəqədər səviyyədə öyrənib, mənimsəyərək istifadə etməsinin əhəmiyyəti böyükdür (qarşıda bu məsələyə bir daha qayıdacam). İkinci hissədən: “MƏN BABƏKƏM”, “ŞAH İSMAYIL” nümunələr təqdim olunur. Olan nümunələrdə isə uşaqlar öz milli kimliklərini, əcdadlarını tanıyırlar. Belə misalları artırmaq, bu mövzuda söhbəti saatlarla davam etdirmək olar. Ancaq söhbət nə qədər uzun olsa da, onu bir yerdə müəyyən nəticə ilə yekunlaşdırmalı oluruq. “Buz”, “keçi”, “xoruz” –dan “tavan”, “döşəmə”, “Şah İsmayıl”-a qədər keçilən yol sonsuzdur və o hər gün yeni aşırımlar, döngələrlə zənginləşir.
Şübhəsiz ki, müsair uşaq ədəbiyyatı təkcə Zaur Ustacdan, onun yazdıqlarından ibarət deyil. Hələ ötən əsrdən günümüzə körpü atan Zahid Xəlili, Qəşəm İsabəylini, Rafiq Yusifoğlunu, orta nəsil nümayəndələrindən Qəşəm Nəcəfzadəni, İbrahim Yusifoğlunu, Rəfiqə Qasımqızını, Mina Rəşidi və gənclərdən Əyyub Türkayı misal göstərmək olar. Yəqin ki, Rafiq Yusifoğlunun “Üçrəngli bayraq” şeiri hamınıza tanışdır (nümunə təqdim olunur). Bu üç bəndlik şeir bizim balaca dostumuza öz bayrağını sevdirir, tanıdır. Gənc uşaq yazarlarından məqsədyönlü şəkildə çalışan, yazıb-yaradan Əyyub Türkaydır. Onun yaratdığı nümunələr canlı təbiət lövhələrindən qaynaqlanır. Təbii və axıcıdır. Balacalar valideynlərinin və tərbiyəçi-müəllimlərinin köməkliyi ilə onlar üçün, onların diliylə yazılmış şeirlərlə ətraf aləmi tanıyır, dünyamızı öyrənirlər. Ədəbiyyatın (uşaq ədəbiyyatının) keçmişdə, indi və gələcəkdə də məqsədi birdir, öyrənməyi asanlaşdırmaq. Və bax elə bu “öyrənməyi asanlaşdırmaq” tezisi bizim bugünkü söhbətimizin üçüncü sualına keçid verir. Bu suala cavab verərkən hələ çox əvvəl (2016) yazdığım və hal-hazırda da internet üzərindən və ənənəvi formada kitabxanalardan (Zaur Ustac “Qələmdar”, Bakı, 2020.) əlçatan olan “Mütaliə niyə vacibdir? (Beşinci yazı) adlı məqaləmdən bir parçanı təqdim etmək istəyirəm (qeyd olunan məqalədən-internetdə var- əsas məqamlar dinləyicilərə təqdim edilir). Təlim, təhsil mədəniyyətə gedən yol, ədəbiyyat və incəsənət isə bu uzun yolda yol yoldaşı, vasitədir. Uşaq ədəbiyyatı dedikdə isə ən həssas məqam, ən incə məsələ anlayışı kimi qəbul edilməlidir. Mənim və yuxarıda adlarını sadaladığım şairlərimizin zaman-zaman misra-misra, bənd-bənd qələmə aldığı şeirlər toplanır, zamanın süzgəcindən keçir və nəhayətdə ədəbiyyata (uşaq ədəbiyyatına) çevrilir. İstər mənim “Gülünün şeirləri”, “Güllünün şeirləri”, “Gülüzənin şeirləri”, “Uşaq boğşası”, “A1” və gələcəkdə olacaq uşaq şeirləri kitablarındakı şeirlər, istərsə də digər müəlliflərin yaratdıqları əsərlər bir məqsədə xidmət edir. Bu məqsəd isə konkret olaraq məktəbəqədər təhsildə və ibtidai təhsilin məktəbəhazırlıq qruplarında ətraf aləmlə tanışlıq, milli dəyərlər, ana dili və hesab haqqında biliklərin ötürülməsindən ibarətdir. XXI əsr insanına qoyulan tələbləri nəzərə alsaq xarici dil, kompüter biliklərini də şeir və hekayələrlə uşaqlara ilkin formada aşılamaq lazımdır. Vurğulamaq istəyirəm ki, müasir uşaq ədəbiyyatı nümunələri ətraf aləmlə tanışlıq, milli dəyərlər, ana dili və hesab haqqında ilkin anlayışlar kimi bilikləri mütləq özündə ehtiva etməlidir. Azərbaycan dünyanın ayrılmaz, inkişaf etməkdə olan bir hissəsi kimi dünyada, dünya təhsilində, təlim-tərbiyəsində gedən problemlərdən kənarda qala bilməz. Müasir dünyada insanın yiyələnməli olduğu kompetensiyalara nəzər salaq: 1. Ana dilində ünsiyyət, 2. Xarici dillərdə ünsiyyət, 3. Riyazi savad, elm və texnologiya, 4. Kompüterdən istifadə, 5. Öyrənməyi öyrənmək, 6. Sosial vətəndaşlıq, 7. Təşəbbüskarlıq və sahibkarlıq, 8. Mədəni məlumatlılıq və özünü ifadə etmək. Diqqət etsək görərik ki, birinci, ikinci, üçüncü sualları cavablandırarkən bütün istifadə etdiyimiz nümunələr və verdiyimiz açıqlamalar hamısı məhz bu əsas tələblərin ödənilməsinə, yəni insan yetişdirməyə xidmət edir. Gələcəkdə bütün yaradılacaq nümunələr də bu yöndə inkişaf etdirilməli, zamanla ayaqlaşmalı, zənginləşməlidir. Sonda kiçik yaşlı uşaqlar üçün maraqlı və əhəmiyyətli olan nümunələrdən bir neçəsini misal göstərmək istəyirəm (tövsiyə xarakterli): Rafiq Yusifoğlundan; “Nağıl qapısı”, “Yaddaş kitabı” (1-2), “Vətən ətri”, “Şuşa yolu”, Qəşəm Nəcəfzadənin; “Yatmış dəniz şəkli”, “Çiçəkli xalça”, “Şuşa qalxıb ayağa”, İbrahim Yusifoğlunun; “Futbolçu, topçu, gobçu”, “Arpaçayın uşaqları”, “Azərbaycan Vətənimdi”, “Vətən nəğməsi”, “Qıymayın uşaqlara”, Mina Rəşidin; “Böyüklər bizə baxsın”, “Balaca günəş”, “Meyvələrin şöhrəti”, “Jalənin əlləri” (Türkiyədə nəşr olunub), Əyyub Türkayın “Balacaların şeir çələngi”, Zaur Ustacın (mənim) “Güllünün şeirləri”, “Uşaq boğçası”, “Gülüzənin şeirləri”, “Gülünün şeirləri”, “A1”. Azərbaycan Respublikasının Təhsil İnstitutunun «Məktəbəqədər təhsilin inkişafı» şöbəsinin müdiri Laləzar Cəfərova (konfrans iştirakçısıdır) rəhbərliyi ilə ərsəyə gəlmiş və internetdə ümumi istifadədə olan metodiki vəsaitlər, müntəxəbatlar. Ümumiyyətlə, “Google” və digər anoloji axtarış sistemlərində “uşaq şeirləri”, “hərflərə aid şeirlər”, “rəqəmlərə aid şeirlər” və s. oxşar açar sözlərdən istifadə etməklə internetdən səmərəli şəkildə yararlanmaq olar. Təşkilatçılara və iştirakçılara təşəkkürümü bildirirəm. Uşaq ədəbiyyatı (məktəbəqədər təhsil səviyyəsində) mövzusu adı altında bir çox zəruri məsələlərə toxunduq. Bunun ümumi işə faydası olacağı qənaətindəyəm. Sağ olun.
BÜTÖVLƏŞƏN VƏTƏN ÜÇÜN AYRILDIQ Otuz il həsrətlə dözdük, gözlədik, Hər ilin anında zəfər, gözlədik. Bildik ayrılıq var, amma, dönmədik, Bir cahanda qocalmadan, ayrıldıq. Bütövləşən Vətən üçün, ayrıldıq… * * * Başını dik saxla, şəhid yoldaşı, Cəsur Coşqun üçün tökmə, göz yaşı. Ümüdü, İncimi sən qoru, yaxşı , Qoşalaşıb böyütmədən, ayrıldıq. Bütövləşən Vətən üçün, ayrıldıq… * * * Mələk üzlü, gül bənizli, İncimi, Ümüdünü böyüt qoxla, bircəmi. Unutdurma bircə ata kəlməni, Ana torpaq sevgisiylə, ayrıldıq, Azadlığa sevinc qatıb, ayrıldıq… * * * Vətənə əmanət mən sizi,qoydum, İndi azad olub o, ana yurdum. Coşqun şəhid oldu var olsun, ordum , Azad Zəngilanım, Ağdam, Xocalım. Azadlıq şərbətin içdim, ayrıldıq… * * * Bilirsən nə qədər sevirdim səni, Canımdan can verdim iki, körpəmi. Qoru əmanətdir unutma, məni, Böyük dərgahına bağışla, məni. Bütövləşən Vətən üçün, ayrıldıq…
UCALDI ZİRVƏYƏ PƏRVİN BALAMIZ Əli qələm tutdu ali dərs, aldı, İlləri ötdükcə savadı artdı. Vətən sevdasıyla qol-qanad açdı, Pərvin körpə ikən zirvəyə qalxdı. Medallar qazandı Ali yer, aldı… * * * Ucaldı zirvəyə müqəddəs adlar, Vətənin yolunda canlar qoydular. Vətənin adıyla şəhiddir, onlar, Yeni ad qazanıb dastan, oldular. Vətənə silinməz bir iz, qoydular.,.. * * * Bir can ilə min can aldı, yağışdan, İti qovan kimi qovdu torpaqdan. Vətənin yolunda düşmədi, ruhdan, Alqış sədaları gəldi hər yandan. Ucaldı ən ali zirvəyə, Pərvin…. * * * Düşmən qorxub qaçdı ordu ,gücündən, Ordumuz güc aldı, vətən eşqindən. Qovdular yağını bizim, ellərdən, Aldılar qisası yağı düşməndən. Azadlıq müjdəsi aldıq, Pərvin dən…
VƏTƏN OĞLU VAR QƏHRƏMAN POLADI Səmalardan qara tüstü yox, oldu, Düşmənlərin gözlərinə ox oldu. Bir Poladdı neçə mini doğuldu, O bir idi indi yeni, doğuldu. Vətən oğlu var qəhrəman, Poladın… * * * Vətənindir hər daş, hər dağ, hər qaya, Polad kimi səs salıbdır, dünyaya. Müqəddəs ad qazandı bir, daha, Bir inamdır, min ünvanda, min adda. Vətən oğlu var qəhrəman, Poladın… * * * Azərbaycan deyib gəldi haqq, səsi, Heyran etdi hünəriylə hər, kəsi. Onun hürriyyəti haqq quran, səsi, Ata ocağında vətən, sevgisi, Vətən oğlu var qəhrəman, Poladın…. * * * Hünəriylə xidmət etdi xalqına, Xələl gətirməsi heç vaxt, adına. Hər an sadiq qaldı odlar, yurduna, Millət səcdə edir vətən, oğluna, Vətən adlı var qəhrəman, Poladın…
ŞƏHADƏT ŞƏRBƏTİN İÇDİ CAVADIN Elimdən yox oldu qaranlıq, zülmət, Bitdi sona yetdi bu acı, həsrət. Sevinsin şad olsun bu gündən, millət, Otuz il çox çəkdi əzab, əziyyət. Azadlıq şərbətin içdim, nəhayət… * * * Bir daha yüksəldi enməz, bayrağım! Azaddır Xankəndim, Şuşam, Ağdamım. Üç rəngli bayrağa hopubdur, qanım , Vətənə fəsadlar ana bu, canım. Cavadam vətənə halaldır, qanım… * * * Bir daha axmasın igidin, qanı, Alındı şəhidin düşməndən, qanı. Tanıdı bütün dünyaya, Azərbaycanı, Şəhidlər vəsf etdi bütün, cahanı. Unudulmaz heç vaxt ana, Cavadın… * * * Vətənə əmanət anamı, qoydum, İndi azad oldu ana, torpaqım. Uca zirvələrdə üç rəng, bayrağım, Azad Zəngilanım, Ağdam, Xocalım. Unudulmaz heç vaxt, qəhrəmanlarım…. * * * Şəhadət şərbətin içdim, ağlama, Vətən azad olub yasım, saxlama. Bu gündən anacan, qara bağlama! Sevinc göz yaşıyla toylarda, oyna. Şəhadət şərbətin içdi, Cavadın….
AÇILIB SƏRXANA CƏNNƏT QAPISI Sil gözün yaşını adına, qurban, İlham qazi oldu haqqına, qurban. Vətənə can verdi mərd oğlun Sərxan, Səninlə fəxr etdi bütün bu, cahan. Adın müqəddəsdir adına, qurban… * * * İlham balan bizə qəhrəman, gəldi, Ulu torpaqlardan düşməni, sildi. Döndü qəhrəmanlıq, səlnamsinə, Sərxan şəhid oldu vətən, naminə. Adın müqəddəsdir adına qurban… * * * Deyirdi Lalənin qisası qalıb, Lalə tək necə min şəhidin, qanı. Ulu babaların torpaq haqqını, Neçə min şəhidin qanı, alınıb. Adın müqəddəsdir adına qurban…. * * * Vətən torpağına göz dikən, yağı, Qovuldu torpaqdan alındı, haqqı. Qalmadı düşməndə şəhidin qanı, Xalq azad etdi, Qarabağını. Tanıdı bu dünya, Azərbaycanı… * * * Xalqıma əmanət şəhid, anası, Adına qurbanam əsgər, anası. Ağlama, ağlama şəhid anası! Açılıb Sərxana cənnət, qapısı. Xalqıma əmanət şəhid, anası. Bizlərə əmanət İlham qardaşı!…
ƏSGƏR ANASI Fikir səni yaman üzür. Ürək daşdır, yenə dözür… Qələm təkcə səndən yazır, Möhkəm dur, əsgər anası! * * * Yurdu qoruyan balan var , İkinizə Allahdı yar… Adın xoşbəxt ana olar, Möhkəm dur əsgər anası! * * * Sağ qayıdar qəmin keçər, Gözün gülər işıq saçar… Xoşbəxtliyə yollar açar, Möhkəm dur əsgər anası!
QAZİMİZİ OYANDIR! (128 gün komada olan qazimiz Tacəddinə ithaf edirəm) Allah qoru, bəd xəbərdən amandır, Zülmət çəkən, qazimizə şam yandır. İnancımız, imanımız “Quran”dır, Yatıb, yuxusundan, qəflət oyandır..! * * * Düzüm-düzüm həftəsi var, ayı var, Yatan gündən, desək üç ayı aşar. Vətənimin zəfərində, payı var, Allah, qoru qazimizi amandır! * * * Alan alır, verən verir, fərmanı, Allah! səndədir bəlanın dərmanı. Allah qoru, qazi olan balanı, Sən sevindir, gözü yaşlı ananı… * * * Tacəddinin, özün qoru amandır, Zülmət çəkən, yuxusuna şam yandır. Dinimiz, imanımız da “Quran”dır! Yalvarıram, qazimizi oyandır! * * * Dövran başqa, zaman başqa, zamandı, Xilas oldu, vətən darda qalmadı. Zaman bizi, bu yolda da sınadı, Çox İgidlər, şəhidliyə ucaldı… * * * Möcüzələr, şölələnir əlində, Hikmətlər var, saatında, anında. Möcüzənə möhtacdır, bir yatanda, Yatmış olan, qazimizi oyandır… * * * Hünərlidir, arzuludur, ürəkdir, Belə, cəsur igid elə gərəkdir. Vətənimə belə oğul dirəkdir, Allah, qoru qazimizi, oyandır… Müəllif: Leyli NOVRUZOVA LEYLİ NOVRUZOVANIN YAZILARI