“Sazın-sözün sorağında” adlı kitabın təqdimatı olub

“Sazın-sözün sorağında” adlı kitabın təqdimatı olub

8 avqust 2023-cü ildə “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin təşkilatçılığı ilə Davam Gənclər Hərəkatının ofisində Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü, tədqiqatçı-jurnalist, vikipediyaçı Araz Yaquboğlunun “Elm və təhsil” nəşriyyatında çap olunmuş “Sazın-sözün sorağında” adlı 200 səhifədən ibarət kitabının təqdimatı olmuşdur.
Tədbiri “Dədə Ələsgər Ocağı” İB-nin sədri Xətai Ələsgərli açaraq, sözü aparıcılıq üçün şair Yusif Nəğməkara vermişdir. Təqdimat tədbirində “Davam” Gənclər Hərakatının İdarə Heyətinin sədri Nihad Allahyarlı, iş adamı Rəşid Süleymanov, şairlər Ramiz Qusarçaylı, Qılman İman, Arif Məmmədli, Tofiq Abdullayev, Yadigar Təvəkgül, tədqiqatçılardan Fəxrəddin Salim, Hacı Həsən Hüseyni, Musa Nəbioğlu, Adile Nezer, Lütfiyar Nəsibov, həkimlərdən İbadulla Ağayev, Nağdəli Zamanov, Abbas Bağırov, aşıqlardan Bəhmən, Nəbi, Təbriz, Ramin və başqaları iştirak etmişdir. Tədbir iştirakçıları çıxış edərək bildirmişlər ki, 1 avqustda 50 illik yubiley yaşını qeyd edən Araz Yaquboğlunun yeni nəşrdən çıxmış “Sazın-sözün sorağında” kitabı Azərbaycan aşıq sənətinin təbliğində, öyrənilməsində əhəmiyyətli rol oynayacaq və müəllifin hələ uzun illər bu yöndə olan yaradıcılığından, araşdırmalarından, xüsusən çap olunmayan aşıq və şairlər haqqında olan tədqiqat işlərindən söhbət açmışlar. Vüsal Sehranoğlu professor Ələddin Allahverdiyevin təbrik məktubunu tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.
Sonda Araz Yaquboğlu tədbir iştirakçılarına, eləcə də Xətai Ələsgərliyə və Nihad Allahyarlıya təşəkkür etmişdir.

Məlumat üçün bildirək ki, “Sazın-sözün sorağında” kitabının redaktoru şair, jurnalist Arif Məmmədli, ön sözün müəllifi isə Əməkdar mədəniyyət işçisi, Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğludur.
Kitabda müəllifin ayrı-ayrı illərdə yazdığı elmi, publisistik və xatirə yazıları olmaqla 27 məqaləsi toplanmışdır. Bu məqalələr kitabda “Sazı yaşadanlar”, “Sözü uca tutanlar” və “Xatirələr işığında” başlıqlarında olmaqla üç bölmədə verilmişdir. Müəllifin elmi məqalələrində haqlarında heç bir araşdırma, tədqiqat aparılmamış aşıq və şairlərin həyat və yaradıcılığı tədqiq edilmiş, onlar haqqında olan səthi və yanlış məlumatlara əsaslı şəkildə, ciddi mənbələrlə aydınlıq gətirilmişdir. Araz Yaquboğlunun müxtəlif insanların həyatından bəhs edən publisistik və xatirə yazıları da olduqca oxunaqlı, mükəmməl, mövzu və məna baxımından geniş, dərin və zəngindir. Kitabda ümumilikdə 11 aşıq, 11 şair və 11 digər şəxslər haqqında ətraflı məlumat verilmişdir.
Qeyd edək ki, Araz Yaquboğlunun üç ay öncə “Daşkənddən Yeni Daşkəndə” adlı irihəcmli (480 səh.) kitabı da nəşr olunmuşdur. Həmin kitab müəllifin anadan olduğu kəndin yaranmasının və həminçinin kənd əhalisinin Göyçə mahalından deportasiyasının 70 illiyi haqqındadır. Tədbirdən fotolar:

Mənbə: Aqşin Hacızadə

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir