Firuzə Məmmədli: – Deyəsən çatıb zamanı…

MƏN

Deyəsən çatıb zamanı,
Deyin, gülün, lağ eləyin.
Tutun budaq qollarımdan,
Yarpaq-yarpaq silkələyin.

Deyin, niyə ad almadı,
Ömrü mükafat olmadı?
Şah nidası mat olmadı,-
Cırnadın, lap ağ eləyin.

Nə gün gördü, nə gün verdi,
Ay bətnindən ulduz dərdi.
Ümidlərdən üz döndərdi,
Daşdan çıxdı hər diləyi.

Amma ki mən göz nuruyam,
Gah bulanıq, gah duruyam.
Ömrünə yollar yürüyən
Kəbəsiyəm saf ürəyin.

Çapıb keçir ömür-gün də,
Gah sondayam, gah da öndə.
Çırpınıram bir düyündə,
Yoxdu bir “simurq lələyim”.

Müəllif: Firuzə MƏMMƏDLİ

FİRUZƏ MƏMMƏDLİNİN YAZILARI

HEYDƏR ƏLİYEV 100


> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir