
ŞAİRLƏR
Şairlər şeiri yazan anında,
Ruhu Ərşə qalxır, qalmır yanında,
Tanrı eşqi yaşar şair canında
Yazanda dadına varağı gəlir .
Qəlbləri tükənməz sözlə doludur,
Şairin yolu bir, haqqın yoludur,
Sözlər müqəddəsdir,sözlər uludur,
Şairin ellərdən sorağı gəlir.
Yazdıqca xalqının dərdi-sərindən
Şairlər düşünər sözü dərindən
Sözün gözəlindən,sözün dürründən
Şairin qoxusu, əriri gəlir.
Uzadır sözüylə kömək əlini,
Tanıdır cahana şair elini,
Sevdirir aləmə şeir dilini,
Karına söz adlı yarağı gəlir.
Müəllif: Mübariz Ağaxan oğlu Süleymanlı
“YAZARLAR” – SİFARİŞ ET
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru