
Darıxanım yox…
Ahım bir sevginin məzar yeridi,
Ah çəkdim üstümə məzar yeridi.
Son görüş yerim də həmin yer idi
Mənim bu dunyada darıxanım yox.
Sən adda nıyim var yıxıb gedirəm
Həsrətin əlini sıxıb gedirəm
Daha bu ömürmdən çıxıb gedirəm
Mənim bu dunyada darıxanım yox.
Ürəkdə don vurmuş haray kimiyəm
Məcnunu köç etmiş səhra kimiyəm.
Dodaqda uşuyən misra kimiyəm
Mənim bu dunyada darıxanım yox.
Dərd sinəm üstə deyir oxşama
Baxan yox qəlbimdə alışan şama
Ümüd yollarımın üzü axşama
Mənim bu dunyada darıxanım yox.
Qanayan yarama demədim düz at
Yanan ömrüm ustə bir əlçim buz at
Üzat əllərini bir misra üzat
Mənim bu duyada darıxanım yox…
Müəllif: Şəfəq SAHİBLİ
“YAZARLAR” – SİFARİŞ ET
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru