SONA AMAL: İLLƏR TƏLƏSİR

İLLƏR TƏLƏSİR

(Sinif yoldaşlarıma)

Uşaq yaşlarında düşünmürük, biz,
Gün keçir, Ay ötür, illər tələsir.
Nağılmış o illər, gənc deyilik biz,
Zaman ötüb keçir, zaman tələsir.

Müəllim gələntək, bitər sözümüz,
Dikilir müəllimə, bir cüt gözümüz,
Tənəffüslərdə yalnız, gülər üzümüz,
Kim kimlə yarışır, kimlə bəhsləşir.

Yanardı bucaqda, kömür sobası,
Qarışır hər kəsin tarixə başı,
Dolaşırdı müəllim, o baş, bu başı,
Dərsin bilməyənə hədələr kəsir.

Sevdiyimiz fəndi, cəbr, həndəsə,
Cavab vermək üçün girərdik bəhsə,
Diqqət yetirərdik, hər yeni dərsə,
Bizi qorxutmazdı, nə tənlik, kəsr.

Alırdıq idmandan hər mükafatı,
Oğlanlar futbolu, qızlar şahmatı,
Bizi dostlaşdırdı, məktəb həyatı,
Keçibdir o vaxtdan, ta yarım əsr.

İllər ötüb-keçir, ta qocalmışıq,
Sanıram, həyatdan çox öc almışıq,
Sevdiyimiz işdə, hey ucalmışıq,
Arzu-diləyimiz qalmayıb kəsir.

Sinif yoldaşlarım, bacım-qardaşım,
Duyantək dərdliyəm, dardadır başım,
Süzülür gözümdən, acı göz yaşım,
Əlimdən tutmağa hər an tələsir.

Sizləri tanıyan ilk gündən bəri,
Amalın dilinin olduz əzbəri,
Sevinc, qəminizdən olsa, xəbəri,
Görüşünüzə bil, qəlbi tələsir.
Yolunu dənizlər, nə dağlar kəsir.

12.04.2024.

Müəllif: Sona AMAL

SONA AMALIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.r

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir