SUANVERDİ ADININ KÖKƏNİ HAQDA

SUANVERDİ ADININ KÖKƏNİ HAQDA

Bu haqda nə Azərbaycan şəxs adlarının izahlı lüğətində, nə də şəxs adlarına dair tədqiqat əsərlərində məlumata rast gəldim.

Ad “suan” və “verdi” sözlərindən yaranıb. “Verdi” sözü ilə işlənən adların önündə gələn sözlər adətən mistik və dini etiqadlarla bağlı olur.

Güney Azərbaycandan olan bir dostum yazıb ki, İranda çap olunmuş “Skiflər mifi” adlı bir məqalədə müəllif “suan” adını saqaların “Günəş tanrısı” kimi qeyd edib. Bu fakta inansaq, deyə bilərik ki, Suanverdi adı tanrıçılıqla bağlıdır.
Adın tərkibindəki “verdi” sözü də bu fikri qüvvətləndirir. Bizdə bu gün də həmin qəliblə düzələn adlar mövcuddur:

Tarverdi — əslində “tar” “Əkinçilik tanrısı”nın adıdır. “Tarla” sözü də “tar”dan yaranmışdır. Tanrıverdi, Allahverdi, İmamverdi, Xudaverdi və b. adlar da bu qəlib əsasında yaranmışdır. Bu, Suanverdi adının kökəni haqda ilkin mülahizəmdir.

Adın kökənli haqda ikinci fikir də maraq doğurur.

Suan adı döyüşkən türk tayfasının adı ilə də bağlı ola bilər. Bəzi tədqiqatçılar suanları alpan tayfasının bir qolu hesab edirlər.
Suanların öz tamğası var idi. Həmin tamğanı aşağıda vermişəm. “At qamçısı” anlamı daşıyırdı. Onlar da “batır” (bahadır, igid) ləqəbli bir türk boyu olmuşdur. “Baysuan!” (“varlı suanlar!”) deyib hücuma keçərdilər.

Suanların izlərini Orta Asiyada axtarmaq lazımdır. Suanlar haqda çox danışmaq olar. Tədqiqatçılar onların üç qola ayrıldığını yazıblar.

Ola bilər ki, Suanverdi adındakı “suan” elə sözügedən türk boyunun adı ilə bağlıdır.

Müəllif: ŞAHLAR GÖYTÜRK

ŞAHLAR GÖYTÜRÜN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir