
Düşüncə….
İnsanlar zəif və güclü ola bilirlər. Kimsə güclü, kimsə zəifdir.
Güclü insanlar həyatda zərbələrə daha çox məruz qalırlar.
Lap təbiətdəki kimi. Bəzən güclü fırtına zamanı zəif bir saman sadəcə əyilib yenidən qalxa bilirsə, köklü-köməcli iri ağac qırılır,sınır.
Güclü insanlar tək özlərini düşünmürlər. Onların daxili gücü ətrafı özünə cəlb edir və onlar hamının qayğısına qalmalı olurlar.
Güclü insanlar heç də zəiflərdən sağlam olmurlar. Sadəcə onların xəstələnib yatmağa da ixtiyarları yoxdur. Çünki onlar həmişə kiminsə qayğısına qalmalıdırlar. Onların xəstə olmağa ixtiyarları yoxdur.
Güclü insanlar tənha olurlar adətən. Ona görə yox ki, insanları yaxın buraxmırlar, ona görə ki, güclüdürlər. Onların da ağrayan yerləri olur, onların da köməyə ehtiyacı olur, onların da adi bir xoş sözə, incə davranışa ehtiyacı olur, amma… Axı onlar güclüdürlər! Hamı onlardan umur nəsə.
Güclü insanlar çətin insanlardır. Bəzən kobud, bəzən sərt görünə bilərlər, ancaq güclü insanla yaxın olmaq, onu yanında hiss etmək həmişə sabit mühafizəyə və heç vaxt satılmamağa əminlikdir! Yanınızda belə birisi varsa siz xoşbəxtsiniz!
I> BİR KİTABA YÜKLƏNMİŞ MİN FİKİR
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru