Qadın xitabət kürsüsündə – Pərvanə Bayramqızı yazır

Qadın çıxış etmək üçün xitabət kürsüsünə yaxınlaşan andan Rusiyadan xidmətini yenicə başa vurub qayıdan sovet əsgərinin ədası ilə danışmağa başladı. Orda bir namərdi qovub, burda bir antiədəbiyyat ünsürünə qalib gəlib, redaksiyada bir kəlmə sözlə redaktoru aşırıb, tədbirdə bir şairin şeirini götürüb təpəsinə çırpıb, yazıçının hekayəsini gözünə soxub və s. Bu cür maraqlı “döyüş” yolunun xatirələrinin təsirindən xitabət kürsüsü dönüb fəxarət kürsüsü oldu. Fəxriyyələri ilə əruzu ayaqlayıb keçdi. İndi də “mənəm-mənəm” deyən aşıqtək dodaqdəyməzdən danışır, dildönməzi dildönər edir, qıfılbəndə açar salır. Sürücü kimi bircə yol da olsun əyləci basmadan dayanacaqlardan yel kimi, tinlərdən sel kimi, qırmızı işıqda piyada kimi keçir. Qadının danışıq üzvləri nətəri üsyana qalxıbsa nəfəs özünü ciyərə, bronxlara çatdıra bilmir, əl eləyir ki, burdayam, məni də götür.
Sözlər ağzından Kür çayından betər daşıb-tökülürdü.
Bu boyda həngamədən sonra axırda deputatların təbirincə söz verdi ki, o kresloda mən otursam var haa gfkdsmfıfllfmf…
Bu jest, bu hünərlə ona Qoç Koroğlu, Həcər deməyə utandılar, dönüb “aslanın erkəyi-dişi olmaz” dedilər. Amma demədilər, ay xanım, niyə şahə qalxmısan? Nöş kişnəyirsən? Aaz, hanı sənin qadın zərifliyin? Biri elə mən, heç zad demədim. Qoja vaxtımda durub parik axtarası deyiləm.
Bir də ki… camaata xoş gəlir axı. Məni kimi maraqsız adam nəylərinə gərəkdir. İki də ki elə yuxarıdakıların da xoşuna gəlir, hər yerdə qabağa çəkirlər. Üç də ki mənə dedilər, bilirsən o kimdir?
Az qalmışdım, gedib qarşısında dayanıb deyim:
– Kimsən sən? Kimsən sən?
Amma səbir elədim. Dedim axı parik axtarmağa vaxtım yoxdur.

YAZARLARIN TRİBUNASI

TRİBUNADA: PƏRVANƏ BAYRAMQIZI

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir