Sevda Səfərli – Şuşa

Şuşa

Könlüm evində gözəl, istəkli canansan, Şuşa,
Elə bağlıyam sənə, gözümdə cahansan, Şuşa.

Həsrətə, nisgilə mən çox oldum dərdi-mübtəla,
Buludlar arasında sən bir kəhkəşansan, Şuşa.

Ey mənim xan şəhərim,söylə sən nələr yaşadın,
Desələr inanmaram, demə ki, talansan, Şuşa.

Vüsala yetməkçün nə edim mən qəlbipərişan,
Durmusan dağ başında, yenə zərəfşansan, Şuşa.

Çəkdikcə nazını dağlar nazlanırsan daha da,
Qorudu dağlar səni, dağlarda ceyransan, Şuşa.

Tanrının göz yaşımı möcüzə Xarıbülbülün,
Qüdrətindən yaranan sirli xanımansan, Şuşa.

Etmə nihan üzünü, bir bax, gəlmişəm qoynuna,
Küsmüsən yoxsa məndən, nə hüsnüpünhansan, Şuşa.

İllərdiki qəlbimə sən hökmdar səltənətim,
Yenə qəlbimdə həmin o şövkəti-şansan, Şuşa.

Heç bilməzdim bu qədər qüssə verərsən sən mənə,
Sən demə, aşiqini dərdlərə salansan, Şuşa.

Bircə gün xəyalımdan silə bilmədim səni mən,
Otuz il ürəyimdə qəmi-zimistansan, Şuşa.

Sənin qədər sevilən şəhər görmədim dünyada,
Bu nə sevgi, bu nə sirr, ilahi məkansan, Şuşa.

Qəddi-qamətinə qurban, yenə şux dayanmısan,
Sevdanın söz mülkünün şahı-sultanısan, Şuşa.

Müəllif: SEVDA SƏFƏRLİ

SEVDA SƏFƏRLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir