
ODİSSEYDƏN PENELOPAYA
Çayımı süzüb etibarli, vəfalı termosa
Dava salib
Bakidakı diplomatik korpusa
İstərdim gedəm uzaqlara…
Dönəm, çevriləm ən xırda yuvarlaq zərrəyə,
Toza,
Qayıdam çoxdan
aza
Mikrokosmosa.
Görəm,
“BakuBus” avtobusu da
Necə kiçilir uzaq üfüqdə
Asta, asta…
Qalir çox kicik miqyasda
Əskər yazılım Xarici leqiona,
Mənə təzə pasport versin Fransa.
Özümü tapam
Payızda.
Batam Arazda.
P.S. Penelopa,
Mənə yaz da
Məktub yaz da…
Xəbərin məndən yoxsa
Barmaqların gəzişsin, titrəsin
Məktəbdəki o əziz coğrafi qlobusda!
Məni tap,
Ötən əsrin lal kinosunda…
Zillən hərdən bir kinoulduza
Azneftdəki o lirik hovuza
Məndən nəsə var, görərsən,
Antonio Banderasda
Adımı tap,
Gizlənmışəm
Qəzetlərdəki krossvordda!
Müəllif: Həmid Herisçi
Həmid Herisçinin digəri yazıları
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında