TƏRANƏ DƏMİR TRİBUNADA

1988 -ci ildə BDU -nun jurnalistika fakültəsinə daxil olanda elə ilk gündən Zərdabinin məzarı önündə bizə nə olursa olsun düzü düz , əyrini əyri görəcəyimizə və yazacağımıza dair and içdirdilər. Sevə -sevə and içdik. Ürəklə. Ondan sonrasını hamı bilir.
Ondan sonra çox sular bulandı, çox sular duruldu. Çox həqiqətlər dəfn olundu, çox yalanlara həqiqət donu geydirildi. Sevincimiz, xoşbəxtliyimiz də o illərdə qaldı. Yaşımızdan tez böyütdü bizi zaman. Heç gəncliyimizi də, tələbəliyimizi də düz-əməlli yaşaya bilmədik. Qonşularımızın torpaq davası, hakimiyyətdə olanların taxt-tac hərisliyi, iqtisadi böhran, anarxiya, hərc-mərclik gözümüzü açıb dünya işığına doyunca baxmağa da imkan vermədi. Ağlımızın ucundan keçməyənlər ömrümüzdən gəlib keçdi. Nəyin düz, nəyin əyri olduğunu bilmədik beləcə. Azıb qaldıq dünyanın burulğanında. Çox dəyər verdiyimiz, arxalandığımız Söz də yolunu itirdi. Qərarsızlaşdıq. Sözbazlar artdı, söz adamları itib batdı “söz ” bolluğunda. Qaraguruhçular çoxaldıqca çox sevdiyumiz və güvəndiyimiz Söz də urvatdan düşdü. Azadlığımız boğulduqca andımız da unuduldu. Çəkilib bir köşədə gözlədik. Gözləyə-gözləyə zamanı yelə verdik. İtirdiklərimiz qazandıqlarımızdan çox oldu. Amma həyat yenə davam etdi. Pisiylə, yaxşısıyla. Çətinliklə də olsa gəlib bu günə çıxdıq.
Bu gün andımızın bizə xatırlatdığı , milli mətbuatımızın doğulduğu gündü. Bir ömür keçib o günlərdən. Nəyi bacardıqsa , onu etdik. Bacarmadıqlarımız bacardıqlarımızdan , itirdiklərimiz qazandıqlarımızdan çox olsa da bu gün bizim günümüzdü. Zərdabi ənənəsinə sadiq qalan , jurnalistikanın sirrlərini Şirməmməd Hüseynovdan, Qulu Xəlilovdan, Cahangir Məmmədlidən və onlarla mütərəqqi ruhlu alimlərdən öyrənən , sözünə arxalanan , qələminə söykənən , doğruları həyat amalına çevirən bütün həmkarlarımı ürəkdən təbrik edirəm. GÜNÜMÜZ MÜBARƏK.

YAZARLARIN TRİBUNASI

TRİBUNADA: TƏRANƏ DƏMİR

TƏRANƏ DƏMİN YAZILARI

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir