
Bu gün Aprel döyüşləri qəhrəmanı, şəhid Elmdar Səfərovun doğum günüdür. Allah rəhmət eləsin, ruhu şad olsun. Elmdar Səfərovun rəsmini oğlum rəssam Babək Tuncay Gözəlov çəkmişdir.
DAYAQ İDİ ELMDAR
Qanlı aprel gecəsi sipər oldu yuruna,
Şərəf-şöhrət gətirdi şanlı Milli orduma,
Çaqqal bata bilərmi Azərbaycan qurduna,
Vətənin keşiyində sayıq idi Elmdar,
Hər gün, hər an, hər saat oyaq idi Elmdar.
Vətən eşqi vermişdi “Get irəli!” əmrini,
Çünki qurban demişdi yurda cavan ömrünü,
Düşmənin göz dikdiyi yerdə qazdı qəbrini,
Hər təltifə hər ada layiq idi Elmdar,
Hər gün, hər an, hər saat oyaq idi Elmdar.
Vətən dardadır deyə üzü gülmürdü bir an,
Qisas üçün ürəyi çırpınırdı hər zaman,
İlk fürsətdə vermədi xain düşmənə aman,
O günü gözləyirdi, ayıq idi Elmdar,
Hər gün, hər an, hər saat oyaq idi Elmdar.
Sığallayıb basmışdı bağrına bu torpağı,
Yandırırdı içini yurd dərdi, Vətən dağı…
Bilirdi ki, hücuma qəfil keçəcək yağı,
Daim əli tətikdə, duyuq idi Elmdar,
Hər gün, hər an, hər saat oyaq idi Elmdar.
İgidliyi, mərdliyi nəsldən-soydan aldı,
Yaxşı əməllərilə el gözündə ucaldı,
Zirvələrə aparan onu tutduğu yoldur,
Elinə-obasına dayaq idi Elmdar,
Hər gün, hər an, hər saat oyaq idi Elmdar.

Hörmətlə: Müzəffər MƏZAHİM
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru