SÖZÜN RƏŞAD MƏCİD TAXTI

RƏŞAD MƏCİD – 60

SÖZÜN RƏŞAD MƏCİD TAXTI

Çağdaş ədəbiyyatımızın və mətbuatımızın ünlü siması, əbədi sözün yorulmaz ədəbi yolçusu, şair-publisist, yazıçı, jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcidi dünyaya gəldiyi gün (21 avqust), ömür təqviminin 60 illiyi münasibətilə təbrik edir və bu mübarək – özəl gündə ithaf söz çələngimi ən xoş arzularla dəyərli aydınımıza könül ziyarəti olaraq ehtiramla ünvanlayiram:

Üz-üzə, göz-gözə sehrinə düşüb,

Ayıla bilməyir gör neçə vaxtdı…

İlham pərisiylə heyrət bölüşüb,

Sandı söz məqamı ən uca taxtdı.

Gözləri yol çəkdi, nələr aradı…

Axı söyləmişdi: “Hələ ki vaxt var”.

Ruhun sığalında könül arındı,

Rəşad Məcid adlı sözdən bir taxt var.

Öz dünyasının da aranı, dağı,

Ormanı, çəməni, çeşmə, çayı var.

Çiskini, sazağı, laləzar çağı,

Gecəsi-gündüzü, günəş-ayı var.

Bir haqq yolçusudur söz cəfakeşi,

Üzə söyləyəndir sözün düzünü.

Dünyası ayırmaz yer ilə ərşi,

Üzüağ edəndir sözü üzünü.

Ocaq közdən bəlli, bulaq gözündən,

Mərdlik kökdən gəlir, dürüstlük zatdan.

Keçib Rəşad Məcid ulu izindən,

Sözü boy verməkdə qutsallıq – qatdan!..

Müəllif: Tapdıq ƏLİBƏYLİ

TAPDIQ ƏLİBƏYLİNİN YAZILARI

şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin,

Azərbaycan Jurnalistlər Birliyinin,

TAİB-in İdarə Heyətnin üzvü,

Prezident təqaüdçüsü.

Şuşa haqqında: >>>> 525.az

RƏŞAD MƏSCİDİN YAZILARI

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir