Musa Ələkbərli – SEVGİDİR

SEVGİDİR

Bunu mən bilirəm, bir də Allahım
Bu sevgi nə qədər təmiz sevgidir.
Ülvi duyğulardan süzülüb gəlib
Mənə canımdan da əziz sevgidir!

Yollarında çox yubatdım özümü,
Çatammadım,qırıb çatdım özümü.
Qucağına lapdan atdım özümü,

Bu dərya sevgidir,dəniz sevgidir!

Sevilmək istəyim,sevmək qürurum
Qoymadı tükənsin üzümün nuru,
O qardan bəyazdı,bulaqdan duru
Dəryadan,dənizdən dərin sevgidir!

Seçib ürəyimi bir yuva kimi,
Mənə doğmalaşıb el-oba kimi.
Dilimdə əzbərdi son dua kimi
Yaşamaq eşqitək şirin sevgidir

Ən yaxın çevrəndi,ən doğma kəsin,
Şeirdə,nəğmədə boy verən səsin.
Tanrıdan güc alan uçmaq həvəsin,
Açılan qanadın-pərin sevgidir!

Sevgi nağılın var necə çox sənin,
Köksündə simləyib neçə ox sənin?!
Ay MUSA, dünyada dərdin yox sənin,
Torpağın sevgidir,yerin sevgidir!!!

Müəllif: Musa ƏLƏKBƏRLİ

MUSA ƏLƏKBƏRLİNİN YAZILARI

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir