Əli Ələmi – Əntiqədi

ƏNTİQƏDİ
(Xalq Yazıçısımız Çingiz Abdullayevə
qarşı pis niyyətdə olanlara)

Zurnaçalanlar durub dalbadal, əntiqədi,
Sən də qoşul onlara, zurna çal, əntiqədi?

Cumdusa Çingiz bəyə bir belə xor dərnəyi,
Gərçi səsin yoxdusa, vur qaval, əntiqədi?

Yaxşı işin, düz sözün görməz, eşitməz çoxu,
Nöqsan edir bir sözün bir çuval, əntiqədi?

Düşmənə qulluq elə, dostunu təhqir elə,
Nərə çəkib, çıx zilə, orda qal, əntiqədi?

Üz-üzə ki durmayır, göz gözə ki baxmayır,
Qeybət edənlər edir virtual, əntiqədi!

Daşqalağından, yetər, əl götür, ey binəva,
Ləzzət alır kimsələr, ləzzət al, əntiqədi?

Söz danışa bilməyən, sözdə tutur gör kimi,
Boş-boşuna şellənən olsa lal, əntiqədi.

Sözləri şirin elə, dadmamısanmı məgər,
Sor Ələmidən, desin, dildə bal əntiqədi.

04.11.2021.

Müəllif: Əli Ələmi

Əli Ələminin yazıları


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir