
BİR PAYIZ ŞEİRİ
Yarpaq yağışları kəsilən kimi,
Gördük səfimizdən kimlər azalmış.
Qaş-göz eyləməyə qalmamış kimsə,
Eyhamlar azalmış, himlər azalmış.
Paslı navalçadan süzüləndi qəm,
Köhnə pəncərənin cığarası nəm.
Leysana düşməkmiş bir ayrı aləm,
Yollarda göllənən limlər azalmış.
Gəlməz başımıza kefin darısı,
Dərddə ötüşübmüş ömrün yarısı.
Nə bilim, bəlkə də sınıb sarısı,
Könül rübabından simlər azalmış…
Müəllif: SÜLEYMAN ABDULLA
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru