
BU GÜN
Müdafiə Nazirinin sabiq müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ HHMQ) keçmiş komandanı General-leytenant Rail Qurban oğlu Rzayevin AD GÜNÜDÜR
Vaxti ilə İran tərəfi Azərbaycan sərhədini pozanda Türkiyə tərəfi təyyarələri qaldırıb güc nümayiş etdirdi. İran təyyarələrinidə Rail Rzayev lazimi səviyyədə yerlərində oturtmuşdu, hədlərini bildirmişdi. Erməni tərəfidə hər zaman Rail Rzayevdən qorxurdu, məhz R.Rzayev qətlə yetirildikdən sonra erməniler Xankəndində aeroport tikdilər. Çünki R.Rzayev konkret bildirirdiki, hava məkanını pozan istənilən təyyarə dərhal vurulacaq. General Rail Rzayev HHQ və HHD -ını sıfırdan quran şəxs idi. Keçmiş SSRİ məkanında işlədiyi sahədə seçilib, sayılan mütəxəssis olub. Qısa müddətdə (1992-ci ildə sentyabrından) respublika HHM-HAQ-nı sıfırdan, ən yüksək peşəkarlıqla qurdu. Respublikanın hava məkanı tam əminliklə müdafiə olunurdu.
Rail Rzayev 1945-ci il mart ayının 10-da Bakı şəhərində anadan olmuşdur. O, 1962-ci ildə Sumqayıt şəhərindəki 6 nömrəli orta məktəbi bitirdikdən sonra SSRİ Hava Hücumundan Müdafiə Qoşunlarının Orconikidze radiotexnika məktəbində təhsil almağa başlamışdır. Rail Rzayev 1966-cı ildə həmin məktəbi bitirərək, həqiqi hərbi xidmətini davam etdirmək üçün Hava Hücumundan Müdafiə Qoşunlarının Bakı Hərbi Dairəsinə göndərilmişdir. O, burada baş texnik, daha sonralar isə hərbi hissədə batareya komandirinin müavini və divizion komandirinin silahlanma üzrə müavini vəzifələrində xidmət etmişdir. 1975-ci ildə Rail Rzayev keçmiş SSRİ-nin marşal Georgi Jukov adına Hava Hücumundan Müdafiə Hərbi Akademiyasına daxil olmuşdur. Akademiyanı bitirdikdən sonra “N” hərbi hissəsində divizion komandiri vəzifəsində xidmət göstərməyə başlamışdır. O, 1980-1992-ci illərdə müxtəlif hərbi hissələrdə hərbi hissə komandirinin müavini, hərbi hissə komandiri vəzifələrini tutmuşdur. Keçmiş sovet silahlı qüvvələrində ştatların ixtisarına görə o, ordu sıralarından ehtiyata buraxılmışdır. 1992-ci ildən etibarən Rail Rzayev Azərbaycan Respublikasının Silahlı Qüvvələrində fəaliyyət göstərməyə başlamışdır. O, Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı – idarə rəisi vəzifəsinə təyin olunmuşdur. Rail Rzayev Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə 1993-cü ildə Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı vəzifəsinə təyin edilmiş və ömrünün sonunadək bu vəzifədə xidmət etmişdir. Rail Rzayev 1994-cü ildə general-mayor, 2002-ci ildə isə general-leytenant hərbi rütbələrini almışdır. Tutduğu vəzifələrdən asılı olmayaraq, Rail Rzayev özünü daim səriştəli və bacarıqlı hərbçi, yüksək peşəkarlığa və təşkilatçılıq qabiliyyətinə malik təcrübəli komandir kimi tanıtmışdır. Müstəqil Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının yaradılması və formalaşdırılmasında onun böyük əməyi olmuşdur. Rail Rzayevin Vətən qarşısında xidmətləri yüksək qiymətləndirilmişdir. O, bir sıra orden və medallara layiq görülmüş, o cümlədən Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir. General-leytenant Rail Qurban oğlu Rzayev 2009-cu il fevral ayının 11-də ömrünün 64-cü ilində faciəli surətdə həlak olmuşdur.
ALLAH RƏHMƏT ELƏSİN,RUHUN ŞAD,MƏKANIN CƏNNƏT OLSUN