
GƏLMƏZ
(İlqar Fəhmiyə)
Bu sevginin saç ömrü daha tumarə ğəlməz,
Çəkər darağı möhnət, kefin xumarə ğəlməz.
Bu get- gəlin içində çətin əlin gətirsin
Bu bəxt ilən o səbrin durub qumarə gəlməz.
Saçında qaldı dondu, ağ əllərin buz oldu
O əllərin o dağdan enib hamarə gəlməz.
Çəkibdi kirpiyintək gözündən eşqin həsrət,
O qədər incəlibsən, qolun bimarə gəlməz.
Qəmin çörək verir ye, keç iynənin gözündən,
Ki Tanrı sirridir qəm, çəkək, kənarə gəlməz.
Bu sevgi candı, Xanlar, əzizlə, bəslə, illə,
Di gəl bu boy- buxunda bu intizarə gəlməz.
18.03.2025
Müəllif: XANLAR HƏMİD
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru