Qəzənfər Məsimoğlu – Şeir

BİR ŞEİR YAZMIŞAM

Bir şeir yazmışam, cırıb atacam,
Mələklər oxuyub bildisə yetər.
Bu gecə yuxuma qatıb yatacam,
Yastığım gözümü sildisə yetər.

Bir şeir yazmışam, bilən olmasın,
Yerlərə, göylərə açılmaz sirdi.
Qönçə misraları heç vaxt solmasın,
Hər sözü qəlbimlə, canımla birdi.

Bir şeir yazmışam, çağlayır elə,
Qaynayan çeşmədi, axan bulaqdı.
Əyri zəmanəyə ağlayır elə,
Halaldı, doğrudu, düzgündü, haqqdı.

Bir şeir yazmışam, qaralı ağlı,
Pozub düzəltdiyim səhvlərim olub.
Pəncərəsi bağlı, qapısı bağlı,
Tanrı dərgahından ruhuma dolub.

Bir şeir yazmışam, sabaha çatan,
Zülmət qaranlığa qılınc çalacaq.
Qələmdə oyanan, vərəqdə yatan
Arzu, istəyimi nişan alacaq.

Mollanəsrəddinçi şair, publisist Əliqulu Qəmküsarı necə öldürdülər?

Mollanəsrəddinçi şair, publisist Əliqulu Qəmküsarı necə öldürdülər?
Şairin qızı – Azərbaycanın ilk qadın kinorejissoru, ssenarist Qəmər Salamzadənin xatirələrindən: “1919-cu il martın 16-da gecə atam evə qayıdarkən, birinci mərtəbəni qalxır. İkinci mərtəbədə pilləkanın başında … cani arxadan – kürəyindən güllə ilə onu vurur. Xainin gülləsi atamın ürəyini parçalayır”.
Akademik İsa Həbibbəyli “525-ci qəzet”də işıq üzü görən “Mollanəsrəddinçilərin qabaq sırasında” adlı məqaləsində yazır: “Əliqulu Qəmküsarın öldürülməsi hadisəsi də XX əsrin əvvəllərində ölkədə baş alıb gedən özbaşınalığın, qarışıq zamanın əhvalatı idi. Ədəbi ictimaiyyət bu faciəli hadisəni Azərbaycan ədəbiyyatına, xüsusən mollanəsrəddinçi hərəkata vurulan ağır zərbə kimi qarşılamışdı. Bu baxımdan professor Əziz Şərifin “müsəlman demokratiyasının əsl fədaisi” saydığı şairin qətli ilə əlaqədar 20 mart 1919-cu ildə “Borba” qəzetində çap etdirdiyi “Qəmküsar” adlı nekroloq xarakterli yazıda onun öldürülməsi hadisəsinin mahiyyətini aydınlaşdırmağa imkan verən məqamlar vardır. Həmin vaxt Tiflis şəhərində yaşayan 24 yaşlı Əziz Şərifin nekroloqundan başa düşmək olur ki, “Əliqulu Qəmküsar gecə saat on birdə evə qayıdıb giriş qapısını döyərkən qonşuların şübhəsinə tuş gəlir” və qorxudan vahimə keçirən qonşu qadınların hay-küyünə gələn qaradovoyun dalana açdığı atəşdən qətlə yetirilir. Əziz Şərif bu faktı o vaxt mətbuatda yayılmış Əliqulu Qəmküsarın qatı cinayətkar kimi öldürülməsinə dair gedən məlumatlara aydınlıq gətirmək, etiraz etmək məqsədilə nəzərə çarpdırmalı olmusdu. Fikrimizcə, Əliqulu Qəmküsarın öldürülməsi haqqındakı Əziz Şərif versiyası həmin faciəli hadisənin canlı şahidinin təqdim və təsdiq etdiyi fakt kimi daha inandırıcıdır. Məqalədəki “həyatımızın pərakəndəliyi… bir xalq dostunu alıb apardı” fikri də qətlin düşünülmüş, əvvəlcədən planlaşdırılmış hadisə olmadığını göstərir”.

Mənbə: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru