Ərtoğrul Cavidin məktubu

Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşları maraqlı bir materialı paylaşıblar. Bu, Ərtoğrol Cavidin əsgərlikdən ailəsinə yazdığı məktubdur. Ərtoğrul Cavid yazır: ” Pek hürmətli anam və bacım! Salamlar.
Bir neçə gündür ki, məktub aldığım yoxdur, nigaranam. Mənim vəziyyətim pis deyil, bir neçə gündür ki, hərbi komissiyada katiblik vəzifəsini aparıram. Məzuniyyət ehtimalı var, təəssüf ki, “ehsanın” olmaması işi çətinləşdirir. Məktubunuzu gözlüyürəm, siz də mənimkini gözlüyün. Öpürəm sizləri.
Ərtoğrol. 23.6.1942″
* * * * * *
1942 – ci ildə Bakı Konservatoriyasının əlaçı tələbəsi Ərtoğrul Cavid ordu sıralarına çağırılır. Lakin o, “xalq düşməni”nin oğlu olduğu üçün cəbhəyə deyil, Gürcüstanda yerləşən fəhlə batalyonuna göndərilir…
Bu müddət ərzində Ərtoğrul Cavid ən çox anasından və bacısından narahat idi. Bu nigarançılığa son qoymaq, müharibənin odu-alovu içində az da olsa təskinlik tapmaq üçün ümid yeri olan müəllimi Üzeyir bəyə məktub yazır. 1942 – ci ilin 25 fevralında yazılan həmin məktubda deyilir: “Hörmətli Üzeyir bəy! Əsgərliyə getməzdən əvvəl sizinlə görüşmək istədimsə də, qismət olmadı. Yeganə narahatçılığım anam və bacımın acınacaqlı halıdır. Rica edirəm, keçirdiyimiz səmimi dərs günləri və ümidli gələcək xatirinə, mümkün ola biləcək yardımınızı əsirgəməyin. Anam uşaq bağçalarında işləyə bilər. Bacım həm bağçada, həm maşinistkalıq, həm də ibtidai məktəbdə dərs deyə bilər. Lakin ən lazım məsələ çətin hallarda nəzər etmək, ürək vermək, mənəvi yardımdır. Zənn edirəm, rədd etməzsiniz”.

Mənbə: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şəhid Xankişiyev Mübariz Rəsul oğlunun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib

Şəhid Xankişiyev Mübariz Rəsul oğlunun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) – nin fəxri üzvü bəstəkar – yazar Fərahim Sadiqin təşəbbüsü ilə Şəhid Xankişiyev Mübariz Rəsul oğlunun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib. Turnir Qulubəyovlar İrsi Mədəni Mərkəzi “ÖNCƏ VƏTƏN” və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət nazirliyinin, Bakı Maliyə Kollecinin, Yasamal Rayon Şahmat məktəbinin və Adel Medianın təşkilatı dəstəyi, Azərbaycan televiziyasının informasiya dəstəyi ilə həyata keçirilib.

“Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvləri olan müharibə veteranları arasında Şəhid Xankişiyev Mübariz Rəsul oğlunun xatirəsinə həsr olunmuş şahmat turniri böyük maraqla qarşılanıb.

Şəhidlimizin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə onun haqqında çəkilən sənədli filmin nümayişi və şahmat turnirinin qalibləri olan Vətən müharibəsi veteranlarının təltif olunması mərasimi yaxın günlərdə Nizami kino-mərkəzdə təqdim olunacaqdır.

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Koroğlu

KOROĞLU
(Ədəbiyyatımızın Koroğlusu İslam Sadığa)
Qalxanı kitabdır, qılıncı qələm,
Koroğlu özüdür, bığı yerində!
Şad gün elçisidir, uzaqdı ələm,
Koroğlu özüdür, bığı yerində!

***
Basdığı paşalar söz oğrusudur,
Mehtəri ocaqdan köz oğrusudur,
Türfə gözəlləri göz oğrusudur,
Koroğlu özüdür, bığı yerində!

***
Sübhü daglardadır, şamı aranda,
Təntiməz, tövşüməz qarda, boranda,
Adı həmən addır İran, Turanda,
Koroğlu özüdür, bığı yerində!

***
Düzdür ilqarına, düzdür əhdinə,
Çatar arzusuna, baxmaz cəhdinə,
Ustac bu şeirlə çıxıb mədhinə,
Koroğlu özüdür, bığı yerində!
29.01.2024. – Bakı.