İbrahim RÜSTƏMLİ – APREL DÖYÜŞLƏRİ

APREL DÖYÜŞLƏRİ
(Birinci yazı)
Aprel doyüşləri Azərbaycan ordusunu bütün dünyaya kəskin redaktələrlə təqdim etdi; uzun illər ictimai şüurda formalaşmış və qismən bərkimiş hökmran mövqeləri kökündən sarsıtdı; az qala hər tərəfdən düşmən təpkisilə üz-üzə qalmış azsaylı bir toplumun iradəsini ortaya qoydu; haqqı-hüququ tapdanan, yurdu-yuvası yağmalanan bir elatı kül altında qalmış köz kimi yenidən alovlandırdı…
Yəni, amansız TARİX hamımızın böyük həsrətlə gözlədiyimiz o möhtəşəm tamaşanı bu dəfə də eyni ssenari ilə gündəmə gətirdi: uzun illərin cansıxıcı sükutundan, yabançı siyəsət dəllallarının ürəkbulandıran zəvzəyliyindən boğaza yığılanlar, nəhayət, ədalətsizliyə qarşı üsyana qalxdı. Sanki şahmat taxtası üzərində izlənilən bu debüt ilk baxışdan bütün cəhətlərilə (açıq, yarımçıq və bağlı məzmunda) səhnə önünü qapatsa da, daha dərində fiqurların və piyadaların qarşılıqlı əlaqəsilə, əsas qanunlara tabe olan strateji prinsiplərlə, ən ümdəsi, ƏSGƏRİ RƏŞADƏTLƏ yadda qaldı.
Çünki öz abrına sığınan bir xalqın səbr kasasının nə vaxtsa sel kimi daşacağı gözlənilən idi. Mən bu selin qarşısını qəfildən böyük bir bənd kimi kəsən siyasi qərarları müzakirə mövzusuna çevirməyəcəm: xalqımın mənafeyinə yad bir qərarda yabançı nəfəsəni, yabançı barmağını duymayacaq qədər sadəlövh deyiləm. O üzdən bəzi qonşularımızın Aprel döyüşlərilə bağlı səsləndirdiyi düşük bəyanatlarını öz dövlətinə və xalqına hörmətlə yanaşmağı bacarmayan siyasət bəzirganlarının davamlı əxlaqsızlığı kimi dəyərləndirirəm. Bütün cinahlardan düşmən təpkisilə üz-üzə qalan, ancaq yenə də tapdanmış haqqı uğrunda döyüşməyi bacaran bir xalqı bilərəkdən bu sayaq şərəfsizcəsinə aşağılamaq kişilikdən deyil. Çünki Aprel döyüşlərində kürəyini bu yurda, bu dövlətə sipər edib, sinəsini düşmən qabağına verənlərin son sözü – ilahi monoloqu həm də ulu yaradının diqtəsi idi: “Sağ qaldığına görə Allaha minnətdar olmayacaqsan!!!”
Mən əsgərəm, bilirəm, günəşli bir ölkəyə, xüsusilə, qızğın döyüşlərin getdiyi vaxtda soyuq qütblərdən təşrif buyurmuş şaxtalı ab-havanı “sinirmək” hamımız üçün çətindi. Ancaq belə bir məqamda öz içimizdə müharibə veteranlarına, müharibə əlillərinə arxadan təpik atanları da qınamaq iqtidarında deyiləm. Çünki canında-başında düşmən mərmilərinin nişanələrini gəzdirən o müharibə veteranlarının, o müharibə əlillərinin başbilənlərini sonradan həmin adamların ayağında böynubükük gördüm; bir əsgər kimi dünyanın ən ucuz əzabını yaşadım, dünyanın ən böyük cəzasını çəkdim.
Ancaq bu da son olmadı. Dünənlərdə müharibə əlillərinin haqqına girənlər bugünlərdə məvacib “savaşına” qalxmaqla qanı kəsilməyən yaralarıma yenidən köz basdılar, köz!..
Bax beləcə başlanğıçı ilə sonu bilinməyən bu nəfs davasının məntiqi davamı ucu itirlimiş kələf kimi boğazımıza sarılır, yediyimiz çörəyi, içdiyimiz suyu zəhərə döndərir. Müəllimləri daş daşımağa, divar hörməyə göndərilən xalq ən ucuz təsəlli menyusunda “soğan əkməkdən” başqa heç nə tapmır…
O üzdən öz fikrimi “dəmir kansler” Bismarkın dahiyanə deyimilə yekunlaşdırmaq niyyətimi də söz dalınca yüyürmək imkanımın məhdudluğu kimi dəyərləndirin. Gəlin parçalanmış alman knyazlıqlarını vahid dövlətdə birləşdirən, yeni xalq yaradan, general-ferldmarşal Otto Bismarkı dinləyək: “Fransa-Prussiya müharibəsində biz ona görə qələbə çaldıq ki, alman müəllimi fransız müəlliminə qalib gəldi…”
Bununla belə, Aprel döyüşləri Azərbaycan ordusunu Azərbaycan dövlətinin və xalqının ən mükəmməl, ən etibarlı güc mərkəzi, istinad nöqtəsi kimi təqdim etdi. Azərbaycan hökumətinin illər uzunu düşmən təxribatına cavab olaraq ali tribunalardan səsləndirdiyi haqlı tələblər bu dəfə fərqli farmatda, Azərbaycan əsgərinin simasında ifadə olundu. Mübariz İbrahimovun Qəhrəmanlıq salnaməmizə yeddi il bundan qabaq təkbaşına vurduğu möhür, bu dəfə onlarla igid hərbçimiz tərəfindən əsgəri rəşadət səviyyəsində təsdiqini tapdı. Düşmən seytnot vəziyyətinə düşdü…
Məhz bu anlarda erməni cəbhəsində baş verənlər Aprel döyüşlərinin obyektiv obrazını yaratmaq baxımından ən dürüst informasiya mənbəyinə çevrildi. Zorla əyninə əsgər libası geydirilən, əlinə silah verilən və yad torpaqlara göndərilən erməni gəncləri aldandıqlarını başa düşüb, tapdanmış hüquqlarını nə vaxtsa müdafiə etmək ümidilə geriyə üz tutdular. Amma daha gec idi. Çünki onların bu son şansı da mafiyalaşmış erməni iqtidarının “zaqradotryad”ı tərəfindən amansızcasına gülləbaran edildi…
Və dərhal səhnəyə birinci Qarabağ savaşının (ağzında protezini, əlində silahını saxlaya bilməyən) azsaylı tör-töküntüsü çıxarıldı. Di gəl mənəvi və fiziki imkanlarının aşılanması üzündən onlara da ön cəbhəyədək addımlamaq, səngərlərə qədəm basmaq qismət olmadı. Bu veteranların canısulu tam böyük əksəriyyəti isə öz arxasını sarqisyan hökümətinə çoxdan çevirib, çünki bir tikə çörək dalınca düşmək, sarqisyan kimi körpə qatilinin arxasınca düşməkdən daha vacibdi. Çünki erməni iqtidarı onları nə vaxtsa Qarabağa gətirən mənəvi tellərlə bağlı uydurulmuş əfsanələri indi xımır-xımır xalqın cibindən oğurladığı milyonlarla vəsait hesabına ucaldılan mal-mülk qismində heykəlləşdirib.
Nəhayət, belə bir məqamda, heç şübhəsiz, əlazsızlıqdan dolayı erməni qızlarının ifasında izlədiyimiz “striptiz” də tamamilə gözlənilən idi. Biz bu dağınıq saçlı, oynaq baxışlı gözəllərin simasında Kim Qardaşyanın potensial davamçılarını gördük və əsla təəccüblənmədik. Çünki ermənistan iqtidarı ən ucuz siyasi fahişəliyin peşəkar ixracatçısı kimi ən bahalı otellərdə özünə həmişə asanlıqla müştəri tapıb…
Aprel döyüşlərinin strateji, taktiki şərhi sırf peşəkarlıq baxımından zamana ehtiyacı olan məsələdi; Gələcəyin yaddaş boğçası cavabını gözləyən suallar sarıdan heç vaxt qıtlıq çəkməyib. İndilərdə isə bütün təfərrüatları ilə gün kimi aydın olan bir məqam var ancaq. O da əməliyyata cəlb olunmuş şəxsi heyətin şücaətidi; həmişə eyni həyacanla izlədiyimiz ən mükəmməl müharibə filmlərinin baş qəhrəmanlarını belə kölgədə qoyan misilsiz şücaəti.
O üzdən mən Azərbaycan əsgərinin əlindəki silahdan çox, Azərbaycan əsgərinin köksündəki ürəyə inanıram. Çünki ən müasir silahlarımızı ən müasir kütləvi informasiya vasitələrimizdə ən müasir deletantlarımızın ssenariləşdirdiyi ucuz şoularla zərərsizləşdirə-zərərsizləşdirə gedirik. Məxfiliyin sıxlığı azaldıqca sıralarımız da seyrəlir. Özünütərif həddini aşanda isə müxtəlif analizator nüvələri arasındakı zəruri hüceyrə əlaqələri kəsilir, effektorlar iflic vəziyyətinə düşür. Ən dəhşətli məqam da elə məhz bu zaman yaşanır: İşığı resepsiya edən fotoreseptorların imkanları məhdudlaşır və nəhayət, bizi bir-birimizə bağlayan tellərin üzərində otur(uş)muş “sərçələr” gözdən itir, diqqətdən yayınır. O sərçələr düşündüklərimizi, danışdıqlarımızı rahat-rahat həzmeyi-giramidən keçirir, sonra bir müddət yad səmalarda pərvazlanır, daha sonra yenidən bizi bağlayan tellərin üzərində oturub gəyirə-gəyirə yuxarıdan aşağı başımıza zıllayırlar…
Yəni, Aprel döyüşləri zamanı hiss olunan dissonans daha çox informasiya təhlükəsizliyi cəbhəsində, ritmə yad “xaric səslərlə” yaddaşımızı təklədi. Qulaqardına vurduğumuz məsələlərdə daha ciddi olmağımıza ehtiyac duyulduğu anda hədə-qorxu yolunu tutanlar isə əslində növbəti problemlərin özülünü qazmış oldular. Çünki bu cür xaric səsləri bir-iki saz-söz aşiqinin romantik çıxışları ilə boğmaq cəhdimiz bizi daha ciddi təhlükələrlə üz-üz qoya bilər. Reallıq və bu reallığın ANA XƏTTİ – QƏLƏBƏ ƏZMİMİZ əsas yükü danışan və döyüşən ordudan çox, DÜŞÜNƏN ORDUNUN çiyinlərində görmək istəyir. Axı hədəflərimiz böyükdü!..
Bu da nümunə: Aprel döyüşlərindən sonra Ali Baş Komandanın qürbətdən dönən torpaqlarımıza baş çəkməsi, hər şeydən əvvəl, o torpaqlarda Şəhid olanlara ehtiramın ən mötəbər səviyyədə ifadəsi idi. Bu həm də o demək idi ki, orduya göstərilən davamlı dövlət qayğısı Azərbaycan əsgərinin ana südü kimi halal haqqıdı. Bu həm də müharibə əlillərinin, müharibə veteranlarının haqqıdı!!!
Cənab Prezidentin bu möhtəşəm mesajı indiyədək ordu rəhbəri səviyyəsində rast gəlmədiyimiz, amma həyati əhəmiyyət daşıyan addımlara stimul verdi. Dövlətlə xalqı vahid cəbhədə birləşdirən motivlər isə daha sonrakı mərhələdə təbii zəncirvari reaksiyalarla özünü çox gözlətmədi. Aprel döyüşləri zamanı müharibə əlillərinin, müharibə veteranlarının birbaşa təmas xəttinə, ön mövqelərə nəqli bu sırada dövlətin növbəti təmsilçisini – müdafiə nazirini də cəmiyyətə daha böyük hədəflərin sözçüsü kimi tanıtdı. Z.Həsənov onları bu gün də ordu ailəsinin üzvi kimi görməklə ordu ilə cəmiyyət arasındakı vəhdətə yeni məzmun, yeni əxlaq gətirdi; bu, sadəcə müharibə əlillərinin, müharibə veteranlarının təmas xəttinə, ön mövqelərə adi gedişi deyildi; bu həm də təmas xəttində, ön mövqelərdə yaşananların – güllə səslərinin, barıt qoxusunun bütün ölkəyə birbaşa etibarlı nəqli idi. O üzdən məndən ötrü həmişə doğma olan Silahlı Qüvvələrimizin informasiya təhlükəsizliyi cəbhəsində yaşanan problemləri ən azı ümumi qaydada ifadə etmək haqqımı heç kimə güzəştə getmirəm. Çünki bu narazılıq deyil, narahatlıqdı! Çünki düşmən güllələrinin yolu ilk növbədə informasiya cəbhəsindən keçir. Çünki o güllələrə öz köksünü tanıtmaq yalnız Azərbaycan əsgərinin alnına yazılmayıb!..
Aprel döyüşləri mənim xalqımın, mənim dövlətimin sarsılmaz iradəsini, tükənməz gücünü bütün dünyaya tanıtdı. Bu iradənin, bu gücün əsl mənbəyi işğal olunmuş torpaqlarımızdı. Orada – Vətənin bütövlüyü uğrunda döyüşə atılanlar, orada – Vətənin bütöv göründüyü yerlərdə əbədiyyətə qovuşdular. Onlar o torpaqlarda qürurla yaşamağa, qürurla addımlamağa hamıdan çox haqqı olanlardı; canlarından keçdilər, torpaqdan keçmədilər. İndi bizim ən böyük yükümüz bu haqqın halallığını almaqdı. Ən böyük problemimiz də elə budu. Çünki seyrəlmiş sıralarımızdan sızan işıq çox vaxt ya öz xarakterini müəmmalı şəkildə dəyişir, ya da quyu dibində parlayan ulduzlar kimi görunməz olur. Günəbaxan tumu isə adama həmişə günəşi xatırlatmır…
Müəllif: İbrahim RÜSTƏMLİ – Əməkdar jurnalist

İBRAHİM RÜSTƏMLİNİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mina Rəşidin Qarabağı vəsf edən yeni kitabı çap edilib

Mina Rəşidin Qarabağı vəsf edən yeni kitabı çap edilib

Bu günlərdə uşaq yazarı, AYB-nin üzvü, Prezident mükafatçısı, “Vətən səsi”nin əməkdaşı Mina Rəşidin “Adam istəsə bənövşə olar…” adlı yeni kitabı işıq üzü görüb. Kitab AYB-nin Qarabağ bölməsinin təsis etdiyi “Qarabağ kitabxanası” seriyasından çap olunub. «Vektor» Beynəlxalq Nəşrlər evində çap edilmiş kitabın elmi redaktoru və ön sözünün müəllifi tanınmış şair, professor Elçin İsgəndərzadədir. Layihənin baş redaktoru isə Şükufə Əhmədli Davudovadır.
“Adam istəsə qəhrəman olar” yazısında E.İsgəndərzadə qeyd edir ki,
Mina Rəşid yaşadığı məşəqqətlər və Allahın ona bəxş etdiyi ilahi istedadla bütün əziyyətlərə sinə gəldi, tab gətirdi və vətənpərvərlik, müharibə, savaş, qəhrəmanlıq, qazilik, qeyrət, namus, insanlıq, VƏTƏN üzərinə çoxsaylı, çoxçalarlı, çoxməzmunlu və əbədiyaşar
şeirlər yazdı. Məqalələri ən oxunaqlı qazetlərimizin
səhifələrini bəzədi, kitabları yayınlandı, oxundu, sevildi.
Bunlar ona böyük şərəf və sevgi qazandırdı. Ən başlıcası,
az saylı xoşbəxt, istedadlı şairlərimizdən biri olaraq Mina
Rəşidin yazdığı əsərlər dərsliklərimizə çevrildi, oxu kitablarımıza salındı. Körpə balalarımız, şagirdlərimiz, tələbələrimiz onları əzbərləyərək tədbirlərdə, şənliklərdə, mərasimlərdə, anım günlərində böyük pafos və qürurla söylədilər və ədalətli inanclarımız, haqq inanclarımız yerini aldı. Minanın yorulmadan vəsflə təbliğ elədiyi
şəhidlərimizin, qəhrəmanlıqlarımızın, qazilərimizin,
xalqımızın, ordumuzun, Ali Baş Komandanımızın,
havadarlarımızın mübarizəsi və dəstəyi sayəsində 44
günlük savaşla, 23 saatlıq antiterror əməliyyatları ilə
torpaqlarımız murdar insanlardan birdəfəlik və əbədi olaraq
təmizləndilər. Xəritəmizin hər nöqtəsində müqəddəs
bayrağımız qürurla dalğalanmağa başladı və Minanın
“Adam istəsə bənövşə olar” adlı oxuyacağınız bu kitabına
əsasən, məhz o böyük ilahi Zəfərdən, xalqımızın ürəyinə
günəş kimi doğmuş əbədi zəfərdən sonra yaşadığımız
yaşantıları qələmə alan şeirləri toplanıb.
Qəhrəmanlarımızdan yaza-yaza Mina Rəşid də
qəlbimizdə bir QƏHRƏMANA çevrildi!..
Şəxsən mən şəhidlərimizə ana laylası olaraq
oxudum bu kitabı!… Qazilərimizin yaralarına ana südü-dağ
çiçəyi kimi məlhəm olaraq oxudum bu kitabı. Şəhidlərimizin ruhlarının oxşayıb əzizlədiyi bayraqlarımızın nazına naz qatan vətən sevgisi
çələngi kimi oxudum bu kitabı…


Məlumat üçün bildirək ki, Mina Rəşid Ağdamın Qiyaslı kəndində doğulub. Atası 1-ci Qarabağ müharibəsi zamanı şəhid olub. İki qardaşı 1-ci Qarabağ müharibəsi qazisidi. Ali təhsillidi, 8 kitab müəllifidi, bir kitabı (nağıl) Türkiyədə çap edilib. Bir çox müsabiqələrin, o cümlədən, 2020-ci ildə Mədəniyyət Nazirliyi və AYB-nin birgə keçirdiyi vətənpərvərliklə bağlı Ədəbiyyat müsabiqəsində esse janrı üzrə brinci yerin qalibi olub. Şeirləri, 1, 2 və 4-cü sinif Azərbaycan dili dərsliyinə daxil edilib. Şeirlərindən həmçinin, məktəbəqədər dərs vəsaitlərində, sinifdənxaric oxu və iş dəftərlərində istifadə edilib.

Məlumatı hazırladı: Günel QULİYEVA

MİNA RƏŞİDİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Kaş atam sağ olaydı

Kaş atam sağ olaydı

Kaş atam sağ olaydı
Tutardı əllərimdən,
Öpərdi gözlərimdən,
Çəkərdi öz əli ilə 
Dərdləri kürəyimdən.
Kaş atam sağ olaydı
Ucarlardı çinarım
Qırılmazdı budağım
Gələrdi lap yüksəkdən
Hündürlərdən sorağım.
Kaş atam sağ olaydı
Səssiz axmazdı yaşım
Susmazdı dil-dodağım
Bir kimsənin önündə
Əyilməzdi dayağım.
Kaş atam sağ olaydı
Tutardım əllərindən ,
Öpərdim gözlərindən,
Çəkərdim öz əlimlə 
Dərdləri kürəyindən.

Müəllif: Fəridə Qadir

FƏRİDƏ QADİRİN YAZILARI

Balaca oxucularla yazıçıların görüşü keçirilib

Balaca oxucularla yazıçıların görüşü keçirilib

2 aprel 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Beynəlxalq Uşaq Kitabı Günü”nə həsr olunmuş uşaq kitab sərgisi təşkil edilib. Bildiyimiz kimi, Beynəlxalq Uşaq Kitabı Günü hər il aprelin 2-də qeyd olunur və uşaq ədəbiyyatının əhəmiyyətini vurğulamaq, uşaqlara kitab oxumağın faydalarını anlatmaq məqsədini daşıyır.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, sərgidə Azərbaycan və dünya uşaq ədəbiyyatı nümunələri sərgilənib.Tədbirdə tanınmış uşaq yazarları Reyhan Yusifqızı, Mehriban Nağıyeva, Gülizar İbrahimova və Zahirə Cabir iştirak ediblər. Oxucularla görüşdə yazarlar kitabları haqqında məlumatlar verib, oxucuların suallarını cavablandırıblar. Yazıçılarla canlı ünsiyyət qurmaq şagirdlər üçün unudulmaz təcrübə olub, onlar yaradıcılıq prosesi, kitablarının mövzuları və uşaq ədəbiyyatının əhəmiyyəti barədə maraqlı məlumatlar əldə ediblər.
Tədbirdə 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin, Mickey’s House uşaq bağçasının körpələri, 49, 151, 164, 194, 281 nömrəli ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.
Tədbir iştirakçılarını və qonaqları salamlayan kitabxananın direktoru Şəhla Qəmbərova çıxış edərək “Beynəlxalq Uşaq Kitabı Günü”nün əhəmiyyəti və kitabxananın bu istiqamətdə gördüyü işlər barədə məlumat verib və bildirib ki, kitabxana tərəfindən uşaqların kitab oxuma vərdişlərini inkişaf etdirmək, mütaliəyə həvəs yaratmaq və uşaq ədəbiyyatını təbliğ etmək məqsədilə mütəmadi olaraq bu cür tədbirlər təşkil edilir. Beynəlxalq Uşaq Kitabı Günü, uşaqları oxumağa təşviq etməklə yanaşı, həm də cəmiyyətin gələcəyini formalaşdıracaq gənc nəsillərə müsbət təsir göstərir. Bu günün keçirilməsi, dünyada kitabların və təhsilin vacibliyini bir daha vurğulamaq üçün əhəmiyyətlidir.
Tədbirin sonunda tədbir iştirakçılarına musiqi proqramı təqdim edilib. Musiqiçi, pianoçu Sevil Qasımovanın rəhbərliyi altında gənc və istedadlı fortepianoçular klassik əsərlər və uşaq melodiyalarından ibarət musiqi nömrələri ifa ediblər. Kitab və musiqinin vəhdəti tədbirin daha yaddaqalan və ruhlandırıcı keçməsinə şərait yaradıb.

Hazırladı:  Mina RƏŞİD

MİNA RƏŞİDİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Elman Eldaroğlu – Sədaqətli Sədaqət xanım

Sədaqətli Sədaqət xanım

Yəqin ki, Sədaqət xanımın əsərlərini oxuyanlar, eləcə də ərsəyə gətirdiyi filmlərə tamaşa edənlər aranızda az deyil. Onun “Youtube” sosial şəbəkəsində rast gəldiyim, quruluşçu rejissor Elşən Zeynallı ilə birlikdə ərsəyə gətirdikləri “Soyuq günəş” filminə mən də tamaşa etmişəm. Və bu filmə görə ona təşəkkür etməyə şərait arzulayırdım. Budur, əlahəzrət zaman həmin şəraiti yaradıb. Martın 30-u Sədaqət xanımın növbəti ad günüdür…

Sədaqət Kərimova 1953-cü ildə Qusarda anadan olub. Orta təhsilini 1969-cu ildə Qusar şəhər 1 saylı məktəbdə başa vurub. Məktəb illərindən respublikanın bir sıra qəzet və jurnallarında şeir, hekayə və məqalələri ilə çıxış edən Sədaqət xanım, 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. Tələbəlik illərində “Azərbaycan gəncləri” qəzetinin ştatdankənar müxbiri kimi, əxlaq mövzusunda yazdığı silsilə məqalələri ilə tanınmağa başlayıb…

Deyir ki:- ““Soyuq günəş” dramını 1998-ci ildə qələmə almışam. Arzum əsərin Azəbaycan və ya Dağıstanın hər hansı bir şəhər və ya əyalət teatrında səhnəyə qoyulması olub. Amma arzumu illər boyu reallaşdıra bilmədim və uzun illər bu əsəri ekranlaşdırmaq haqqında fikirləşdim. Nəhayət, bu arzumu həyata keçirmək üçün özüm hərəkət etməli olduğumu anladım və fəaliyyətə keçdim. Filmi ekranlaşdırmaq üçün tək ssenari müəllifi və bəstəkar olmaq kifayət etmirdi, prodüser olmaq da tələb olunurdu. Mən jurnalist taleyimdə çox insanla rastlaşmışam. Başdan-başa sədaqət, etibar, namus, ləyaqət rəmzi olan fədakar qadınların taleyi ilə çox üzləşmişəm. Həm Böyük Vətən, həm Birinci Qarabağ, həm də İkinci Qarabağ müharibələrinin qurbanları olan belə qadınların həyat hekayələri məni iliklərimə qədər sarsıdıb. Mənim “Soyuq günəş”im real hadisələr əsasında qələmə alınıb, barələrində söhbət gedən insanlar isə çoxdan bu dünyanı tərk ediblər. Amma bir yazıçı kimi mənim əsas məqsədim ümumiyyətlə böyük məhəbbətə, insan sədaqətinə və vəfasına, qadın şərəfinə bir abidə ucaltmaq olub…”

Özünə qarşı çox tələbkardır. Bəlkə də bundan irəli gəlir ki, qələmə aldığı əsərlər kifayət qədər gözəl alınır…

“Hər bir sənət insanlar üçündür. Adam özündən ötrü sənət yarada bilməz ki… Şairin arzusu şeirinin oxunmasıdırsa, yazıçı hər zaman kitablarının satılmasının həsrətindədir. Bəstəkar həmişə arzulayır ki, mahnıları daha çox sevgi qazansın. Deməli, sənət insanlar üçündür. Həmişə yaza-yaza fikirləşirsən ki, görəsən, yazdığım kiminsə xoşuna gələcəkmi? Məni də illər boyu üzən əbədi bir sual var: Bəlkə əbəs yerə yazıram?..”- söyləyir…

Universiteti bitirdikdən sonra Azərbaycan KP MK-nın “Sovet kəndi” qəzetində 17 il fasiləsiz çalışıb. Sonralar “Azərbaycan” qəzetində şöbə müdiri, “Günay” qəzetində baş redaktorun müavini kimi fəaliyyət göstərib. 1997-ci ildən üç dildə öz vəsaiti hesabına nəşr etdirdiyi “Samur” qəzetinin baş redaktoru işləyir. Jurnalistika sahəsindəki uğurlarına görə, hələ Sovet dövründə Azərbaycan Jurnalistlər İttifaqının “Qızıl qələm” və Həsənbəy Zərdabi adına mükafatlarına layiq görülüb. Azərbaycan, türk, rus və ləzgi dillərində çap olunmuş 9 mindən çox məqalənin, o cümlədən 40 nəzm və nəsr kitabının müəllifidir.

2017-ci ildə Türkiyədə, türk dilində müəllifin “Lezgiye” adlı, eləhəmin ildə də 500-dən çox ləzgi bayatısı əsasında “Mənim şair xalqım” adlı kitabları işıq üzü görüb.

Bütün bunlardan əlavə Sədaqət xanım tanınmış yazıç-jurnalist Müzəffər Məlikməmmədovla birlikdə “Ləzgicə-azərbaycanca lüğət” və “Azərbaycanca-ləzgicə lüğət” kitablarını da tərtib edib…

Deyir ki,- “İndiki bu çətin dövrdə, mənəvi dəyərlərin öz yerini qabalıqlara verdiyi, ətrafımızın etinasızlıq və biganəliklərlə dolduğu bir dövrdə insanlarda hər zaman sənətə bir ehtiyac, təşnə duyulur. Hər bir sənət yol göstərəndir. Mən oxucularımdan çoxlu məktublar alıram. Heç bir məktuba bu günədək biganə qalmamışam. Bu məktublar göstərir ki, insanların təsəlliyə, ümidverici, müdrik sözə hər zaman ehtiyacları var. Yazıçı ən gözlənilməz vaxtda, ən ağır şəraitdə belə yol göstərməyi bacarmalıdır. Nə qədər çətin olsa da, buna çalışmalıdır. Bizim nəslin adamlarının əksəriyyətinin ən böyük dostu kitablar olub. Hər şeyi kitablardan öyrənirdik. Yazıçılar bizim üçün böyük insanlar idilər…

2003-cü ildə Müzəffər Məlikməmmədov onun haqqında “Sədaqət” adlı sənədli-publisistik kitab nəşr etdirərək, həyat və yaradıcılığından ətraflı söhbət açıb. 2013-cü ildə Azərbaycan Respublikasının “Nobel” İnformasiya Mərkəzi tərəfindən isə filologiya elmləri namizədi Bəybala Ələsgərovun qələmə aldığı “Sədaqət Kərimovanın həyat və yaradıcılığı” adlı biblioqrafik vəsait çap olunub. Bunlardan əlavə 2014-cü ildə Azərbaycan Milli Kitabxanası Sədaqət Kərimovanın həyat və yaradıcılığını əks etdirən geniş biblioqrafik kitab hazırlayıb çapdan çıxarıb…

Maraqlıdır ki, Sədaqət Kərimova bəstəkar kimi də tanınır. Sözləri və musiqisi özünə məxsus olan 100-dən çox mahnısının mətnləri və notları onun 2018-ci ildə çapdan çııxmış “Mənim mahnılarım” adlı kitabına daxil edilib. Onun 1997-ci ildə yaratdığı “Suvar” Ləzgi Mahnı və Rəqs Ansamblına 20 il rəhbərlik edərək, 40-a yaxın ləzgi xalq melodiyasını yenidən işləyib və bir neçə yeni rəqs musiqisi də yaradıb. “Qarılar”, “Şən qızlar”, “Qu quşları”, “Dem”, “Kəpənəklər” və sair belə rəqslərdəndir…

Bəli, martın 30-u, həm də Ramazan bayramında ləzgi xalqının qarşısında böyük xidmətləri olan, bu əzmkar, yorulmadan çalışan istedadlı xanımın növbəti yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayır, Ramazan bayramınız mübarək olsun, söyləyirəm…

Hörmətlə, Elman Eldaroğlu

Sədaqət Kərimovanın yazıları

Elman Eldaroğlu təbrik edir

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mən belə dövranı sezə bilmədim

Bağışla, kədərin içindən düşüb,
Mən sənin yolundan aza bilmədim.
Sənə milyonlarla cızmaqaram var,
Mən öz hekayəmi yaza bilmədim.

Dərib gətirmişdin bənövşələri,
Mən də sanırdım ki, mənə də düşə.
Nə mən düşmən idim, nə mənə düşdü,
Mən öz oyunumu yoza bilmədim.

Uşaqtək gülürdüm eşqin üzünə,
Sanırdım cahan da, dünya da yazdır.
Ağlatdı üzümü gülən görənlər,
Mən belə dövranı sezə bilmədim…

Milli Kitabxanada “Aprel döyüşləri” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub

Milli Kitabxanada “Aprel döyüşləri” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/aprel_doyusleri/index.html linkindən istifadə edə bilərlər.

Mənbə və Ətraflı: https://www.millikitabxana.az/news/aprel-doyushleri-emb

Filosof alim, akademik Heydər Hüseynov

Fotoda: Azərbaycan Milli Elmlər Akademiyasının təsisçilərindən biri və vitse-prezidenti, iki dəfə Stalin mükafatı laureatı, Azərbaycanın ən böyük filosof alimlərindən və ilk akademiklərindən biri olan Heydər Hüseynov. O, 1908-ci ilin 3 aprelində qədim Azərbaycan şəhəri olan İrəvanda anadan olmuşdu. Cəmi 42 il ömür sürmüşdü, uşaqlıq illəri də gəncliyi kimi çox çətin, mürəkkəb dövrlərdən keçmişdi. Atası Nəcəf kişinin Gülsüm xanımla olan izdivacından altı uşağı dünyaya gəlmişdi: qızları Ruqiyyə, oğlanları Yusif, Əkbər, Yaqub və son beşikləri Heydər. Heydər Hüseynov hələ həyatın bərkinə-boşuna düşmədən ata qayğısından məhrum olmuşdu. Bir müddət sonra isə bu ailə daha ağır zərbə almışdı. Belə ki, 1918-ci ilin mart-may aylarında ermənilərin İrəvan quberniyasında və Zəngəzurda törətdikləri soyqırımlar zamanı Heydər Hüseynovun böyük qardaşı Yusif daşnaklar tərəfindən vəhşicəsinə öldürülür. Bu hadisədən sonra anası Gülsüm xanım övladları və Yusifin yetim qalmış uşaqları ilə birlikdə vətəni tərk etməyə məcbur olur. Onlar 1920-ci ildə Bakıya köçürlər və İçəri şəhərdə kirayədə qalırlar. Bu vaxt Heydərin artıq 12 yaşı var idi…
Heydər Hüseynov orta təhsilini Bakı şəhərindəki 18 nömrəli məktəbədə alır. Həmin məktəbdə Heydərlə yanaşı Süleyman Rüstəm, Mikayıl Müşfiq, Əfrasiyab və Şəmsi Bədəlbəylilər, Məmmədağa Şirəliyev, Hüseyn Bakıxanov da oxuyurdular. Heydər Hüseynov 1927-ci ildə 18 nömrəli məktəbi bitirdikdən sonra Bakı Pedaqoji Taxnikumunda təhsilini davam etdirir. Bu illərdə komsomol sıralarına qəbul olunur. Maddi çətinlik çəkən ailəsini dolandırmaq məqsədi ilə o, kitabxanada işə düzəlir, eyni zamanda 16 yaşından fəhləlik edir. Hələ gənc yaşlarından həyatın çətin üzü ilə qarşılaşan, ağır uşaqlıq, gənclik dövrü yaşayan Heydər 18 yaşında daha bir zərbə alır. 1926-cı il aprelin 25-də anası Gülsüm xanım 60 yaşında vəfat edir. Ailəsinin bütün ağırlığını hələ bərkiməmiş çiyinlərində daşımalı olan Heydər təhsilinə fasilə vermədən daha gərgin şəraitdə işləməli olur. 1931-ci ilə kimi 59 nömrəli məktəbdə dərs deyir. 1927-1931-ci illərdə gənc Heydər Hüseynov həm də Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin linqvistika ixtisasının tələbəsi olur. Universitetdə oxuduğu illərdə ərəb və fars dillərinə mükəmməl yiyələnir…
42 illik ömrünün 20 ildən çoxunu bundan sonra, daha dəqiq desək, ötən əsrin 40-cı illərindən sonra elmə, tədqiqata həsr edir. Azərbaycan SSR ən gənc akademiki kimi tanınır. Tədqiqatları, qələmə aldığı məqalələri bütün ittifaq məkanında oxunur və neçə – neçə tarixi həqiqətə işıq tutur. 1937-ci ildən etibarən kütləvi xarakter alan Stalin repressiyaları Heydər Hüseynovun həyatından da yan keçmir. Lakin o, bir zamanlar sinif yoldaşı olduğu Mikayıl Müşfiq kimi güllələnmir. Həyatda qalır, ancaq sən demə, gələcəkdə Heydər Hüseynovu daha böyük, daha ağır bir faciə gözləyirmiş…
Akademik Heydər Hüseynov 1950 – ci ildə ona qarşı yürüdülən amansız siyasətə, təqiblərə, təzyiqlərə son vermək üçün, habelə Mir Cəfər Bağırovun təhdidlərinə son qoymaq üçün intihar edir. Heydər Hüseynov yaşadığı mənzildə özünü asır. O, bu hadisədən bir qədər əvvəl də intihara cəhd edibmiş. Lakin görkəmli cərrah, professor Mustafa Topçubaşov onu ölümdən xilas etmişdi…
Xalq yazıçısı Elçin Əfəndiyev “Ədəbiyyat” qəzetində işıq üzü görən “Mir Cəfər Bağırov kim idi? – şəxsiyyəti, əməli və taleyi” adlı məqaləsində yazır: “Belə bir söhbət gəzirdi ki, “Pravda” qəzetində Stalin mükafatı almış əsərlərin siyahısı çıxır və Mir Cəfər Bağırov gözlənilmədən ilk dəfə bu məsələdən xəbər tutur. Elə həmin gün Heydər Hüseynovu çağırtdırır və Stalin mükafatı almış kitabı kabinetində zərblə onun başına çırpır.
Mən bir müddət rəhmətlik şair və tərcüməçi İmran Seyidovla qonşu olmuşam, bir blokda yaşamışıq və o, Elmlər Akademiyasında Heydər Hüseynovun köməkçisi işləmişdi. Bir gün ondan bu söhbətin həqiqət olub-olmadığını soruşanda, İmran müəllim həmin dövrü yenidən yaşayırmış kimi, acı bir həyəcanla təsdiq etdi ki, bəli, həqiqətdir: “- Kitab da qalın və ağır idi…”
Görkəmli alimin “XIX əsrdə Azərbaycanda ictimai-siyasi fikir tarxindən” adlı əsərində Şeyx Şamil haqqında müsbət fikirlər qələmə alması Mir Cəfər Bağırovun qəzəbinə səbəb olmuşdu. O dövr üçün bu, bağışlanmaz səhv idi. Çünki Şeyx Şamil şəxsiyyəti sovet ideologiyasına görə “xalq düşmənini” hesab olunurdu. Və belə bir insanı tərifləmək Heydər Hüseynov şəxsiyyətinin üzərində qara bir xətt çəkmişdi. Lakin həmin dövrün arxiv sənədlərinə nəzər salanda görürük ki, monoqrafiyanın işıq üzü görməsi də, əsərdə Şeyx Şamilin adının qeyd olunması və haqqında yüksək fikirlərin yazılması da sadəcə bir bəhanə idi. Heydər Hüseynovu aradan götürmək üçün ortaya atılmış bir bəhanə…
Akademik Heydər Hüseynovun məzarı Birinci Fəxri Xiyabandadır. Heydər Əliyev onun haqqında danışarkən bir ifadə işlədirdi: “əqidə şəhidi”! Bəli, Heydər Hüseynov nakam ömür yaşayan, həyatının ən məhsuldar çağında dünya ilə vidalaşan “əqidə şəhidi” idi…Nur içində yatsın…

Mənbə: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Nadir Şah Əfşar Kərbəlada

Nadir Şah Əfşar Kərbəlada

Nadir şah Dağıstandan hərəkət edib Bağdad ətrafına gəldi. Burada olarkən o, Bağdad hakimi Əhməd paşaya məktub yazdı və Həzrət Əlinin (ə) və İmam Hüseynin (ə) qəbirlərini ziyarət etmək istədiyini bildirdi.

Bölgəyə əvvəlki yürüşü zamanı Nadir şah Həzrət Əlinin (ə) məqbərəsinin təmiri və bərpası üçün göstəriş verdi. Bunun üçün Nadir şah 50 min xalis əşrəfi ayırdı ki, məqbərənin qübbəsi və eyvanı qızıla çəkilsin. Bu iş Məhəmməd Hüseyn bəy Qulama və Qəzvin memarı Ağa Nəcəfə tapşırıldı. Məqbərənin təmirində çalışacaq işçilərin əmək haqqının ödənməsi üçün 6 min tümən ağ zər ayrıldı. Dağıstanda olarkən Nadir şaha bu işlərin icra edilməsi haqqında xəbər çatdırıldı. Ona görə Nadir şah həmin ziyarətgahı bir də ziyarət etməklə həm də görülən işlərə baxmaq istəyirdi.

Bir müddətdən sonra Nadir şah əvvəlcə imam Hüseynin (ə) məqbərəsini və digər Kərbəla şəhidliyini ziyarət etdi. O, Kərbəla şəhidlərini ziyarət ayinlərinə mövcud olan ənənə üzrə yad etdi. Sonra Kərbəla şəhidləri ziyarətgahında xidmət edən şəxslərə çoxlu nəzir-niyaz payladı.

İmam Hüseynin qəbri zərli və qiymətli parçalarla bəzədildi. Hindistanda düzəldilmiş olan 12 ədəd böyük qəndil (çilçıraq) İmam Hüseyn (ə) məqbərəsinə bağışlandı və həmin qəndillər məqbərənin qübbəsinə bərkidildi. Nadir şah üç gün ərzində imam Hüseynin məqbərəsinin
ziyarətində oldu, ibadətini etdi, məqbərənin mücavirlərinə və mövləvilərinə şəfqət göstərdi və ehsan verdi.

Nadir şah ziyarətdən geri qayıdanda da göstəriş verdi ki, künbəzin aşağısındakı aynanın kənarında qırmızı mina bərkidilsin və bu qırmızı minanın güzgüdə əks olunan qırmızı rəngi İmam Hüseynin (ə) axıtdığı qırmızı qanı xatırlatsın və ziyarətə gələnlərin qəlbini riqqətə gətirsin..

Aləm Ara-ye Naderi, c.II, … s.886
Mehman Süleymanov “Nadir Şah Əfşar” s.685

İlkin mənbə: Şah İsmayıl Səfəvi

Şah İsmayıl Səfəvi

ARAZ ŞƏHRİLİNİN YAZILARI

MİLLİ KİMLİK ARAŞDIRMALARI QRUPU

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru