“İki zəngəzurlu zabit” şəhərimizin kitab mağazalarından

Əli bəy Azərinin yeni romanı çapdan çıxıb. “Şərq-Qərb” poliqrafiya müəssisəsi tərəfindən hazırlanan əsər 272 səhifədir. Roman hərb mövzulu əsərlər seriyasına daxildir. Sovet ordusunda xidmət zamanı aralarında yaranmış münasibət dostluğa çevrilən erməni və azərbaycanlı zabitin sonralar Zəngəzur cəbhəsində qarşılaşması əsərin əsas süjet xəttini təşkil edir.

Kitabı şəhərimizin kitab mağazalarından və ya müəllifin özündən almaq olar.

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Xaçmazda Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin səyyar iclası keçirilib

Xaçmazda Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin səyyar iclası keçirilib

21 aprel 2025-ci il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin üzvləri Xaçmazda səyyar iclas keçiriblər. İclasda regionda yerləşən teatr kollektivləri iştirak ediblər. Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəhbərliyi tərəfindən səmimi qarşılanan İttifaqın Sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, sədr müavinləri – Xalq artisti, professor İlham Namiq Kamal, Əməkdar artist, professor Azad Şükürov, İdarə heyətinin üzvü, Xalq artisti Mərahim Fərzəlibəyov, İttifaqın Məsul katibi Aidə Qafarova, hüquqşünas Könül Ələkbərova teatrın bu günündən, uğurlarından, problemlərindən danışıblar.
Maraqlı müzakirələrlə davam edən iclası giriş sözü ilə Hacı İsmayılov açıb. O, iclas iştirakçılarını salamladıqdan sonra regiondakı teatrlara göstərdiyi diqqət və qayğıya görə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinə dərin minnətdarlığını bildirib və İdarənin rəisi Vüsal İbrahimovun İttifaqın İdarə heyətinin Qərarı ilə Fəxri fərmanla təltif olunduğunu elan edib və mükafatı təqdim edib. Ardınca Xaçmaz Xalq Teatrının rəhbəri İlham Tağıyev “Teatr fədaisi” medalı ilə təltif olunub.
İttifaqın sədr müavinləri –İlham Namiq Kamal və Azad Şükürov teatr sənəti sahəsində səmərəli fəaliyyət göstərdiklərinə görə Şabran rayon Xalq Teatrının rəhbəri Qulu Mövsümova, Quba Könüllülər Teatrının rəhbəri Ramiz Ramazanova, Qusar Dövlət Ləzgi Dram Teatrının əməkdaşları Kəmalə Qədimova və Kəmalə Səfərovaya İttifaqın fəxri fərmanlarını təqdim ediblər.
Çıxış edənlər – Hacı İsmayılov, İlham Namiq Kamal, Azad Şükürov, İlham Tağıyev, Ramiz Ramazanov, Qulu Mövsümov, Xaçmaz Mədəniyyət Mərkəzinin direktoru Aqil Əlisultanov, Xaçmaz Regional Mədəniyyət İdarəsinin aparıcı məsləhətçisi Fərid Musayev, Qusar Dövlət Ləzgi Dram Teatrının direktoru Faiq Qardaşov, Şabran Xalq Teatrının aktyoru Nurlan Fərhadlı, yazar Nəzər Mirzəyev, Şabran Mədəniyyət Mərkəzinin əməkdaşı Zəfər Məmmədov və başqaları çalışdıqları teatrların uğurlarından və problemlərindən söz açıb, problemlərin həlli yolları barədə fikir mübadiləsi yürüdüblər.
Səmimi şəraitdə keçən görüşdən məmnun qalan iştirakçılar İttifaq rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Sonda xatirə şəkilləri çəkilib.

Hazırladı: Mina RƏŞİD

MİNA RƏŞİDİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Milli Müdafiə Universteti Açıq Qapı Günü keçirir

Milli Müdafiə Universteti Açıq Qapı Günü keçirir

Xaricdə hərbi təhsil almaq istəyənlər üçün Milli Müdafiə Universteti Açıq Qapı Günü keçirir!
Azərbaycan Respublikasının kişi cinsli gənc vətəndaşlarının bundan yararlana bilər.
Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları üçün yeni fürsətlər təqdim olunur.
Yalnız, Milli Müdafiə Universiteti beynəlxalq hərbi təhsil əməkdaşlığı çərçivəsində, kursantların qəbul balı və şəxsi istəkləri nəzərə alınmaqla xarici ölkələrdə – Türkiyə, Almaniya, İtaliya, Koreya və Rusiyanın tanınmış hərbi ali təhsil müəssisələrində tam dövlət təminatı ilə təhsillərini davam etdirmək imkanı yaradır.
Heydər Əliyev adına Hərbi İnstituta qəbul I, II, III ixtisas qrupu, Hərbi Tibb Fakültəsinə isə IV ixtisas qrupu üzrə keçirilən imtahanlarda yüksək nəticə əldə etmiş Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarına müsabiqədə iştirak etmək imkanı yaradılır.
Bu məqsədlə hərbi peşə seçiminə maraq göstərən və buraxılış imtahanlarında yüksək nəticə göstərmiş abituriyentlər və onların valideynləri üçün 26 aprel saat 11:00-da Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda xaricdə təhsillə bağlı “Açıq qapı” günü keçiriləcəkdir.
Tədbir çərçivəsində iştirakçılara xaricdə təhsil imkanları və qəbul prosesi barədə ətraflı məlumat veriləcəkdir. Tədbirdə iştirak etmək üçün qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçməyiniz kifayətdir.
Vətəndaşları maraqlandıran suallarla bağlı Milli Müdafiə Universitetinin “Çağrı mərkəzi” — *0811 (iş günlərində saat 09:00-dan 17:30-dək) və admission@mmu.edu.az elektron poçt ünvanı fəaliyyət göstərir.
Fəxr edəcəyin gələcəyi seç — sən də sıralarımıza qoşul!

Milli Müdafiə Universteti

VAQİF QÜDRƏTİN “ZÜBEYDƏ” romanı işıq üzü görüb

VAQİF QÜDRƏTİN “İMZA” Nəşrlər Evi tərəfindən nəfis tərtibatla hazırlanmış “ZÜBEYDƏ” romanı işıq üzü gördü.

VAQİF QÜDRƏT

Vaqif Qüdrət oğlu Həmzəyev 10 avqust 1945-ci ildə Zəngilan rayonunun Alıbəyli kəndində kolxozçu ailəsində anadan olub. İlk təhsilini doğma Alıbəyli kəndində almış, 1966-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə daxil olmuş, 1972-ci ildə oranı qiyabi olaraq müvəffəqiyyətlə bitirmişdir.

Bir müddət Alıbəyli kəndində kənd mədəniyyət evinin müdiri işləmiş, Ali təhsili başa vurduqdan sonra isə ədəbiyyat müəllimi olaraq pedoqoji fəaliyyətə başlayıb.

İstedadlı qələm sahibi Vaqif Qüdrət 1962-ci ildən başlayaraq vaxtaşırı öz şeirləri, məqalələri və bədii yazıları ilə dövrü mətbuatda çıxış etməyə başlayıb.

Doğma yurddan məcburi köçkün düşdükdən sonra Bakı şəhərində məskunlaşan Vaqif Qüdrət yaradıcılığını burada davam etdirib. Beş övlad atası olan Vaqif Qüdrət Binəqədi rayonu ərazisində fəaliyyət göstərən Zəngilan rayon bir saylı orta məktəbində Azərbaycan dili və ədəbiyyatından dərs deyib. Onun “Zəngilana gedən yollar” (1998), “Bir ömür həsrət” (2002) şeirlər, poetik nümunələri ilə bərabər hekayələri, novellaları və satirik nümunələri toplanmış “Dünya o dünya deyil” (2009) kitabları işıq üzü görüb.

“Zübeydə” romanı şairin sayca dördüncü kitabıdır. Roman ilk dəfədir çap olunur.

Vaqif Qüdrət 6 fevral 2020-ci ildə dünyasını dəyişib. Yaşasaydı, bu il 80 yaşı olacaqdı.

Allah qəni-qəni rəhmət eləsin. Ruhu şad olsun.


WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru