Əliağa Vahid və Abdulla Faruq – Foto

Əliağa Vahid və Abdulla Faruq
Şair, tərcüməçi Abdulla Faruq İkinci Dünya müharibəsində iştirak edən ziyalılarımızdan biri idi. O, 1944-cü ildə Taqanroq ətrafında gedən döyüşlərdə həlak olmuşdu.

Mənbə: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Fəxrəddin Atakişi (Şamlı) -Nəvəmə

NƏVƏMƏ
Kağız-qələm, miz üstündə gözləyin,
İndi hələ diz üstündə nəvəm var.
Siz də onu mənim tək əzizləyin,
Baxıb görsün, nə çox onu sevən var.

Elə bilin, ürəyimdir diz üstə,
Qəlbimlə tən, şən-şən coşub çağlayır.
Qısqanmayın, rahat olun miz üstə,
Olan şeydir, hərdən-birdən ağlayır.

Qığıltısı Rəbbin sevinc payıdır,
Şən gülüşü nur çiləyir üzlərə.
Könlümüzdə minbir arzu oyadır,
Qismət olsun hər tamarzı dizlərə!

Adın qoyduq babamızın adını,
Xoş bəxtini Rəbbimizdən dilərik.
Hər kəs dadsın balanın bal dadını,
Bu sevincə el-aləm olsun şərik!

Nənə deyir, “Candı ki bu, candı bu!”,
Baba deyir: ” Babam, Əmiraslandı bu!”
Sabahlara ulumun səs-sorağı,
Yadigarım, xatirəm, nişandı bu.

Baba, nənə olmayanlar nə bilər,
Necə şirin olurlarsa nəvələr?..
Allah etsin, gənclərimiz bu dadı
Baba olub, nənə olub bilələr!

Müəllif: Fəxrəddin Atakişi (Şamlı)

Fəxrəddin Atakişi (Şamlı)nın yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

NATELLA NUR – XAN QIZI NATƏVAN

POEMA

XAN QIZI NATƏVAN
proloq

Canım-gözümsən, ay Şuşa,
Cənnət-məkansan, ay Şuşa!

Anamın əziz vətəni,
Onuntək sevmişəm səni!

Xoşbəxt analı günlərim,
Uşaqlıq, gənclik illərim,

Keçib bu gözəl diyarda,
Şeir-sənət ocağında.

Qarış-qarış çox gəzmişəm,
Tarixini öyrənmişəm.

Dilbər guşə Qarabağda,
Gəlsən, görərsən Şuşada.

Zümrüd rəngli uca dağlar,
Onu dövrəyə alıblar.

Hər fəsildə bir don geyir,
Sözünü rənglərlə deyir.

Üzük üstə parlaq qaşdır,
Qarabağın baş tacıdır.

Əlvan-əlvan çiçəkləri,
Bəzəyir dağ-çəmənləri.

Qayalarda kəklikotu,
Çiyələyi, moruq kolu,

Meh əsdikcə, ətir saçır,
İnsanın könlünü açır.

Quşlar baxıb nəğmə deyir,
“Cıdır düzü” gülümsəyir.

Tarixini vərəqləyir,
Görək, bizə nə söyləyir?!

Sirlər yatır Qarabağda,
Mərd igidlər torpağında.

Mədəniyyət, incəsənət,
Neçə-neçə gözəl sənət,

Mayasını burdan alıb,
Dünyaya səs-soraq salıb.

Ustad yazıçı, şairlər,
Bəstəkarlar, xanəndələr,

Bu diyarda göz açıblar,
Xarüqələr yaradıblar…


Aylı gecə, “Cıdır düzü”,
Ulduz dolu göyün üzü.

Seyr edəndə şair gözü,
Dilə gəlir qəlbin sözü.

Yazanda mən poemanı,
Natəvanın həyatını,

Çəkdiyini yaşamışam,
Göz yaşları axıtmışam.

O, on doqquzuncu əsrdə,
Şuşada, dilbər guşədə,

Yaşayıb, həm yaratmışdı,
Çox gözəl izlər salmışdı.

Unudulmur səxavəti,
Dildə gəzir mərhəməti.

Xan qızı – dövlət xadimi,
Yaşatdı məktəbi, elmi.

Şair, həm də, rəssam idi,
Nəfis tikmələr tikirdi.

Şeirləri, qəzəlləri,
O xeyirxah əməlləri,

Könülləri fəth etmişdi,
Ona şöhrət gətirmişdi.

Şuşanın güllü dağları,
Buztək sərin bulaqları,

Ağ daş döşənmiş yolları,
Qədim məscid binaları,

Parkları, meyvə bağları,
Su anbarı, hamamları,

Xan qızından söhbət açır,
Keçmişləri yada salır.

Həzin-həzin pıçıldayır,
Sanki kaman segah çalır…

Oxuduqca şeirləri,
Alovlanan qəzəlləri,

Kədərlənib, kövrəlmişəm,
Pak ruhuna baş əymişəm.

BİRİNCİ HİSSƏ

Min səkkiz yüz otuz iki,
Vaxtı gəldi talehdəki.

Altısı avqust ayında,
Cənnəti-məkan Şuşada,

İbrahim xanın nəvəsi,
Açdı gözün, gəldi səsi.

Göydə ulduzlar parladı,
Qızcığazı salamladı.

Mehdiqulu Xan qızını,
Ətraf çəkirdi nazını.

“Dürri-yekta” – deyirdilər,
Varis hesab edirdilər.

“Tək inci”-dir söz mənası,
Əzizlədi el-obası.

O, yeganə övlad oldu,
Alicənab insan oldu.

Yox idi qardaş-bacısı,
Çox çəkdi təklik acısı.

Öncə iki körpə ölmüş,
Xan evini dərd bürümüş.

Hər ikisi oğlan olub,
“İmarət”də dəfn olunub.

Mehdiqulu xan bir səhər,
Ova gedirdi birtəhər.

Qocalmışdı, axsayırdı,
Ovdan da ləzzət alırdı.

O, min səkkiz yüz qırx beşdə,
“Soltanbud”un meşəsində,

Həvəslə ov edən zaman,
Zalım fələk etdi yaman.

Atdan yerə bərk yıxılıb,
Kürəyindən yaralanıb.

Bu dünyadan belə köçdü,
Xan qızı göz yaşı tökdü.

Bu, ona ilk zərbə oldu,
Həyatının rəngi soldu.

On üç yaşda varis idi,
Anasına dayaq idi.

Xurşidbanu təhsil aldı,
Dillərə çox meyil saldı.

Gecə-gündüz çalışırdı,
Hər zəhmətə alışırdı.

Danışırdı fransızca,
Oxuyurdu ərəb, farsca.

Mirzə Ruhulla dərs dedi,
Şeir, qəzəli sevdirdi.

Öyrənirdi Nizamini,
Nəvaini, Füzulini.

Gənclik dövrünə çatanda,
Qönçələnib, gül açanda,

Gözəlliyi dildə gəzdi,
Bəxti daşdan-daşa dəydi.

O, min səkkiz yüz əllidə,
On səkkiz yaşın içində,

Məcburən ailə qurdu,
Ad-sanını uca tutdu.

Çar generalı Voronsov,
Mirzə Fətəli Axundov,

Bu nigahı təklif etmiş,
Xasay xana yol göstərmiş.

Axundov da tanış edib,
Xeyir-duasını verib.

Ərə getdi Xasay xana,
Adlı-sanlı bir insana.

Rütbəsi çar generalı,
Əsli-kökü Dağıstanlı.

Sevimlisi olmuş elin,
Silahdaşı Şeyx Şamilin.

Bəylər bundan gileylənir,
Hərəsi bir söz söyləyir.

Qohumu Qasım bəy Zakir,
İzdivaçı bəyənməyir.

Xasay xana lağ eyləyir,
Adına “kor Xasay” deyir.

Xasay xan heç kor deyildi,
Sağ gözü az ləkəliydi.

O, davada zədələnmiş,
Sonralar yaxşı görərmiş.

Xurşidbanu ana oldu,
Oğlu, həm də qızı oldu.

Mehdiqulu, Xanbikəni,
İki gözəl mələyini

Əzizləyib, çox sevirdi,
Göz üstündə bəsləyirdi.

Knyaz Xasay xan Usmiyev,
Tikdirmişdi vətəndə ev.

Həyətində gül-çiçəklər,
Qızılgüllər, bənövşələr.

Xan qızı gülü sevirdi,
Baxıb rəsmini çəkirdi.

Tikirdi nəfis tikmələr,
Yazırdı şeir, qəzəllər.

Darıxırdı qürbət eldə,
Dərd gəzdirdi sınıq qəlbdə.

Yayda Şuşaya gəlirdi,
Doğmalarla dərdləşirdi.

Vətənin gözəl havası,
Əziz, mehriban anası,

Ona sevinc bəxş edirdi,
Kədərini əridirdi.

Qərənfillə danışırdı,
Şeirində yaşadırdı…

“Səni kimdir sevən bica, qərənfil?
Sənə mən aşiqi-şeyda, qərənfil!

Səni gülşən əra aşüftə gördüm,
Yəqin bildim tutub sevda, qərənfil!

Belə pəjmürdə hal ilə durubsan,
Düşər güllər əra qovğa, qərənfil!

Driğa kim, vəfasızdır bu gülşən,
Gedər bu tələti-ziba, qərənfil!

Üzündən pərdeyi-nazın kənar et!
Unutma aşiqi, haşa, qərənfil!”

Xan qızının qarı ilə görüşü

May ayında, Şuşanın bir kəndində,
Meşəli, bulaqlı dağ ətəyində,

Dedilər: – Xan qızı burdan keçəcək,
Şuşadan Ağdama bu gün gedəcək.

Qarı eşidəndə Xan qızı gəlir,
Düşündü Allahdan “çarəsi” gəlir.

Yoxsulluqdan külfət əzab çəkirdi,
Əkib-biçdiyini çölə səpirdi.

Yolun kənarında, arxın böyründə,
Çinar kölgəsində, güllü çəməndə,

Xalça sərib, yasdıqlarla bəzədi,
Üzə gülən çay süfrəsi düzəltdi.

O, həvəslə samovara od saldı,
Yolla gedən faytonu tez saxladı:

-Xoş gəlmisən, qadan alım, Xan qızı!
Gəlişinlə gətirmisən sən yazı!

Yol gəlmisən, yorulmusan, bəri gəl,
Çinar altda məxmər çay iç, bir dincəl.

Xurşidbanu gülümsədi, əl etdi,
Faytondan düşərək oraya getdi.

Xoş sözlərdən yorğunluğu sovuşdu,
Hal-əhvalı, vəziyyəti soruşdu:

Qarı dedi: – Allahımdan razıyam,
Xan sağ olsun, qulluğunda hazıram.

Kasıb qarı öz dərdini unutdu,
Əydi başın, bir anlığa duruxdu.

Həssas şair dərdi gözdən oxudu,
Anladı ki, ehtiyacı lap çoxdu.

Xan qızı çay içib, söhbət eylədi,
Çox maraqlı əhvalatlar söylədi.

Qarı çəmənlikdən bənövşə dərdi,
Onu Xan qızına sevinclə verdi.

-Qadan alım, deyirlər sən şairsən,
Təbiəti, gül-çiçəyi sevirsən.

Şairi məst etdi bənövşə ətri,
Səpdi qəlbindəki gözəl sözləri:

“Fələk rənginə bənzər bu bənövşə,
Tutub səhraları hərsu, bənövşə!

Neçün gülşənlərin tərkin qılıbsan?
Düşübsən çöllərə dilcu, bənövşə!

Belə qəddin bükülmüş, pirlərtək,
Deyirsən sübhü şam yahu, bənövşə!

Səni şövqü bahar aşüftə qılmış,
Çəkər aşiq olan qayğu, bənövşə!

Dilər ətrin könül badi-səbadan,
O zülfi-yar tək xoşbu, bənövşə!”

-Qarı ona heyran-beyran baxırdı,
Şeirindən qəlbinə nur axırdı.

Xan qızı gedəndə qarını öpdü,
O da arxasınca sərin su tökdü.

Qayıdıb yastığı yerdən götürdü,
Altında bir neçə qızıl pul gördü.

Qarının sevincdən gözləri doldu,
Sanki yoxsulluqdan o, xilas oldu.

Heyran qaldı, ağlına, kamalına,
Şükür, – dedi yaradan Allahına.

İKİNCİ HİSSƏ

Min səkkiz yüz əlli səkkiz,
Tarixdə də qalıb bu iz.

Düma – bir fransız yazarı,
Cəlb edib Qafqaz dağları.

Bu diyara səfər etmiş,
Heyran olub, çox bəyənmiş.

Abşerona səyahətdə,
Bakıda, bir ziyafətdə,

Görüşübdü, Xasay xanla,
Zabitəli generalla.

Xasay xan da tanış edib,
Ailəsini, təqdim edib.

Yoldaşını – Xan qızını,
Oğlunu, kiçik qızını.

Hamısı milli geyimdə,
Xoş təbəssüm üzlərində.

Xan qızı bir şəkil çəkib,
Məclisə xoş ruh gətirib.

Düma rəsmi çox bəyənib,
Xan qızına sual verib.

Xurşidbanu gülümsəyib,
Fransızca cavab verib.

Düma bunları qeyd edib,
Öz əsərində göstərib.

Heyran olub talantına,
Ağlına, həm rəftarına.

* * *

Min səkkiz yüz əlli birdə,
Tiflisdə olan illərdə,

Xan qızı xəstə yatırdı,
Nəfəs yolu daralırdı.

Havasını götürmədi,
Xəstəlik aman vermədi.

Həkim dedi: – Getməlisən,
Sən Şuşaya dönməlisən.

Xurşidbanu geri döndü,
Xasay xandan ayrı düşdü.

O, hicrana dözməyirdi,
Hər gün Xanı gözləyirdi.

Şeir, qəzəllər yazırdı,
Əsərdə onu anırdı…

“Gəl rəhm qıl indi, padşahım!
Əflakə yetişdi dudi-ahım.

Sən yar ilə zövqdə, səfadə,
Mən burda, bu cövr ilə cəfadə.

Sən vaxtında aşinalıq etdin,
Döndün, belə bivəfalıq etdin.

Təqsir kimin oldu, padşahım?
Bildir ki, mənə nədir günahım?

Bəs neyləsin, indi bu dili-zar?
Gör kimlər ilə çəkərdim azar.

Sən nazın ilə ol indi xürrəm,
Əğyar ilə qəm çəkim dəmadəm.

Sən eyşdə əyləş indi xoşdil,
Mən hicrdə, həm məlulu müşkil,

Öldür məni, olsun əllərin var,
Səbr eylə, gözüm, nə təqsirim var.

Qəhr ilə çəkərdim ah candan,
Ah əl çəkməyir bu Natəvandan”.

Xan qızının Sübhana köməyi

Hər naxışda bir yanlış var,
Hər yanlışda bir naxış var.

Naxışlı qar rəqs eyləyib yağırdı,
Rəbbim yerə bərəkət paylayırdı.

Gözəl Şuşa ağ libasın geyirdi,
Uca dağlar baxıb fərəhlənirdi.

Məscidlərdən azan səsi ucalır,
Bacalardan tüstü boylanıb, qalxır.

Təndir-çörək ətri gəlir evlərdən,
Xeyir-dua eşidilir dillərdən.

Arabalar, bər-bəzəkli faytonlar,
Yavaş-yavaş diki enib, qalxırlar.

Yem axtaran ala-qara qarğalar,
“Qar-qar” qarıldayıb, səs-küy salırlar.

Xan qızı faytonla şəhərə çıxdı,
Şuşanın halına, yoluna baxdı.

Donmuş kəmərləri təmir etdirdi,
Sürüşkən yollara əncam çəkdirdi.

Hava soyuq idi, şaxta kəsirdi,
Sübhan üşüyürdü, tir-tir əsirdi.

Doşab dolu bardaq belin əyirdi,
On iki yaşında nələr çəkirdi…

Keçən il atası vəfat etmişdi,
Anana yaxşı bax, oğlum, demişdi.

Çıxmayır yadından ata sözləri,
Ona əziz olan doğma gözləri.

İndi də anası xəstə yatırdı,
Evin hər işinə o, tək baxırdı.

Hərdənbir bazarda doşab satırdı,
Yığdığı pullara ərzaq alırdı.

Bu gün də çıxmışdı doşab satmağa,
Xəstə anasına dərman almağa.

Sürüşdü ayağı, yerə yıxıldı,
Sındı bardaq, bütün doşab dağıldı.

O, sınan bardağa kədərlə baxdı,
Tökülən doşabı bərk qucaqladı.

Üst-başı doşaba bulaşdı, batdı,
Atalı günləri anıb ağladı…

“Atam sağ olsaydı belə olmazdı,
Anam da bu qədər xəstə yatmazdı”.

Düşünüb göylərə ümidlə baxdı,
Göz yaşı üzünə sel kimi axdı…

Xan qızı ağlayan uşağı gördü,
Elə bil şairi alov bürüdü.

Cəld gedib uşağın əlindən tutdu,
Faytona mindirdi, suala tutdu.

Xan qızı Sübhana təsəlli verdi,
Paltar alıb, üst-başını dəyişdi.

Soruşdu hər şeyi, halı dəyişdi,
Gəl gedək anana baş çəkək, – dedi.

O da atasını erkən itirmiş,
Ömür boyu həsrətini çox çəkmiş.

Övlad üçün ata arxa-köməkdir,
Hər yaşında ana kimi gərəkdir.

“Ata-analının özü böyüyür,
Ata-anasızın sözü böyüyür”.

Müdriklər əzəldən belə söyləmiş,
İnsanları savab işə kökləmiş…

Xan qızı anaya təbib gətirdi,
Sağaldıb iş ilə təmin eylədi.

Göstərdi hər zaman Sübhana qayğı,
Çox işlərdə oldu onun dayağı.

Sınmasaydı doşab dolu o bardaq,
Yıxılanda ağlamasaydı uşaq,

Bəs necə Xan qızı kömək edərdi?!
Sübhanı dərdlərdən xilas edərdi.

Qüdrətli Allahın sirləri çoxdur,
Heyif ki, nadanın xəbəri yoxdur…

“Hər naxışda bir yanlış var, deyiblər,
Hər yanlışda bir naxış var, görüblər”.

ÜÇÜNCÜ HİSSƏ

Min səkkiz yüz əlli üçdə,
Gözəl bir bahar günündə,

Xasay xanla birləşdilər,
Şuşada şənlik etdilər.

Ocaqları isinirdi.
Uşaqları sevinirdi.

İllər keçdi, böyüdülər,
Firavan həyat sürdülər.

Əfsus, bunlar çox çəkmədi,
Zalım fələk qəsd eylədi.

Min səkkiz yüz altmış dörddə,
Ömrünün bahar dövründə,

Xan qızı bir oda düşdü,
Bəd xəbər onu üşütdü.

Xasay xanı çağırdılar,
Dağıstana apardılar.

Siyasətə qoşulmuşdu,
Bu yolu uca tutmuşdu.

Şeyx Şamilin dəstəsində,
Sevilirdi vətənində.

Xasay xan vətənə döndü,
Bu nigahın odu söndü.

Ayrı düşdü Xasay xandan,
Övladının atasından.

İsinmədi istisinə,
O, kor oldu tüstüsünə.


Min səkkiz yüz altmış altı,
Zər də nəs qoşa atıldı.

Xasay xana şər atdılar,
Onu sürgünə atdılar.

Bunu etdi bir erməni,
Xalqımın olmuş düşməni,

Melikov Loris adında,
Xəyanət olmuş canında.

Voronejə sürgün etdi,
Həyatını viran etdi.

Deyiblər ki, “Çar gələcək,
Səninlə söhbət edəcək”.

Xan oteldə çox gözləyib,
Bu hiyləni dərk eyləyib.

Biləndə ki, aldadıblar,
Ona bir tələ qurublar,

Xan özünə atəş açdı,
Həyatının sonu çatdı.

Çar yatırtdı hər savaşı,
Susdurdu dava-dalaşı.

“Qan bahası” kənd verdilər,
On iki kənd bəxş etdilər.

Xasay xanın övladları,
Qəbul etdi torpaqları.

Yas saxladı doğmaları,
Yaxınları, qohumları.

Şair qəlbi çırpınırdı,
Dərd içində hıçqırırdı.

İlk bəxti heç gətirmədi,
Taleh üzünə gülmədi.

Göz yaşıyla şeir yazdı,
Qəzəlində “qəbir” qazdı.

Göründükcə dərdin izi,
Talehi yandırdı bizi.

Zəmanənin buxovları,
Qandallamış hüquqları.

Təbiətin rəsmin çəkdi,
Xəyalının dərdin əkdi…

Təsvir etdi məhəbbəti,
Görmədiyi sədaqəti.

Dərdlini dərd çəkən anlar,
Yarasına məlhəm bağlar.

Anlayırdı o, hər kəsi,
İncitməzdi heç bir kəsi.

Övladları tək böyütdü,
Gizlincə göz yaşı tökdü.

Bu qismətlə barışırdı,
Çətinliyə alışırdı.

O, savab işlər görərdi,
Könüllərə ruh verərdi.

Çinar kölgəsində

Gözəl yay səhəri Günəş çıxanda,
Sevincindən nur çiləyib baxanda,

Xan qızı kəndləri gəzməyə getdi,
Dəyişdi libasın, heç kəs bilmədi.

Fayton yavaş-yavaş Şuşadan endi,
Sərin mehlər əsdi, uğurlar – dedi.

O, seyr etdi zümrüd rəngli dağları,
Al yanaqlı alma-armud bağları.

Fayton gəlib kənd yolunda dayandı,
Şair ruhu gözəlliyə boylandı.

Rəngbərəng gül-çiçək ətir saçırdı,
Buz bulaqlar şırıldayıb axırdı.

Çinar ağacları kölgə salanda,
Quşların nəğməsi könül açanda,

Xan qızı su içib, çəməndə gəzdi,
Həssas şair gözü ətrafı gəzdi.

İki gənc əyləşib, söhbət edirdi,
Biri qəmli-qəmli dərdin deyirdi:

-Kəndxudalar kəndlilərə zülm edir,
Allah bizim səsimizi eşidir?!

Sözlər Xan qızını yamanca tutdu,
Dəyişdi əhvalı, ürəyi vurdu.

Yaxınlaşıb bu söhbətə qoşuldu,
Vəziyyəti, dərdi-səri soruşdu.

Vergilər hamını salıbdır dara,
Hər kəs çabalayır, düşübdür tora.

Deyirlər, bu bəla şimaldan gəlir,
Çarın azarıdır, milləti əzir.

Zalımlar kəndləri çapıb-talayır,
Yazıq kasıb boşqab dibi yalayır.

Dərdini deməyə adam tapılmır,
Yaşamağa ümidin də heç qalmır.

Üzüldü Xan qızı, yaşardı gözü,
Qurudu boğazı, saraldı üzü.

Danışmaq istədi, gəlmədi sözü,
Nə desin, bu gənclər söyləyir düzü.

Get-gedə artırdı vergi şimaldan,
Bezirdi insanlar candan, həyatdan.

Xan qızı düşünüb, yol axtarırdı,
Millətin halına o, çox yanırdı.

Yadına düşdü Zakirin şeiri,
Qəlbindən keçirdi, gəlmişdi yeri.

“Qarabağda nə day qaldı, nə dana,
Bu gün, sabah hərə qaçar bir yana”.

Kəndxuda yediyi qaymaqdı, baldı,
Şah plov üstündə kəklik, turacdı.

Qızıl yığmaq üçün hey yarışırlar,
Məzluma zülm edib həddin aşırlar.

Deyirlər, Xan qızı yaxşı adamdır,
Millətin dərdinə o, çox qalandır.

Kaş ki, bircə dəfə kəndə gələydi,
Bu elin dərdini özü görəydi.

Xan qızı diqqətlə gənclərə baxdı,
Şairin qəlbindən qara qan axdı.

Palçığa batmışdı yalın ayaqlar,
Nimdaş idi əynindəki paltarlar.

Gənclər alovlanıb, xeyli danışdı,
Xan qızı qəlbində yandı, alışdı.

Özünü toplayıb, təsəlli verdi:
-Tək Allah kərimdir, – inamla dedi.

Yol boyu düşündü, qəlbi üşüdü,
Saraya gələrək tədbirlər gördü.

Dəvət etdi ağsaqqalı, gəncləri,
Əzab çəkən o yoxsul kəndliləri.

Gənclər Xan qızını görüb çaşdılar,
O günkü xanıma çox oxşatdılar.

Məsələnin səbəbini bildilər,
Sevinib “Allaha şükür” dedilər.

-Danış! – dedi o, həminki gənclərə,
Nəzər saldı harınlamış bəylərə.

Ağsaqqallar müdrik fikir söylədi,
Haqq sözünü hər kəs təsdiq eylədi.

Xan qızı öz qəti qərarın verdi,
Zalımları dərhal kənar eylədi.

Bu işi tapşırdı qoçaq gənclərə,
Sevinc bəxş eylədi bütün kəndlərə.

DÖRDÜNCÜ HİSSƏ

Bəxti ona naz eylədi,
Hər istəyin az eylədi.

Ətrafı çox dönük çıxdı,
Haqq işini söz eylədi.

Yaş üstünə gəldi yaşı,
Çox bəlalar çəkdi başı.

Bişirsə də gözəl aşı,
Ağır idi yenə daşı.

Fələk zərini atırdı,
Xan qızını çaşdırırdı.

Gözləyirdi o, şeş-qoşa,
Dərd gəlirdi qoşa-qoşa.

Harınlamış yaşlı bəylər,
Ona elçi düşürdülər.

Natəvan bundan bezirdi,
Rədd cavabı söyləyirdi.

Min səkkiz yüz altmış doqquz,
İşlər başladı uğursuz.

Sözə, söhbətə son qoydu,
Hüseynlə ailə qurdu.

Əla papaqlar tikirdi,
Həm də dindən dərs deyirdi.

Xurşidbanu onu seçdi,
Sevgisinə dəyər verdi.

Xasiyyəti üstün tutdu,
Adı, namusu qorudu.

O, gözəl fayton sürərdi,
Natəvanı gəzdirərdi.

Bəylər bundan qəzəblənir,
Natəvandan gileylənir.

Xan qızının böyük oğlu,
Çox gənc olan Mehdiqulu,

Bu nigahı istəmədi,
Şəninə rəva bilmədi.

O, Şuşanı tərk eylədi,
Anasından üz döndərdi.

Bəylərin bəd niyyətləri,
Oğlunun bu əməlləri,

Natəvanı çox üzürdü,
Talehindən küsdürürdü.

Eşidəndə dedi-qodu,
Yandırırdı sözün odu.

Qəlbi kaman, ney çalırdı,
Qəzəlində ağlayırdı…

“Zəmanə saldı əcəb möhnətü məlalə məni,
O mahrudən iraq verdi qəm zəvalə məni.

Tükəndi tabü təvan, ey xudayi-ləmyəzəli!
Ya tez bu canımı al, ya yetir vüsalə məni!

Sənə nə qədər dedim, rəhm qıl mənə, getmə!
Gəl indi gör ki, fəraqın salıb nə halə məni!

Nə vaxtadək qəmi-hicrində ahü-zar çəkim?
Tərəhhüm eylə, gətir sən də bir xəyalə məni!

Kəsildi səbrü-qərarım, fəraqə tabım yox,
Rəvadı təngə gətirsin bu ahü nalə məni?

Alıbdı əqlimi sərdən, qərarımı dildən,
Edib bəlayə fələk, gör necə həvalə məni.

Təəccübəm ki, neçün rəhmə gəlmədin, zalım?!
Fəraq oduna yaxıb salmısan bu halə məni.

Nə yaxşı günlər idi kim, səninlə munis idim,
Zəmanə indi edib sinə dağlı lalə məni.

Vüsalə yetməyibən zarü Natəvan qaldım,
Edib fələk yenə həsrət o məhcəmalə məni”.

Böyük qəlbin sədası

Yay axşamı ulduzlar sayrışırdı,
Ay da bədirlənib şölə saçırdı.

Sərin-sərin meh əsdikcə dağlardan,
Nəğmə səsi hey gəlirdi uzaqdan.

Qərib oxuyurdu nisgil bir səslə,
Zəngulə vururdu hərdən həsrətlə.

Eşq odundan o, alışıb yanırdı,
Məcnun kimi Leylasını anırdı.

Bu səs Xan qızını pərişan etdi,
Qəribi saraya dəvət eylədi.

Soruşdu dərdini, halını bildi,
Kömək üçün ona nəsihət verdi.

-Möhkəm ol, sevginin əsiri olma,
Məcnuntək özünü bəlaya salma.

Ağılla hər işi qazanar insan,
Sadəlövh çox şeyi itirər, inan.

-Xan sağ olsun, nə desəniz razıyam,
Ömür boy hər qulluğa hazıram.

Bu həsrətdən tez qurtarım, sovuşum,
Mələk üzlü Nigarıma qovuşum.

Vəfat etmiş onun ata-anası,
Yox idi dərdinə çarə qılası.

Bir zalımın qızına bənd olmuşdu,
Heyva kimi saralmışdı, solmuşdu.

Xan qızı həvəslə elçilik etdi,
O, zalım atanı yola gətirdi.

Nişan taxıb toya hazırlıq gördü,
Bu şad xəbər el-obanı bürüdü.

Sonra Qərib üçün bir ev tikdirdi,
Sevdiyi iş ilə təmin eylədi.

Qanad verdi, dərdli gəncə uçmağa,
Həyatına gülər üzlə baxmağa.

Qızıl payız Şuşanı bəzəyəndə,
Al yanaqlı alma-armud dəyəndə,

Ağaclar rəngbərəng xalı sərdilər,
Toy edənə xeyir-dua verdilər.

Bir payız səhəri Günəş çıxanda,
Göydən yerə nur, məhəbbət yağanda,

Xan qızı bir gözəl toy-büsat qurdu,
Şuşa əhli bu şənliyə vuruldu.

Bəzənmiş faytonlar gəlin gətirdi,
Ürək açan şən musiqi səsləndi.

Cavan-qoca qol götürüb süzdülər,
Şah plovu süfrələrə düzdülər.

Qəribin sevincdən gözləri doldu,
Xan qızına o, çox minnətdar oldu.

Natəvan saf eşqə qəzəl söylədi,
Ən ülvi hissləri tərif eylədi.

Qarabağın bülbülləri oxudu,
Qız-gəlinlər bəyə xalı toxudu.

Ulduzlar sayrışıb təbrik etdilər,
Bəy-gəlinin nigahını kəsdilər.

Xan qızını əməlləri sevdirdi,
Ona hörmət, böyük şöhrət gətirdi.

Olmuşdur çox yerdə xeyirxah əli,
Parisdə ucalır onun heykəli.

BEŞİNCİ HİSSƏ

Şair qəlbi həssas olur,
Vətəniylə qürur duyur.

Ədaləti, haqqı sevir,
İnsanlığa dəyər verir.

Xurşidbanu belə idi,
Xalqa sevinc bəxş edirdi.

Xan qızı, dövlət xadimi,
Sevirdi biliyi, elmi.

Dəyər verirdi təhsilə,
Məktəb açırdı həvəslə.

Min səkkiz yüz yetmiş iki,
“Məclisi-üns”i dirçəltdi.

Dəvət etdi şairləri,
Ödədi bütün xərcləri!

Yazıçılar fərəhləndi,
Şeir, qəzəl çiçəkləndi.

Ustad Mirzə Sadıq Piran,
Ustad Mirzə Rəhim Fənnan.

Burda təxəllüs verdilər,
Ona “Natəvan” dedilər.

Mənası kövrək, zərifdir,
Şeirdə ruhu belədir.

Elin yüz illik arzusu,
Gül açdı gözü dolusu.

O, Sarı Baba dağından,
Buztək İsa bulağından,

Yeddi kilometirlikdən,
Dağlı-meşəli zirvədən,

Min səkkiz yüz yetmiş üçdə,
Şuşaya su çəkdirəndə,

Yaratdı su anbarları,
Buzxana, həm hamamları.

Şuşanı abad eylədi,
Böyük bir bulaq tikdirdi.

“Xan qızı”dır bulaq adı,
Ləzzət verir suyun dadı.

Gözəl park, bağlar yaratdı,
Könülləri ruhlandırdı.

Füsünkar güllər əkdirdi,
Sevərək nazını çəkdi.

Bol məhsullar yığılanda,
Yoxsullara paylananda,

Ürəyi dağa dönürdü,
Sevincini bölüşürdü.

Əl tuturdu yetimlərə,
Qocalara, xəstələrə.

Qulluqçunu incitməzdi,
Heç vaxt haqqını kəsməzdi.

Mərhəmətlə davranardı,
Pay verməkdən ruhlanardı.

Səs verdi elin səsinə,
O, Bakıdan Şıx kəndinə,

Geniş daş yolu çəkdirdi,
İnsanları sevindirdi.

Onun becərtdiyi sortlar,
Buğda, arpa, həm darılar,

Sərgidə üstün oldular,
Birincilik qazandılar.

Qarabağ cinsli köhlənlər,
Qızıl medal gətirdilər.

Araz çaydan Mil düzünə,
Həsrət qalan su üzünə,

İstəyirdi arx çəkdirsin,
Boz çöllərə həyat versin.

Bu niyyətə yetişmədi,
Əcəl onu gözləmədi…

Xan qızı Şuşada Novruz şənliyində

Şıltaq qış vuruşub taxtından getdi,
Yerinə füsünkar şən bahar gəldi.

Rəngarəng libasın geydi təbiət,
Yaradan bəxş etdi yenə bir cənnət.

Dağların qoynunda Şuşa bəzəndi,
Yaşıl “tuman”, güllü “köynək”geyindi.

Xarıbülbül ətir saçdı hər yana,
Qaranquşlar uçub gəldi Şuşaya.

Xan qızı “Novruza” hazırlıq gördü,
Qarabağı xoş bir ovqat bürüdü.

Meyvəli ağaclar, güllər əkildi,
Dağlardan Şuşaya bulaq çəkildi.

Yoxsullara bayram sovqatı verdi,
Nisgilli gözlərə sevinc gətirdi.

Novruz şənliyinə görüşə gəldi,
Xoş sözlər söylədi, təbrik eylədi.

Novruz günü el şənliyə yığışdı,
Cıdır düzdə köhlən atlar yarışdı.

Küsüşənlər bir-biriylə barışdı,
Sevinc dolu baxışları sayrışdı.

Xanəndələr gözəl muğam oxudu,
Zənguləyə bülbüllər də qoşuldu.

Xan qızı səslərin sehrinə düşdü,
Heyranlıq hissləri onu bürüdü:

İstedadlar yetişirlər Şuşada,
Möcüzə var havasında, suyunda.

Rəbbimiz yaratmış gör necə nemət?
Baxdıqca ruh verir burda təbiət!

Nazlı qızlar şirniyyat bişirdilər,
Səmənili xonçalar bəzədilər.

Oğlanlar evlərə torba atdılar,
Deyib-gülüb, bayram payı yığdılar.

Subaylar da fal açıb bölüşdülər,
Bir-birinə söz atıb gülüşdülər.

Gizlincə qapını tək-tək pusdular,
Deyilən sözləri yaxşı yozdular.

Şən musiqi dalğa-dalğa ucaldı,
Xoş havadan hər kəs qanad, güc aldı.

Qol götürüb qəşəng-gəşəng süzdülər,
Naz-neməti süfrələrə düzdülər.

Xan qızı baxdıqca fərəhlənirdi,
Qəlbində arzular çiçəklənirdi…

Onu yaşadırdı xalq məhəbbəti,
Bu yolda çəkirdi hər bir zəhməti…

ALTINCI HİSSƏ

Aylar, illər ötüşürdü,
Zaman öz işin görürdü.

Qismətinə düşən paydan,
Bu ikinci nigahından,

Üç oğlu, üç qızı oldu,
Həyatına rənglər doldu.

Səkkiz övlad anasının,
Saray çəkirdi qayğısın.

Xan qızı heç fərq qoymadı,
Övladları ayırmadı.

Hər birini əzizlədi,
Gözü üstündə bəslədi.

Xöşbəxtlik uzun sürmədi,
Taleh üzünə gülmədi.

Çərxi-fələk hökm eylədi,
Dərd-qəm üstünə ələdi.

Mir Abbası, qəfil öldü,
Natəvanın halı döndü.

Oğlunu gülə bükdülər,
Çiyinlərə götürdülər.

O, Ağdama gətirildi,
“İmarət”də dəfn edildi.

On beş yaşda vaxtsız ölüm,
Xan qızına verdi zülüm.

Oğlu üçün darıxanda,
Qəlbi həsrətdən yananda,

Çatılırdı çatma qaşlar,
İslanırdı al yanaqlar.

Muncuq-muncuq düzülürdü,
Sinəsinə süzülürdü.

Leysan olurdu göz yaşı,
Yandıqca bağrının başı.

Bədbin ruh hakim kəsildi,
Şeir, qəzələ səpildi.

“Dilbəra, dərdi-dilimdən belə ünvan etdim,
Ki, qəmi-hicrdə dil mülkünü viran etdim.

Mümkün olmaz mənə vəslin, bilirəm, həşrə kimi,
Ol səbəb məskənimi kuhu biyaban etdim.

Eşq sultanı mənim qətlimə fərman gətirib,
Etmədim tərki-vəfa, taəti-fərman etdim.

Səri-kuyində qoyub başimi, bir uf demədim,
Səri-sidq ilə canimi qurban etdim.

Ya təbib, adını tərk eylə, təbabət etmə!
Ya mənim dərdimi tap, gör niyə tüğyan etdim?!

Yoxdur bir kimsə məgər dərdimi bilsin, ya rəb!
Ki, mən öz qanım ilə dərdimə dərman etdim.

Dərdi-hicrində gözüm yaşı tutub dünyanı,
Nuh tufanı kimi gör ki, nə tufan etdim.

Natəvan, etmədi ol səngdilə naləm əsər,
Gecə-gündüz nə qədər naləvü əfqan etdim”.

YEDDİNCİ HİSSƏ

“Dərdi saysan dərd gətirər,
Yıxılsan, betər gətirər”.

Bunu müdriklər deyibdir,
Zaman sınağın edibdir.

Dərd üstünə kədər gəldi,
Xan qızının qəddin əydi.

Şeytan doldu beyinlərə,
Hakim kəsildi qəlblərə.

Yapışdı ən zəif yerdən,
Var-dövlətə hərislikdən.

Yaman nifaqlar yaratdı,
Natəvanı oda atdı.

İlk nigahdan olanları,
Son nigahın övladları,

Bir-biriylə çox çəkişdi,
Mülk üstə düşmən kəsildi.

Evdən sandıq yoxa çıxdı,
Sanki bir ildırım çaxdı.

Aləm dəydi bir-birinə,
Şübhə oldu hər birinə.

Zalım fələk qəsdə durdu,
Tufan qopdu, qırğın oldu.

Sandıq dolu pul, qızıllar,
Qiymətli qədim əşyalar,

Natəvanın şeirləri,
Çox sevdiyi qəzəlləri,

Tapılmayır, itir-batır,
Xainliklə oğurlanır.

Bunu oğlu Cabbar edir,
Tamah ona üstün gəlir.

Pul təmirə yığılmışdı,
İşlər yarımçıq qalmışdı…

Mehdiqulunun sözləri,
Gileyli baxan gözləri,

Cabbarın bu cinayəti,
Namərd olan hərəkəti,

Natəvanı çox sarsıtdı.
Sanki qanadın sındırdı.

Xan qızı müflis olmuşdu.
Fikirdən rəngi solmuşdu.

“Qafqaz” qəzeti də yazdı:
-Xan qızı mülkünü satdı.

Böyük hektar torpağını,
Malını, gözəl bağını,

Satdı dəyər-dəyməzinə,
İztirab verdi özünə…

Çox kövrək qəlbli Natəvan,
Olmuşdu tamam pərişan.

“Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı!
Nə də bu aləm əra dil müqəyyədi-qəm olaydı!”

Nə hicr atəşinə odlanıb yanardı dilim ki,
Nə eşqin içrə könül böylə şadü xürrəm olaydı!

Nə sərv qəddin olaydı, nə həsrətinlə gözüm kor,
Nə rüzgari-fəraqində qamətim xəm olaydı!

Nə bəhr olaydı, nə ümman, nə böylə göz yaşı cari,
Nə gül üzündə, ilahi, bu növ şəbnəm olaydı!

Nə gül olaydı, nə gülzari-gülşənin dəxi seyri,
Nə xari-möhnəti-bülbül, səninlə möhkəm olaydı!

Nə Misr olaydı, nə Kənan, nə Həzrəti-Yəqub,
Nə xar olub qəmi-hicranda, qərqi-matəm olaydı!

Nə şah olaydı, nə zindan, nə karvan güzəri,
Nə Yusifi bu bəlada görən bir adəm olaydı!

Nə bəzm olaydı, nə bazari-Yusif əhvalı,
Nə rəhgüzərdə Züleyxa qəmlə həmdəm olaydı!

Nə ah olaydı, nə əfsus, nə parə-parə könül,
Nə Natəvanın, ilahi, həvəsi dərhəm olaydı!”

Deyib, fəryad eyləyirdi,
Günü-gündən əriyirdi.

Zülüm verdi əzizləri…
Dərddən tutuldu gözləri.

Min səkkiz yüz doxsan yeddi,
Şuşaya payız gəlirdi.

O payız… Əzab gətirdi,
Rüzgar da qəmgin əsirdi.

Saralırdı uca dağlar,
Solurdu güllü bağçalar.

Qərib quşlar uçub gedir,
Şairə “əlvida”, – deyir…

Üşüyürdü Cıdır düzü,
Gülməyirdi onun üzü.

“Xarıbülbül” darıxırdı,
Yanağından, “yaş” axırdı.

Xəstə yatırdı Natəvan,
Əcəl verməyirdi aman.

Oğlunun vaxtsız ölümü,
Üzdü, qalmadı dözümü.

Leysan yağışlar yağırdı,
Sanki Şuşa ağlayırdı…

O il, biri oktyabrda,
Natəvan gözün yumanda,

Göydə parlaq ulduz söndü,
Buludlar göz yaşı tökdü.

Ay baxıb köksün ötürdü,
Dan yeri qəmlə söküldü.

Xalq sevgisi aşıb-daşdı,
Sel olub bəndləri aşdı…

Onu Şuşadan Ağdama,
Narın yağış dama-dama,

Çiyinlərdə gətirdilər,
“İmarət”də dəfn etdilər…

El-oba bilib, ağladı,
Hamı ürəkdən ağladı.

Türk dünyası heyifsləndi,
Bu itkiyə kədərləndi.

Qafqaza xəbər yayıldı,
Hüzn, ələmlə qarşılandı.

Natəvan bir Günəş idi,
Şəfəqləri isidirdi…

O, boylanır əsərindən,
Şeirindən, qəzəlindən,

Əlvan-əlvan tikməsindən,
Düşündürən şəkillərdən.

Çox xeyirxah əməlləri,
Fəth etmişdi könülləri…

Epiloq

Əsr keçdi, əsr gəldi,
Zaman nəsillər dəyişdi…

Başı bəlalı vətənim,
Dərdini çəkdi millətim.

Otuz ildə nələr çəkdik…
Gör neçə min şəhid verdik.

“Vətən!” – dedik, əyilmədik,
Haqq yolundan heç dönmədik.

Düşmən bizə nələr etdi?!
Parçaladı, dərd gətirdi!

Viran qoydu Qarabağı!
Si̇nəmi̇zə çəkdi̇ dağı!

Natəvanın heykəlini,
Onun müqəddəs qəbrini,

Təhqir edib, dağıtdılar,
Ruhunu da ağlatdılar…

“Dəmir yumruq” silkələndi,
Düşmən qorxuya bələndi.

Sərkərdənin siyasəti,
Ordumuzun məharəti,

İlanların başın əzdi,
Bayquşların səsin kəsdi.

Xalqımın mərd igidləri,
Qaziləri, şəhidləri,

Xarüqələr göstərdilər,
Xainlərə dərs verdilər…

Qovdular mənfur düşməni,
Azad etdilər vətəni.

Tarix yazdı cəngavərlər,
Vətəni candan sevənlər.

44-günlük müharibə,
Gətirdi zəfər-qələbə.

Qarabağımız azaddır!
Natəvanın ruhu şaddır!

Ağ buluddan don geyinib,
Saçlarına gül bəzəyib.

Uçur mavi-göy səmada,
Çənnəti-məkan Şuşada.

Sərkərdəni salamlayır,
Ordumuzu alqışlayır!

İnanıram, gün gələcək,
Öz işini haqq görəcək.

O tay-bu tay olmayacaq,
Azərbaycan bir olacaq.

Böyük zəfərlər çalacaq,
Dünyanı heyran qoyacaq.

Şəhriyarın, Bəxtiyarın,
Bütöv Azərbaycanımın,

Arzuları çin olacaq,
Bu xalq birgə ucalacaq.

Müəllif: NATELLA NUR

NATELLA NURUN YAZILARI

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ürək yaman şeydir – Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir

Sәrvәr әsgәrlikdәn bir ayrı vaxt gәlmiş olsaydı, bәlkә kәnddә belә tez darıxmayacaqdı. Ancaq o, payızda gәldi. Payızın lap axırlarında. Gәlib gördü ki, çöl-bayırdan әl-ayaq kәsilib, atasının һәr il kolxoza әkdiyi bostan sovulub… Dağlarda ayrı vaxt adam boyunca qalxan ot-әlәf son çöpünәcәn biçilib-daşınmışdı; bağların mer-meyvәsi çoxdan dәrilmişdi, xәzәli yandırılmışdı; Sәrvәrgilin һeyva ağaclarındakı beş-altı һeyva vә döşlәrdә, kolxoz xırmanlarında saralan üç-dörd taya saman — meşәli, bağlı-bağçalı Buzbulaq kәndinin bir dünya payızından qalan xırdaca xatirә idi, özgә bir şey deyildi.

Әsgәrlikdәn gәlәn günü Sәrvәr kәnd arasına çıxıb üç il görmәdiklәrinin һamısını bir neçә saatda nә ki var gördü. Gördü ki, yenә qızlar, qadınlar çeşmәlәrdәn su daşıyır, kişilәr çayxanada çay içir, uşaqlar klubda domino oynayır. Gördü ki, axşamüstü adamlar yenә çinarın dibinә yığışırlar, futboldan, siyasәtdәn danışırlar, sonra küçә-küçә, mәһәllә-mәһәllә evlәrinә dağılışırlar vә üç il bundan qabaqkı kimi yenә dә gedә-gedә, yol uzunu eyni sözlәr deyib, eyni qayda ilә bir-birlәrini axşam çayına-çörәyinә dәvәt elәyirlәr.

O axşam evә qayıdanda küçәnin bir yerindә Sәrvәr tәzәcә papiros çәkmәyә başlayan bir dәstә oğlan gördü; küçәnin başqa bir yerindә, tәzәcә pıqqıldaşmağa başlayan bir dәstә qız gördü. Gördü ki, yenә kәnddә atasına Pişik Ağalar deyirlәr, anasına Cücәli Xanım deyirlәr. Vә birdәn-birә һiss elәdi ki, darıxır.

Sәrvәr birdәn-birә yәqin elәdi ki, qışı kәnddә keçirmәk onun üçün çәtin olacaq: nә bir һәrәkәt, nә bir maşın tırıltısı; qarlı dağlar tam üç-dörd ay göyün әtәyinә dirәnib duracaqdılar — Buzbulağın dünyadan әli üzülәcәkdi… Ev — çayxana, çayxana — ev… Qış Sәrvәri qorxutdu, dәһşәtә gәtirdi vә Sәrvәr bu dәһşәtlә yatıb, yuxusunda isti vә işıqlı bir yay gecәsi gördü.

O, atasının bostanında idi, çalanın üstündә yatırdı, һәm dә elә bil onu yerdәn-bostandan çalaqarışıq bir xeyli yuxarı qaldırmışdılar vә buradan Sәrvәr bütün bostanı raһatca görә bilirdi. Bostanın üstündә süd kimi ay işığı vardı vә iri-iri, ağ-ağ qovunlar bu işıqda qoyun sürüsü tәki yatışmışdılar. Sәrvәr qovunlara baxırdı, һәm dә bostandan aralıda, dağın dibindә böyürtkәn kollarına oxşayan qara kölgәlәr görürdü. Kölgәlәr qımıldaşırdılar, pıçıldaşırdılar — nәsә qorxulu bir iş görmәyә һazırlaşırdılar. Sonra kölgәlәr sürәtlә һәrәkәtә gәldilәr, bostanın üstünә yeridilәr vә böyürtkәn koluna oxşayan bu kölgәlәrin içindәn zil qara yapıncılı nәһәng bir çoban çıxıb, çomağını yuxarı qaldıran kimi tağlarda, bostan boyunca yatmış iri-iri, ağ-ağ qovunlar tәrpәşib һәrәkәtә gәldilәr vә o saatca bir ağ qoyun sürüsü olub, sürәtlә dağ sәmtә gedәn qara yapıncılı nәһәngin arxasınca tökülüşdülәr. Sәrvәr qışqırmaq istәdi, qışqıra bilmәdi, yerindәn durmaq istәdi, dura bilmәdi. Sonra birdәn һava işıqlandı, sәһәr açıldı vә Sәrvәr һәmin qara yapıncılı adamın Әjdәr olduğunu gördü. Әjdәr dağın lap kәllәsindә dayanmışdı; Sәrvәrә әl elәyirdi: «Bakıya gәl… Bakıya gәl… Bakıya… Bakıya… Bakıya…» .

Hәlәlik yuxu yuxuluğunda, Әjdәr Әjdәrliyindә qalsın, әsas mәtlәb burasındadır ki, sәһәrisi yataqdan duranda Sәrvәr, özlüyündә, qışın mәsәlәsini tamam һәll elәyib qurtarmışdı. Әl-üzünü sevinә-sevinә yudu, çörәyini tәlәsә-tәlәsә yedi, küçәyә çıxıb qonşuluqdakı çoxdan kimsәsiz qalmış bir evin qapısında bir müddәt ayaq saxladı… Bu ev Әjdәrin idi: һәyәtini qanqal basmışdı, damını ot basmışdı… Әjdәrin Bakıda olduğunu Sәrvәr çayxanada öyrәndi. Bir dә Teymur Bakıda idi; Kömürçü bazarında alver elәyirdi. Teymur Sәrvәrin sinif yoldaşı idi, buna görә Sәrvәr daһa da ürәklәndi, һәtta o qәdәr ürәklәndi ki, atasına bir söz demәmiş, anasından pul almamış, qayıdanbaş, mәһәllәdә özünün yol tәdarükünü dә elәdi. O, һeç vaxt һeç yerә alverә getmәmişdi, ancaq alış-veriş üçün bir qozun, bir dә badamın başqa meyvәlәrdәn sәrfәli olduğunu kimdәnsә eşitmişdi. Buna görә dә Sәrvәr bağında, bağçasında qoz ağacı, badam ağacı olan bir neçә adamın qapısını döydü. Bir neçә evin darvazasında dayanıb ev yiyәlәri ilә әsl alverçilәr kimi danışdı, sövdәlәşdi; axırda, Şövkәt arvadda otuz-qırx kilo badam yeri elәdi, Gülgәz arvadda әlli-altmış kilo cövüz yeri elәdi; sonra evә gәldi, anasını yola gәtirdi, sonra onlar ikisi bir yerdә Ağalar kişini dә birtәһәr yola gәtirdilәr… Vә bütün bunları elәyә-elәyә Sәrvәr xәyalında böyük Bakını gördü, orada alver elәyib, pul qazanıb, әynindә tәzә kostyum, tәzә palto Leninqradın bir zaman yalnız «uvolneniye» vaxtı eһtiyatla gәzә bildiyi küçәlәrini xәyalında doyunca vә lәzzәtlә gәzdi. Vә eyni vaxtda da o, Әjdәri vә Әjdәrlә bağlı olan әһvalatı xatırladı.

Әһvalat isә çoxdanın әһvalatı idi, yeddi-sәkkiz ilin әһvalatı…

Yay idi, qovunun tәzәcә ağaran vaxtı idi. Vә o yay qovunun tәzәcә ağardığı vaxt, gecәlәrin birindә Xanım arvadın bostanda, dәmir tor arasında saxladığı fәrәlәrdәn biri yoxa çıxdı. Fәrәnin yoxa çıxmağı sәһәr bilindi vә o sәһәr Ağalar kişi ilә Sәrvәr bostanın dörd yanını gәzib ayaqdan saldılar, ancaq һeç yerdә toyuq tükü, toyuq nişanәsi tapmadılar. O biri gecә bir fәrә dә yoxa çıxdı. Bu dәfә Ağalar kişi gecәni yatmayıb, sәһәrәcәn һinә keşik çәkmәyi qәrara aldı. Әlindә tüfәng, kolların arasında gizlәndi, ağacların dalında pusdu, ancaq onun sәһәrә yaxın dözmәyib, oturduğu yerdә bir balaca mürkülәmәyi ilә sәһәr һindәn bir toyuq da qeyb olub, әlli-ayaqlı göyә çәkildi. Ağalar kişi möһkәm dilxor oldu, çünki bu, yaxşı әlamәt deyildi; çünki bu iş, һeç şübһәsiz, adam işi idi — Yer üzünün һeç bir һeyvanı o dәmir torun arasından toyuq apara bilmәzdi. Bir dә bu söһbәt tәkcә toyuq söһbәti deyildi, burada adama sataşmaq mәsәlәsi vardı. Vә bu cür adama sataşmağın axırı çox pis qurtara bilәrdi, çünki bu gün-sabaһ qovun yetişirdi. Ağalar kişi çox fikirlәşdi, kәnddәki düşmәnlәrini çox götür-qoy elәdi, һәtta üç-dörd qonşu kәndin şübһәli һesab elәdiyi cavanlarını da ürәyindә birbәbir sayıb-sadaladı, ancaq һeç bir dürüst qәnaәtә gәlә bilmәdi.

Ağalar kişi o fәrә oğrusunu һeç vaxt görә bilmәdi, onu Sәrvәr gördü; gecәlәrin birindә oğru özü öz ayağı ilә gәlib çıxdı. Özü dә bostanın lap ortasına, çardağın lap yanına… Ağalar kişi yatmışdı, xoruldayırdı, ancaq Sәrvәr yatmamışdı, çardaqda üzüqoylu uzanmışdı, aşağıda ayın süd kimi işığında bozumtul tağlar boyunca ağara-ağara sәpәlәnib gedәn yemişlәrә baxırdı. Birdәn Sәrvәr arxa tәrәfdәn öz adını eşitdi. Diksindi, qorxdu vә elә diksindi, elә qorxdu ki, qışqırıb atasını oyatmağa da sәsi-nәfәsi gәlmәdi. Sonra o, aşağıdan, dirәyin dibindәn pıçıltı eşitdi:

«Ә, sәs salma, aşağı düş, mәnәm, Әjdәrәm, qorxma…» Ancaq Sәrvәr elә qorxmuşdu ki, һeç tәrpәnmәyә dә һalı qalmamışdı. O, һandan-һana birtәһәr dikәlә bildi, çardağın bu tәrәfinә keçib altda, dirәyin dibindә әlini ağzına qoyub, bütün vücudu ilә Sәrvәrә «sus» deyib dayanmış uzun vә arıq Әjdәri gördü. Sonra Әjdәr qollarını uzadıb Sәrvәri çardaqdan eһmalca düşürdü. Çaladan uzaqlaşıb, ta bostandan çıxanacan onlar dinmәz-söylәmәz yeridilәr; bostanın qurtaracağında bir qoz aqacının dibindә Әjdәr dayandı.

— Otur.

Sәrvәr oturdu.

— Malades, oğulsan, sәs-küy salmadın. — Әjdәr gülümsәdi, әlini Sәrvәrin çiyninә vurdu.

Bir müddәt bir-birlәrinә baxdılar.

— Bәrk qorxdun?

Sәrvәr dinmәdi.

— Dur bir tikә çörәk tap gәtir, acından lap nәfәsim kәsilir… Amma, bura bax, kişi ol, Pişik Ağaları oyatma.

Sәrvәr durub çörәk dalınca getdi. İki lavaş gәtirdi, bir qac pendir gәtirdi vә Әjdәr çörәyini yeyib qurtarandan sonra o, eһmalca, eһtiyatla soruşdu:

— Toyuqları aparan sәn idin?

— Mәn idim…

— Kәnddә sәni bәrk axtarırdılar.

— Bilirәm.

— Beş-altı milsәner gәlmişdi.

— Hә?..

— Bizdәn dә soruşdular. Dәdәm dedi ki, Bakıdasan. Bәs sәn Bakıda deyildin?

— Bakıdaydım.

— Bәs niyә orda qalmadın ki?..

— Yerimi bilmişdilәr. Bir әclaf satmışdı mәni.

— Bәs indi neylәyәcәksәn?

— Gizlәnib, ara soyuyanda yenә gedәcәyәm.

Bu yerdә Sәrvәr sualların arasını kәsdi, çünki qalan şeylәr onsuz da mәlum idi. Cәmisi üç-dörd ay bundan qabaq rayondakı konserv zavodunun meyvә qәbulu mәntәqәsindә işlәyәndә, günlәrin bir günü Әjdәr һökumәtin üç min manat pulunu götürüb aradan çıxmışdı; bu әһvalatı Buzbulaqda һamı bilirdi… Sonra Әjdәri kimsә Bakı bazarlarının birindә alver elәyәn görmüşdü. Bu xәbәr dә çox tezliklә kәndә yayılmışdı. Bu üç-dörd ayda Sәrvәr Әjdәrin barәsindә yüz cür rәvayәt eşitmişdi. Әvvәllәr qonşuluqda һәr gün gördüyü Әjdәr Sәrvәrin tәsәvvüründә yavaş-yavaş dәyişmişdi, qәribә, nağılvarı bir adam olmuşdu. İndi burda, geçәnin bu vaxtında çölün düzündә bu adamla yanaşı oturmaq da Sәrvәr üçün әlbәttә qəribә idi…

Sәrvәr susdu, Әjdәrin barәsindә xeyli vaxt öz-özünə düşünәndәn sonra yenә dә eһmalca, eһtiyatla soruşdu:

— Bәs gecәlәr һarda qalırsan?

Bu dәfә cavab vermәk әvәzinә Әjdәr uzun müddәt Sәrvәrin gözlәrinin içinә baxdı, onu çaşdıranacan,

һәtta һürküdüb qorxudanacan baxdı vә uzun-uzadı baxışdan sonra nәһayәt ki, dillәndi:

— Gedib satmazsan ki?

— Yox, ә… Nә danışırsan, һeç kәsә demәrәm!..

— And iç!

— Nәyә and içim?

— Nәyә inanırsan?

Sәrvәr çox fikirlәşdi, ancaq and içmәyә bir şey tapmadı. Әjdәr göydәki Ayı göstәrib:

— Ona inanırsanmı? —dedi.

Sәrvәr başını qaldırıb Aya baxdı. O gecәki Ay isә elә böyük idi, elә qәribә idi ki, o Aya inanmamaq doğrudan da mümkün olan şey deyildi… Buna görә dә Sәrvәr lap ürәkdәn:

— İnanıram! — dedi.

— And iç.

— O Ay һaqqı, һeç kәsә demәrәm!

— Di dur dalımca gәl…

Vә onlar bir xeyli yol gedәndәn sonra gәlib dağın dibinә, Buzbulaq camaatının «İlanmәlәşәn» dediyi yerә çıxdılar. Burada—saysız-һesabsız böyürtkәn kollarının arxasında — üstünü, dörd yanını kol basmış tikan basmış әzgil ağacının sallaq budaqları altında Әjdәr özünә yer elәmişdi. Buraya girmәk üçün üzüqoylu yerә sәrilib böyürtkәn kollarının dibi ilә uzun müddәt sürünmәk lazım idi. Üstәlik, kolların dibinә ay işığı da düşmürdü. Әjdәrin cib fәnәri kol-kos yığınağı olan bu seһirli alәmi azca işıqlandıra bilirdi. O gecә Sәrvәr, һәr şeydәn çox, Buzbulaq camaatının ilan yığınağı һesab elәdiyi bu yerdә bir dәnә dә ilan görmәmәyinә tәәccüblәndi. Xeyli sürünәndәn sonra onlar nisbәtәn açıqlığa çıxdılar. Vә Әjdәrin nәһәng һörümçәk toruna bәnzәyәn koması qabağında Sәrvәr һeyrәtindәn donub qaldı: komanın qabağındakı xeyli saһәnin kol-kosunu Әjdәr son çöpünәcәn biçib tәmizlәmişdi, yeri qazmışdı, һamarlamışdı, һәtta һamarlanmış yerә su da sәpmişdi. Komanın dal tәrәfindә dağın dibindә bir sısqa bulaq süzülürdü. Bulağın qabağında Әjdәr әmәlli-başlı bir һovuz da düzәltmişdi vә һovuzun içindәki su ay işığında әrinmiş qurğuşun kimi parıldayırdı; komanın qabaq tәrәfindә — ocaq, ocağın yanında — һisli, qara çaydan; Әjdәrin bostandan oğurladığı toyuqların sür-sümüyü dә burada idi.

Sanki Sәrvәri daһa da tәәccüblәndirmәkdәn ötrü Әjdәr һәlә içәri girmәmiş komanın ağzında dayanıb, astadan bir fit dә verdi: elә bil küçük çağırırdı, ancaq içәridәn küçük çıxmadı, kirpi çıxdı. Sәrvәr kirpiyә tәәccüblәnmәdi, burada kirpinin başını çıxarıb çox asudә dolanmağına tәәccüb elәdi. Çünki kirpinin başını çıxarmağından ötrü onu uşaqlar suya salırdılar, һovuza atırdılar, yazıq һeyvanın başına min cür oyun açırdılar. Kirpinin adam qabağında belә gәzmәyini Sәrvәr birinci dәfә görürdü. Elә bil kirpi dә bunu һiss elәdi, Sәrvәrin iyini alan kimi yumrulandı, başını gizlәtdi vә onun bu һәrәkәti nәdәnsә, Әjdәrin bәrk xoşuna gәldi.

— Qardaşımdır, — dedi. — Mәnim kimi yetimin biridir, özü dә çox vicdanlı kirpidir, ilanlara göz verib işıq vermir… Yatanda qarovulumu çәkir.

İçәridәki şeylәr isә Sәrvәrә tanış idi: Әjdәrin sırıqlısı, neftqabı, neft çırağı, rәһmәtlik Xavәr arzadın su vedrәsi, xörәk qazanı… (Bütün bunları Әjdәr bir gecә xәlvәtcә kәndә girib, öz evlәrindәn gәtirmişdi.)

O һörümçәk toruna oxşayan komanı, o sısqa bulağı, o kirpini, һәtta o qara çaydanı vә һisli çırağı da Sәrvәr әsgәrlikdә olduğu vaxt һәr gün xatırlamışdı. Zarafaq deyil, bir ay, ay yarım sәrasәr o, atasını yuxuya verib, yaxud onu bostanı gәzmәk bәһanәsi ilә aldadıb, һәr gecә o dağın dibinә qaçmışdı — Әjdәrә yemәk aparmışdı. Bir ay, ay yarım sәrasәr onlar gecә kolxoz zәmilәrindәn buğda yığıb, noxud yığıb, lobya yığıb һәdik bişirmişdilәr vә Sәrvәr ömründә o һәdikdәn dadlı bir şey yemәmişdi. Vә Sәrvәr ömründә o günlәrdәn gözәl günlәr görmәmişdi, — nә olsun ki, ürәkdә qorxu vardı, һürkü vardı. Bu boyda sirri saxlamaq, әlbәttә, asan deyildi, üstәlik Әjdәri һәlә dә axtarırdılar. Hәlә dә onun dalınca kәndә milis gәlirdi. Mәktәbdә, xüsusәn Zinyәt Şәkәrәk qızının dәrslәrindә Sәrvәrin vәziyyәti daһa çıxılmaz olurdu. Çünki һәr dәrsdә direktor ikidlikdәn, cәsarәtdәn vә һәr cür düşmәnә qarşı һәmişә ayıq-sayıq olmaqdan danışırdı. Zinyәt Şәkәrәk qızının tәliminә görә, Әjdәr dә, һeç şübһәsiz ki, düşmәn idi, әsl «şpiyon» idi. Üstәlik, Sәrvәr dә o vaxt uşaq deyildi, altıncı sinifdә oxuyurdu, һökumәtin o qәdәr pulunu qaçırmağın nә olduğunu bilirdi. Buna baxmayaraq, o sirri açmaq, o yeri milsәnerlәrә nişan verib, Әjdәri tutdurmaq cәmisi bircә dәfә Sәrvәrin ürәyindәn keçdi. Ancaq elә һәmin gecә orada, o kolluğun-tikanlığın arasında, o һörümçәk toruna oxşayan komanın qabağında Әjdәrin üzünü görәn kimi Sәrvәr özü öz fikrindәn iyrәndi. Çünki orada, o һörümçәk toruna bәnzәyәn komanın qabağında, o ayın işığında Әjdәr «düşmәn», «şpiyon» deyilәn şeyә qәtiyyәn oxşamırdı; adicә Әjdәr idi — uzun, arıq, һәtta, bir suyumu da rәһmәtlik Xavәr xalanı yada salırdı…

O il bütün sentyabr ayını Sәrvәr һәm qorxu-tәlaş, һәm dә qәribә bir sevinc içәrisindә keçirdi. Elә vaxtlar olurdu ki, o, gecәdә bir-iki saat da yata bilmirdi. Ancaq Әjdәr bekarçılıqdan bütün günü yatırdı, yatmaqdan Әjdәrin gözlәri şişmişdi. Bekarçılıqdan Әjdәr dağlardan ot yolub, sәbәtә, vedrәyә, kuzәyә oxşayan qәribә şeylәr qayırırdı; sısqa bulağın qabağındakı һovuzu tez-tez sökürdü, tәzәdәn düzәldirdi, һәtta arada bir şeir dә quraşdırırdı:

«Yetim kirpi, çәk mәnim keşiyimi,

Doğma yurda qaçaq düşüb gәlmişәm.

Buraxmışam evimi-eşiyimi,

Tülkü kimi kol dibinә girmişәm».

«Zalım dünya, göylәrә bax, ay çıxıb… Zalım dünya, göylәrә bax, ay çıxıb…» Әjdәrin lap axırıncı şeirinin әvvәli belә idi. Öz komasının qabağında oturub, göydәki aya baxa-baxa Әjdәr o sözlәri beş-on dәfә tәkrar elәdi. Ancaq şeirin dalısı gәlmәdi. Şeirin sonuncu sözlәrindәn Sәrvәrin xәbәri olmadı. Payız düşәndә, yağışlar başlayanda gecәlәrin birindә onlar o komanın qabağındaca sözsüz-söһbәtsiz vidalaşdılar. Gedәndә Әjdәr tәkcә sırıqlısını götürmüşdü, bir dә kirpini qucağına almışdı. Vә nә qәdәr qәribә olsa da, Sәrvәrә elә gəlirdi ki, Әjdәr kirpini dә Bakıya aparmaq istәyir. Sonra Әjdәr kirpinin yaş burnundan öpüb onu eһmalca yerә qoydu. Sonda Әjdәr Sәrvәri qucaqladı, nәdәnsә Sәrvәrin dә mәһz burnundan öpdü vә sısqa bulağın yanındaca dağa dırmaşıb quş kimi, qırğı kimi yuxarı şığıdı vә bir göz qırpımında dağın tәpәsinә qalxıb, oradan Sәrvәrә әl elәdi: «Bakıya gәl… Bakıya gәl… Bakıya… Bakıya… Bakıya…»

İndi onlar Bakıda Tәzәbazarın qapısı qabağında üzüzә dayanmışdılar. Әjdәr ağlagәlmәz dәrәcәdә kökәlmişdi, qarın bağlamışdı, buxaq sallamışdı. Boğula-boğula nәfәs alırdı, һirsli-һirsli Sәrvәrin üzünә baxırdı vә bu һirsin sәbәbini Sәrvәr һeç cür anlaya bilmirdi.

— Nәyә gәlmisәn? — Әjdәrin birinci sualı bu oldu.

Sәrvәr dedi:

— Alverә gәlmişәm. Bir az şey-şüy gәtirmişәm. Satıb, sonra Leninqrad tәrәfә getmәk istәyirәm.

Sәrvәrin ütülәnmiş şalvarına vә onun qara pencәk altdan geydiyi, bu dünyada yalnız Buzbulaq qarılarının toxuya bildiyi, qırmızı naxışlı ağappaq yun köynәyinә Әjdәr çox baxdı. Baxıb nәsә fikirlәşdi, nәyisә götür-qoy elәdi:

— Bu vid-fasonla, — dedi, — bazarda oturacaqsan? Әjdәr cibindәn quru ota oxşayan bir şey çıxartdı.

Onu iylәyib xeyli öskürәndәn sonra boğula-boğula soruşdu:

— Nә gәtirmisәn?

— Badamdır, bir dә cövüz. Cәmisi yüz on beş kilodur.

— Harda qoymusan?

— Kömürçü bazarında, Teymurun yanındadır.

Bir müddәt Әjdәr fikirli-fikirli yola baxdı. Sonra yoldan keçәn bir boş taksini saxlayıb Sәrvәri oturtdu:

— Get, qoy maşına gәtir! — dedi.

Çox keçmәdi ki, onlar iki nәһәng kisәni һәmin taksidәncә düşürüb, bazarda Sәrvәrin tanımadığı bir adamın yanında qoydular. Özlәri bazarın yuxarı qapısından çıxıb, yavaş-yavaş Basin küçәsinә endilәr… Qar yağırdı, yağdıqca әriyirdi, yerdәn buxar qalxırdı vә bu nәm һavada Әjdәr bir kәlmә dә dinib-danışmadan, başını aşağı salıb, tramvay xәtti boyunca Sәrvәri һarasa aparırdı. Sәrvәr һara getdiklәrini soruşmaq istәyirdi, ancaq soruşmağa ürәk elәmirdi. İstәyirdi toyuq әһvalatını yada salsın, o yaydan, o komadan, o kirpidәn danışsın, o şeiri deyib, Әjdәrin kefini dәyişsin, üzünü güldürsün. Ancaq susurdu, demәk istәdiklәrini dilinin ucundan birbәbir geri qaytarırdı; qorxurdu ki, bu söһbәti Әjdәr ayrı cür başa düşәr, elә bilәr ki, Sәrvәr onun boynuna minnәt qoyur, elәdiyi yaxşılığı yada salıb, bu yaxşılığa әvәz istәyir. Ayrı bir söһbәt isә Sәrvәrin ağlına gәlmirdi… Belәcә dinmәz-söylәmәz onlar bir xeyli dә yol getdilәr vә һәlә mәnzilbaşına çatmamış Sәrvәr dözmәyib, birdәn-birә dilә gәldi:

— Bura bax, Әjdәr, — dedi, — mәn sәnә әngәl-zad olmağa gәlmәmişәm һa! İşin var, get… Şәһәrdә birinci dәfә deyilәm ki, üç il Leninqradda olmuşam.

Әjdәr:

— Әcәb elәmisәn, — dedi. Vә başqa һeç nә demәdi. Onlar bir tindәn burulub, bir xırdaca һәyәtә girdilәr. Köһnә ev idi, qabağında aynabәndi vardı vә aһıl, ağsaçlı bir qadın o aynabәnddә paltar ütülәyirdi.

Әjdәr Sәrvәri һәyәtdә qoyub, pillәkәnlә yuxarı qalxdı, qarı ilә xeyli söһbәt elәdi, sonra Sәrvәri dә yuxarıdan çağırdı.

— Bәri gәl, burda qalacaqsan, — dedi vә aynabәndә açılan iki qonşu qapıdan birini itәlәyib açdı. — Bu sәnin otağın, o da qıravatın… Çay iç, yat, dincәl. Çıx gәz, kinoya get… Bu da Marqodur, tanış ol, gürcüdür. Tәk arvaddır… Pul-zad lazım olsa, bundan alarsan… Sәnin bazarnan işin olmasın, bazarın işinә mәn baxacağam.

Belә görüş şübһәsiz ki, Sәrvәrin ürәyindәn ola bilmәzdi: elә bil Әjdәr onu һәlә dә uşaq һesab elәyirdi. Teymur bazarda ola-ola Әjdәrin onu bazara buraxmamağı Sәrvәrә toxundu, bәrk toxundu, ancaq Sәrvәr Әjdәrin mәslәһәtindәn çıxa bilmәdi, onun üzünә durmağa ürәk elәmәdi. O gün Sәrvәr axşamacan şәһәri dolandı, axşam evә qayıdıb Әjdәrin yolunu gözlәdi, çünki onun fikrincә Әjdәr o axşam mütlәq bu evә gәlmәli idi. Ancaq o axşam Әjdәr o evә gәlib çıxmadı; onun sәһәrisi dә Әjdәr o tәrәflәrdә görsәnmәdi. Sәrvәr günortayacan gözlәdi. Günorta bazara cumdu, ancaq orada da Әjdәri tapmadı. O, bazarda öz şeylәrini dә tapmadı; bazarı әldәn-ayaqdan saldı, dünәn şeylәrini tapşırdığı o adam da elә bil әlli-ayaqlı göyә çәkilmişdi… Әjdәrin Yer-yurdunu öyrәnmәk üçün bazardan Marqo arvadın evinә qayıdanda yol boyu Sәrvәr çox fikirlәşdi, çox baş sındırdı, ancaq bu işdәn һeç nә anlaya bilmәdi. Üstәlik, Marqo arvad da Әjdәrin yerini demәdi. Elә bil qәsdәn demәdi. Әlac bircә Teymura qaldı vә o gün axşamüstü bazar bağlanana yaxın, Kömürçü bazarında Sәrvәr Teymurun üstünü kәsdirdi:

— Ә, Teymur, Әjdәri görmәmisәn ki?

— Görmüşәm. Sәһәr tezdәn Tiflisә getdi.

— Necә yәni Tiflisә getdi?

— Getdi dә. Necәsi yoxdu ki. Sәrvәr az qaldı ki, uşaq kimi ağlasın.

— Bәs mәnim barәmdә bir söz demәdi?

— Dedi. Dedi ki, gәzib dolansın, çıxıb getsin kәndә. Dedi, ondan alver elәyәn çıxmaz.

Sәrvәr sәsi gәldikcә bağırdı:

— Bәs mәnim pullarım, bәs mәnim şeylәrim?! Teymur һeç һalını da pozmadı:

— Mәn pul işini bilmәrәm, — dedi, — onu özünüz bilәrsiniz. Mәnә söz tapşırıblar, mәn dә sәnә deyirәm… Dedi ki, tәk gün getsin, cüt gün getmәsin. O günlәr Әjdәrin tanış pravadniki var — yeddinci vaqonda. Dedi ki, bilet-zad almasın, vaqonun pravadnikinә sәni tapşırıbdır. Poyez gecә bir tamamda gedir, pravadnikә Әjdәrin adını verәcәksәn… Yeddinci vaqon, Yadından çıxmasın…

Әgәr onlar on il bir yerdә oxumuş olmasaydılar, bәlkә söһbәt buradaca bitәcәkdi. Ancaq söһbәt burada bitmәdi, çünki onlar on il bir yerdә oxumuşdular. Çünki söһbәtin lap axırında, özü dә lap axırıncı sözü deyәndә Teymur azca eһtiyatsızlıq elәmişdi, bir balaca qımışmışdı vә bu anda onun gözünün içindәn nәyinsә qaçıb gizlәndiyini Sәrvәr aşkar sezә bilmişdi vә qaçıb gizlәnәn o bapbalaca işartıda Sәrvәr һaçanınsa fırıldaq Teymurunu görmüşdü. Buna görә dә o, qәfildәn Teymuru yaxaladı:

— Әjdәr Tiflisә-zada getmәyib, — dedi. — Sәn mәnә yalan deyirsәn. Sәn Әjdәrin yerini bilirsәn, mәndәn gizlәdirsәn!..

Teymur әl-ayağa düşdü:

— Әjdәrin yer-yurdu nә gәzir. On ildir ki, Әjdәr nizakonnı yaşayır, һeç yerdә propiskası-zadı yoxdur.

-Deyirsәn, Tiflisә gedib, һә?.. Adam ol, ә, vicdanın olsun!.. Axı görürәm ki, yalan deyirsәn, gözlәrinin içindәn görürәm!

Bir müddәt Teymurun sәsi gәlmәdi. Sәrvәr һiss elәdi ki, Teymur yumşalıb, özü dә yumşaq danışmağa başladı:

— Mәn onu adam bilirdim, — dedi. — Nә biləydim ki, әclafın, dilәnçinin biridir… Yüz kilo şeyi götürüb çıxıb aradan… Belә dә vicdansızlıq olar?! Teymur dedi:

— Taxsır özündәdir, özün oturub sataydın.

Vә Sәrvәr yenә dә özündәn çıxdı:

— Vicdansız qoydu ki, satım?! Mәn һaradan bilәydim ki, bu adam afirisdir, alçağın, julikin biridir.

Teymur yenә dә sәsini çıxarmadı. Belәcә sәssiz-sәmirsiz dә onlar piştaxtanın üstündәki şeylәri yığışdırdılar. Bir yerdә kisәlәrin ağzını bağlayıb bazarın qarovulçusuna tapşırdılar. Bazardan çıxdılar vә bir müddәt Әjdәrin söһbәtini elәmәdilәr.

— Havanı görürsәn?

— Yaman soyuqdur!

— Amma tәmizdir, görürsәn?.. Lap Buzbulağın һavasına oxşayır.

Sәrvәr dedi:

— Buzbulağa da qar yağıbmı görәsәn… Mәn gәlәndә yağış yağırdı.

Bu yerdә Teymur özü Әjdәr söһbәtinin üstünә gәldi:

— Belә һavalarda Әjdәrin pristupu tutur, — dedi.

— Nә pristup?

— Bәs bilmirsәn? Әjdәr naxoşdur da… Asmadır, nәdir, bir axmaq naxoşluqdur. Hava soyuq olanda Yazıq nәfәs ala bilmir. Hava ki belә oldu, Әjdәri bazarda-zadda görmәzsәn, dәniz tәrәfdә bir restaran var, badvaldır, gedib orda oturur.

— Deyirsәn, indi dә orda olar

— Bәlkә olar, nә bilim, ancaq mәn ölüm, mәnim adım olmasın!

Daһa Sәrvәr һeç nә soruşmadı. Teymuru yolda qoyub, dәniz tәrәfә qaçdı vә o, «badval» restoranın qaranlıq bir künçündә Әjdәri tapdı.

— Paһo!.. Tiflisә gedәn burda imiş!.. Afirist!.. Әclafın biri, әclaf!..

— Otur görüm, Pişik Ağaların oğlu, artıq-әskik çәrәnlәmә.

Sәrvәr dedi:

— Dur gedәk mәnim şeylәrimi ver, mәn sәnin kimi әclafnan oturmaram.

Әjdәr onun әlindәn dartıb oturtdu:

— Şeylәrini satmışam, — dedi, — Görürsәn bala-bala ötürürәm içәri. — Deyib, qabağındakı araq şüşәsini göstәrdi.

— Pullarımı vermәsәn… — Sәrvәr yumruğunu Әjdәrin üstünә tuşladı.

Әjdәr eһmalca onun qolundan yapışdı:

— Çıxarıq bayırda vurarsan, — dedi, — burda olmaz, Pişik Ağaların oğlu!..

— Demәli, dәdәmә dә sataşırsan! Yaxşı, baxarıq, çöldә danışarıq!

Әjdәr dedi:

— Mәn o Pişik Ağaların xayasından öpәrәm, sәnin kimi oğul böyütdüyünә görә!

O, Sәrvәr üçün dә araq süzdü. Ofisiantı çağırıb yemәk sifariş elәdi. Ancaq Sәrvәr nә o arağı içdi, nә o yemәyә әl vurdu.

— Gәrәk o vaxt mәn sәni tutduraydım, — dedi. Әgәr o vaxt sәni tutdurmuş olsaydım, indi belә әclaf olmazdın.

Әjdәr һirslәnmәdi, güldü. Sonra gözlәnilmәdәn soruşdu:

— Leninqrada nәyә gedirdin?.. Düzünü de, qızın-zadın var, yoxsa gedib alver elәyәcәkdin?

Sәrvәr dedi:

— Sәnә dәxli yoxdur, sәn mәnim pullarımı ver! Әjdәr bir müddәt susdu. Sonra bir cibindәn beş-

altı badam çıxartdı, o biri cibindәn üç dәnә cövüz çıxartdı vә onları stolun üstünә qoyub altdan-altdan Sәrvәrin üzünә baxdı:

— Tanıyırsan?

— Tanıyıram! һamısını sәnin xirtdәyindәn çıxaracağam!

— Arağını iç.

— İçmirәm!

-Çörәyini ye.

-Yemirәm!

Әjdәr stolun üstünә qoyduğu badamdan birini götürdü:

— Şövkәtin badamındandır, düz tapmışam?

Sәrvәr tәәccüblәndi.

— Bu da Gülkәz arvadın bizim barının yanındakı cövüzündәndir, sizin dal һәyәtdәki pişpişәnin bu tәrәfindә. O pişpişәnin böyründә bir әncir ağacı vardı, yarpaqları payızda da gömgöy olurdu. Bir dә bir alça vardı, tövlә tәrәfdә, divarın lap dibindә, payızda çiçәk açırdı… O alça dururmu һәlә?..

Sәrvәr dedi:

— Durur, niyә durmur… Sәn mәnim başımı bişirmә. Mәnim pullarımı ver.

— Pişpişә dә durur?

— Mәni dolayırsan?

— Dolamıram, soruşuram, dururmu o pişpişә?

— Durur, nә olsun ki?

— Mәn o pişpişәnin dibindә Әli oğlu Mürsәlin qızını öpmüşәm.

Sәrvәr dedi:

— Sәn piyansan, ağzına gәlәni çәrәnlәyirsәn! Әjdәr susdu, xeyli vaxt körük kimi fısıldadı, sonra öskürdü, sinәsindәn dәһşәtli xırıltı qopdu vә birdәn bu xırıltının içindәn qәribә, vaһimәli bir sәs çıxdı:

— O pişpişәyә deyәrsәn ki, Әjdәr ölür!..

Vә birdәn-birә Sәrvәr baxıb gördü ki, Әjdәrin gözlәri dolub, gördü ki, Әjdәr ağlayır, gözlәrinin gildir-gildir yaşı pencәyinin yaxasına tökülür. Onun Әjdәrә yazığı gәldi, bәrk yazığı gәldi, bir xoş söz demәk istәdi, deyә bilmәdi, bunun yerinә qabağındakı arağı götürüb başına çәkdi…

— Çörәyini ye.

— Meylim çәkmir.

— Bir araq da gәlsinmi?

— Özün bilәrsәn?

Vә stolun üstünә bir araq da gәldi.

O arağın çoxusunu Sәrvәr içdi, qәsdәn içdi. İçdi ki, Әjdәr çox içib, lap sәrxoş olmasın. Ancaq Әjdәr onsuz da sәrxoş idi.

— Bu gün ayın neçәsidir?

— On üçüdür.

— Bu gün mәnim әn xoşbәxt günümdür. Sәrvәr dedi:

— Dur gedәk, restoranı bağlayırlar.

Vә restoranın işıqları sönәndәn sonra onlar ayağa durdular. Әjdәr stolun üstünә üç dәnә onluq qoyub, ofisianta һeç nә demәdәn bayıra çıxdı. Bayır soyuq idi: yer donmuşdu, küçә ay işığında bomboş işarırdı.

— Saat neçәdir?

— On ikiyә qalır.

— Bu gün sәn gedәcәksәn.

—Niyә axı?

Әjdәr bulvar tәrәfә döndü vә üzünü dәnizә sarı tutub xeyli vaxt tәngiyә-tәngiyә getdi vә nәһayәt:

— Sәndәn alverçi çıxmaz, — dedi.

— Mәn alverçi olmağa gәlmәmişәm.

— Bә niyә gәlmisәn?

— Demәdim? Gәzmәyә gәlmişәm, istәyirәm Leninqrada gedim.

Әjdәr dedi:

— Mәn dә gәzmәyә gәlmişdim, görürsәn dә һәlә dә gəzirәm.

— Axı sәndәn mәnә nә?.. Mәn ki, һökumәtin pulunu qaçırtmamışam.

Vә mәһz bu yerdә Әjdәrin sinәsindәn qopan dәһşәt o sözlәri demәyinә Sәrvәri peşman qoydu. Әjdәr döşünü tutub әyilә-әyilә özünü dәnizin lap qırağındakı dәmir mәһәccәrin üstünә saldı. O öskürdü, Sәrvәr dediyi sözlәrin peşmançılığını çәkdi; aradan xeyli vaxt keçdi vә bir xeyli keçәndәn sonra Әjdәr bir az dikәlә bildi. Dikәldi, ancaq dinib danışmadı. Onlar gözlәrini dәnizә zillәyib durdular… Ay işığı idi, ay göyün tәn ortasında dayanmışdı vә onun gur işığında dәniz soyuq-soyuq alışıb-yanırdı…

— Deyәn, sözüm bәrk dәydi sәnә… Bağışla, mәn elә demәk istәmirdim.

— Yox, әşi, o nә sözdü ki, mәn ayrı şey fikirlәşirәm.

— Nә fikirlәşirsәn?

— Bu gün bazarda bir qәribә şey görmüşәm. Sәһәrdәn beynimdәn çıxmır. Bir xırdaca ev köpәyi bir yekә küçә itini qabağına qatıb qovurdu… Ağappaq, әl boyda bir şey. Heç tüllab, itә dә oxşamırdı…

— Nә olsun ki?

— Necә nә olsun? Top boyda bir şey, o boyda iti!.. Özü dә görәydin necә qovurdu. Cammat da baxıb һırıldaşırdı.

Sәrvәr:

— Sәn piyansan, — dedi, — sayıqlayırsan. Әjdәr dedi:

— Bilirsәn o it niyә qaçırdı?

Sәrvәr dedi:

— Bilmirәm, gәl çıxaq gedәk.

— Hara gedәk?

— Hara deyirsәn.

Әjdәr dedi:

— Onda vağzala tәrәf gedәcәyik.

Onlar baş alıb, vağzal sәmtә yollandılar vә bir az gedәndәn sonra yenә Әjdәr it barәdәki o söһbәtin üstünә qayıtdı.

— Mәn o itin qaçmağına tәәccüb elәmirәm, — dedi. — Başqa şeyә tәәccüb elәyirәm: o qәdәr adamın içindә һeç kәs bilmirdi ki, o yekәlikdә it o siçovula oxşayan tullabın qabağından niyә qaçır…

— Sәn bilirdin?

— Bilirdim, һәlbәttә bilirdim! O it gözәl başa düşürdü ki, camaһatın һamısı o siçovul tüllabınan әlbirdir… Ona görә dә qaçırdı.

— Bundan yәni nә mәna çıxır ki!

— Heç bir mәna-zad çıxmır! — Әjdәr һirsli-һirsli dillәndi. — Onu demәk istәyirәm ki, mənim o itә yazığım gәldi.

Donmuş saһil yolunu xırçıldada-xırçıldada onlar bir müddәt dә sәssiz-sәmirsiz yeridilәr. Sonra Әjdәr özünü bir skamyanın üstünә saldı:

— Saat neçәdir?

— Birin yarısıdır.

— Az qalıb ki!

— Nәyә az qalıb?

—Poyezdin getmәyinә.

—Axı sәn mәni niyә qovursan burdan?.. Pullarımı xәrclәdiyin üçün?

— Xeyr, bilirәm ki, sәn burda ilişәrsәn, özü dә tez ilişәrsәn.

— Bәs Teymur niyә ilişmir?

— Teymur һeç vaxt ilişmәyәcәk.

— Bәs mәn niyә ilişirәm ki?

— Çünki sәn satqın deyilsәn!

Yenә һәmin xırıltılı nәfәs, yenә һәmin fısıltı, һәmin dilxorçuluq. Üstәlik, Әjdәrin gözlәri dә qızarıb, get-gedә qan çanağına dönürdü. Vә Sәrvәrin Әjdәrә bәrk yazığı gәlirdi. Sәrvәr çaşıb qalmışdı: çıxıb getsinmi, necә getsin? Qalsın, nәdәn ötrü qalsın? Әjdәrdәn ala bilәcәyi puldan o, һәlә restoranda ümidini üzmüşdü.

Sәrvәr birdәn-birә saatına baxıb:

— Gedirәm, — dedi.

— Düz deyirsәn?

— Mәn sәni birdәn-ikiyә aldatmışam? – Әjdәr ayağa durdu:

— Pulların pravadnikdәdir, — dedi. — Yeddinci vaqon — Teymur deyib sәnә. Beş yüz manatdır, rayona çatanda alacaqsan. Bu küçә ilә düz gedib vağzalın qabağına çıxacaqsan. Di, yeri get. Mәn xarabam, çox xarabam, mәn sәnnәn vağzala gedә bilmәyәcәyәm…

III

Bir dәstә onluq idi. Bir qoşa dәftәr varağının arasına qoyulmuşdu vә varağın ortasında xırda, solğun karandaş yazısı vardı:

«İstәmәdim bu şәһәrdә qalasan,

Qalıb burda mәnim kimi olasan.

Vaxt gәlәr ki, bu sözümü bilәrsәn,

Gәlib qәbrim üstdә rәһmәt deyәrsәn».

Sәrvәr pulları «pravadnikdәn» alıb, cibinә qoydu, o yazını «pravadnikin» yanındaca oxudu, sonra kağızı da sәliqә ilә büküb, cibinә qoydu.

…Vә o sözlәri Әjdәrin şerlә yazmağına Sәrvәr qәtiyyәn tәәccüblәnmәdi, çünki һaçansa, mәktәbdә oxuyanda o özü dә bir qıza şerlә mәktub yazmışdı vә o vaxtdan bilirdi ki, dünyada elә şeylәr var ki, onları yalnız şerlә demәk olur…

1972

Müəllif: Əkrəm Əylisli

ƏKRƏM ƏYLİSLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac – İstəyirəm

İSTƏYİRƏM
(birinci şeir)
İstəyirəm, şeir yazım;
Qəhrəmanı Sən olasan!
İstəyirəm, hava olub;
Ciyərlərimə dolasan!


Su kimi içməyim gəlir,
Keçərsənmi dodağımdan?!
Od kimi əlimdən girib,
Çıxarsanmı yanağımdan?!


Qalan ömrüm Sənə fəda;
Gəl, yeni bir dünya quraq!
Dol canıma, gəz qanımda,
Sonunda bir olaq torpaq!


Üzeyirlə dostdur Ustac,
Fərqi yoxdur; ya sağ, ya sol.
İstəyirəm həmin günü,
Oyananda yanımda ol!
15.04.2025. Bakı.
HURİCAMALA ŞEİRLƏR SİLSİLƏSİNDƏN

Müəllif: Zaur USTAC

“YAZARLAR” jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair – publisist

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru